Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1983/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğv edilməsi, işə qəbul barədə ərizələrini nəzərə alaraq, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin nümayəndəsi Elşad Əliyevin və vəkili Taleh İbrahimovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli, **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi və yenidən struktur dəyişikliyi ilə əlaqədar işə qəbul barədə ərizələrini nəzərə alaraq, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-372/2021 nömrəli iş üzrə 05.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 27.10.2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli, **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi və yenidən struktur dəyişikliyi ilə əlaqədar işə qəbul barədə ərizələrini nəzərə alaraq, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)7136/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi işburaxmaya görə əmə k haqqının ödənilməsi ilə müvafiq işlə təmin olunma” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 il yəni 04.04.2000-ci il tarixdən Quba rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Hal hazırda 64 yaşı var, İİ qrup əlildir, protezlə gəzir, ali təhsillidir, 42 il o cümlədən 25 il dövlət qulluğunda əmək fəaliyyəti olmuşdur. Cavabdeh ƏƏSMN-nin 28 iyul 2020-ci il tarixli, **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifəsindən azad olunmuş və bağladığı əmək müqaviləsinə xitam verilmişdir. Əslində Əmək müqaviləsinə xitam verilməsi aş ağıdakı əsaslarla həyata keçirilmişdir. 13 iyun 2020-ci il tarixli nazirlikdə struktur dəyişikliyi ilə əlaqədar Nazirliyin tabeçiliyində olmaqla "X4" yaradılması səbəbindən bütün işçilərdən (əməkdaşlardan), o cümlədən ondan da struktur dəyişikliyi əsasında öz arzusu ilə işdən çıxma və yeni yaradılan "X4”nin Quba rayon Şöbəsində müvafiq işlə təmin olunacağı haqqında ərizələr alınmışdır. Həmin ərizələrdən işdən öz arzusu ilə çıxmağı barədə ərizəsi təmin edilmiş, işə qəbul ərizəsi isə icra olunmayaraq saxlanılmaqla Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə qorunan "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüquq”u pozulmuşdur. Yuxarıda göstər ilənlərdən aydın olur ki, nazirlikdə struktur dəyişikliyi aparılmış və o öz arzusu ilə işdən çıxmışdır. Digər işə qəbul ərizəsi isə qanunsuz olaraq baxılmadan saxlanılmışdır. Bu zaman cavabdeh orqanın vəzifəli şəxsləri onun əlil və 64 yaşında olmağını, 25 il təkcə dövlət qulluğunda işləməyini nəzərə almayaraq qüvvədə olan qanunvericiliyə əməl etməmiş, əmək pensiyasına çıxmağına 1 il müddət qalmasını nəzərə almadan ərizəsinə baxılmadan saxlamaqla işsiz qoymuşdur. Cavabdeh orqanın vəzifəli şəxsləri həm Əmək Məcəlləsinə və həm də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanınının tələblərini pozmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(118)652/2021 nömrəli (sədrlik edən haki m Ceyhun Məmmədov) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli, **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə istinad edərək, hesab etmişdir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsasl ı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(118)- 652/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 05.07.2021-ci il tarixli 2-1(105)-372/2020 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Fuad Məmmədov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(118)- 652/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxla nılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin istinad etdiyi maddi normaları tətbiq edərək hesab etmişdir ki, qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Nazirliyin tabeliyində X5 Publilk hüquqi şəxs yaradılmışdı r.
10. Həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşları, Dövlət Məşğulluq Xidmətindən işdən azad olunmalı və sonra Nazirliyin tabeliyində X5 Publik hüquqi şəxs tərəfindən işə qəbul olunmalı idik.
11. Nazirliyin həmin zamanda fəaliyyətdə olan Dövlət Məşğulluq Xidmətinin X7 direktoru Cəfərov Cəfər, nazirliyin tələbinə istinad edərək mərkəzin işçilərindən, o cümlədən ondan, Dövlət Məşğulluq Xidmətindən göndərilmiş həm işdən azad edilmə, həm də işə qəbul edilmə barədə ərizə nümunələrinə uyğun olaraq tarixsiz ərizələr yazaraq ona təqdim edilməsini tələb edib. Digər əməkldaşlar kimi o da həmin tələbi icra etməyə məcbur edilərək iki ərizə yazmışdır, 1-ci Dövlət Məşğulluq Xidmətində işdən könüll ü çıxmağım və 2-ci isə X3 işə qəbul edilməyim barədə.
12. Sonrakı dövrdə, digər əməkdaşlar kimi ona da bəlli oldu ki, onlar Dövlət Məşğulluq Xidmətində işdən könüllü çıxmağı barədə tarixsiz ərizələr yazmaqda yanılmışdır.
13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(105)-372/2021 nömrəli qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.07.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştira k edən cavabdehin vəkili T.İbrahimov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 05.07.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.07.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Əliyev də vəkili T.İbrahimovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.07.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
17. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq 18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 33.1. dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: dövlət qulluqçusunun öz arzusu ilə; dövlət orqanı ləğv edildikdə; dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifə lərdən imtina etmədikdə; qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.
19. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şika yəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
22. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 05.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətindəki dəlillərini əsassız hesab edir.
24. Belə ki, iddiaçı özü kassasiya şikayətində yazdığı və iş materialları ilə sübut olunduğu kimi tutduğu vəzifədən azad olunması barədə ərizə vermişdir. Bu səbəbdən həmin ərizə əsasında işdən azad olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli, **********2 nömrəli əmrinin ləğv edilməsi mümkün deyil.
25. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan 28 iyul 2020-ci il tarixli əmr X2 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış 28.07.2020-ci il tarixli ərizəsi əsasında qəbul edilmişdir.
26. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X7 direktoru vəzifəsinin icra edən C.X6 X idmətinin rəisinə ünvanlanmış xidməti məruzədən görünür ki, Nazirliyin 20 noyabr 2019-cu il tarixli, **********8 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Quba rayon Məşğulluq Mərkəzinin bir neçə əməkdaşına, o cümlədən aparıcı məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı töhmət verilmişdir.
27. Məruzə də qeyd olunmuşdur ki, Mərkəzin Aktiv məşğulluq tədbirləri sektorunda böyük məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı 2019-cu ilin sonundan indiyədək əmək fəaliyyəti olmamışdır. Belə ki, 30 dekabr 2019-cu il tarixdən 18 fevral 2020-ci il tarixədək əmək məzuniyyətinə çıxmış, məzuniyyət dövründə 16 gün bülletendə olduğu üçün məzuniyyət müddəti uzadılmış, 10 mart 2020-ci il tarixdə işə çıxmışdır. Daha sonra da kar antin zamanı yaşına görə işə çıxmamışdır. Özünüməşğulluq proqramının icrası zamanı çoxlu vətəndaş şikayətləri yaratdığı üçün Mərkəzin direktoru işləmiş Ayaz Qədirov öz fəaliyyəti dövründə onu bu proqramın icrasından uzaqlaşdırmışdır. Fəaliyyəti mərkəzə gəlib getmək olmuşdur, fəaliyyəti hiss olunmur. İddiaçı hazırda da bülletendədir.
28. Bundan sonra məruzədə töhmət verilməsinə baxmayaraq işlərində dönüş yaratmadıqlarına, verilmiş intizam tənbehi tədbirindən nəticə çıxarmadıqlarına görə, üzərilərinə qoyulmuş vəzifələri tələb olunan səviyyədə yerinə yetirmədiklərinə görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Quba rayon X1 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda qulluq keçən bir neçə işçi, o cümlədən aparıcı məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı “Dövlət qulluğu haqqı nda” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən birinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
29. İddiaçı həmin xidməti məruzənin onun işdən çıxarılması ilə heç bir bağlılığı olmadığını bildirmiş, bundan sonra mükafatlar aldığını qeyd etmişdir. Cavabdehin nümayəndəsi həmin dəlillə bağlı bildirmişdir ki, iddiaçının fəaliyyətində xidməti məruzədə sadalanan nöqsanlar aşkar olunmuş, bu səbəbdən Nazirliyə dəvət olunmuş, öz arzusu ilə işdən çıxması təklif olunmuş, əks təqdirdə pozuntularla işdən çıxarılacağı bildirilmişdir. İddiaçı da cavabında artıq işdən çıxma barədə ərizə yazdığını və Nazirliyə göndərildiyini bildirmişdir.
30. İddiaçı öz növbəsində müvafiq əmrin hansı səbəbdən məhz 28.07.2021-ci il tarixdə qəbul edildiyini mü bahisələndirmişdir. İş materiallarına əlavə edilmiş həmin ərizədən görünür ki, iddiaçı 13.07.2020-ci il tarixdə 1 ay xəbərdarlıq müddəti gözləmədən tutduğu vəzifədən azad etməyi xahiş etmişdir. Ərizə Nazirliyə 28 iyul 2020-ci ildə daxil olmuş və 1/D-591129 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının ərizəsi nəzərə alınaraq elə həmin gün 28 iyul 2020-ci il tarixli, **********2 nömrəli əmr verilmiş, əmrə əsasən 29.07.2020-ci il tarixdən iddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir.
31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 05.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96. 8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.07.2021-ci il tarixli, 2-1(105)-372/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.