Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1982/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1927-ci il təvəllüdlü; Rusiya Federasiyas ı vətəndaşı; vəfat etdiyi tarix: xx.xx.2021-ci il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2022-ci il tarixli, 2-1(103)-534/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 inkişafı və istismarı birliyinin xx.xx.1987ci il tarixli, 59 nömrəli müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1986 -cı il tarixli, 2/585 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Şüvəlan qəsəbəsində 0,25 ha ölçüdə 121 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə (ailə üzvləri ilə Qasımov Vaqif və Qasımova Elmira) verilmiş, müqavilənin qüvvədə olma müddəti xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilədək müəyyən edilmişdir.
2. İddiaçı sonradan Rusiya Federasiyasının Moskva şəhərinə köçmüş və 29 noyabr 2021-ci il tarixdə orada vəfat etmişdir.
3. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 121 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh 31 may 2021-ci il tarixli, **********73 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, qeyd olunan bağ sahəsinin iddiaçının adına (əcnəbi) mülkiy yət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 22 iyul 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən və iddiaçının faktiki istifadəsində olan 121 saylı, 0,25 ha bağ-torpaq sahəsinə dair iddia çının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla plan-ölçünün və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1927-ci il təvəllüdlüdür, Azərbaycan Respublikası ərazisində yaşamışdır. Keçən əsrin 80-ci illərin sonlarında Rusiya Federasiyasının Moskva şəhərinə köçmüşdür. Bakı şəhərində yaşadığı zaman iş yerindəki əmək fəaliyyətinə görə, ona Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan 121 saylı bağ sahəsi verilmiş və müvafiq olaraq Bakı şəhər İcraiyyə Komitəsinin Bağçılıq Təsərrüfatı İdarəsi ilə aralarında xx.xx.1987-ci il tarixdə 59 saylı icarə müqaviləsi bağlanılmışdır. Həmin tarixdən hazırkı vaxtadək, onun tapşırığına əsasən Bakıda kı yaxınları həmin bağ sahəsinə nəzarəti həyata keçirirlər.
7. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilən 26 avqust 2021-ci il tarixli “İlkin müqavilə”yə əsasən iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 (iddiaçının qızı) ilə X2 arasında Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,25 ha olan 121 nömrəli bağ-torpaq sahəsinin aşağıdakı şərtlərlə gələcək alqı-satqısına dair razılıq əldə edilmişdir. Birinci tərəf öhdəsinə götürmüşdür ki, qeyd edilən bağ sahəsi iddiaçının adına qeydiyyata alındıqdan sonra 1 ay ərzində notarial bağlanacaq alqı-satqı müqaviləsi əsasında 25000 manata ikinci tərəfə satacaq, ikinci tərəf də həmin şərt daxilində torpaq sahəsini alacaq.
8. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8721/2021 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən və iddiaçının faktiki istifadəsində olan 0,25 ha-dan ibarət 121 saylı bağ torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, onun adına plan və ölçünün, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrind ə qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
10. Məhkəmə eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 206.1, 206.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 3 və 49.4-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçının nümayəndəsi hüquqi varisliyə dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iddi açının 29 noyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etdiyini, ona görə də, iddiaçının qızı X3 ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2022-ci il tarixli, 21(103)-534/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və H.Ü.Həmidov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8721/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barə də qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh qeyd edir ki, mərhum iddiaçı əcnəbi vətəndaşdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-534/2022 nömrəli qərarı idarəyə daxil olduqdan sonra idarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində sözügedən torpaq sahəsinə yenidən yerində baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən tərəflərin iştirakı ilə keçirilmiş yerli baxışda bağ sahəsinin ərazisi kənardan göstərilmişdir. Tərəflərin bildirdiyinə əsasən bağ sahəsinin ərazisi və bağın yolu digər fiziki şəxslər tərəfindən hasarlanaraq zəbt olunmuşdur. Bağ sahəsi mübahisəlidir. Bununla bağlı bağ sahəsinə texniki baxış keçirmək mümkün olmamışdır. Elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlama işləri sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin keçid yolunu elektron məlumatlara əsasən təyin etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində deyil. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Belə ki, sözügedən maddədə qeyd olunan qanuni istifadə torpaq sahəsinə həm faktiki istifadəni, həm də istifadənin hər hansı hüquqmüəyyənedici sənədlə təsdiqlənməsini nəzərdə tutur. Yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 9, 8.0.7, 11.1, 22.2-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3, 48, 67, 68, 111.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasi ya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan to rpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
19. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haq qında Əsasnamə”:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqınd a” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqları n ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.7. 2007-ci il m ayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müv afiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüq uqu, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə
206. Şəxsin ona mənsub ola bilməyən əmlaka mülkiyyət hüququna xitam verilməsi 206.1. Əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir. 206.2. Mülkiyyətçi əmlakı bu Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlər də özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır. 206.3. Əgər qanunun yol verdiyi əsaslara görə fiziki və ya hüquqi şəxsin mülkiyyətinə əldə edilməsinə xüsusi icazə tələb olunan və mülkiyyətçiyə belə icazənin verilməsindən imtina edilən əmlak düşərsə, bu əmlak həmin mülkiyyətçiyə mənsub ola bilməyən əmlak üçün müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirilməlidir.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
3. Torpaq münasibətləri...
2. Torpaq münasibətlərinin iştirakçıları Azə rbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.... Maddə
48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair m üqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.
5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmam alıdırlar.
6. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələrini təbii fəlakətin təsirindən sığortalaya bilərlər. Maddə
49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ...
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəs i... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludu r. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansi yası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 23-cü bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
27. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianı təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən öz mövqeyini əsaslandırmışdır ki, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Eləcə də, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 206.1, 206.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 3 və 49.4-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, əgər qa nunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir.
28. Məhkəmə kollegiyası kassatorun mübahisələndirilən qərarla bağlı dəlillərinə dair birinci növbədə qeyd edir ki, prosessual hüquq normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa borcludur.
29. Kassasiya şikayətinin dəlillərinə əsasən kassator iki məqamı mübahisələndirir: 1) daşınmaz əmlakın ərazisinin və bağın yolunun digər fiziki şəxslər tərəfindən hasarlanaraq zəbt olunması, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlama işlərinin sxematik xəritəyə uyğun aparılmadığından b ağ sahəsinin keçid yolunu elektron məlumatlara əsasən təyin etməyin mümkün olmaması, sözügedən torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olmaması; 2) torpaq sahəsi üzərində mülkiyyət hüququnun əcnəbi vətəndaşın adına qeydə alınmasının mümkünsüzlüyü.
30. İlk olaraq, məhkəmə kollegiyası qeyd edir ki, hər nə qədər iddiaçının müraciətindən imtinada və apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olmaması qeyd edilməsə də, apellyasiya instansiya məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən həmin halları araşdırmalı idi.
31. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə proses işt irakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borclu olduğu halda bunu etməmiş, mülkiyyət hüquqlarının qeydə alınmalı olduğu daşınmaz əmlakla bağlı müfəssəl araşdırma aparmamışdır.
32. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 inkişafı və istismarı birliyinin xx.xx.1987-ci il tarixli, 59 nömrəli müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1986-cı il tarixli, 2/585 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Şüvə lan qəsəbəsində 0,25 ha ölçüdə 121 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir.
33. Bundan başqa, cavabdeh kassasiya şikayətində Torpaq Məcəlləsinin 48-ci maddəsinə istinad edərək iddiaçının əcnəbi şəxs olmasını, ona görə də, onun torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilməsinin mümkünsüzlüyünü qeyd etmişdir.
34. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 22-ci bəndində qeyd edilən maddi hüquq normasına əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə e də bilərlər. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir.
35. Eyni mövqe Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 206-cı maddəsində də öz əksini tapmışdır. Belə ki, əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir.
36. Apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 206-cı maddəsinin və Torpaq Məcəlləsinin 48-49-cu maddələrinin qarşılıqlı surətdə tətbiqi ndə səhvə yol verərək iddiaçının mülkiyyətinə qanunla ona mənsub ola bilməyən torpaq sahəsinin hansı əsaslarla keçdiyini (vərəsəlik, bağışlama və ipoteka əqdləri) tam araşdırmamışdır. Belə ki, cavabdeh inzibati orqan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasını deyil, mövcud olan mülkiyyət hüquqlarının qeydə alınmasını həyata keçirməkdə səlahiyyətlidir. İddiaçı isə xx.xx.1987-ci ildən onun istifadəsinə verilmiş torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir.
37. Apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun nə vaxtdan yarandığını, iddiaçının hansı tarixdən başqa ölkə vətəndaşlığına keçməsini və qanunla onun mülkiyyətinə düşən əmlakı hansı müddətdə özgənin kiləşdirilməli olmasını araşdırmadan yekun nəticəyə gəlmişdir.
38. Bundan əlavə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 29 noyabr 2021-ci il tarixdə, yəni iş apellyasiya instansiya məhkəməsinin icraatında olan zaman vəfat etmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçının qızının və etibarnamə əsasında nümayəndəsinin ərizəsini qəbul edib işə baxaraq yekun qərar qəbul etmişdir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüqu q varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
40. Həmin Məcəllənin 72.3-cü maddəsinə əsasən ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir.
41. Yuxarıda qeyd edilənlərin hazırkı işə tətbiqi zamanı müəyyən olunur ki, iş üzrə iddia tələbi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Yəni, iddia uğurlu olacağı halda, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınacaq, bu da iddiaçının miras əmlakı hesab olunacaqdır.
42. Ölmüş şəxsin – miras qoyanın əmlakı digər şəxsə - vər əsələrə məhz vərəsəlik hüququ əsasında keçir. Ona görə də, nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçının hüquqi varisi məhz onun vərəsələri olmalıdır.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsində hüquq varisinin dairəsinin vərəsələrdən ibarət olması birbaşa göstərilməsə də, həmin Məcəllənin 72.3-cü maddəsində açıq şəkildə qeyd edilmişdir ki, ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən şəxs onun vərəsəsidir.
44. Apellyasiya instansiya məhkəməsi qeyd edilən xüsusatları nəzərə almadan, vəfat edən iddiaçının vərəsələrinin dairəsini müəyyənləşdirmədən işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul etmiş, bununla prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 21-23-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
46. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2022-ci il tarixli, 2-1(103)-534/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
48. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
49. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2022-ci il tarixli, 21(103)-534/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.