Məhkəmə qərarları › İş №2-1(102)-1984/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1984/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1984/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-560/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilədək Azərbaycan SSR Nazirlər Kabinetinin Mətbuat üzrə Dövlət Komitəsində kuryer vəzifəsində, xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək (müəyyən fasilələrlə) “Qızıl Şərq” Nəşriyyatında müxtəlif vəzifələrdə, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Azərba ycan SSR Yüngül Sənaye Nazirliyinin Sərraciyyə-gönqalantereya fabrikində transporterçi, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək ŞSP Avtoparkında yuyucu, xx.xx.1982- xx.xx.2002-ci ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyinin təsərrüfat hesablı stomatoloji poliklinikasında diş texniki vəzifəsində işləmiş, o cümlədən 13 noyabr 1974-cü ildən 18 noyabr 1976-cı ilədək hərbi xidmətdə olmuşdur.

2. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, onun müraciəti qanunla müəyyən edilmiş müddətdə cavablandırmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilədək Çap Dövlət Komitəsində kuryer, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək X1 müxtəlif vəzifələrdə işlədiyi dövr, 1974-1976-cı illər ərzində müddətli həqiqi hərbi xidmətdə olduğu dövr, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək X1, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Yüngül Sənaye Nazirliyinin tabeliyində dəri fabrikində, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək təkrar Yüngül Sənaye Nazirliyinin tabeliyində dəri fabrikində, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək avtoparkda, xx.xx.1982-ci ildən xx.xx.2002-ci ilədək Səhiyyə Nazirliyinin stomatoloji poliklinikasında diş texniki vəzifəsində işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə almaqla, ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənil məmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsində göstərmişdir ki, pensiya yaşına çatdığından və ümumi iş stajı 26 ildən çox olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ vardır.

5. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçıya yaşa görə pensiya (64 yaş 06 aydan) təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq və ya 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta staj ına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etsə də, iş materiallarına əlavə edilən iddiaçının xx.xx.1972-ci iİ tarixdə tərtib edilmiş əmək kitabçasının surətinə əsasən,onun ümumilikdə 9 il 10 ay 26 gün və xx.xx.1982-ci il tarixdə tərtib edilmiş digər əmək kitabçasının surətinə əsasən isə 19 il 3 ay 15 gün sosial sığorta stajının olduğu müəyyən edilir. Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Qaydaların 5-ci bəndinə əsasən, əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda əmək kitabçasının son səhifəsində “içlik açılmışdır”, qeydi aparılmaqla əlavə içlik verilir. Əlavə içlik əmək kitabçasının içəri sinə tikilir və əmək kitabçasının doldurulduğu qaydada işçinin əsas iş yerində işəgötürən tərəfindən aparılır. Əmək kitabçasına verilən əlavə içliyin birinci (titul) səhifəsinin sağ yuxarı küncündə “əmək kitabçasına əlavə içlik” sözləri yazılır, seriyası və nömrəsi göstərilir. Əmək kitabçası olmadan əlavə içlik etibarsızdır. İddiaçının təqdim etdiyi əmək kitabçaları hər biri əlavə içlik kimi deyil, hər bir müəssisədə tərtib edilmiş müstəqil əmək kitabçalarıdır. Odur ki, iddiaçının təqdim etdiyi əmək kitabçaları onun əmək fəaliyyətini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, kserosurəti təqdim edilmiş əmək kitabçası hər hansı bir sənədə əsaslanmaqla verilmədiyindən iş materiallarına əlavə edilən əmək kitabçalarının iddiaçının qeyd olunmuş illərdə işləməsini və həmin ill ərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilməsini təsdiqləyən sübut kimi qəbulu mümkün deyildir.

6. İddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2-1(112)-410/2021 saylı qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 4 iyun 2021-ci il tarixli 2-1(112)-410/2021 saylı qərardadı ilə iddiaçının ərizəsinin araşdırılması və münasibət bildirilməsi üçün cavabdehə 1 (bir) aylı q müddətin təyin edilməsi və həmin müddət ərzində bunun nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır.

8. Cavabdehin məhkəmə qərardadının icrası barədə məhkəməyə təqdim etdiyi 5 avqust 2021-ci il tarixli **********4 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1972-ci il tarixli əmək kitabçasına və H3 ******* nömrəli hərbi biletə əsasən, onun sosial sığorta stajı 6 il 11 ay 12 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Belə ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi Təsərrüfat =hesablı stomotoloji poliklinikaya aid arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda, id diaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmur. Bundan əlavə, iddiaçıya xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə müavinət təyin edilib və ödənilir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-410/2021 nömrəli, 9 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim: A.P.Oruczadə) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına görə, iş stajı 24 (iyirmi dörd) il 2 (iki) ay 22 (iyirmi iki) gün təşkil edir və hərbi xidmət (2 il 5 gün) dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə qədər 25 (iyirmi beş) ildən artıq iş stajı olduğundan iddia tələbi əsaslıdır. İnzibati orqan tərəfindən iddiaçının sosial sığorta stajı xx.xx.1982 xx.xx.2002-ci illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması isə iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının 27 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin Təsərrüfat hesablı stomatoloji poliklinikası ləğv olunandan sonra arxiv sənədlər təhvil verilməmişdir. Göründüyü kimi, qeyd edilən Səhiyyə Nazirliyinin Təsərrüfat hesablı stomatoloji poliklinikası mövcud olmuş, fəaliyyət göstərmiş, lakin ləğv edildikdən sonra arxiv sənədləri saxlanılmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifo v) 2-1(103)-560/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-410/2021 nömrəli, 9 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində iddia tələbinə qarşı verdiyi yazılı etirazdakı dəlilləri və işin hallarını təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, yalnız mübahisələndirilən 19822002-ci illərə dair qeydlərdən ibarət olan 1982-ci il tarixdə doldurulmuş əmək kitabçasında şəxsin imzasının, əmək kitabçasının seriyasının olmaması və doldurulma qaydalarına riayət edilməməsi həmin sənədin mötəbərliyinə şübhə doğurur. Bu səbəbdən iddiaçının xx.xx.1982ci il tarixdən xx.xx.2002-ci ii tarixədək təsərrüfat hesablı stomotoloji poliklinikada işlədiyini iddia etdiyi dövrlər onun sığorta stajına daxil edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus əmək kitabçasındakı zidiyyətlərin mövcud olmasına, eyni zamanda stomatoloji poliklinikaya aid hər hansı məlumatın aşkar olunmamasına baxmayaraq əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ( 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

18. İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün sayılmışdır.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiy ası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Hazırkı iş üzrə xx.xx.1954-cü il təvəllüdlü iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edir. 25. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və həmin maddədəki qeydə əsasən, iddiaçının yaşa görə pensiya hüququ 63 yaş 06 aydan yaranır (xx.xx.1954-cü il təvəllüdlü olduğundan). Elə həmin maddəyə əsasən də, yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərtdən biri yerinə yetirilməlidir: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 2) azı 25 il sığorta stajı mövcud olmalıdır.

26. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi işin tərəflərə arasında mübahisələndirilməyən hallarına aiddir.

27. İddiaçı hazırda ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və stajın mövc udluğunun təsdiqi kimi hərbi biletini və iki əmək kitabçasını (xx.xx.1972 və xx.xx.1982-ci il tarixli) təqdim edir.

28. Cavabdeh iddiaçının ikinci xx.xx.1982-ci il tarixli əmək kitabçasındakı qeydləri mübahisələndirir və həmin əmək kitabçasına əsasən, onun xx.xx.1982-ci ildən xx.xx.2002-ci ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyinin təsərrüfat hesablı stomatoloji poliklinikasında diş texniki vəzifəsində işlədiyi dövrü sosial sığorta stajına daxil etmir.

29. Məhkəmə kollegiyası kassatorun əmək kitabçasının mötəbərliliyi ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquq i şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

30. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut iş materiallarında aşkar edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən də əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan, yuxarıda istinad olunan normada nəzərdə tutulmuş mötəbərlik prezumpsiyası prinsipinin tələbi nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

31. Cavabdeh iddiaçının iş dövrü ilə bağlı məlumatların arxivdə aşkar edilməməsinə, o cümlədən, əmək kitabçasının q aydalara uyğun doldurulmamasına istinad etsə də, nəzərə almaq lazımdır ki, sənədlərin arxivə təhvil verilməsi işəgötürənin məsuliyyət sferasına aid olduğundan sənədlərin arxivləşdirmə qaydalarının və əmək kitabçasının doldurulma qaydalarının işəgötürən tərəfindən pozulması, o cümlədən sənədlərin arxivə təhvil verilməməsinin məsuliyyəti iddiaçıya aid edilə bilməz. Sənədlər işəgötürən tərəfindən arxivə təhvil verilmədiyi üçün iddiaçının əmək kitabçasında qeyd edilən iş illərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması halı da iddiaçının ziyanına təfsir oluna və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina üçün yetərli əsas sayıla bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddə sində nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olduğu iş materialları ilə təsdiq olunduğundan (belə ki, iddiaçı hərbi xidmətdə olduğu müddət də nəzərə alındıqda yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malikdir və zəruri yaş həddinə çatmışdır), iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-560/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar