Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1984/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; texnoloji qurğuların operatoru) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlə rlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)846/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1 sentyabr 1983-cü ildə Bakı 88 nömrəli şəhər orta texniki peşə məktəbinə daxil olmuş, 30 iyul 1984-cü ildə həmin texniki məktəbi bitirmişdir; 11 avqust 1986-ci il tarixdə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olmuş, 3 mart 1989-cu il tarixdə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-geoloq” ixtisas dərəcəsi verilmişdir.
2. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən, 2 iyu n 1989-cu il tarixdən “Azneftkimya” İB-nin İstehsalat əmtəə kontoruna 3 saylı sexə əmtəə operatoru kimi qəbul edilmiş, 1 aprel 1990-cı il tarixdən “Azneftkimya” İB “Vladimir İliç adına YBNZ “(yeni-Bakı neftayırma zavodu) adlandırılmış və həmin zavodda neft məhsullarının hazırlanması, vurulması və daşınması üzrə əmtəə operatoru vəzifəsinə qəbul edilmiş, 23 avqust 1990-cı ildə köçürmə qaydasında “22-ci qurultay adına Bakı Neftayırma Zavoduna” keçirildiyinə görə işdən azad edilmiş, 24 avqust 1990-cı ildən həmin zavodda Abbasovanın analıq məzuniyyəti dövründə mühasib vəzifəsinə qəbul edilmişdir. İddiaçı 28 dekabr 1992ci ildən laborant, 24 oktyabr 1995-ci ildən kimyəvi təhlil laborantı, 3 dekabr 1997-ci ildən yanacaq istehsalı qazanxana əməliyyatçısı, 7 yanvar 2008-ci ildən (ELOU-AVT-6) qazanxa na üzrə texnoloji qurğu operatoru, 15 iyul 2008-ci ildən texnoloji qurğu operatoru peşəsində işləmiş, 8 may 2015-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmiş, 3 avqust 2015-ci ildən işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş, 1 fevral 2016-cı il tarixdə işsizlik müavinətinin ödənilməsi başa çatmışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 25 noyabr 2020-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1997-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev” adına Bakı X4 işlədiyi texnoloji qurğu operatoru vəzifə si Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qazkondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində nəzərdə tutulmuşdur. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az (6 il 9 ay 23 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 14 dekabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 25 noyabr 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılmasını, onun 1983-1984-cü illərdə, 1986-1989-cu illərdə aldığı əyani təhsil və 3 avqust 2015-ci ildən 1 fevral 2016-cı ilədək 6 ay müddətində işsizlik müavinəti aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsini, ona pensiya hüququnun yarandığı gündən, yəni 52 yaşının tamam olduğu 16 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair cavabdeh o rqana müraciət etmişdir. Cavabdehin **********7 nömrəli, 06 iyul 2020-ci il tarixli məktubu ilə onlara təqdim etdiyi sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsi bildirilmişdir. Bundan sonra, o, tələb olunan sənədləri cavabdeh orqana təqdim etmişdir. Cavabdeh **********9 nömrəli, 25 noyabr 2020-ci il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi, onun güzəştli iş stajının 10 ildən az olması göstərilmişdir. Bu da, onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Qanunda edilmiş dəyişikliyədək 20 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 10 ildən çox əmək şəraiti zərərli olan işlərdə çalışdığına görə ona 52 yaşında pen siya təyin edilməlidir. İddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, 1983 - 1984-cü illərdə əyani olaraq Bakı 88 №-li şəhər orta texniki peşə məktəbini bitirmiş (1 il), 1986-1989-cu illərdə əyani olaraq X3 X2 adına Bakı Neft Texnikumunda neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş (3 il), xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək əmtəə operatoru (1 il, 2 ay, 19 gün, - xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək mühasib (2 il, 4 ay), xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək laborant(4 il, 11 ay, 5 gün), xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək texnoloji qurğular operatoru (17 il, 5 ay, 5 gün) vəzifələrində işləmişdir. Bundan əlavə, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək 6 ay müddətinə işsizlik müavinəti almış, bu da sosial sığorta stajına daxil edilməlidir. xx.xx.2017-ci il tarixinədək onun iş stajı 30 il, 4 ay, 29 gün təşkil edir. Həmin 30 il, 04 ay, 29 gün əmək stajının yarıdan çoxu, yəni 18 il, 7 ay, 24 günü ona 52 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, onun xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək işlədiyi əmtəə operatoru (1 il, 2 ay, 19 gün) və xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək işlədiyi texnoloji qurğular operatoru (17 il, 5 ay, 5 gün) vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21300000 Xİİ bölməsində Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilə rindən başqa), kömürün və şistin emalında 2130301a—16081 texnoloji qurğuların operatorları və 2130301a—16085 əmtəə operatorları vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda, həmin vəzifələr hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, göstəricilərin Siyahısı»nın 10.5-ci bölməsinin Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalında texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələrinə də uyğundur. O, tələb olunan sığorta stajını qanuna edilmiş dəyişikliyədək qazandığına görə, mövcud işə “Əmək pensiyaları haqq ında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
8. Heydər Əliyev adına X6 tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 28 aprel 2021-ci il tarixli məktubda İddiaçı 3 dekabr 1997-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək “Azərneftyağ” X1 istehsalı üzrə 2 №li sahəsinin 701 saylı texnoloji qurğusunda (atmosfer vakuum qurğusu) işlədiyi qazanxana əməliyyatçısı peşəsinin texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edib-etməməsi ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə heç bir oxşar və ya eyni əmək funksiyalarını yerinə yetirmir.
9. Heydər Əliyev adına X6 tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 28 aprel 2021-ci il tarixli məktuba əsasən, keçmiş “Azərneftyağ” X1 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 nömrəli ED-AVQ-6 atmosfer vakuum qurğusunun zərərli iş yeri olması ilə bağlı qeyd etmişdir ki, Keçmiş “Azərneftyağ” X1 istehsalı üzrə 25 nömrəli sahəsinin xam neftin ilkin emalı üzrə 701 saylı, ED-AVQ-6 qurğusu 1981-ci ildən istismara verilmiş, 2008-ci ildən isə istismarı dayandırılmışdır. Həmçinin 701 saylı, EDAV Q-6 qurğusu məhsuldarlığı ******* ton/il olan neftin ilkin emalı qurğusudur. Xam neftin emalı nəticəsində quru qaz, açıq rəngli neft məhsulları (ilkin emal benzini, kerosin distillatı və dizel yanacağı distillatı), vakuum qazoyl və qudron istehsal edilmişdir. Xam neft və istehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Texnoloji prosesin mahiyyətini, eyni zamanda istehsal edilən məhsulların xüsusiyyətini nəzərə alaraq bildirilir ki, keçmiş “Azərneftyağ” X1 İstehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusu zərərli iş yeri hesab olunur. Sorğuya əlavə olaraq, zərərli iş şəraitini təsdiq edən əlavə sənədlər təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 25 may 202 1-ci il tarixli, 2-1(112)-3187/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1983-1984-cü illərdə, 1986-1989-cu illərdə aldığı əyani təhsil və 3 avqust 2015-ci ildən 1 fevral 2016-cı ilədək işsizlik müavinəti aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 16 noyabr 2017-ci il tarixdən təyin edilməsi və ötən illər üçün pensiya məbləğinin hesablanıb ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki: - məhkəmə araşdırması zamanı göndərilmiş sorğulara Heydər Əliyev adına X6 tərəfindən cavab olaraq verilmiş arayış və digər mötəbər sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələri nə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə heç bir oxşar və ya eyni əmək funksiyalarını yerinə yetirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda texnoloji qurğuların operatoru peşəsi mövcud olsa da, qazanxana operatoru peşəsi mövcud deyil. Lakin, iddiaçının xx.xx.1997ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi “Azərneftyağ” X1 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusu zərərli iş yeri hesab olunur. 701 saylı, ED- AVQ-6 qurğusu məhsuldarlığı ******* ton/il olan neftin ilkin emalı qurğusudur. Xam neftin emalı nəticəsində quru qaz, açıq rəngli neft məhsulları (ilkin emal benzini, kerosin distillyatı və dizel yanacağı distillyatı), vakuum qazoyl və qudron istehsal edilmişdir. Xam neft və istehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Göründüyü kimi, iddiaçının mübahisəli dövrdə işlədiyi qazanxana operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmasa da, onun işlədiyi peşənin zərərli peşə olması işdə olan kifayət qədər sübutlarla öz təsdiqini tapır; - bundan əlavə, məhkəmə iddiaçının tələb olunan sığorta stajını xx.xx.2017-ci il tarixədək topladığından, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Göstərilən mövqe iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-766/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında öz əksini tapmışdır. İddiaçı xx.x x.1997-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi “Azərneftyağ” X1 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusunda qazanxana operatoru peşəsinin zərərli peşə olması və onun ümumi və zərərli iş stajını xx.xx.2017-ci il tarixədək yığması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçı 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Həmçinin iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur; - həmçinin iddiaçının onun işsizlik müavinəti aldığı müddətin də, sosial sığorta stajına əlavə edilməsi tələbi ilə bağlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.5-ci madd əsinə əsasən işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət sığorta stajına daxil edilir. Əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli oldu ğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2-1(103)-219/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1150/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2-1(103)-219/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə vəzifə təlimatına uyğun olaraq iddiaçının əmək fəaliyyətinin (faktiki icra etdiyi vəzifənin, peşənin) "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın neft emalı sahəsinin 2130301a-16081 koduna aid olub-olmadığı müəyyən edilməlidir. Bu məqsədlə aidiy yəti qurumlara, o cümlədən iddiaçının işlədiyi qurumlara əlavə dəqiqləşdirici sorğular göndərilməli, iş yerindən izahlı arayış tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Təkrar apellyasiya baxışı zamanı Heydər Əliyev adına X5 müvafiq sorğuya əsasən SOCAR Heydər Əliyev adına X6 tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubla iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2015-ci il tarixinədək NEZ-də işlədiyi əmək fəaliyyəti barədə arayış təqdim edilmişdir. Həmin arayışa əsasən: İşin Funksiyası:
1. İşlədiyi qazanxana (texnoloji) əməliyyatçısı texnoloji qurğuların operatoru peşəsini yerinə yetirib. 1.1. İş qaydalarına uyğun olaraq 3-cü dərəcəli neft və neft məhsullarının emalı qurğularında texnoloji prosesi aparır. 1.2. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında 1 -ci və 2-ci dərəcəli qurğularda texnoloji prosesi aparmaq və ayrı-ayrı blokların işinə nəzarət edir. 1.3. Blokun, qurğunun və hissənin məhsuldarlığını tənzimləyir. 1.4. Qoyulmuş rejimdən yayınma barədə xəbərdarlıq edir və aradan qaldırır. 1.5. Məhsulun çıxarına və keyfiyyətinə, reagent sərfinə, enerji resursuna nəzarət edir. 1.6. Nəzarət və avtomatika cihazlarına xidmət edir, kartoqrama hazırlayır, onları dəyişdirir, qələmləri mürəkkəblə doldurur, və cihazları “0”-a oturdur. 1.7. Qurğunu işə salır, dayandırır və rejimə çıxır. 1.8. Ayrı-ayrı aparatları və qurğunu bütövlükdə təmirə hazırlayır. 1.9. Texnoloji qurğuların təmirində iştirak edir. 1.10. Xidm ət etdiyi blokun gündəlik rejim vərəqələrini vaxtlı-vaxtında doldurur. 1.11. İstehsalat zəruriyyəti ilə əlaqədar tabeçiliyində olduğu rəhbər şəxslərin tapşırıqlarını yerinə yetirir. 1.12. İş yerlərini təmiz saxlayır, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə görülən işləri keyfiyyətlə yerinə yetirir və tullantıların istifadə edilməsi təlimatına riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını alır. 1.13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra edir və məsuliyyət daşıyır.
2. Əmək müqaviləsinə əsasən işçiyə zərərli iş şəraitinə görə 6 gün əlavə məzuniyyət verilib.
3. Əmək müqaviləsinə əsasən işçi əmək funksiyasını ağır və zərərli əmək şəraitli iş yerində icra etdiyi üçün əmək haqqına 16% məbləğində əlavə m üəyyən edilib. 4. iddiaçı xx.xx.1990-xx.xx.1992-ci illərdə (işə qəbul əmri 173/şh, xx.xx.1990-cı il) Heydər Əliyev adına X4 zavodun İdarə aparatında mühasibat şöbəsində mühasib vəzifəsində işləmişdir. xx.xx.1992-xx.xx.1997-ci illərdə (işə qəbul əmri 270/k, xx.xx.1992-ci il) 34№li sexdə kimyəvi təhlil laborantı peşəsində işləmişdir. xx.xx.1997-xx.xx.2008-ci illərdə (işə qəbul əmri 266/şh, xx.xx.1997-ci il) yanacaq istehsalı üzrə 2№li sahənin 701 №li qurğusunda qazanxana əməliyyatçısı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş, Siyahı 2,bölmə Xİİ, ******* a-16081 kodla müəyyən edilmiş qaydalara əsasən zərərli iş şəraitində işləmişdir. xx.xx.2008-xx.xx.2008-ci illərdə (işə qəbul əmri 98/k, xx.xx.2008-ci il) 7saylı te xnoloji sexin 701 saylı (ELOU-AVT-6) texnoloji qurğusunda qazanxana üzrə texnoloji qurğuların operatoru peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli Qərar 12 “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5 bəndinə əsasən Neftin, qazın qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emal bölməsinə uyğun olaraq zərərli iş şəraitində işləməsi müəyyən edilib. xx.xx.2008-xx.xx.2015-ci illərdə (işə qəbul əmri 343/k, xx.xx.2008-ci il) 7saylı (texnoloji) sexin 701 saylı qurğusunda texnoloji qurğuların operatoru peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli Qərar 12 “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iste hsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5 bəndinə əsasən Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emal bölməsinə uyğun olaraq zərərli iş şəraitində işləməsi müəyyən edilib. Qeyd: 3 və 4 -cü bəndlərində göstərilmiş qazanxana əməliyyatçısı peşəsi 701 saylı qurğuda gedən texnoloji prosesi gücləndirmək məqsədi ilə qurğunun özündə buxar alınır ki, bu buxarın alınmasında çalışan fəhlələr ştat cədvəlindəki qazanxana əməliyyatçısı və qazanxana üzrə texnoloji qurğuların operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş, ******* a-16081 kodla təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli Qərar 12 “Güzəştli şərtl ərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10.5 bəndinə əsasən Neftin, qazın qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emal bölməsinə uyğun olaraq qazanxana əməliyyatçısı və qazanxana üzrə texnoloji qurğuların operatoru peşəsi Heydər Əliyev adına X4 mövcud olan ştat cədvəlində olan texnoloji qurğu əməliyyatçısı ilə eynilik təşkil edir. 7 saylı texnoloji sexin 201 saylı (ELOU-AVT-6) qurğusunun qazanxana üzrə texnoloji qurğu operatoru peşəsində işləməsi barədə zavod üzrə verilmiş xx.xx.2008~ci il tarixli 98/k əmrinə və T-2 şəxsi vərəqəyə əsasən “201” rəqəminə “701” rəqəmi ilə düzəliş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixti sar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilib (ƏMR SOCAR/15-1700-8-04-001082.xx.xx.2015-ci il).
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-846/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən dövrlərdə xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci ilədək işlədiyi qurğu 701 N-li qurğu olmuş, həmin qurğu neftin ilkin emal qurğusudur. “Azərneftyağ” X1 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı ED-AVQ-6 qurğusu zərə rli iş yeri hesab edilib. Həmin qurğu müxtəlif qazanxana bölmələrindən ibarət olmuş, iddiaçı həmin bölmələrin birində işləmiş, həmin bölmədə qazanxana əməliyyatçısı peşəsində işlədiyi müddətdə “texnoloji qurğuların operatoru” peşəsinin funksiyalarını icra etmiş, iş yeri 16 %-li zərərlilik dərəcəsi ilə işləmiş, iddiaçıya zərərli iş şəraitinə görə 6 gün əlavə məzuniyyət verilmiş, ağır və zərərli əmək şəraitli iş yerində funksiyalarını icra etdiyi üçün əmək haqqına 16% məbləğində əlavə müəyyən edilmişdir.
21. İddiaçının mübahisəli - xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci ilədək işlədiyi dövrlərdə funksiyasını icra etdiyi texnoloji qurğuların operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın “Neftin emalı” sahəsində 2130301a— 16081 kod altında, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5 bəndində Neftin, qazın qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emal bölməsində nəzərdə tutulmuşdur.
22. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
23. Kassa siya şikayəti işin hallarına, imtina məktubuna və iddiaya dair etiraza uyğun tərtib edilmişdir.
24. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahı”sına, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavəyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) ç alışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 27. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 26 0-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:...qadınlar — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.. 28. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahı”sı 21300000 - Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 2130301a—16081- texnoloji qurğuların operatorları 2130301a—16085 əmtəə operatorları
30. Azərbaycan Respublikası Nazirlər Ka binetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı 10.5.1 a) fəhlələr texnoloji qurğuların operatorları əmtəə operatorları
31. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasi ya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Qanunvericiliyin yuxarıda isti nad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində təkrarlanan dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına malik olduğu mübahisəsizdir.
37. Cavabdeh tərəfindən mübahisələndirilən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına g əldikdə isə, iddiaçının çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 12-ci bölməsində qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, texnoloji qurğuların operatorları (2130301a—16081) və əmtəə operatorları (2130301a—16085) peşələri güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmişdir.
38. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış təqdim edilmiş və həmin arayışda onun qazanxana əməliyyatçısı peşəsində işlədiyi müddətdə “texnoloji qurğuların operatoru” peşəsinin funksiyalarını icra etdiyi, 16 %-li zərərlilik dərəcəsi ilə işlədiyi, ona zərərli iş şəraitinə görə 6 gün əlavə məzuniyyət verildiyi, ağır və zərərli əmək şəraitli iş yerində funksiyalarını icra etdiyi üçün əmək haqqına 16% məbləğində əlavə müəyyən edildiyi qeyd olunmuşdur.
39. Məhkəmə kollegiyası nəzərə alır ki, qüvvədə olan qanunvericilik ərizəçinin üzərinə qanunda nəzərdə tutulanlardan (əmək kitabçası, izahedici arayış) başqa hər hansı sənəd və məlumatı təqdim etmək öhdəliyi qoymur.
40. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan s ənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
41. İddiaçının iş yerindən təqdim edilmiş arayışlardakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
42. Beləliklə, inzibati orqan təqdim olunan məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, onları qəbul etməyə bilərdi.
43. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən, on un həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 21(103)-846/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.