Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1983/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək qabiliyyətinin itirilməsi faizinin bərpa edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(103)-1037/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABX saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymlətləndirilmiş və “Monokulyat korluq, ODzədədən sonrakı vəziyyət. Digər qlaukoma, OD-terminal qlaukoma. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş, OD – travmadan sonrakı qüzehli qişanın kalaqoması. Görmə sinirinin atrofiyası, OD Görmə sinirinin atrafiyası. VOD – qeyri düzgün işıq duyğusu, VOS – 0.2 k/ilə” diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üç üncü dərəcə əlillik təyin edilmişdir. Onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABRG saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə təkrar qiymətləndirilmiş və “Monokulyar korluq. İstehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş. OD-Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. OD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. ODGörmə sinirin atrofiyası. Afakiya. Hipermetropiya. Vİd OD- Qeyri düzgün işıq duyğusu. Vis OS= 0,2 k/ilə” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 50 % (əlli faiz) əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən 24 ok tyabr 2018-ci il tarixdə tərtib edilmiş İZ formalı akt əsasında müəyyən edilmişdir. Akta görə, İddiaçı 13 fevral 2018-ci il tarixdə iş zamanı sağ gözündən travma almışdır. “X2”-nin məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika istehsalat bölümünün “Bahar” MGE-nin karotajçısı İddiaçı 2013-2018-ci illər ərzində dövrü göz müayinəsi zamanı sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuş (əl hərəkəti, sıfır, 0.02) və bütün müayinələrdə “Sağ gözdə afakiya, xarici çəpgözlük” diaqnozu müəyyən edilmişdir. Sənədlərdən müəyyən edilmişdir ki, 2018-ci il tarixdə istehsalatda xəsarət alan vaxtda sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuşdur, sağ gözün görmə itiliyi istehsalatda alınmış xəsarət n əticəsində itirilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli müayinə aktı xx.xx.2019-cu il tarixdə etibarsız sayılmış və bu barədə, elektron informasiya sistemində müvafiq qeydlər aparılmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş sənədin ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edimiş sənədin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir.
3. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, Qarabağ müharibəsi əlilidir, onun əlillik vəziyyəti xx.xx.2018-ci ildə qiymətləndirilmiş və “monokulyar korluq, OD-zədədən sonrakı vəziyyət, digər qlaukoma, OD-terminal qlaukoma, qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş.OD-travmadan sonra sonrakı qüzehli qişanın kalaqoması, görmə sinirinin atrofiyası, OD görmə sinirinin atrofiyası” diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Daha sonra onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABRG nömrəli göndərişi əsasında xx.xx.2019- cu il tarixdə təkrar qiymətləndirilmiş və “monokulyar korluq, istehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət, qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş.OD-travmadan son rakı qüzehli qişanın kalaqoması, digər qlaukoma.OD- terminal qlaukoma.Görmə sinirinin atrofiyası, OD - görmə sinirinin atrofiyası, Afakiya.Hipermetropiya.VİS OD= qeyridüzgün işıq duyğusu, VİS-OS -0.2 k/ilə= 0,4ROSH1.OD. On iki barmaq bağırsağın xorası” diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz əlillik, 50 % əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. İstehsalatda xəsarət aldığı vaxtdan sağ gözünün görmə qabiliyyətinin praktiki itirilməsinə baxmayaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi ona ödənilməmiş, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiy a İdarəsi tərəfindən 24 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş İZ aktı əsasında səhiyyə müəssisəsinin 2788003AABPX saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək ‘ümumi xəstəlik" səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişd müəyyən edilmişdir Daha sonra, xx.xx.2019- cu il tarixdə onun iştirakı olmadan səhiyyə müəssisəsinin 2788003AABRG saylı göndərişi əsasında təkrar qiymətləndirilərək, “əmək zədəsi" səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 50%(əlli faiz) əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir."xxxx" ASC-nin 22 aprel 2019-cu il tarixli 19-010102264 saylı məktubu əsasında iddiaçının əlillik vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən araşdırıldıqda müəyyən olunmuşdur ki, 2018-c i il tarixdə istehsalatda xəsarət alan vaxtda sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuşdur, sağ gözün görmə itiliyi istehsalatda alınmış xəsarət nəticəsində itirilməmişdir. Buna görə də, həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizi təyin olunmur.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı (hakim-M.Hacıbəyova) ilə iddia təmin edilmiş, İddiaçı gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının qərarı ləğv edilsin, İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının qərarının bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xəsarət alan zaman praktiki korluq vəziyyətində olması ilə bağlı əmək qabiliyyətinin itirilmə faizinin 1% olduğu halda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10-cu bənddə göstərilən karotajçı peşəsində dənizdə neftin çıxarılması özülündə işə buraxılmamalı idi, lakin onun həmin peşədə işə buraxılması, yəni sağlam olması da cavabdehin mübahisələndirilən qərarının əsassız olduğunu bir daha təsdiq edir. Bundan başqa mübahisələndirilən inzibati aktın (Tibbi sosial ekspert komissiyası”nın qərarının) tarixi xx.xx.2019-cu il göstərilsə də sistemə daxil edilmə tarixi xx.xx.2019-cu il göstərilmişdir, yəni əslində mübahisələndirilən inzibati akt xx.xx.2019-cu il tarixindən 6 ay sonra qəbul edilmişdir ki, bununla da yenə də “İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsinin (“Yazılı inzibati aktın rekvizitləri”) tələbləri pozulmuşdur, belə ki, qeyd edilən tələblərdə göstərilir: 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi. Göründüyü kimi mübahisələndirilən inzibati aktın qəbul edilmə tarixi həmin inzibati aktda bu bar ədə göstərilən rekvizitə uyğun deyildir.
7. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 21(103)-1037/2023 nömrəli qərarı ilə (sədrlik edən – C.Yusifov, hakimlər – Ş.Məmmədova və P.Hüseynov ) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)206/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Məhkəmə birinci instans iya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, qanunun qeyd olunan tələblərini də nəzərə alan məhkəmə kollegiyası, konkret halda, iddiaçının etimad göstərdiyi, TSEK-in xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş müddətsiz, istehsalat zədəsi nəticəsində əmək qabiliyyətinin 50 faiz itirlməsinin ləğv edilərək həmin faizin 1 faiz miqdarında müəyyən edilərək xx.xx.2019- il tarixdə altsistemə yerləşdirilməsi, həm də barəsində inzibati icraat başlamadan və onun iştirakı təmin edilmədən bütün bunların həyata keçirilməsi qanunsuzdur.
10. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayə tinin dəlilləri
11. Kassasiya şikayətinin dəlilləri işin halları, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmunu ilə oxşarlıq təşkil edir. Şikayətdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin” 1.3.-cü bəndinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İnzibati icraat haqqında” Qanun - 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fizi ki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatl a bağlı məlumat almaq hüququna malikdirlər. -64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.5 Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fev ral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”. 5.3 Əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: “…5.3.2. Vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə...”
15. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən b ütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün mü ddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üz rə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “əlilliyin bərpa olunması” ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmı şdır.Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş sənədin ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edimiş sənədin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının etimad göstərdiyi, TSEK-in xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş müddətsiz, istehsalat zədəsi nəticəsində əmək qabiliyyətinin 50 faiz itirlməsinin ləğv edilərək həmin faizin 1 faiz miqdarında müəyyən edilərək xx.xx.2019- il tarixdə altsiste mə yerləşdirilməsi, həm də barəsində inzibati icraat başlamadan və onun iştirakı təmin edilmədən bütün bunların həyata keçirilməsi qanunsuzdur.
26. Bundan başqa məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, TSEK-in qeyd olunan qərarı ilə iddiaçının əmək qabiliyyətinin əvvəlki itirlmə faizinin ləğv edilməsi tamamilə əsassızdır.
27. Belə ki, müddətsiz əmək qabiliyyətinin 50 faiz itirlməsi ilə ona 3-cü dərəsə əlillik təyin edilərkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 5.3-cü bəndi nəzərdə tutur ki, əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndiril məsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: “…5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə...”
28. Konkret halda isə Əsasnamənin qeyd olunan tələbi qaydasında TSEK tərəfindən "xxxx" ASC-nin müraciətindən sonra iddiaçının əlilliyi təkrar qiymətləndirərkən, əvvəlki əmək qabiliyyətinin 50 faiz itirilmə faizi ləğv edilib, həmin faizin 1 faiz miqdarında müəyyən edilməsi üçün əsaslı faktların mövcudluğu sübuta yetirilmir. Ən azından, cavabdeh tərəfindən məhkəməyə belə sənəd-sübut təqdim olunmamışdır.
29. İddiaçının sağ gözündən istehsalat zədəsi alması isə mötəbər sübutlarla,o cümlədən İZ aktı və həmin akt əsasında iddiaçının məhz səhiyyə müəssisəsinin ilkin müəyinələri və əvvəlki TSEK-in qərarı ilə aldığı xəsarətin istehsalat zədəsi olmaqla, onun əmək qabiliyyətinin 50 faiz itirməsinin təsdiq olunaraq, ona bu səbəblə 3-cü dərəcə əlillik təyin edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sonradan, onun istehsalat zədəsi alana qədər 2013-2018-ci illərdə sağ gözün görmə itiliyinin praktik korluq səviyyəsində olması əsası ilə, TSEK tərəfindən əvvəlki dövrlər üzrə qiymətləndirmə aparılması (baxmayaraq ki, həmin dövrə dair ekspert komisiyyasının müvafiq rəyi və qiymətləndirilməsi mövcud olmamışdır) əsaslı fakt kimi nəzərə alına və qiymətləndirilmə üçün əsas ola bilməz.
30. Bəhs olunanlara əsasən ap ellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 21(103)-1037/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.