Məhkəmə qərarları › İş №2-1(102)-1981/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1981/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1981/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı oğlunun cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət Nümayəndəliyinə qarşı “pen siyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-77/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1953-cü il təvəllüdlüdür və ona 23 fevral 2016-cı il tarixindən ömürlük yaşa görə pensiya təyin edilmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışlarda İddiaçı 01 yanvar 2006-cı il tarixindən 01 sentyabr 2009-cu il tarixədək 3 il 7 ay sosial sığorta stajının, sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və 01 yanvar 2017-ci il tarixədək istehlak qiymət ləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 13.551,44 manat pensiya kapitalının, 1 aprel 2011-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək 5 il 9 ay sosial sığorta stajının, fərdi hesabın sığorta hissəsində 1 yanvar 2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 37.805,75 manat pensiya kapitalının olduğu qeyd edilmişdir.

2. İddiaçı məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanması, pensiyanin yenidən hesablanaraq yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

3. Cavabdeh 04 dekabr 2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququnun yarandığı 23 fevral 2016-cı il tarixdən ona əmək pensiyası təyin edilmişdir. 53.739,43 manat pensiya kapitalı və 01 yanvar 2006-cı il tarixədək sığorta stajı ilə (32 il 02 ay 04 gün) pensiyası 506,27 manat hesablanaraq ödənilmişdir. 01 yanvar 2019-cu il tarixdə pensiyası 605,16 manat olmaqla ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırması nəticəsində pensiya kapitalının 50% ilə yox, 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən əmək pensiyası yenidən hesablanaraq 01 oktyabr 2019-cu il tarixdən 414,60 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məcburi sosi al sığorta haqlarının tam həcmdə hesablanması, pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 01 yanvar 2006-cı ildən 01 iyul 2017-ci il tarixədək 11 il 6 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və 01 yanvar 2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 53.739,43 manat pensiya kapitalı vardır. O, pensiyaya çıxarkən pensiyası pensiya kapitalına uyğun hesablanaraq ödənilmişdir. Lakin sonradan pensiyasının məbləği azaldılmışdır. Cavabdeh ona istinad etmişdir ki, pensiyası səhvən kapitalının 90%-dən hesablanmışdır. Məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə ödənilməsi pensiyanın əvvəlki hesablanmış formada verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırılması nəticəsində pensiya kapitalının 50% ilə yox, 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən vətəndaşın əmək pensiyası yenidən hesablanaraq 01 oktyabr 2019-cu il tarixdən 414,60 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsində edilmiş dəyişiklik 01 iyul 2017-ci il tarixdən sonra pensiyaya çıxmış şəxslərə aiddir. İddiaçı isə 23 fevral 2016-cı il tarixində yaşa görə pensiyaya çıxmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2020 nömrəli, 3 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) iddia tələbinin təmin edilməsi, iddiaçıya məcburi sosial sığorta haqlarının tam həcmdə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə dövlət sosial sığorta haqqının 50%nin pensiyaçının fərdi hesabının sığorta hissəsində nəzərə alınması yalnız hərbi qulluqçulara münasibətdə nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya pensiya yenidən hesablanarkən dövlət sosial sığor ta haqqının 50%-nin nəzərə alınması qanunvericiliyin tələblərinə zidd olmuş və bu səbəbdən də iddiaçının hüquqları pozulmuşdur.

9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Apellyasiya baxışı zamanı iddiaçı dəqiqləşdirmə ərizəsi təqdim edərək iddia ərizəsində yazdığı “bütün sosial sığorta haqlarının yenidən hesablanması” dedikdə, kapital yığımının 90 faizini nəzərdə tutmuşdur. Buna görə də “Əmək pensiyaları haqqında” Qanuna 01 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliyi nəzərə alaraq ona pensiyasının təyin edildiyi 31 oktyabr 2017-ci il tarixindən yenidən hesablanıb fərqin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-251/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər X.Cəmilova /sədrlik edən və məruzəçi/, N.Cəfərov və V.Sadıqov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2020 nömrəli, 3 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının ödənilmiş məcburi sosial sığorta haqlarının 90 faizindən yığılan kapitaldan olmaqla 31 oktyabr 2017-ci ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya pensiyanın ödənilmiş məcburi sosial sığorta haqlarının 90 faizindən toplanan kapitaldan yenidən hesablan ması barədə düzgün nəticəyə gəlsə də, bu hesablamanın və yaranmış fərq məbləğinin hansı tarixdən aparılmasını qərarında dəqiq göstərməmişdir.

13. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)6/2022 nömrəli, 1 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, K.N.Bədəlov və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, cavabdehin kassasiya şikayəti qalan hissədə rədd edilmişdir. ap ellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-77/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmiş, İddiaçı sosial sığorta haqlarının 90 faiz həcmində nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulmuşdur.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçının ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək də hüquqi marağı “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2017-ci ildən edilmiş dəyişikliyin nəzərə alınaraq pensiyasının təyin edildiyi tarixdən sosial sığorta yığımlarının 90%-dən yığılan kapitaldan yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsindən ibarətdir. İddiaçının pensiya hüququ 2016-cı ilin fevral ayında yaransa da, ona yaşa görə əmək pensiyası noyabr 2017-ci il tarixdə təyin edilmişdir, yəni Qanunun qeyd edilən maddələrində dəyişiklik və əlavə edilərkən iddiaçıya hələ pensiya təyin edilməmişdir. İddiaçının isə hərbi qulluqçu olması işdə olan sənədlərlə təsdiq edilmir. Odur ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndi hazırkı mübahisəyə tətbiq edilə bilməz. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA Q ARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, pensiya təyin edilərkən toplanmış pensiya kapitalı 50% əvəzinə 90% ilə hesablanmış, nəticədə pensiya məbləği 414,60 manat deyil, 605,16 manat müəyyən olunmuşdur. Bu səbəbdən təyin olunmuş pensiya yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 414.60 manat təşkil etmişdir. İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2016-cı il tarixdə yaranmışdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən pensiya kapitalı 50% ilə hesablanmalıdır. Pensiya kapitalının 90% ilə hesablanması məhz həmin tarixdən sonra hüququ yaranmış şəxslərə şamil edilir.

18. Digər tərəfdən qeyd olunmalıdır ki, 8 noyabr 2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respubli kasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, Ne 12, maddə 1019) ilə 1-ci maddəyə yeni məzmunda 1 0.3-cü-l,0.5cİ maddələr əlavə edilmişdir, 1.0.3-cü-l.0.12-ci maddələr 1.0.6-cı-1.0.15-ci maddələr hesab edilmişdir.

39. Nəticədə “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən vaxt hazırkı 1.0.8-ci maddə 8 noyabr 2006-cı il tarixə qədər 1.0.5-ci maddə adlanırdı. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndində qeyd edilirdi ki, həmin Qanunun 1.0.5-ci maddəsinə (yəni 8 noyabr 2006-cı ilə qədər Qanunun 1.0.5-ci maddəsinə) uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığo rta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 20. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, N° 5, maddə 756) ilə 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilmişdir.

21. Bəhs olunan normativ sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 8 noyabr 2006-cı ilə qədər olan redaksiyası həmin Qanunun 8 noyabr 2006- cı ildən edilən dəyişikliyə görə hazırkı 1.0.8-ci maddəsi ilə əvəz edildiyindən, Prezidentin 6 mart 2006-cı il tarixli, 277 nömrəli Fərmanının 2.9-cu bəndi də Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 1,0.8-ci maddəsinin tətbiqi ilə bağlı olmuşdur.

22. Odur k i, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin hərbi qulluqçulara aid olması və Prezidentin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9- cu bəndinin hərbi qulluqçulara şamil edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır.

23. Qevd olunanlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübut a yetirilmişdir.

24. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏKMƏSİNİN MÖVQEYİ

29. Məlum olduğu kimi, İddiaçı oğlu cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə ödənilməsi və təyin olunan p ensiyanın əvvəlki hesablanmış məbləğinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanması, pensiyanin yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir.

31. Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2085/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı oğluna məcburi sosial sığorta haqlarının tam həcmdə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

32. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

33. Apellyasiya baxışı zamanı iddiaçı dəqiqləşdirmə ərizəsi təqdim edərək iddia ərizəsində yazdığı “bütün sosial sığorta haqlarının yenidən hesablanması” dedikdə, kapital yığımının 90 faizini nəzərdə tutmuşdur. Buna görə də “Əmək pensiyaları haqqında” Qanuna 01 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliyi nəzərə alaraq ona pensiyasının təyin edildiyi 31 oktyabr 2017-ci il tarixindən yenidən hesablanıb fərqin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2-1(103)-251/2021 nömrəli qərarına əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2020 nömrəli 03 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının ödənilmiş məcburi sosial sığorta haqlarının 90 faizindən yığılan kapitaldan olmaqla 31 oktyabr 2017ci ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

35. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2-1(103)-251/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Azərbaycan Re spublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)6/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2- 1(103)-251/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(102)-77/2023 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2085/2020 saylı qərarı dəyişdirilmiş, İddiaçı sosial sığorta haqlarının 90 faiz həcmində nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsi öhd əliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulmuşdur.

38. Məhkəmə kollegiyası qeyd etməyi hesab edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırkı mübahisə artıq bir dəfə ali məhkəmənin inzibati kollegiyasının məhkəmə baxışında olmuş və 1 fevral 2022-ci il tarixli, 2-1(102)-6/2022 nömrəli qərar qəbul edilmişdir.

39. Həmin qərara əsasən AR İPM-in 96.10-cu maddəsinə görə aşağı instansiya məhkəməsi üçün məcburi xarakter daşıyan göstərişlər verilmişdir.

40. Belə ki, qərarda göstərilmişdir ki, ““Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pe nsiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Həmin Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. Qeyd olunmalıdır ki, 8 noyabr 2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1019) ilə 1-ci maddəyə yeni məzmu nda 1.0.3-cü—1.0.5-ci maddələr əlavə edilmişdir, 1.0.3-cü—1.0.12-ci maddələr 1.0.6-cı—1.0.15-ci maddələr hesab edilmişdir. Nəticədə “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən vaxt hazırkı 1.0.8-ci maddə 8 noyabr 2006-cı il tarixə qədər 1.0.5-ci maddə adlanırdı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndində qeyd edilirdi ki, həmin Qanunun 1.0.5-ci maddəsinə (yəni 8 noyabr 2006-cı ilə qədər Qanunun 1.0.5-ci maddəsinə) uyğun olaraq məcburi dövlət sosial sığortaolunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Re spublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756) ilə 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilmişdir. Bəhs olunan normativ sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 8 noyabr 2006-cı ilə qədər olan redaksiyası həmin Qanunun 8 noyabr 2006-cı ildən edilən dəyişikliyə görə hazırkı 1.0.8-ci maddəsi ilə əvəz edildiyindən, Prezidentin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndi də Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 1.0.8-ci maddəsinin tətbiqi ilə bağlı olmuşdur. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin hərbi qulluqçulara aid olması və Prezidentin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanın ın 2.9-cu bəndinin hərbi qulluqçulara şamil edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əlavə edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvədə olan üçüncü cümləsində qeyd edilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 45.“Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 1.0.8-ci maddəsini və 27.1-ci maddəsinin üçüncü cümləsini əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının pensiya hüququ 2016-cı ilin fevral ayında yaransa da, ona yaşa görə əmək pensiyası noyabr 2017-ci il tarixdə təyin edilmişdir, yəni Qanunun yuxarıda qeyd edilən maddələrində dəyişiklik və əlavə edilərkən iddiaçıya hələ pensiya təyin edilməmişdir. Hər iki normanın işığında mübahisənin həlli üçün həm 1 iyul 2017-ci ilə qədər, həm də noyabr 2017-ci il tarixdə iddiaçıya pensiya təyin edilən vaxt onun rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olub-olmaması və pensiya təyini zamanı “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsinin tətbiq olunmasının mümkünlüyü müəyyən edilməlidir. 1 iyul 2017-ci il tarixə qədər iddiaçının fərdi hesabının sığorta hissəsində nə qədər pensiya kapitalı olmuşdur, 1 iyul 2017-ci il tarixdən qüvvəyə mi nmiş 1.0.8 və 27.1-ci maddələrin tətbiqindən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı nə qədər olmuşdur, pensiya kapitalının hesablanması hansı qaydada aparılmışdır, noyabr 2017-ci il tarixdə pensiya təyin edilən zaman istifadə edilən və edilməyən pensiya kapitalı hansı məbləğdə olmuşdur, pensiya təyini zamanı hansı məbləğdə pensiya kapitalından istifadə edilmişdir? Qeyd edilən hallar müəyyən edilmədən mübahisə düzgün həllini tapa bilməz.”

41. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi ali məhkəmənin yuxarıda göstərilmiş hüquqi mövqeyini nəzərə almış, orada yazılmış göstərişləri tam icra etmişdir.

42. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı Nəsrulla oğluna 23 fevral 2016-cı il tarixdən ömürlük yaşa görə pensiya təyin edilmişdir.

43. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışda qeyd edilmişdir ki, İddiaçı (SSN:**********056) xx.xx.2006-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 3 il 7 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 13551,44 manat pensiya kapitalı vardır.

44. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı v ə pensiya kapitalı barədə arayışda qeyd edilmişdir ki, İddiaçı (SSN:**********056) xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 5 il 9 ay sosial sığorta stajı, fərdi hesabın sığorta hissəsində xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 37805,75 manat pensiya kapitalı vardır (pensiya işinin materiallarından).

45. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin 04 dekabr 2019-cu il tarixli imtina məktubundan qeyd edilmişdir ki, İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilmişdi r. 53.739,43 manat pensiya kapitalı və xx.xx.2006cı il tarixədək sığorta stajı ilə (32 il 02 ay 04 gün) pensiyası 506.27 manat hesablanaraq ödənilmişdir. xx.xx.2019-cu il tarixdə pensiyası 605.16 manat olmaqla ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırması nəticəsində pensiya kapitalının 50% ilə yox 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 414.60 manat təşkil edir.

46. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mübahisəyə təkrar baxarkən maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

47. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqlar ı miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. 48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı 6 mart 2006-cı il tarixli Fərmanının 2.9-cu bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 49. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-c i il 10 mart tarixli 543VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilmiş və Azərbaycan Respublikası Prezidentinin 1352 saylı xx.xx.2017-ci il tarixli Fərmanına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi qərara alınmışdır. 50. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1352 saylı 01 may 2017-ci il tarixli Fərmanı ilə Qanunun “2.9-c u bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır” bəndi ləğv edilmişdir. 51. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;

52. Həmin Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəf indən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. 53. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əlavə edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvədə olan üçüncü cümləsində qeyd edilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

54. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaş a görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.

55. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Az ərbaycan Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqı Komitəsinin 29/113 saylı, 20 dekabr 2022ci il tarixli arayışa əsasən, İddiaçı Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqı Respublikası Komitəsinin sədri vəzifəsində işləyir.

56. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinin 02 fevral 2023-cü il tarixli məktubuna görə, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 46.579,41 manat təşkil edir (məcburi dövlət sosial sığorta haqlarının 50 faizi). Qeyd oluna nlara əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 80% artırılaraq 83.842,94 manat müəyyən edilmişdir (46.579.41+80%=83.842.94). Əlavə olaraq, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunduğu zaman onun xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı “Əmək pensiyaları haqqında” AR Qanunun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2006-cı il tarixli 37 nömrəli Fərmanının xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 2.9-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının 50 faizi məbləğində hesablanmalı (27.136,92 manat) olduğu halda “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən 90 faizlə hesablanmışdır. (52.348,32).

57. Eyni zamand a apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 02 noyabr 2017-ci il tarixli qərarla 23 fevral 2016-cı il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir.

58. Beləliklə iddiaçının pensiya hüququ 2016-cı ilin fevral ayında yaransa da, ona yaşa görə əmək pensiyası noyabr 2017-ci il tarixdə təyin edilmişdir, yəni Qanunun yuxarıda qeyd edilən maddələrində dəyişiklik və əlavə edilərkən iddiaçıya hələ pensiya təyin edilməmişdir. İddiaçının isə hərbi qulluqçu olması işdə olan sənədlərlə təsdiq edilmir.

59. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndi hazırkı mübahisəyə tətbiq ed ilə bilməz.

60. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

61. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-77/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar