Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1984/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Maliyyə Nazirliyinə (üçüncü şəxs ƏƏSMN yanında X2 Xidmətinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmək məzuniyyəti vaxtında verilmədiyinə görə kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Maliyyə Nazirliyinə (üçüncü şəxs ƏƏSMN yanında X2 Xidmətinin iştirakı ilə) qarşı əmək məzuniyyəti vaxtında verilmədiyinə görə kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apelyasiy a Məhkəməsinin İK-nın 12 iyun 2020-ci il tarixli, 21(103)-823/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qаrşı 1992-2014-cü illərdə istifadə olunmamış əmək məzuniyyətlərinin və 1992-ci 2014-cü illərdə işlədiyi illər üzrə (3 ili çıxmaqla) qalan 19 ilə görə 5636 manat əmək məziniyyətinin vaxtında verilmədiyinə görə kompensasiyanın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,iddiaçı 1986-c i ilin mart ayından keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətində Avtomobilin quruluşu və Yol hərəkəti qaydaları fənnindən nəzəriyyə müəllimi işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” MMC yaradılmışdır. Həmin Fərmanının 3-cü bəndində isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanının 1-ci hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X1” MMC-yə verilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” MMC-də Sumqayıt şəhər 1 nömrəli filialında “Avtomobilin quruluşu və yol hərəkəti qaydaları”fənnindən nəzəriyyə müəllimi işləmişdir. 1992-2012-ci ilə kimi işlədiyi Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Sumqayıt Avtomobil məktəbi əmək məzuniyyətini ödəmədiyindən, 1992- 2012ci ilə qədər dövr üçün ödənilməmiş məzuniyyətə görə haqqın ödənilməsini iddiaçı işlədiyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialının rəhbərliyindən tələb etmişdir. Lakin rəhbərlik iddiaçıya cavab vermişdir ki, Cəmiyyətin maddi imkanı yoxdur, 1992-2012-ci illər üçün əmək məzuniyyətə görə ödənişləri Maliyyə Nazirliyi tərəfindən ödəniləcəkdir. Daha sonra iddiaçının şikayət ərizəsi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 tərəfindən aparılmış yoxlama nəticəsində yoxlamanın nəticəsi üzrə 005552 saylı qərarı ilə aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə “Hərbi Vətənpərvərlik və X1” MMC-nin üzərinə 3 ay müddətində iddiaçıya 1992-ci-2014-cü illər üçün məzuniyyət pullarının hesablanıb ödənilməsi kimi tədbirin görülməsı vəzifəsi qoyulmuşdur. İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialına qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya haqqının verilməsi, əvvəlki işinə qaytarılaraq müqavilə bağlanması öhdəliyinin bu quruma həvalə olunması, pensiya fonduna ödənilmiş sığorta haqqının tam ödənilməsi, dəymiş mənəvi ziyana görə kompensasiyanın verilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(060)7461/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli 2(105)-4418/2018 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 25.09.2018-ci il tarixli 2(060)-7461/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.04.2019-cu il tarixli, 2(102)-182/2019 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Sumqa yıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli 2(105)4418/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr tərəfindən işin araşdırılmış hallarından görünür ki, iddiaçının 1992-ci ildən 2012-ci ilə kimi işlədiyi Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti könüllü olaraq özünün ictimai statusundan imtina etmiş və bununla əlaqədar ona məxsus əmlak dövlətə verilmişdir. “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 №-li filialı isə həmin cəmiyyətin hüquqi varisi deyildir və belə olan halda sonuncunun öhdəlkləri üçün cavabdehlik daşıya bilməz. İddiaçı hesab edir ki, bunlar onun həmin 19 ilin əmək məzuniyyətinin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini xahiş etməsinə əsasdır. Belə ki, “xxxx” MMC-nin Nizamnaməsinə görə, cəmiyyət hüquqi şə xs kimi 25.01.2013-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir və hərbi üçün hazırlanan sürücü qruplarının ödənişi dövlət büdcəsindən maliyyələşən Müdafiə Nazirliyi tərəfindən təmin olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin 02.12.2019-cu il tarixli,2-1(81)-3743/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianınrədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 1100-cu maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.2.7, 58.1, 68.1, 68.2-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında təqsirli hərəkətləri müəyyən edilmədiyi üçün cavabdeh tərəfindən iddiaçıya zərər vurul ması halları da baş verməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təminedilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 12.06.2020-ci il tarixli, 2-1(103)-823/2020 nömrəli (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarına, həm çinin Əmək Məcəlləsinin 143.1, 143.2, 144.2-ci maddələrinə əsaslanmaqla, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslar mövcud deyildir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciətinə verilən 08 iyul 2019-cu il tarixli cavab məktubda (N3/2197–07) bildirilir ki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən, fiziki şəxsə vurulmuş ziyanın Azərbaycan Respublikası tərəfindən dövlət büdcəsi hesabına ödənilməli olduğunu nəzərə alaraq qeyd edirik ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın dövlət büdcəsinin kassa icrasını təmin edən və dövlət büdcəsi vəsaitindən istifadəyə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqan kimi Maliyyə Nazirliyi tərəfin dən «ödənilməsi məqsədəmüvafiqdir. Yəni həmin rəsmi məktubla cavabdeh orqanın onun tələb irəli sürdüyü kimi Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti deyil, Maliyyə Nazirliyi olduğu qeyd olunmuşdur. Məlumdur ki, «Hərbi Vətənpərvərlik və X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə görə, cəmiyyət hüquqi şəxs kimi 25 yanvar 2013-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir və hərbi üçün hazırlanan sürücü Qruplarının ödənişi dövlət büdcəsinə tabe olan Müdafiə Nazirliyi tərəfindən təmin olunur. Bu hal da nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cu maddəsinə müvafiq olaraq məhkəmənin icraatında olan 2-1(81)-3743/2019 saylı iş üzrə iddia tələbinə dair aidiyyəti cavabdeh dövlət orqanının (və ya dövlət orqanlarının) müəyyən edilməs ində ona yardım edilməsi ilə bağlı vəsatət (işə əlavə olunub) təqdim etsə də, həmin vəsatəti təmin olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində qeyd olunur ki, (Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi) «Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qa ydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəldikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının hazırkı iddiası mümkün sayılmamalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddi ndə baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2-1(103)-823/2020 saylı qərarı və həmin qərardan iddi açı tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 1992–2014-cü illərdə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X1» MMC-də işlədiyi illər üçün istifadə olunmamış əmək məzuniyyətlərinin və 1992-2014-cü illərdə işlədiyi illər üzrə (3 ili çıxmaqla) qalan 19 ilə görə 5636 manat əmək məzuniyyətinin vaxtında verilmədiyinə görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən 01 avqust 2019-cu il tarixli, 15/05-406-4254 nömrəli məktubla cavab verilərək qeyd edilmişdir ki, iddiaçının 1992-2012-ci illərdə işlədiyi Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) dövlət orqanı deyil, ictimai statusa malik olmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli, 681 nömrəli Fərmanında göstərilir ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanla yaradılmış «Hərbi Vətənpərvərlik və X1» MMC-yə verilmişdir ki, bu təşkilat da dövlət orqanı hesab edilmir. Bu səbəbdən qaldırılan məsələdə Mülki Məcəllənin 1100-cü maddəsinin əsasları olmadığından istifadə olunmamış məzuniyyətlərə görə yaranmış öhdəliyin icrası Maliyyə Nazirliyinə yönəldilə bilməz. Həmçinin apelyasiya instansiyası məhk əməsi tərəfindən müəyyən edilmişdir ki, «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 681 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X1» Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. «Hərbi Vətənpərvərlik və X1» Məhdud Məsuliyyətli Cəmiyyəti vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanm ası və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirən cəmiyyətdir. Fərmana əsasən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış «Hərbi Vətənpərvərlik və X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qərara alınmışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1992-ci ildən 2012-ci ilədək işlədiyi Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti könüllü olaraq özünün ictimai statusundan imtina etmiş və bununla əlaqədar ona məxsus əmlak dövlətə verilmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumat ları haqqında Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin çıxarışına əsasən görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X1» Məhdud Məsuliyyətli Cəmiyyəti 25 yanvar 2013-cü il tarixdə dövlət qeydiyyatından keçmiş və ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Hərbi Vətənpərvərlik və X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 nömrəli filialının 10 sentyabr 2014-cü il tarixli, 38 saylı əmri ilə nəzəri dərs müəllimi İddiaçı 10 sentyabr 2014-cü il tarixdən öz ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş və o, işdən azad edilmişdir. H əmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti «Hərbi Vətənpərvərlik və X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 nömrəli filialına qarşı «istifadə edilməmiş məzuniyyətə görə kompensasiya haqqının verilməsi, əvvəlki işinə qaytarılaraq müqavilə bağlamasının öhdəsinə qoyulması, pensiya fonduna ödənilməmiş sığorta haqqının tam ödənilməsi, dəymiş mənəvi ziyana görə kompensasiya verilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin in tabeliyində «Hərbi Vətənpərvərlik və X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 nömrəli filialına qarşı iddiası üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kasasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2019-cu il tarixli, 2(102)-2182/2019-cu il tarixli qərarından görünür ki, sözügedən qərara əsasən iddiaçının kasasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cu maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçının işlədiyi Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və X1» Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət orqanları olmamaqla yanaşı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilatların hüquqi varisi deyil, onlara hüquqi-struktur cəhətdən heç bir aidiyyəti yoxdur, nəticə etibarı ilə də hazırkı halda iddiaçıya zərər vurulması istisna olunur. Başqa sözlə, Maliyyə Nazirliyi hazırkı işdə cavabdeh ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının hazırkı iddiası mümkün sayılmamalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35.1, 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 21(103)-823/2020 saylı qərarı ləğv edilsin. İddiaçı hazırkı iddiası mümkün sayılmasın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.