Məhkəmə qərarları › İş №2-1(102)-1984/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1984/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1984/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinə (bundan sonra cavabdeh) qarşı “torpaq sahəsinə mü lkiyyət hüquqlarının qeydiyyata alınması, mülkiyyətdən çıxarışın və texniki pasportun verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-330/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayonu İİ Nügədi Bələdiyyəsinin 30.04.2007-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaqlardan kommersiya məqsədləri üçün 0.02 ha torpaq sahəsi ayrılmışdır. 2. 01.06.2007-ci il tarixdə Quba rayonu İİ Nügədi Bələdiyyəsi ilə iddiaçı arasında torpağın alqı-satqısına dair Akt bağlanmışdır.

3. Quba rayon İcra Hakimiyyəti başçısının 18.06.2007-ci il tarixli 188 nömrəli sərəncamı ilə iddiaçıya İİ Nügədi kəndində ayrılmış 0.02 ha torpaq sahəsində kommersiya təyinatlı obyektlərin tikintisinə icazə verilmişdir.

4. İddiaçı ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh 27.07.2018-ci il tarixli məktubla bildirmişdir ki, Quba bələdiyyəsinin 30.04.2007-ci il tarixli 05 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün ayrılmış 0.02 ha torpaq sahəsinin naturada istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatlarını cavabdehinin elektron bazasında olan xəritə üzərində yığdıqda torpaq sahəsinin bir hissəsi Quba-Bakı Şose yolunun kənarındakı qoruyucu meşə zolağının üzərinə düşür. Bundan əlavə, müayinə aktına əsa sən torpaq sahəsinin üzərində digər vətəndaşa məxsus yarımçıq tikili mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 1 noyabr 2018-ci il tarixdə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,02 ha olan torpaq sahəsinə mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınması, mülkiyyətdən çıxarışın və texniki pasportun verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və bu məqsədlə kommersiya obyektinin tikilməsi üçün onun müraciəti əsasında 0,02 ha olmaqla 2-ci Nügədi kəndi ərazisində 2-ci Nügədi bələdiyyəsinin 30 aprel 2007-ci i l tarixli 05 saylı qərarı ilə ona torpaq sahəsi ayrılmış və 08 iyun 2007-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair müqavilə əsasında akt tərtib edilmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının 18 iyun 2007-ci il tarixli, 188 saylı Sərəncamı ilə həmin torpaq sahəsinin ayrılması və kommersiya təyinatlı obyektin tikintisi təsbit olunmuşdur. Tərəfindən müvafiq ödənişlər həyata keçirilmiş, sənədlər toplanmış və bu sənədlər mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən, ona ayrılmış torpaq sahəsinin naturada istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatlarını 5 saylı Xaçmaz ərazi idarəsinin elektron məlumat bazasında olan x əritə üzərində yığdıqda torpaq sahəsinin bir hissəsi pay torpağına, digər bir hissəsi isə Quba- Bakı şose yolunun kənarındakı qoruyucu meşə zolağının üzərinə düşdüyü bildirilir. Bir vətəndaş olaraq torpaqların təyinatı, koordinatları və sahiblərinə dair onda hər hansı bir rəsmi məlumat bazası yoxdur. O, qanunvericiliyə müvafiq surətdə tələb olunan prosedur qaydaları keçmiş, müvafiq ödənişləri (bütün) həyata keçirmiş, tələb olunan sənədləri almışdır. İddiaçı hesab edir ki, mülkiyyət hüququnun qeydiyyata alınmaması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təqdim edilməməsi cavabdeh tərəfindən qanunla qorunan hüquqlarını pozur.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin ekspertizası zaman ı aşkar olunmuşdur ki, Quba bələdiyyəsinin 30.04.2007-ci il tarixli 05 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün ayrılmış 0.02 ha torpaq sahəsinin naturada istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatlarını 5 saylı Ərazi idarəsinin elektron bazasında olan xəritə üzərində yığdıqda torpaq sahəsinin bir hissəsi Quba-Bakı Şosse yolunun kənarındakı qoruyucu meşə zolağının üzərinə düşür. Bundan əlavə, müayinə aktına əsasən torpaq sahəsinin üzərində digər vətəndaşa məxsus yarımçıq tikili mövcuddur.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(085)-257/2019 saylı iş) 6 mart 2019-cu il tarixli qərardadı ilə məhkəmə texniki yer-quruluşu ekspertizası təyin edilmiş, ekspertizanın nəticəsi verilmiş 15 iyul 2019-cu il tarixli rəy ilə iddiaçının istifadəsində olan 0.02 ha torpaq s ahəsinin bütünlükdə digər şəxslərin pay torpaqları ilə üst-üstə düşdüyü, həmçinin meşə fondu torpaqlarına aid olan hissəsinin olmadığı müəyyən olunmuşdur.

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 sent 2019-cu il tarixli qərardadı ilə əlavə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın nəticəsində verilmiş 24.12.2019-cu il tarixli ekspert rəyi ilə iddiaçıya ayrılmış 0.02ha torpaq sahəsinin 96 m2 hissəsinin X2, 161 m2 hissəsinin isə X4 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

10. Həmçinin məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş 15.04.2020-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərin təsdiqlənmiş surətinə əsasən JN-862 KOD 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi X2 müvafiq olaraq 0.39 ha torpaq sahəsi və JN-276 KOD 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi X4 müvafiq olaraq 0.23 ha torpaq sahəsi ayrılmışdır.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X5, 2-1(118)-9/2021 saylı iş) 10 fevral 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinə və bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni X1 mülkiyyətinə verilmiş olan 0.39 ha torpaq sahəsinin 96 m2 hissəsi ilə və X3 mülkiyyətinə verilmiş olan 0.23 ha torpaq sahəsinin 161 m2 hissəsi ilə üst-üstə düşdüyündən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi hədlərdə təmin etmək mümkün deyildir.

13. İddiaçı qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi, X10 və X6, 2-1(105)-330/2021 saylı iş) 12 iyul 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə və müvafiq çıxarışlara əsasən iddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, iddia tələbi əsassızdır. Qeyd olunan torpaqlar AİK-nın qərarı ilə 1997-ci ildə vətəndaşlara ayrılmış kənd təsərrüfatı təyinatlı torpaqlar olmuşd ur. Bələdiyyə isə 2007-ci ildə həmin torpaqların yerləşdiyi ərazidən iddiaçıya torpaq sahəsi ayırmışdır. Halbuki bələdiyyənin həmin torpaqlarla bağlı mülkiyyət hüququ məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınması niyyətində olduğu torpaq sahəsi başqa şəxslərin mülkiyyətindədir. Həmin torpaq sahəsi ilə bağlı başqa şəxslərin adlarına çıxarışlar mövcuddur, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq mövcuddur.

16. İddiaçı 4 avqust 2021-ci il tarixdə qərarın surətini almış, 1 sentyabr 2021-ci tarixdə isə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

17. Şikayətin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynidir (bax: qərarın 6-cı bəndi)

18. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 12 və 25-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnzibati İcraat haqqında” Qanununun 19.1, 24.4, 32.3 və 61.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 15-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, qərarla maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı etiraz təqd im edilməmişdir. Tətbiq edilən hüquq 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. H üquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qə bul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. (-). Maddə

14. Hüquqların dövlət qeydiyyatının dayandırılm ası 14.1. Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (-). 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını b ildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdi rilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsi nə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və y a ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

22. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün h azırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və bu məqsədlə kommersiya obyektinin tikilməsi üçün iddiaçının müraciəti əsasında 0,02 ha olmaqla Quba rayonu 2-ci Nügədi kəndi ərazisində 2-ci Nügədi Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 05 saylı qərarı ilə ona torpaq sahəsi ayrılmış və 8 iyun 2007-ci il tarixd ə torpaq sahəsinin alqısatqısına dair müqavilə əsasında akt tərtib edilmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının 18 iyun 2007-ci il tarixli, 188 saylı sərəncamı ilə həmin torpaq sahəsinin ayrılması və kommersiya təyinatlı obyektin tikintisi təsbit olunmuşdur.

26. İddiaçının şikayətinin dəlillərinə görə torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı və alqı-satqı aktı hüququn qeydə alınması üçün əsas olduğundan cavabdehin imtinası və məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır.

27. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. Cavabdeh təqdim edilən sənədlər əsasında hüququn qeydə alınmasından imtinasını 0,02 ha torpaq sahəsinin yüklü olması ilə əsaslandırmışdır.

29. Cavabdehin qeyd etdiyi dəlillərin araşdırılması məqsədilə məhkəmə tərə findən ekspertiza təyin edilmiş və ekspert qarşısında iddiaçının istifadəsində olan 0.02 ha torpaq sahəsinin digər şəxslərin torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, həmin torpaq sahəsinin meşə fondu torpaqlarına aid olan hissəsinin olub-olmaması barədə suallar qoyulmuşdur. 30. 15.07.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan 0.02 ha torpaq sahəsi digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşür.

31. Torpaq sahəsinin konkret olaraq hansı hissədə, hansı şəxslərin torpaq sahələri ilə üst-üstə düşməsinin müəyyən edilməməsi səbəbindən məhkəmə tərəfindən iş üzrə əlavə ekspertiza təyin edilmişdir.

32. Ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan 0.02 ha torpaq sahəsinin 96 kv.m hissəsi X1 adına olan JN-862 K OD 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi ilə və 161 kv.m hissəsi isə X3 adına olan JN-276 KOD 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi üst-üstə düşür.

33. Cavabdehin təqdim etdiyi Torpağa mülkiyyət hüququna dair dövlət aktlarından görünür ki, JN-862 KOD 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi X2 müvafiq olaraq 0.39 ha torpaq sahəsi və JN276 KOD 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi X4 müvafiq olaraq 0.23 ha torpaq sahəsi ayrılmışdır. Ekspert rəyi ilə bələdiyyə qərarı əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin hal-hazırda hüquqi cəhətdən yüklü olduğu, yəni X1 mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsinin 96 kv.m hissəsi ilə və X3 mülkiyyətinə verilmiş olan 0.23 ha torpaq sahəsinin 161 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

34. Torpağa mülkiyyət hüququna dair dövlət aktları 1998-ci il tarixdə qeydə alınmışdır. İddiaçıya mübahisə predmeti olan torpaq sahəsi isə 2007-ci ildə ayrılmışdır.

35. İddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınması niyyətində olduğu torpaq sahəsi başqa şəxslərin mülkiyyətindədir və həmin şəxslərin adına hüquq qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun hə qiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

36. Həmçinin qanunvericiliyə görə qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər və qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

37. İddiaçının hüququnun qeydə aldırmaq istədiyi 0,02 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin adına qeydə alındığından və qeydə alınan hüququn qeyri-dəqiqliyi barədə mübahisə olmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

38. Bəhs olunanlara əsasən kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-330/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar