Məhkəmə qərarları › İş №2-1(102)-1981/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1981/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1981/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik dərəcəsinin dəyişdirilməsinin və müddətsiz əlillik təyin edilməsinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən mümkün olmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə q arşı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(107)-29/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2009-cu il tarixdən ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdən 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə üçüncü dərəcə əlillik, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2022-ci il tarixdən 5 il müddətinə üçüncü dərə cə əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ağır onkoloji xəstəlikdən əziyyət çəkir, döş vəzindən əməliyyat olunmuşdur. xx.xx.2009-cü ildən xx.xx.2021-ci ilədək 12 il ümumi xəstəliklə əlaqədar ikinci dərəcə əlil olmuşdur. xx.xx.2022-ci ildə tibb müəssisəsinin göndərişi əsasında təkrar müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ikinci dərəcə müddətsiz əlillik təyin etmək əvəzinə, üçüncü dərəcə əlil liyi 5 il müddətinə təyin etmişdir. Hesab edir ki, xx.xx.2022-ci ildə ona üçüncü dərəcə əlillik təyinatı əsassız və qanunsuzdur. Belə ki, o, fasiləsiz olaraq 10 ildən çox əlildir, bu səbəbdən cavabdeh tərəfindən ona ümumi xəstəliklə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilməlidir.

4. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə ə lillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, iddiaçıya xx.xx.2009-cu il və xx.xx.2014-cü il tarixli göndərişlər əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyin edildikdən sonra, xx.xx.2015-ci il tarixli göndəriş əsasında 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edildiyindən fasiləsizlik prinsipi pozulmuşdur. Təyin edilən əlilliyin ümumi müddəti 9 il olduğundan və fasiləsizlik prinsipi pozulduğundan iddiaçıya müddətsiz əlillik təyin edilməsi mümkün deyildir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 18 yanvar 2023-cü il tarixli 21(116)-258/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının 10 il müddətinə fasiləsiz olaraq ikinci dərəcə əlil olduğu öz təsdiqini tapmamışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli 2-1(107)-172/2023 nömrəli qərardadı ilə ərizə icra ata qəbul edilmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 05 aprel 2023-cü il tarixli, 21(107)-172/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar təyin edilmiş üçüncü dərəcə əlillik təyinatı dəyişdirilmiş və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edildiyi kimi, iddiaçıya xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik, xx.xx.2022-ci il tarixdən isə iddiaçıya ümumi xəstəlik səbəbilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya ilk dəfə əlillik xx.xx.2009-cu il tarixdə təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilərək 5 il müddətinə uzadılmışdır. Lakin iddiaçıya sonuncu dəfə verilən Forma 88 arayışa əsasən, göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdən ona üçüncü dərəcə əlillik təyin edilmişdir. Halbuki, qanunvericilik normalarının tələbinə görə, iddiaçının 10 ildən artıq fasiləsiz olaraq ikinci dərəcə əlil olması nəzərə alınaraq ona müddətsiz olaraq ikinci dərəcə əlillik təyin edilməli idi.

11. Bundan başqa, iddiaçının tələbi xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarət olmuşdur. Lakin iddiaçıya ikinci dərəcə əlillik xx.xx.2016-cı il tarixdən təyin edilərək 5 il müddətinə uzadılmış və sonuncu dəfə xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edildiyindən, iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatı dəyişdirilməli və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilməlidir.

12. Cavabdeh həmin qərardan k assasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) 10 avqust 2023-cü il tarixli, 2-1(102)-1792/2023 nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı “ümumi xəstəliklə əlaqədar təyin edilmiş üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti “iddi anın rədd edilməsi” hissəsində təmin edilməmişdir.

14. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamış və göstərmişdir ki, işdə olan əlilliyin təyin edilməsi barədə qərarlardan göründüyü kimi, iddiaçının fasiləsiz olaraq ikinci dərəcə əlilliyi 2015-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayına qədər mövcud olmuşdur. İddiaçıya əvvəllər təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti fasiləsiz olaraq 10 ildən azdır (2015-2021). Apelyasiya məhkəməsi iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi barədə konkret sübutlara istinad etməmiş, hansı dövr üzrə azı 10 il fasiləsiz ikinci dərəcə əlilliyi müəyyən edilmiş şəxs olmasını qərarında göstərməmiş, bu hissədə gəldiyi nəticəni əsaslandırmamışdır. Odur ki, iddiaçıya təyin edilməli əli lliyin müddətsiz olması barədə apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının ikinci dərəcə əlilliyinin fasiləsiz olaraq azı 10 il olması məhkəmə tərəfindən yoxlanılmalıdır.

15. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi barədə gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamış, İPM-in 57-ci maddəsinin tələbinə əməl etməmişdir. İşdə olan sənədlərdən görünür ki, 2021-ci ilin noyabr ayında iddiaçının əlillik müddəti bitdikdən sonra barəsində təqdim edilən 14 aprel 2022-ci il tarixli göndərişə baxan cavabdeh 18 aprel 2022-ci il tarixdə əlillik təyin etməkdən imtina etmiş, imtinanın səbəbi kimi iddiaçının əvvəlki əlilliyinin fərqli diaqnoz əsasında təyin edildiyi qeyd olunmuş, iddiaçı cavabdehin 18 aprel 2022-ci il tarixli imtina qərarı ilə bağlı mübah isə açmamışdır.

16. Bundan sonra iddiaçı barəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən 14 may 2022-ci il tarixli yeni göndəriş təqdim edilmişdir. Cavabdeh həmin göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə (İİ mərhələ bədxassəli şişlər (C00-C97) istinad edərək 5 il müddətinə üçüncü dərəcə əlillik təyin etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən məhkəmə 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı canlı müayinə olunmaqla məhkəmə ekspertizası təyin etmiş, iddiaçı canlı müayinə olunmaqdan imtina etdiyindən ekspertiza keç irilməmişdir. Cavabdeh iddiaçıya üçüncü dərəcə əlillik təyin edərkən ona təqdim edilən göndərişdə qeyd edilən diaqnoz əsasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə istinad etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında, həmçinin Əsasnamənin 2.3.1-2.3.9-cu bəndlərinə istinad etmişdir. Həmin bəndlərdə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün hallar sadalanmışdır. Apellyasiya məhkəməsi iddiaçı barəsində təqdim edilən göndərişdə sadalanan xəstəliyin ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsas olması barədə gəldiyi nəticəni qəbul etdiyi qərarında əsaslandırmamaqla yanaşı, cavabdehin dəlillərinə də münasibət bildirməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. İşin məhkəmə araşdırması zamanı məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli, T 921/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının düçar olduğu “C50-süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 İİ MƏRHƏLƏ, İİ KL.QR, sol süd vəzin sektoral rezeksiyası (16.08,2021), sol tərəfli radikal mastektomiya (xx.xx.2021). HİSTOLOJİ: N B 385/2021- İnvaziv duktal karsinoma G İİ. (Şəki onkologiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%. Ağırlaşma: M24.5-oynaqlarm kontrakturası, sol bazu oynağının dermoid kontrakturası; Ağırlaşma: R53-əzginlik (süstlük) və yorğunluq, əzginlik və yorğunluq; Ağırlaşma: C50-süd vəzisinin bədxassəli yenitörəm əsi, sol süd vəzin xərçəngi T2N0M0 İİ mərhələ, İİ KL.QR, sol süd vəzin sektoral rezeksiyası (xx.xx.2021), sol tərəfli radikal mastektomiya (xx.xx.2021), HİSTOLOJİ: NB-385/2021invaziv duktal karsinoma Gİİ, (Şəki onkologiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%; Ağırlaşma: İ97.2-postmastektomik limfatik ödem sindromu, sol yuxarı ətrafın əməliyyatdan sonrakı limfastazı; Yanaşı xəstəliklər: 125.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX, kardioskleroz; Yanaşı xəstəliklər: 110-essensial [birincili] hipertenziya, arterial hipertenziya İİ dərəcə, əlavə risk qrupu İİİ” xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın 2.3.7-ci bəndinə uyğun olaraq, 50-55% orqanizmin funksiyasının pozulması ilə beş il müddətinə üçüncü dərəcə əlillik təyinatı düzgün olmuşdur.

18. Şəki Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ş.Hüseynov /sədrlik edən və məruzəçi/, E.M.Mehdiyev və M.A.Əsədli) 27 fevral 2024-cü il tarixli, 21(107)-29/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

21. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 12 il müddətində ümumi xəstəliklə əl aqədar əlil olmuşdur. Əlilliyinin dəyişdirilməsi məqsədilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki 2009-cu il tarixdə qiymətləndirilmişdir və ikinci dərəcə əlildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamə: Bənd

2. Əlilliyin müəyyən olunması meyarları... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin k ənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.14 lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00C97);... Bənd

4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri... 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir....

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 14.7. Süd vəzisinin bədxassəli yenitörəməsi C50 14.7.1 İ mərhələdə kəsilib götürülməsindən sonra 5 il ərzində orqanizmin funksiyalarının itirilməsi 30 %, 1 il müddətinə; 14.7.2 İ-İİ mərhələdə kəsilib götürülməsindən sonra 5 il ərzində orqanizmin funksiyalarının itirilməsi 50 %, 1 il müddətinə; 14.7.3 İİ-İİİ mərhələdə kəsilib götürülməsindən sonra 5 il ərzində orqanizmin funksiyalarının itirilməsi 80 %, 2 il müddətinə; 14.7.4 Süd vəzi bədxassəli törəməsi ətraf orqanlara metastaz ilə İV mərhələdə orqanizmin funksiyalarının itirilməsi 81-100 %, müddətsiz əlillik təyin edilir....

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət form al baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona müddətsiz ikinci dərəcə əlillik təyin edilməsinə nail olmaqdan ibarətdir.

30. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməli olması barədə nəticəyə gələrkən mövqeyini onunla əsasla ndırmışdır ki, iddiaçının 10 il müddətinə fasiləsiz olaraq ikinci dərəcə əlil olduğu iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Bundan əlavə, iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyi ilə də cavabdeh tərəfindən iddiaçıya “Əlilliyin müəyyən olunması” meyarlarının 2.3.7-ci bəndinə uyğun olaraq, 50-55% orqanizmin funksiyalarının pozulması ilə beş il müddətinə üçüncü dərəcə əlillik təyinatının düzgün olduğu müəyyən edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli, T 921/2023 nömrəli ekspert rəyini mötəbər sübut qismində qəbul etməklə, gəldiyi nəticə üzrə həmin rəyə istinad etsə də, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz.

32. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, T589/2022 nömrəli ekspert rəyində iddiaçının düçar olduğu C50, onun ağırlaşmaları olan M24.5, İ97.2 kodlu xəstəliklərin, yanaşı xəstəliklər olan İ25.1, İ10 kodlu xəstəliklərə görə ona “Əlilliyin müəyyən olunması meyarları” nın 2.3.7-ci bəndinə uyğun olaraq, orqanizmin funksiyasının 50-55% pozulması ilə beş il müddətinə üçüncü dərəcə əlillik təyinatının düzgün olduğu qeyd edilmişdir.

33. Nəzərə almaq lazımdır ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun: - 6-ci maddəsinə əsasən, məh kəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyy ət daşıyır. - 18-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər.

34. Qeyd olunan normalardan göründüyü kimi, təkrar ekspertiza aparılması üçün əsasların dairəsinə ekspertiza aparılmasının prosessual qaydaları da aid edilmişdir. Ekspertin müstəqilliyi, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və i şin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir.

35. Halbuki, ikinci apellyasiya baxışı zamanı daxil olmuş sözügedən ekspert rəyindən görünür ki, məhkəmə icraatı zamanı təyin olunmuş ekspertiza təkcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirilmişdir. Bununla da rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin mövqeyinin nümayiş olunduğu göstərilir. Belə ki, ekspertiza aparılmasında cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinin pozu lmasıdır.

36. Qeyd olunan hal iddiaçı barəsində aparılmış ekspertiza tədqiqatının həqiqiliyini şübhə altına almaqla, iş üzrə təkrar ekspertizanın aparılmasını zəruri edir.

37. Bu baxımdan, kollegiya hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin başqa ekspertlərinə tapşırılmalıdır.

38. Bununla yanaşı, hazırda iddiaçı cavabdehin ona 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirir.

39. İşdən görünür ki, iddiaçıya qeyd olunan əlillik təyinatı 0288003AAKDB nömrəli göndəriş (Forma 88) əsasında aparılmışdır.

40. Lakin həmin göndəriş iş materiallarında mövcud deyildir.

41. Odur ki, yenidən araşdırma zamanı həmin göndəriş apellyasiya məhkəməsi tərəfindən tələb edilərək göndərişdə qeyd edilən xəstəliklər nəzərə alınmaqla, yuxarıda qeyd olunan qaydada araşdırma aparılaraq cavabdehin mübahisələndirilən qərarının qanuniliyinə qiymət verilməlidir.

42. Bundan əlavə, kollegiya qeyd edir ki, 0288003AAKDB nömrəli göndəriş iş materiallarında olmasa da, TSEK-nin elektron informasiya sistemindən çıxarışlardan həmin göndərişə əsasən iddiaçının əsas diaqnozunun XBT 10 C50 kodlu “Süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 İİ mərhələ, İİ KL.QR, sol süd vəzin sektoral rezeksiyası (16.08,2021), sol tərəfli radikal mastektomiya (xx.xx.202 1). Histoloji: N B 385/2021- İnvaziv duktal karsinoma G İİ. (Şəki onkologiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%”, ağırlaşmalarının M24.5 kodlu “Oynaqların kontrakturası, sol bazu oynağının dermoid kontrakturası”, R53 “Əzginlik (süstlük) və yorğunluq, əzginlik və yorğunluq”, İ97.2 kodlu “Postmastektomik limfatik ödem sindromu, sol yuxarı ətrafın əməliyyatdan sonrakı limfastazı”, yanaşı xəstəliklərinin İ25.1 kodlu “Ürəyin aterosklerotik xəstəliyi, ÜİX, kardioskleroz”, İ10 kodlu “Essensial [birincili] hipertenziya, arterial hipertenziya İİ dərəcə, əlavə risk qrupu İİİ” xəstəliklər olduğu görünür.

43. Bununla bağlı diqqət yetirilməli digər məsələ ondan ibarətdir ki, AR Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olu nması meyarları”nın 14.7.1-ci bəndində C50 kodlu (Süd vəzinin bədxassəli yenitörəməsi) xəstəlik “İ-İİ mərhələ, sektoral rezeksiyadan sonra 5 il ərzində” olduğu hallarda orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə, 14.7.2-ci bəndinə əsasən isə “İİ-İİİ mərhələ, sektoral rezeksiyadan sonra 5 il ərzində” olduğu hallarda orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas olan xəstəlik kimi qeyd edilmişdir.

44. Göründüyü kimi, “Süd vəzinin bədxassəli yenitörəməsi İİ mərhələ” diaqnozlu xəstəlik meyarların 14.7.1-14.7.2-ci bəndlərinin tələblərindən asılı olaraq, orqanizmin funksiyalarının həm 50, həm də 80 faiz pozulmasına görə əlilliyin təyininə əsasdır.

45. Qeyd edilənlər nəzərə alınaraq, təkrar ekspertiza tədqiqatı zamanı ekspert qarşısında 0288003AAKDB nömrəli göndərişə əsasən iddiaçının əsas diaqnoz (C50) və ağırlaşmaları olan xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nın 14.7.1-ci, yoxsa 14.7.2-ci bəndində göstərilən hallarla müşahidə olunduğu ilə bağlı sual qoyulmalıdır.

46. Həmçinin, işdən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Hipertoniya xəstəliyi İİb st.serebro-kardial forma tez-tez təkrarlanan hipertonik krizlərlə QDÇ İİ dərc. Taxisistolik forma səyirici aritmiya ÜİX bağlı olan diffuz ur. Astenonevrotik v-t.” diaqnozu əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. 47. 0288003AAKDB nömrəli göndərişdən göründüyü kimi, hazırda isə iddiaçının vəziyyəti daha da ağırlaşaraq, onda yuxarıda qeyd olunan xəstəlik davam etməklə yanaşı, əlavə onkoloji xəstəlik - C50 kodlu “Süd vəzisinin bədx assəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 İİ mərhələ, İİ KL.QR, sol süd vəzin sektoral rezeksiyası (16.08,2021), sol tərəfli radikal mastektomiya (xx.xx.2021). Histoloji: N B 385/2021- İnvaziv duktal karsinoma G İİ. (Şəki onkologiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-5055%” xəstəliyi də yaranmışdır.

48. İşdən görünür ki, cavabdehin özü tərəfindən iddiaçıya 2016-2021-ci illərdə müvafiq ürək xəstəlikləri ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilməsinə və həmin xəstəliklərin hazırda onda aşkar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə əlillik təyin edilərkən həmin xəstəliklərin özünün orqanizmin funksiyalarının pozulması faizi nəzərə alınmamış, yalnız C50 kodlu əsas diaqnoz əsasında orqanizmin funksiyalarının 50-55% pozulmasına g örə əlillik təyin edilmişdir.

49. Bu baxımdan, təkrar ekspertiza tədqiqatı zamanı 0288003AAKDB nömrəli göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşmaları və digər yanaşı xəstəliklərə məcmu halda qiymət verilərək, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməlidir.

50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, yuxarıda sadalanan sənədlərin, məlumatların və halların araşdırılması üçün iş təkrar həmin məhkəməyə göndərilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 21(107)-29/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar