Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1983/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi, iddiaçının işlədiyi xarici müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilməsinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2 və cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-916/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1967-ci ildə doğulmuşdur və Bakı şəhərində yaşayır. İddiaçının əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1994-cü il tarixdən N saylı hərbi hissənin Təmir və Təminat hissəsində mühasib vəzifəsində işə başlamış, xx.xx.1999-cu ildə hərbi hissədə Avtomobil təmiri sexinə çilingər təyin olunmuş, xx.xx.2003-cü il tarixdə tutduğu vəzifədən azad olunmuşdur.
2. İddiaçıya 2016-cı il 13 oktyabr tarixdə İİ qrup əlilli k dərəcəsi təyin edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, ona əlilliyə görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya 2018-ci il 22 noyabr tarixli məktubla cavab verərək bildirmişdir ki, onun 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək N nömrəli hərbi hissədə işlədiyi müddəti qarşılıqlı yoxlamaq mümkün olmadığından, ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2019-cu il 13 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, əmək kitabçasında əks olunmuş 1994-cü il 23 may tarixdən 2003cü il 6 oktyabr tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ə lilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin olunmasından imtina etməsi əsassızdır. Çünki 1994-cü il 23 may tarixdən N saylı hərbi hissənin Təmir və Təminat hissəsində mühasib vəzifəsində işə başlamış, 1999-cu il 7 iyun tarixdə N saylı hərbi hissədə Avtomobil təmiri sexinə çilingər təyin olunmuş, 2003-cü il 6 oktyabr tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Həmin illərdə işləməsi əmək kitabçasında əks olunmuşdur. O, ikinci qrup əlildir. Bu barədə müvafiq arayış verilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-806/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı əmək kitabçasında əks olunmuş 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəmələrindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1922/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər H.Həmidov, E.Nağıyeva, V.Baxışova) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələb olunan 11 il 3 ay sığort a stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ vardır.
10. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)3522/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən hərbi hissənin Qəbələ radiolokasiya stansiyasına (RLS “DARYAL”) aid olduğu müəyyən edildiyi halda, işin faktiki halları, o cümlədən, əmək kitabçasındakı məlumatlar nəzərə alınmaqla cavabdehin iddiaçıya əmək pens iyası təyin etmək öhdəliyinin mövcud olub-olmadığı yuxarıda qeyd edilən qanunvericilik aktlarının (o cümlədən, Sazişin müddəalarının) tələbləri nəzərə alınmaqla yoxlanılmalıdır.
12. Bakı Apelyasiya Məhkəməsinin İK-nın 2-1(103)-916/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov, İ.Xəlilov, Ü.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-806/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ MƏHKƏMƏ a. Kassasiya şikayətinin dəlilləri 14.1. Kassasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmənin mövqeyinə görə ilkin sübut etmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibatı aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur. 14.2. İş üzrə Ali Məhkəmənin müvafiq göstərişləri olmuşdur:
1. İddiaçıya məxsus əmək kitabçasındakı məlumatların qarşılıqlı yoxlanılmasının mümkünsüzlüyünün səbəblərini müəyyən etmək və bununla bağlı tərəflərin dəlillərinin tədqiq edilməsi;
2. Pensiya hüququnun iddiaçıya əlilliyin təyin edildiyi 2016-cı il 13 oktyabrda yarandığını qəbul etməklə həmin vaxt qüvvədə olan maddi normalara istinad edilməsi;
3. Əmək kitabçasındakı məlumatlar nəzərə alınmaqla cavabdehin iddiaçıya əmək pensiyasının təyin etmək öhdəliyinin mövcud olubolmamasının yoxlanılması. 14.3. Apelyasiya məhkəməsinin gəldiyi nəticə əsl həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin normalarına və kassasiya məhkəməsinin göstərişlərinə tam şəkildə əməl etməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməmiş, sübutların tam və hərtərəfli qiymətləndirilməsi üçün səlahiy yətlərindən istifadə etməmiş, inzıbati-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmamasını xahiş etdilər.
16. Cavabdehin vəkili kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
17. «Əmək pensiyaları haqqında» qanun Maddə
1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanl arin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
6. Əm ək pensiyası ödənişinin maliyyə mənbələri 6.1. Əmək pensiyasının baza hissəsi və bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunan baza hissəsinə əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri, dövlət büdcəsinin transfertləri və qanunvericiliyə uyğun digər mənbələr hesabına maliyyələşdirilir (xx.xx.2017-ci il tarixədək olan redaksiyada). Maddə
11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada). 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
10. Bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: (...) dövlətlərarası müqavilələrə uyğun olaraq xarici dövlətlərin keçirdikləri vəsait. 19. “Sosial sığorta haqqında ” qanun Maddə
2. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə
7. Sosial sığorta haqqında qanunvericilik Sosial sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Maddə
8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssis ə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Maddə
12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda fərdi əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; seçkili ödənişli vəzifələrdə işləyənlər; prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri, vergi orqanlarının işçiləri; vəkillər kollegiya sının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslər; dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilər - məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. (xx xxxxxxx 2005-ci il tarixli 1029-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiyada) Maddə
31. Beynəlxalq müqavilələr Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
20. «“Əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta sta jı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.... 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. 21. “İnzibati icraat haqqında” qanun Maddə
6. Hüquqi yardımın şərtləri 6.0. İnzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər: 6.0.1. hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil həyata keçirmək iqtidarında olmadığı hallarda; 6.0.2. müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallarda; 6.0.3. müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda; Maddə
10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfin dən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
22. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və iş i təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə apelyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. İddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə görə hazırki iddianın təmin olunması üçün iki şərt:
1. İddiaçının əlil olması;
2. İddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir.
27. Bu şərtlər əsasında işin halları araşdırıldıqda görünür ki, iddiaçının xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlil sayılması işin mübahisəsiz halıdır. Yəni Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş birinci dispozisiya şərti mövcu ddur.
28. Cavabdeh iddiaçıya əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi, onun 1994-cü il 23 may tarixdən 2003-cü il 6 oktyabr tarixədək N nömrəli hərbi hissədə işlədiyi müddəti qarşılıqlı yoxlamağın mümkün olmadığını bildirir. Lakin iş materiallarına bu barədə hər hansı sübut əlavə olunmamışdır. İnzibati orqanın həmin məlumatları yoxlamaq üçün inzibati icraat çərçivəsində hansı hərəkətləri etməsi, hansı orqana sorğu etməsi, hüquqi yardım vasitəsindən istifadə etməklə hansı orqana müraciət etməsi müəyyən deyildir. Cavabdehin nümayəndəsi şifahi izahatında da bu məsələyə aydınlıq gətirməmişdir.
29. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, «İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün o, minimum 11 il 4 ay iş stajına malik olmalıdı r. İş materiallarına əsasən qanunun bu şərtinə iddiaçı tərəfindən əməl olunmur. Belə ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında xx.xx.2002-ci il tarixdə Moskva şəhərində imzalanmış “Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında” Sazişin (xx.xx.2002-ci il tarixli 276-İİQ nömrəli Qanunla təsdiq edilmişdir) şərtlərinə əsasən, Qəbələ radiolokasiya stansiyası (RLS “Daryal”), bu Sazişlə müəyyən edilən informasiya-analitik mərkəz statusuna malikdir, İnformasiya-analitik mərkəz Azərbaycan Respublikasının mülkiyyətidir (Sazişin 1-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Sazişin 11-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşları və Rusiya Federasiyası vətəndaşları informasiya-analitik mərkəzə işə qəbu l oluna bilərlər. Onların informasiya-analitik mərkəzlə əmək münasibətləri müvafiq olaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının əmək qanunvericilikləri ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. İddiaçının xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilə qədər Rusiya Federasiyasının N nömrəli Hərbi Hissəsində işlədiyi dövrdə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi iş materialları ilə təsdiq olunmur, buna dair əmək kitabçasında hər hansı qeyd yoxdur, iddiaçı da bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.»
30. Apelyasiya instansiyası məhkəməsinin, iddiaçıya pensiya təyin olunması üçün 11 il 4 ay iş stajının tələb olunduğu və işlədiyi dövrün sosial sığorta stajı kimi qəbul edilməsi üçün sosial sığorta haqlarının ödənilməsinin zəruriliyi barədə mövqeyi düzgündür.
31. Lakin məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslandırma ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsində vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün sığorta stajına daxil edilməsindən bəhs edilir. Baxılan işdə isə iddiaçı başqa dövlətin ərazisində deyil, Azərbaycan Respublikasının ərazisində və mülkiyyətində olan obyektdə işləmişdir.
32. Həmçinin nəzərə alınmalıdır ki, sosial sığorta üzrə münasibətlər “Sosial sığorta haqqında” qanunla tənzimlənir. Həmin qanunun 8-ci maddəsinə görə Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər – sığortaedənlər sayılır.
33. Eyni zamanda bu qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda fərdi əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığ ı olmayan şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərdir.
34. Bu baxımdan iddiaçının işlədiyi Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) sığortaedən kimi qeydiyyatda olub-olmaması, sığorta haqlarının ödənilib-ödənilmədiyi müvafiq icra hakimiyyəti orqanına sorğu edilməklə araşdırılmalıdır.
35. Bu xüsusilə ona görə zəruridir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında xx.xx.2002-ci il tarixdə imzalanmış “Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında” Sazişdə həmin məsələlər tənzimlənmir. Bu halda “Sosial sığorta haqqında” qanunun 31-ci maddəsinə əsasın Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsini n araşdırması Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir.
37. Buna görə də Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə gondərilməlidir.
38. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)916/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə g