Məhkəmə qərarları › İş №2-1(102)-1982/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1982/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1982/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri X14 üzrə Baş idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının operativ vergi yoxlamasının nəticələrinə əsasən vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsinə dair qərarının mübahisələndirilməsi; yoxlama barədə məlumatların reyestrdə qeydə alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri X14 üzrə Baş idarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 172/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2018-ci il tarixli **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2018-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Panda market” adlı mağazada operativ vergi nəzarəti həyata keçirilərək aşağıdakı aktlar tərtib olunmuşdur: - nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömr əli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt; -11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar edilərək, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt; - 307113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı aşkar edilərək, “V ergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi haqqında” VN-16 seriyalı 009193 nömrəli akt”.

2. Həmin aktlar əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə iddiaçı barəsində aşağıdakı maliyyə sanksiyaları tətbiq olunmuşdur: - birinci akt əsasında xx. xx.2018-ci tarixli **********0398 nömrəli qərarı ilə 400,0 manat; - ikinci akt əsasında xx.xx.2018-ci tarixli **********1050 nömrəli qərarı ilə 11000,0 manat; - üçüncü akt əsasında xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarı ilə isə 30.711,40 manat. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********0398 nömrəli, xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanında “Panda” marketi xx.xx.2018-ci il tarixdə fiziki şəxs X2 icarəyə götürmək üçün müqavilə bağlamış, bundan sonra sonuncunun işçilərlə köhnə əmək müqaviləsinə xitam verildikdən sonra yeni əmək müqaviləsi bağlayaraq fəaliyyətə başlamaq üçün obyekti olduğu yer üzrə qeydə aldırmaq, kassa aparatlarını qeydiyyata saldırmaq və malgöndərən şəxslərlə müqavilələr bağlamaq məqsədilə işlərə başlamışdır. 5. xx.xx.2018-ci il tarixdə icarəyə götürdüyü həmin “Mağaza” adlı təsərrüfat subyekti vergi orqanında uçota aldırmış, o cümlədən, xx.xx.2018-ci il tarixdə Merkuri-130F-01 kassa aparatı qeydiyyata götürülmüşdür.

6. İddiaçı fəaliy yətə başlayandan az sonra, xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamenti tərəfindən **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə vergi nəzarəti tədbiri keçirilmiş, xx.xx.2018-ci il tarixli VN17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir.

7. Həmin akta əsasən xx.xx.2018-ci il tarixdə saat 17:17-də müştəri tərəfindən alınmış 3,06 manat dəyərində mal üçün çek vurulub verilməmiş və bunun təsdiqi kimi həmin məbləğə həmin tarixdə qeydiyyata alınmamış Merkuri-130F-01 markalı NKA-dan bərpa çeki çıxarılmış, xx.xx.2018-ci il tarixdə, saat 14:30-da keçirilmiş operativ vergi nəzarəti zamanı 11 (on bir) nəfərin işlərin (xidmətlərin) y erinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, nəticəsi xx.xx.2018-ci tarixli, VN-11 seriyalı, 012786 nömrəli “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüququ qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunmuşdur.

8. İddiaçı mağazada cəmi 5 gün işləmiş, 6-cı gün mağazanı bağlamaq məcburiyyətində qalmışdır. İddiaçı əmək müqaviləsi bağlamaqla işə götürdüyü işçilərin hamısını işdən azad etmişdir. Akta imza etməyi isə onu vergi işçiləri məcbur etmişlər və bildirmişlər ki, bu, sadəcə heç bir hüquqi nəticəsi olmayan aktdır. Bu zaman, konkret olaraq 2018-ci ilin noyabr ayının 5-də cavabdehin əməkdaşları obyektə bir növ hücum çəkərək müqavilə üzrə başqa hüquqi şəx sin bəzi işçilərini onun işçiləri kimi təqdim etməklə guya əmək müqavilələri olmamaları barədə xx.xx.2018-ci il tarixli, VN seriyalı 012786 nömrəli akt yazaraq nəticədə iddiaçıya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında’' xx.xx.2018-ci il tarixli, **********1050 nömrəli qərarla 11000 manat cərimə tətbiq etmişlər.

9. Halbuki, on bir nəfər şəxsdən X6, X10, X3 və X11 "xxxx" MMC-nin rəsmi əmək müqaviləsi üzrə işçiləri olmaqla, həmin MMC-nin xx.xx.2018-ci il tarixli, 018 k/m nömrəli məktubuna və xx.xx.2018-ci il tarixli, 007k nömrəli əmrinə əsasən müəssisənin satdığı və istehsal etdiyi məhsulları yerində tanıtmaq məqsədilə iddiaçının fəaliyyət göstərdiyi mağazada təcrübə keçmək məqsədilə xx.xx.2018-ci il tarixdən 25 gün müddətinə ezam edil miş şəxslər olmuşlar. 10. "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixli (əslində xx.xx.2018-ci il tarixli) “Ticarət yerinin idarə edilməsi" müqavilə olmuşdur. Həmin müqavilə ilə də iddiaçının qeyd etdikləri bir daha təsdiq olunur. Lakin vergi orqanının əməkdaşları səhvən, bəlkə də bilərəkdən həmin şəxsləri iddiaçı tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülmüş şəxs kimi adlarını yuxarıda qeyd olunan akta daxil edərək, nəticədə iddiaçı barəsində 162-1.1-ci maddəsinin tələblərini pozmasında şübhəli durum yaratmışlar.

11. Bununla bağlı xx.xx.2018-ci il tarixdə “AZCAKE" MMC-nin rəhbərliyinə sorğu ilə müraciət edilmiş və qeyd edilmiş halları təsdiq edən müvafiq sənədlər alınmışdır.

12. Vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdən başlayaraq, keçi rilmiş operativ vergi nəzarətinin nəticələrinə dair tərtib etdiyi aktda göstərilən mallar həqiqətən də iddiaçının fəaliyyət göstərdiyi obyektdə olsa da bu mallar ona məxsus olmamış və bu, mümkün də deyildir. Belə ki, fiziki şəxs A.S.Əliyevaya məxsus və mağazada mal göndərmiş şəxslərə qaytarılmaq üçün saxlanılan təxminən 310.000,00 manatlıq malı iddiaçıya məxsus və sənədsiz mal kimi yazaraq, nəticədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli qərarla iddiaçıya əsassız olaraq 30.711,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama keçirilən təsərrüfat subyektində mövcud olan malların elektron vergi-hesab fakturası və digər sənədlər olmadan alındığı və mağazada alış qiyməti ilə 307113,40 manat dəyərində malların olduğu qənaətinə gəlinir. cavabdehin etirazı:

13. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə əsas fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” olmaqla vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi orqanının xx.xx.2018-ci il tarixli **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Panda market” adlı mağazada keçirilmiş operativ vergi nəzarəti zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, xx.xx.2018-ci il tari xli VN-17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir.

14. Bundan əlavə, qeyd olunan obyektdə həmin qərara əsasən keçirilmiş operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar edilərək, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt, həmçinin 307.113,39 manat dəyərində mallar ın Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı aşkar edilərək, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi haqqında” eyni tarixli VN-16 seriyalı 009193 nömrəli akt tərtib edilmişdir.

15. Operativ vergi nəzarəti zamanı İddiaçı və 11 nəfər fiziki şəxs izahat verərək işçilərlə əmək müqaviləsinin bağlanılmadığını, həmçinin İddiaçı izahatında obyektdə müəyyən edilmiş 307.113,39 manat dəyərində malların alışını təsdiq edən sənədlərin olmadığını, malların alış və satış qiymətlərinin onun tərəfindən yoxlamaya bildirildiyini qeyd etmiş və operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş bütün aktları imza edərək nüsxələrini qəbul etmişdir.

16. Vergilər Nazirliyi tərəfindən inzibati şikayətlər üzrə aparılmış araşdırmada vergi ödəyicisinin istinad etdiyi faktların əsassız olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Sabunçu rayonu, Zabrat ŞTQ, Babək küçəsi, ev 223-də yerləşən "Panda” mağazasında 11 (on bir) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzər də tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunması barədə toplanmış 18200442 nömrəli materialların Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirildiyi və hazırda ibtidai istintaqının aparıldığı müəyyən edilmişdir.

17. Bundan əlavə, inzibati şikayətdə vergi ödəyicisi X7 vergi borcuna görə siyahıya alınmış əmlakının qaytarılması məsələsi üzrə aparılan araşdırma zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********8 nömrəli “Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarına əsasən A.Əliyevanın vergi borcuna görə əmlak ının siyahıya alındığı və bu barədə xx.xx.2018-ci il tarixli **********8 nömrəli “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib edildiyi, bu zaman A.Əliyeva yazılı iltizam verərək, əmlakın siyahıya alındığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanda yerləşən “Panda” marketdə mövcud olan bütün əmlakların ona məxsus olduğunu bildirərək, tərtib edilmiş bütün aktları imzası ilə təsdiq etdiyi, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********136500 nömrəli “Siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə” iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edildiyi və məhkəmənin xx.xx.2019-cu il tarixli e-2-2(083)-200/2019 nömrəli “Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında" qərardadına əsasən iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edildiyi müəyyən edilmişdir.

18. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə fərdi sahibkar İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil və vergi orqanı əməkdaşlarının izahatları alınmışdır. Vəkil araşdırmaya təqdim etdiyi xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli izahatlarında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında aktda adları qeyd edilmiş 4 nəfər fiziki şəxsin "xxxx" MMCnin işçiləri olduğunu, operativ vergi nəzarətinin keçirildiyi gü n, yəni xx.xx.2018-ci il tarixdən həmin şəxslərin 25 gün müddətinə mağazaya ezam edildiklərini, araşdırmaya təqdim etdiyi xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin işçilərin qeyd edilən mağazaya təcrübə üçün göndərildiyini göstərmiş, lakin xx.xx.2018-ci il tarixdən əmək müqaviləsi (bağlanılmış) hüquqi qüvvəyə minmiş şəxslərin 2 gün əvvəl, yəni xx.xx.2018-ci il tarixdən ezam edilmələri barədə əmr verilməsini əsaslı səbəblərlə izah edə bilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində 11 nəfər fiziki şəxslərin 4 nəfərinin ezam olunduğunu iddia etsə də, digər 7 nəfərlə bağlı operativ vergi nəzarətinin hansı əsaslarla ləğv edilməli olduğunu isə ümumiyyətlə qeyd etməmişdir.

19. Bundan əlavə, operativ vergi nəzarəti zamanı İddiaçı izahatının vergi orqanı əməkdaşlarının sözləri əsasında yazıldığını, İddiaçı və 11 nəfər fiziki şəxslərin izahatların mahiyyətini başa düşmədən imzaladıqlarını, İddiaçı və fiziki şəxslərə psixoloji təsir göstərdiklərini, izahatları vergi orqanı əməkdaşlarının dedikləri kimi yazmayacaqları təqdirdə mağazanı bağlatdıracaqlarını və onları həbs etdirəcəklərini deyərək hədə-qorxu gəldiklərini bildirmiş, lakin bunu təsdiq edən sübutlarının olmadığını qeyd etmişdir.

20. İzahatında həmçinin operativ vergi nəzarəti zamanı mağazada olmuş malların digər vergi ödəyicisi X8 məxsus olduğunu, A.Əliyeva həmin mağazada sahibkarlıq fəaliyyətini dayandırdığı üçün həmin malların müvəqqəti olaraq bir neçə günlük saxlanmasını xahiş etdiyini, malların A.Əliyeva tərəfindən İddiaçı verilməsi və ya həmin malların A.Əliyevaya məxsus olmasını təsdiq edən, həmçinin malların alışına d air sənədlərin olmadığını bildirmiş və bu səbəbdən də araşdırmaya təqdim edə bilmədiyini göstərmişdir. Bundan əlavə, A.Əliyevanın vergi borcuna görə siyahıya alınmış əmlakların bir hissəsinin “SKAY Ekspress" MMC-yə məxsus olduğunu bildirsə də, araşdırmaya "xxxx" MMC (VÖEN **********) ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Verilmiş tapşırığın icra edilməsi haqqında” müqavilə və həmin tarixli, lakin ciddi hesabat sənədi olmayan, sərbəst formada tərtib edilmiş “Təhvil-qəbul aktı” təqdim edilmişdir ki, həmin aktda göstərilən malların adlarının və fərqləndirici əlamətlərinin xx.xx.2018-ci il tarixli **********8 nömrəli protokolda qeyd edilən əmlaklarla eyniliyini dəqiqləşdirmək mümkün olmamışdır.

21. Bu fakt səlahiyyətli nümayəndə tərəfindən araşdırmaya təqdim edilmiş xx.xx. 2019-cu il tarixli izahatda etiraf edilmiş, bundan əlavə siyahıya alınmış əmlakın "xxxx" MMC-yə məxsus olmasına dair araşdırmaya digər sübutlar təqdim ediləcəyi bildirilsə də, təqdim edilməmişdir. Baş İdarənin əməkdaşları araşdırmaya təqdim etdikləri xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli izahatlarında operativ vergi nəzarəti zamanı İddiaçı və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini, etibarnamə üzrə səlahiyyətli nümayəndə Vəkil izahatında göstərdiklərinin həqiqətə uyğun olmadığını, operativ vergi nəzarəti zamanı İddiaçı və digər şəxslərin izahatları sərbəst formada yazdıqlarını, onlara heç bir təsir göstərilmədiyini və ya hədə-qorxu edilmədiyini, mağazadakı bütün malların ona məxsus olduğunu və malların alış və satış qiymətlərinin İddiaçı tərəfindən bildirildi yini və bu barədə İddiaçı izahatında ətraflı məlumat verildiyini bildirmişlər.

22. Bundan əlavə, operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin sərbəst olaraq izahat yazdıqlarını, izahatlarında İddiaçı işçiləri olduqlarını və onlarla əmək müqaviləsinin bağlanmadığını etiraf etdiklərini göstərmişlər. Vergi ödəyicisi İddiaçı operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş aktlarla razılaşaraq, imzası ilə təsdiq etmiş, izahat verərək vergi qanunvericiliyinin tələblərini pozduğunu etiraf etmiş, inzibati şikayət əsasında aparılan araşdırmaya vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsini və siyahıya alınmış əmlakların "xxxx" MMC-yə məxsus olmasını təsdiq edən sübutlar təqdim edilməmiş, A.Əliyeva iltizam verərək əmlakın siyahıya alınması zamanı “Panda market”də olan malların ona məxsus olduğunu bildirmişdir.

23. Həmçinin iddiaçı iddia ərizəsində hansı səbəbdən xx.xx.2018-ci il tarixli **********0398 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməli olduğunu bildirməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

24. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-163/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri X14 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********1050 nömrəli qərarı qismən, yəni iddiaçının 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş; Vergilər Nazirliyi yan ında Bakı şəhəri X14 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia digər hissələrdə təmin edilməmişdir.

25. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, keçirilmiş operativ vergi nəzarəti zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömrəli akt (akt iş materiallarına əlavə edilmişdir) tərtib edilmişdir. Həmin akta əsasən xx.xx.2018-ci il tar ixdə saat 17:17-də müştəri tərəfindən alınmış mala görə kassirə 3,06 manat nağd pul ödənilmişdir, ödəniş müqabilində çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmışdır. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********0398 nömrəli Qərar qəbul olunaraq iddiaçıya 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, müştəri tərəfindən alınmış mala görə nağd pul ödənilsə də, iddiaçının əməkdaşları tərəfindən ödəniş müqabilində çek vurulmamışdır. Bununla əlaqədar olaraq cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmış və bu hal öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir k i, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********0398 nömrəli qərarın ləğv edilməsi hissəsində əsassızdır və iddia tələbi bu hissədə təmin edilməməlidir.

26. Eyni zamanda, keçirilmiş operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilməsi üzrə, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 0127 86 nömrəli akt (akt iş materiallarına əlavə edilmişdir) tərtib edilmişdir (11 nəfər – Tağıyev Hüseyn, İsayeva Kəmalə, Canıyeva Gülnarə, Əliyeva Arzu, Əzizov Məhəmməd, Süleymanova Zəminə, Kərimova Aytən, Əlizadə Nizami, Əmrahov Əmrah, Osmanov Novruz, Tağıyev Elvin). Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********1050 nömrəli Qərar qəbul olunaraq iddiaçıya 11000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, X6, X10, X4 və X11 iddiaçının işçiləri deyillər, onlar əmək müqaviləsi üzrə "xxxx" MMC-nin işçiləridirlər. İddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixl i Ticarət yerinin idarə edilməsi müqaviləsindən də görünür ki, iddiaçı özünə məxsus ticarət obyektlərində "xxxx" MMC-yə şirniyyat məhsullarının satışı üçün xüsusi yer ayırır, "xxxx" MMC isə bunun müqabilində həmin yerdə ticarəti həyata keçirir, "xxxx" MMC malların satışlarının həyata keçirilməsi və bununla bağlı bütün digər lazım olan hərəkətlərin (malların yerləşdirilməsi, alıcılara təqdim edilməsi və s.) edilməsini öz hesabına edir və bunun üçün öz işçisini və ya işçilərini ona Marketlərdə ayrılmış yerlərə təyin edir. Belə olan halda qeyd olunan şəxslərə aid hissədə qərar əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********1050 nömrəli qərarın ləğv edi lməsi hissəsində qismən təmin edilməli, həmin qərar iddia iddiaçının 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməlidir.

27. Məhkəmə, həmçinin qeyd etmişdir ki, keçirilmiş operativ vergi nəzarəti zamanı 307.113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı üzrə, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müv afiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009193 nömrəli akt (akt iş materiallarına əlavə edilmişdir) tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2018-ci tarixli **********1040 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçıya 30.711,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən edildi ki, X7 fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş malların siyahısındakı mallarla İddiaçı xx.xx.2018-ci il tarixdə tər tib edilmiş “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda qeyd edilən mallar əsasında eyniadlı, eyni markalı, eyni çəkidə, eyni ölçüdə malların yazılması halları vardır və həmin malların ümumi məbləği 299.875,98 manat və həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği 29.987,60 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, digər şəxsin fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı tərtib edilmiş malların siyahısındakı mallarla eyniadlı, eyni markalı, eyni çəkidə, eyni ölçüdə olan malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan saxlanılmasına görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul olunaraq maliyyə sanksiyasının tətbiq edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarın ləğv edilməsi hissəsində qismən təmin edilməli, həmin qərar iddiaçının 29.987, 60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməlidir.

28. İddiaçı qərarı iddianın rədd edilən hissəsində mübahisələndirməmişdir.

29. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2277/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 32.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tə ləbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-941/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)2277/2022 nömrəli qərarı qismən – “cavabdehin xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin” hissəsi ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hi ssədə təmin edilməmişdir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə “sözügedən mallar iddiaçının fəaliyyət göstərdiyi obyektdə olsa da, həmin malların əksər hissəsi, başqa fiziki şəxs X8 məxsus olmuşdur. İşdən görünür ki, bununla bağlı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinə ekspertiza təyin edilmiş və Mərkəzin xx.xx.2021-ci il tarixli 9/1207 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin mallar A.S.Əliyevaya məxsus olan və mağazada mal göndərmiş şəxslərə qaytarılmaq üçün saxlanılan mallardır. Belə ki, ekspert tədqiqatı ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən fiziki şəxs A.S. Əliyevanın fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş malların siyahısında təsbit olunan mallarla, İddiaçı obyektində aparılan operativ nəzarətin nəticələrinə dair xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən 307.113,39 manat dəyərində malların 299.875,98 manat dəyərində hissəsi eyniadlı, eyni markalı, eyni çəkidə, eyni ölçüdə mallar təşkil edir”.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, adıçəkilən malların A.S.Əliyevaya məxsus olması mötəbər sübutlarla öz təsdiqini tapmır.

36. Belə ki, ekspertin xx.xx.2021-ci il tarixli, 9/1207 saylı rəyində xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən 307.113,39 manat dəyərində malların 299.875,98 manat dəyərində hissəsi eyni adlı, eyni markalı, eyni çəkidə, eyni ölçüdə malların təşkil etməsinin göstərilməsi, həmin malların İddiaçı deyil, A.Əliyevaya məxsus olması barədə qənaətə gəlməsi üçün yetərli deyil, çünki əvvəla ekspert rəyində malların dəqiq sırası, çəkisi və məbləği qeyd edilməmiş, digər tərəfdən sözügedən mallar unikal mallar deyildir.

37. Bundan başqa, həmin malların üzərində, onların A.Əliyevaya məxsusluğunu təsdiq edən hər hansı bir sənəd (qaimələr, möhürlər) mövcud deyildir.

38. Bununla yanaşı, İddiaçı mallara dair hər hansı bir mötəbər sənədlərin olubolmaması apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir.

39. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etmişdir ki, işin İ cildinin 153-cü səhifəsində olan cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında əlavələr (dəyişiklər) edilməsi haqqında qərarında cavabdehin 3 (üç) nəfər yeni müfəttişin nəzarəti həyata keçirən obyektdə yoxlamaya cə lb edilməsi qərara alınmışdır. Lakin apellyasiya məhkəməsi sözügedən qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilib-edilməməsini araşdırmamışdır, halbuki, bu hal mübahisənin baxılmasında həlledici rol oynayır. Yeri gəlmişkən həmin qərarın tarixi və nömrəsi yoxdur.

40. Həmçinin qeyd edilməlidir ki, işin İ cildinin 155-ci səhifəsində olan sənəddən görünür ki, cavabdeh tərəfindən yoxlamanın əsası üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilsə də, lakin buna dair heç bir açıqlama verilməmiş, lakin apellyasiya məhkəməsi həmin məsələni də araşdırmamışdır.

41. Eyni zamanda, həmin Məcəllənin 58.8.2-ci maddəsinin tələbləri də (yeni redaksiyada) nəzərə alınmamışdır. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

42. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-172/2024 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-163/2021 saylı qərarı “cavabdehin xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarının qismən, yəni İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin” hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir.

43. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq yalnız sonuncu akt (üçüncü akt əsasında xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarı ilə 30.711,40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur) üzrə apellyasiya şikayətinin dəlilləri araşdırılır.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd etmişdir ki, adıçəkilən malların Aynur Əliyevaya məxsus olması mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, ekspertin xx.xx.2021-ci il tarixli, 9/1207 saylı rəyində xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən 307.113,39 manat dəyərində malların 299.875,98 manat dəyərində hissəsi eyni adlı, eyni markalı, eyni çəkidə, eyni ölçüdə malların təşkil etməsinin göstərilməsi, həmin malların İddiaçı deyil, Aynur Əliyevaya məxsus olması barədə qənaətə gəlməsi üçün yetərli deyil, çünki əvvəla ekspert rəyində malların dəqiq sırası, çəkisi və məbləği qeyd edilməmişdir, digər tərəfdən sözügedən mallar unikal mallar deyildir.

45. Məhkəmə kollegiyası qeyd e tmişdir ki, kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərdən biri də ondan ibarət olmuşdur ki, işin İ cildinin 153-cü səhifəsində olan cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında əlavələr (dəyişiklər) edilməsi haqqında qərarında cavabdehin 3 (üç) nəfər yeni müfəttişin nəzarəti həyata keçirən obyektdə yoxlamaya cəlb edilməsi qərara alınmışdır, lakin apellyasiya məhkəməsi sözügedən qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilib-edilməməsini araşdırmamışdır, halbuki bu hal mübahisənin baxılmasında həlledici rol oynayır, yeri gəlmişkən həmin qərarın tarixi və nömrəsi yoxdur.

46. Kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq bu istiqamətdə araşdırma aparılarkən müəyyən edilmişdir ki, iş materia llarının İ cildinin 153-cü səhifəsində olan qərar operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2018ci il tarixli, **********8161 saylı qərara əlavələrin (dəyişikliklərin) edilməsi barədədir, belə ki, həmin qərarla **********5973900 saylı, xx.xx.2018-ci il tarixli xidməti məruzəyə əsasən Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********8161 saylı qərara əlavələr (dəyişikliklər) edilərək kiçik vergi xidməti müşaviri X5, 3-cü dərəcəli müfəttiş X9 və kiçik vergi xidməti müşaviri X1 yoxlamaya təyin olunmuşlar. Həmin qərarla İddiaçı tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir.

47. Həmin qərarın əsli cavabdeh inzibati orqandan tələb edilmiş, surəti ilə birlikdə əslinə baxış keçirilmiş və həqiqətən də müəyyən edilmişdir ki, qərarda nöm rə və tarix qeyd edilməmiş, həmçinin qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir, bununla bağlı məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi sözügedən qərarın reyestrə daxil edilmədiyini bildirmişdir.

48. Kollegiya hesab edir ki, əlavə və dəyişikliklər barədə qərarda nömrənin və tarixin olmaması və onun reyestrə daxil edilməməsi bütünlükdə operativ vergi nəzarətinin və onun nəticələrinin etibarsızlığına səbəb olan hal kimi qiymətləndirilməməlidir, belə ki, iş materiallarından görünür ki, həmin qərarın əsasını təşkil edən Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********8161 saylı qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməklə, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş və bununla bağlı iş materiallarında çıxarış mövcuddur (İ cild, səh. 154). Həmçinin iddiaçı özü də əlavə və dəyişikliklər barədə qərarla tanış olaraq, bunu imzasıyla təsdiq etmiş, dolayısıyla həmin qərarla yoxlamaya sonradan təyin edilən şəxslərin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirilməsinə etiraz etməmişdir. Bundan əlavə, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili yoxlamada iştirak edən şəxslərin həqiqətən vergi əməkdaşları olduğunu bildirmiş və əksi ilə bağlı mübahisə açmamışdır.

49. Belə olan halda, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, sözügedən yoxlama ilə bağlı əsas inzibati aktın qanunvericiliklə müəyyən olunmuş formada tərtib edilməsi və yoxlama qərarının sahibkarlıq sahəsində aparılan yoxlama ların vahid məlumat reyestrinə daxil edilməsi halı mübahisəsiz olduğundan, həmçinin mübahisələndirilən inzibati aktın qanunsuz və əsassız olması məhkəmə araşdırması ilə sübuta yetirilmədiyindən, həmin qərarda aparılmış dəyişikliyin reyestrdə qeydiyyata alınmaması öz-özlüyündə qanuni inzibati aktın ləğvinə səbəb ola bilməz.

50. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərdən biri də ondan ibarət olmuşdur ki, işin İ cildinin 155-ci səhifəsində olan sənəddən görünür ki, cavabdeh tərəfindən yoxlamanın əsası üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilsə də, lakin buna dair heç bir açıqlama verilməmiş, lakin apellyasiya məhkəməsi həmin məsələni də araşdırmamışdır.

51. Bununla bağlı olaraq məhkəmə kollegiyası diqqətə çatdırır ki, Vergi Məcəlləsinin 50.2-ci bənd i operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslardan bəhs edir, həmin bənddə sadalanan əsaslardan biri də vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumatlardır. Hansı ki, qeyd edilən əsasın nələrdən ibarət olması açıqlanmamışdır. Bununla belə sonuncu apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, yoxlamanın əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilməsini onunla əsaslandırırlar ki, həmin obyektdə VÖEN dəyişmə əməliyyatı olub, operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra qısa müddət ərzində VÖEN dəyişmə əməliyyatı olduqda bu artıq Vergi orqanı üçün mənbəyi bəlli olan məlumat sayılır.

52. Məhkəmə kollegiyası qeyd edilən halın ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, inzibati orqan tərəfin də sözügedən maddənin pozuntusu müəyyən edilmir.

53. Kassasiya instansiya məhkəməsinin göstərişlərindən biri də AR Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinin nəzərə alınmaması ilə bağlıdır.

54. Belə ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

55. İş materiallarından görünür ki, iddiaçıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyi üçün alınmış malların dəyərinin, yəni 307.113,39 manat dəyərində malın 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, 307.113,39 manat (alınmış malların dəyəri) x10%:100%=30.71 1,339 manat, yuvarlaqlaşdırdıqda 30.711,40 manat.

56. Göründüyü kimi maliyyə sanksiyası tətbiq edilərkən Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələbləri nəzərə alınmışdır, bu barədə tərəflər arasında mübahisə də mövcud deyildir.

57. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********0398 nömrəli, xx.xx.2018-ci il tarixli **********1040 nömrəli və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

58. Qərar maddi və prosessual hüquq normala rının pozuntuları ilə çıxarıldığından qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsi qərar çıxararkən o hallara və maddi hüquq normalarına istinad etmişdir ki, həmin hallar və maddi hüquq normaları şikayətin təmin edilməsinə əsas ola bilməz.

59. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-941/2023 saylı Qərarının 41-ci bəndində məhkəmə kollegiyası işin İ cildinin 153-cü səhifəsində olan cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında əlavələr (dəyişikliklər) edilməsi haqqında qərarında cavabdehin 3 (üç) nəfər yeni müfəttişin nəzarəti həyata keçirən obyektə yoxlamaya cəlb edilməsi, 42-ci bəndində apellyasiya məhkəməsinin sözügedən qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilib-edilməməsini araşdırma masını, halbuki bu halın mübahisənin baxılmasında həlledici rol oynamasını, 43-cü bənddə həmin qərarın tarixi və nömrəsinin olmamasını, 44cü bənddə həmçinin apellyasiya məhkəməsinin sözügedən malların həqiqətən A.Əliyevaya məxsus olduğu halda onun hüquqi əsaslarının araşdırılmamasını, 47-ci bənddə isə işin İ cildinin 155-ci səhifəsində olan cavabdeh tərəfindən yoxlamanın əsası üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilsə də, lakin buna heç bir açıqlama verilmədiyini və məhkəmənin bunu araşdırmadığını qeyd etmişdir.

60. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən göstərişləri tam və obyektiv araşdırılmamış, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir.

61. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixl i, 383 nömrəli Fərmanı təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydaları haqqında Əsasnamə”nin 1.5.-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

62. Eyni zamanda, həmin Əsasnamənin 4.5-2-ci bəndinin tələblərinə görə yoxlayıcı orqandan asılı olmayan səbəblərdən Reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı hər hansı dəyişiklik baş verərsə, yoxlamanın başlanma tarixinə ən geci 1 gün qalmış (yoxlayıcı ilə bağlı dəyişiklik baş verdikdə isə yoxlama başa çatanadək), habelı səyyar vergi yoxlaması zamanı yoxlama nın əhatə etdiyi dövr Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilir.

63. Göründüyü kimi, yoxlama aparan müfəttişlərin sayı tarixsiz və nömrəsiz “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında əlavələr (dəyişikliklər) haqqında” qərarla 3 nəfər artırılmış, lakin bu qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq Reyest rə daxil edilməmişdir. Yoxlama həmin müfəttişlərin iştirakı ilə aparılaraq, aktlar tərtib edilmiş və həmin müfəttişlər tərəfindən imzalanmışdır. Sahibkarın nömrəsiz və tarixsiz qərarla tanış olması, qanunsuz olan həmin qərarın qanuni və əsaslılığına əsas ola bilməz.

64. Ali Məhkəmənin həmin qərarının 44-cü bəndində göstərilənlərlə əlaqədar bildirilir ki, sözügedən malların A. Əliyevaya məxsus olub-olmamasını qaimələrdən əlavə olaraq təkrar və ya əlavə ekspertiza təyin edərək ekspert qarşısında vergi orqanının qəbul etmədiyi halların aydınlaşdırılması barədə suallar qoymaqla da müəyyənləşdirmək olardı.

65. Hər hansı bir obyekt üzrə fəaliyyət zamanı həmin obyektdə fəaliyyət göstərən vergi ödəyicisinin tez-tez dəyişməsi mənbəyi bəlli məlumat kimi qəbul edilərək, həmin vergi ödəyicisinin riskl i vergi ödəyicisi olması anlamına gəlmir və bu hal (cinayət faktından başqa) hər hansı bir vergi yoxlaması üçün əsas ola bilməz. Məhkəmə prosesində cavabdehin nümayəndəsi belə bir sənədin, normanın mövcud olmadığını, sadəcə onların bunu ehtimal etdiklərini bildirsə də, nədənsə işə baxan məhkəmə bu ehtimalı qanun norması kimi qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərarda Vergi Məcəlləsinin 50.1, 50.1.7, 50.2, 50.2.1, 50.2.1, 50.2.2, 50.2.3, 50.2.4, 50.2.5, 50.3, 50.4, 50.5, 50.6, 58.8, 58.8.1, 58.8.2-ci maddələrindəki normaların heç birində obyekt üzrə VÖEN-in tez-tez dəyişməsi (sahibkarın dəyişməsi) mənbəyi bəlli məlumat hesab edilmir. b. kassasiya şikayətinə etirazın dəlilləri

66. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 67.Azə rbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının t əqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb ed ilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 68. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 69.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:... 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi;... 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün ( Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Çıxarışda aşağıdakı məlumatlar göstərilir:... 5.1.12. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi;... 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 70.Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

71. Şikayət üzrə kassasiyanın mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

72. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********0398 nömrəli, xx.xx.2018-ci il tarixli **********1040 nömrəli və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

73. Yuxarıda qeyd olunduğu kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-163/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2018-ci il tarixli **********1050 nömrəli qərarı qismən, yəni iddiaçının 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, cavabdehin xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia digər hissələrdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2277/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-941/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2277/2022 nömrəli qərarı qismən – “cavabdehin xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin” hissəsi ləğv edilmiş, iş həmin h issədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

74. Beləliklə, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, iddiaçı həmin qərarı iddianın rədd edilən hissəsində mübahisələndirməmiş, apellyasiya instansiyası məhkəməsi (apellyasiya instansiyası məhkəməsində birinci icraat) birinci instansiya məhkəməsinin qərarını cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamış, kassasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını cavabdehin kassasiya şikayətinə əsasən yalnız “cavabdehin xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İdd iaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin” hissəsində ləğv edərək təkrar apellyasiya baxışına göndərmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmış və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılan hissədə qanuni qüvvəyə minmişdir. Nəticədə apellyasiya instansiyası məhkəməsinin təkrar baxış predmeti “cavabdehin xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarının İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsi olmuşdur.

75. Beləliklə, hazırkı kassasiya baxışının predmetini də “cavabdehin xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarının İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsi üzrə apellyasiya in stansiyası məhkəməsinin qərarı təşkil edir. Buna görə də, iddiaçının şikayəti üzrə kassasiya yalnız həmin hissəyə münasibətdə mümkündür. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir.

76. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

77. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın “cavabdehin xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarının İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi” hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aş ağıdakı səbəblərdən irəli gəlir.

78. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, iş materiallarının İ cildinin 153-cü səhifəsində olan qərar operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********8161 saylı qərara əlavələrin (dəyişikliklərin) edilməsi barədədir, belə ki, həmin qərarla **********5973900 saylı, xx.xx.2018-ci il tarixli xidməti məruzəyə əsasən Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********8161 saylı qərara əlavələr (dəyişikliklər) edilərək kiçik vergi xidməti müşaviri X5, 3-cü dərəcəli müfəttiş X9 və kiçik vergi xidməti müşaviri X1 yoxlamaya təyin olunmuşlar. Həmin qərarla İddiaçı tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir.

79. Həmin qərarın əsli cavabdeh inziba ti orqandan tələb edilmiş, surəti ilə birlikdə əslinə baxış keçirilmiş və həqiqətən də müəyyən edilmişdir ki, qərarda nömrə və tarix qeyd edilməmiş, həmçinin qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir, bununla bağlı məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi sözügedən qərarın reyestrə daxil edilmədiyini bildirmişdir.

80. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əlavə və dəyişikliklər barədə qərarda nömrənin və tarixin olmaması və onun reyestrə daxil edilməməsi bütünlükdə operativ vergi nəzarətinin və onun nəticələrinin etibarsızlığına səbəb olan hal kimi qiymətləndirilməməlidir, belə ki, iş materiallarından görünür ki, həmin qərarın əsasını təşkil edən Operativ vergi nəzarətinin həyata keçir ilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********8161 saylı qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməklə, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş və bununla bağlı iş materiallarında çıxarış mövcuddur (İ cild, səh. 154). Həmçinin iddiaçı özü də əlavə və dəyişikliklər barədə qərarla tanış olaraq, bunu imzasıyla təsdiq etmiş, dolayısıyla həmin qərarla yoxlamaya sonradan təyin edilən şəxslərin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirilməsinə etiraz etməmişdir. Bundan əlavə, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili yoxlamada iştirak edən şəxslərin həqiqətən vergi əməkdaşları olduğunu bildirmiş və əksi ilə bağlı mübahisə açmamışdır. Belə olan halda, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, sözügedən yoxlam a ilə bağlı əsas inzibati aktın qanunvericiliklə müəyyən olunmuş formada tərtib edilməsi və yoxlama qərarının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi halı mübahisəsiz olduğundan, həmçinin mübahisələndirilən inzibati aktın qanunsuz və əsassız olması məhkəmə araşdırması ilə sübuta yetirilmədiyindən, həmin qərarda aparılmış dəyişikliyin reyestrdə qeydiyyata alınmaması öz-özlüyündə qanuni inzibati aktın ləğvinə səbəb ola bilməz.

81. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini aşağıdakı səbəblərə görə əsassız və qanuna zidd hesab edir. 82. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbinə görə, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və q aydada aparılır (maddə 3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (maddə 3.2). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (Maddə 13.1). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 13.2). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3). 83. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

84. Həmin Əsasnamənin 3.4-cü bəndinə əsasən, Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:... 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi.

85. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Çıxarışda aşağıdakı məlumatlar göstərilir:... 5.1.12. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi.

86. Beləliklə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin yuxarıda qeyd olunan normalarının tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

87. İstinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təm in olunmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur və İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Bu baxımdan, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasına, nəticə etibarilə ehtiyac yoxdur.

88. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinin əsası kimi istinad etdiyi hallar – “iddiaçının əlavə və dəyişikliklər barədə qərarla tanış olaraq bunu imzası ilə təsdiq etməsi, həmin qərarla yoxlamaya sonradan təyin edilən şəxslərin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirilməsinə etiraz etməməsi, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin yoxlamada iştirak edən şəxslərin həqiqətən vergi əməkdaşları olduğunu bildirməsi və əksi ilə bağlı mübahisə açmaması” qanunda imperativ olaraq təsbit olunmuş tələblərin qüvvəsinə təsir etmir, cavabdehi qanunun imperativ tələblərinə əməl etmək vəzifəsindən azad etmir, həmin tələblərə əməl olunmamasının nəticələrini aradan qaldırmır.

89. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-172/2024 nömrəli qərarı ləğv edilir. Cavabdehin xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarı İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilir. Şikayətin qalan hissəsi üzrə kassasiya mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar