Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1982/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin özəlləşdirilməsinin ləğv edilməsi, orderin etibarsız hesab edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (X7 üçüncü şəxs olmaqla) qarşı “mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 2-1(105)-454/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 18.05.2003-cü il tarixli orderlə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxanda 10 saylı mənzil X3 verilmiş və sonuncunun ailə üzvü kimi 30.12.1972-ci il təvəllüdlü X7 göstərilmişdir.
2. X6 10 sentyabr 2018-ci ildə vəfat etdikdən sonra həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində 16 dekabr 2019-cu il tarixində tam pay hüququ X4 adına qeydiyyata alınmışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən 10 saylı mənzilə dair verilmiş reyestrdən çıxarışın ləğv olunmasını xahiş etmişdir.
4. Cavabdeh 28 yanvar 2020-ci il tarixli, **********83 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən 10 saylı mənzil qanunvericiliklə tələb olunan hüquq müəyyənedici sənədlər əsasında (order, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2№-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr) X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
5. İddiaçı cavabdehə və üçüncü şəxs X5 qarşı “mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 18.05.2003-cü il tarixdə SMK zavodu tərəfindən 23 saylı order əsasında anası X3 verilmişdir. Anası 10.09.2018-ci il tarixdə vəfat etmiş, anasının vəfatından sonra 23.08.2019-cu il tarixdə Sumqayıt 2 saylı ASAN Xidmət Mərkəzində o, qardaşları Nadir və Şamil Səfərovla vərəsə kimi qeydə alınmaqla miras əmlakını qəbul etmişlər. Mübahisəli mənzil əldə olunduğu gündən yeganə yaşayış sahəsi və ünvanı olaraq orada yaşamışdır. Uzun illər xəstə anasına qulluq etmiş və mənzilə dair kommunal xərcləri ödəmişdir. 2020-ci ilin yanvar ayında ƏMDK DƏDRX-dən vərəsələrin payının müəyyən olunaraq çıxarışların verilməsi tələb olunduqda ona məlum olmuşdur ki, miras artıq qardaşı X4 adına çıxarış verilməklə rəsmiləşdirilmişdir. Hesab edir ki, Mülki Məcəllənin mirasda n məcburi pay almaq anlayışı və mənzilin özəlləşdirməsindən sonra mülkiyyətçinin digər ailə üzvlərinin istifadə hüququnun pozulması və ya ona maneçilik yaradılması səbəbindən özəlləşdirmənin ləğvi tələb oluna bilər.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən yataqxananın 10 saylı mənzili qanunvericiliklə tələb olunan hüquq müəyyənedici sənədlər: order, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2№-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzil özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşı nmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. İddiaçı həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi bildirilmiş və bu barədə, ona 27 yanvar 2020-ci il tarixli **********83 qeydiyyat nömrəli cavab göndərilmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiasının mümkün sayılmaması haqqında qərardad qəbul olunması xahiş edilir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(118)-1093/2020 saylı qərardadı (hakim V.E.Əzizova) ilə mümkün sayılmamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, özəlləşdirmə daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə olduğundan və özəlləşdirmə əsasında verilən çıxarış inzibati akt hesab olunmadığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır.
10. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-437/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(118)-1093/2020 saylı qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanən fəaliyyəti ilə bağlı olmaqla həmin orqana qarşı iddia olduğundan iddia, mümkün iddiadır. c) birinci instansiya məhkəməsindəki ikinci icraat
13. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-655/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qərarı ilə (hakim: V.E.Əzizova) iddia rədd edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qeyriqanunilik müəyyən edilməmişdir.
15. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın l əğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-454/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Ağayev, hakimlər: İ.K.Dəmirov və Z.İ.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-655/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmas ını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının anası X6 10.09.2018-ci ildə vəfat etdikdən sonra iddiaçı 22.08.2019-cu il tarixdə anasından qalmış miras əmlakın qəbul edilməsi ilə bağlı Sumqayıt ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmişdir. Həmin vaxt üçüncü şəxs X7 da notariat ofisinə müraciət edərək İddiaçı Almaz oğlunun anası X2 vərəsələri sırasına daxil edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra, X1 miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədin verilməsi üçün notarius tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə 22.08.2019-cu il tarixdə məktub ünvanlamış və həmin məktub üçüncü şəxs X5 təqdim olunmuşdur. Şamil Səfərov isə həmin məktubu yalnız 25.10.2019-cu il tarixdə, yəni mənzili qeyri-qanuni yolla öz adına özəlləşdirdikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim etmiş, bununla da vərəsəlik işi yarımçıq qalmışdır.
20. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı anası ilə birlikdə mübahisəli mənzildə yaşamış, üçüncü şəxs Şamil Səfərov isə mübahisəli mənzildə qeydiyyatda olsa da, orada yaşamamışdır. İşin bu halı Şamil Səfərovun hazırki inzibati mübahisə ilə bağlı məhkəmə iclasında verdiyi izahatı, həmçinin X2 qətlə yetirilm əsi faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində verdiyi ifadəsi ilə də təsdiq olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Azərbaycan Respublikasından mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Maddə
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəl ləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsini n, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 695.1 Kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətl ərinin ləğvinə dair bildiriş vermək hüququ vardır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ver ən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
29. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçının iddia tələbini mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi təşkil edir.
30. İddiaçı qeyd edir ki, o, notariat ofisinə müraciət edərək anası X2 vərəsələr sırasına daxil edilməsini xahiş etmiş və o, da anasının vərəsəsi kimi qəbul edilmişdir. Məhz bu səbəbdən də miras əmlakından ona da pay düşməlidir.
31. Məhkəmə tərkibi bildirir ki, iddiaçının notariat ofisinə müraciət etməklə mərhum anasının vərəsəsi olmasının müəyyən edilməsi mübahisəli mənzilə dair hər hansı bir hüquq əldə etməsinə əsas ola bilməz. Yəni, iddiaçının anası M.Həsənli vəfat edərkən mübahisəli mənzil özəlləşdirilmədiyindən və mərhumun mülkiyyətində olmadığından mirasın kütləsinə də daxil olmamışdır. Mərhum M.Həsənli mübahisəli mənzilin kirayəçisi olmuş, vəfat edəndən sonra isə mənzildə qeydiyyatda olmaqla kirayəçinin hüquq və vəzifələrini iş üzrə üçüncü şəxs Ş.A.Səfərov 5 nəfər ailə üzvü tərkibində (həyat yoldaşı, yetkinlik yaşına çatmayan qızı və iki oğlu) daşımışdır. İddiaçı adı isə mübahisəli mənzilin orderində olmamış, eyni zamanda o, mənzilə istifadə hüququnun tanınmasını məhkəmə qaydasında tələb etmiş olsa da, həmin iddia tələbi məhkəmələr tərəfindən təmin edilməmişdir.
32. Qeyd olunmalıdr ki, dövlət və yaxud icti mai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının mənzil sahəsinə dair orderi və ya mənzil kirayə müqaviləsi, yaxud mənzilin verilməsinə dair sərəncam daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Mülki qanunvericiliyin tələbinə əsasən, kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Yəni, hazırki halda iddiaçının mübahisəli mənzilin nə orderinə əsasən, nə də ki, digər əsasla mübahisəli mənzilə istifadə hüququnun olmaması səbəbindən kirayə müqaviləsi üzrə hüquq və vəzifələri müəyyən edilmir. Digər tərəfdən, üçüncü şəxs və ailə üzvləri mübahisəli mənzilin kirayə çiləri qismində çıxış etdikləri üçün kirayə müqaviləsi üzrə hüquq və vəzifələr daşıdığından, mənzilin kirayəçisi olmuş M.Həsənlinin vəfatından sonra sonuncunun vərəsələrindən biri olan İddiaçı mübahisəli mənzilin kirayə müqaviləsi üzrə hüquq münasibətinin davam etdirilməsinə qanunu əsaslar olmamışdır.
33. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-454/2021 saylı iş üzrə 22 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən s