Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1984/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şə rtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2-1(103)-25/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən 01 avqust 2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının müraciəti əsasında pensiya məbləği yenidən hesablanmış və 366,66 manatdan 236,73 manatadək azaldılmışdır.
4. Bundan sonra cavabdeh iddiaçıya 20 may 2022-ci il tarixli, **********6 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktub ünvanlayaraq qeyd etmişdir ki, 01 avqust 2016-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 313,13 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 31,31 manat olmaqla orta aylıq əmək haqqı 344,44 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 8 il 3 ay 20 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (344,44 manat) 51 faizi-175,66 manat məbləğində hesablanmalı olduğu halda, 273,11 manat müəyyən edilməklə xx.xx.2016-xx.xx.2018-ci il tarixlər i arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 1851,55 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 515,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 51,50 manat olmaqla orta aylıq əmək haqqı 566,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (566,50 manat) arasındakı fərq məbləğinin (189,06 manat) 27,50 fa izi-51,99 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (187, 74 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 236,73 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 3638,04 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək pensiyalarının artırılması ilə əlaqədar cari ilin yanvar ayından etibarən əmək pensiyası 240,00 manat məbləğində hesablanmalı olduğu halda, 366,66 manat müəyyən edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 506,64 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016xx.xx.2022-c i il tarixləri arasındakı dövr ərzində 7841,95 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 7841,95 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bundan əlavə əmək pensiyası 240,00 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 24,00 manat məbləğində maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin 26 may 2022-ci il tarixli, **********6 nömrəli məktubunun və əmək pensiyasının 240 manatadək azaldılmasına əsas olan 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının qanunsuz hesab edilməsi, İddiaçı son iş yeri üzrə 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması, ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitlər nəzərə alınmaqla pensiyanın yenidən qanunauyğun hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyanın üzərinə əlavə etməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01 avqust 2016-cı ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt 273 (iki yüz yetmiş üç) manat pensiya məbləği hesablanmışdır. Pensiya məbləği sonradan 2018-2019-2022-ci illərdə artaraq 403 (dörd yüz üç) manat oldu. Sonradan pensiyanın düzgün hesablanması üçün “Dost” xidmətinə müraciət etmiş, onlar iddiaçıdan əmək və digər gəlirlər haqqında arayış istədilər. Arayışı əldə etmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etdi. İddiaçı 1991-ci ildən 1994-cü ilə kimi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər, Nəsimi və Nərimanov rayon şöbələrində işləmişdir. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının direktoru Yavər Məmmədovun xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli **********1 nömrəli, **********7 nömrəli məktublarına əsasən bildirilmişdir: “Fondun Hüquq və Kadrlar şöbəsinin əməkdaşları və onları əmək haqqı gəlirləri barədə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında heç bir sənəd olmadığı üçün 1991-1993-ci illər üzrə əmək haqqı arayışının verilməsi mümkün deyildir.” Fonddan bu cavabı aldıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə “Dost” xidmətinə müraciət etmiş və ərizəyə əmrlərin surətlərini əlavə etmişdir. Əmrlərdə aylıq əmək haqqı məbləğləri yazılıb. Əmrdə göstərilən əmək haqqı ilə onun pensiyası hazırki pensiya məbləğindən 4-5 dəfə artıq olmalıdır. Əmrdə göstərilir ki, aylıq əmək haqqı 12400 rubl (on iki min dörd yüz) yəni 1240 (min iki yüz qırx) manat və 14880 (on dörd min səkkiz yüz səksən) rubl, yəni 1488 (min dörd yüz səksən səkkiz) manat olub. Bundan əlavə rüblük və illik mükafatlar almışdır. İddiaçının pensiyas ı hesablanarkən heç bir sənədə baxmadan və araşdırmadan qərar qəbul etmişlər.
7. Cavabdehin məhkəməyə təqdim etmiş iddia tələbinə etiraz 20 may 2022-ci il tarixli, **********6 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktuba uyğun tərtib edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2-1(112)-1435/2023 nömrəli (hakim M.Hacıbəyova) qərarı ilə iddia tələbi təmin edilərək cavabdehin 26 may 2022-ci il tarixli, **********6 nömrəli məktubunun və əmək pensiyasının 240 manatadək azaldılmasına əsas olan 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının qanunsuz hesab edilməsi və iddiaçının son iş yeri üzrə 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması, ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitl ər nəzərə alınmaqla pensiyasının yenidən qanunauyğun hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyanın üzərinə əlavə etməklə (2019-cu ilin aprel ayından) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə DSMF orqanının qərarı əlverişli inzibati akt sayılır. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin azaldılması ilə nəticələnən “Əmək pensiyasının yenidən hesablanması barədə“ xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının maddələrinin müddəalarını pozmuşdur. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Cavabdehin inzibati icraat qaydalarına riayət etmədən, yəni inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı qanuni sayıla bilməz.
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “cаvаbdеhin 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qər arının ləğv edilməsi”ni tələb etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3060/2023 nömrəli qərardadı ilə cavabdeh inzibati orqandan mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizasın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
13. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “İddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” 29 aprel 2022-ci il tarixli **********9 nömrəli qərar qəbul edilərkən iddiaçının 17 iyul 1991-ci il tarixdən 05 yanvar 1994-cü il tarixədək Dövlət Sosial Müdafiə Fondunda qulluq keçməsi, həmin dövr üzrə al dığı əmək haqqı, ona əlavələr və müavinətlər nəzərə alınıbmı?”
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8893 saylı ekspert rəyində qeyd edilmişdir ki, “İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının hesablanması üçün əsas götürülən 17 iyul 1991-ci il tarixdən 05 yanvar 1994-cü il tarixləri arasındakı dövrlər ərzində əmək haqqına vəzifə maaşından mükafat və ixtisas dərəcəsinə görə əlavə ödənilmədiyindən həmin əlavələrin pensiyaya tətbiq edilməsinin qanunvericiliyin tələbləri baxmından mümkün olmadığı və onun əmək pensiyası təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının 31 may 2024-cü il tarixində yenidən hesablanaraq 459,49 manat məbl əğində təşkil etdiyi müəyyən olunur. Həmçinin ötən dövr üzrə ona ödənilməli olan 126,73 manat fərq məbləği hesablanıb yuxarıda qeyd olunan qalıq 4602,96 manat artıq ödənilmiş pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edildiyi müəyyən olunur.”
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2-1(103)-25/2025 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və E.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1435/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qərarı “cavabdeh qurumun 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi cavabdehin mübahisələndirilən qərarının “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının maddələrinin müddəalarını pozulması ilə qəbul edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının 17 iyul 1991- 05 yanvar 1994-cü il tarixləri arasındakı dövrlərdə işlədiyi müddət ərzində əmək haqqına vəzifə maaşından mükafat və ixtisas dərəcəsinə görə əlavələri alıbalmadığını müəyyən etmək məqsədilə müvafiq quruma sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək aldığı əmək haqqı və digər gəlirləri barədə arayış və əmək haqqı cədvəllərindən çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı 1991-ci ildə 1956,50 manat vəzifə maaşı, 360 manat vəzifə maaşına əlavə, 1992-ci ildə 32250 manat vəzifə maaşı, 100 manat vəzifə maaşına əlavə, 2866,70 manat mükafat, 6305,35 manat məzuniyyət pulu, 1993-cü ildə isə 274994,28 manat vəzifə maaşı, 103695 manat mükafat, 55848,76 manat məzuniyyət pulu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh qurumun nümayəndələri həqiqətən də iddiaçıya xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək dövlət qulluğundakı fəaliyyətinə görə vəzifə maaşı və həmin vəzifə maaşına əlavələrin ödənildiyi faktını təsdiq etmişlər. Belə olan, halda cavabdeh qurumun iddiaçıya dövlət qulluğunda işlədiyi xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək olan dövr üzrə vəzifə maaşına əlavələrin ödənilməməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır və buna görə də cavabdeh qurumun iddiaçını n əmək pensiyasının xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək olan dövr üzrə vəzifə maaşına əlavələri almaması səbəbindən yenidən hesablanmasına əsas olmaması və pensiyasının 240 manatadək azaldılması ilə bağlı qəbul etdiyi 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarı qanunsuzdur
17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri iddiaya dair verilmiş etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyala rı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məb ləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin eti madı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat vermə yə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması.... 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:... 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir....
22. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edi r. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya b ilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlan ılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə alm aqla qiymətləndirmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır
28. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçıya Səbail DSMF tərəfindən 01 avqust 2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, bundan sonra iddiaçı ona pensiya təyin edilərkən 17 iyul 1991- 05 yanvar 1994-cü il tarixlərdə Dövlət Sosial Müdafiə Fondunda qulluq keçib, vəzifə maaşına əlavələr almasının nəzərə alınmadığına istinad edərək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh qur uma müraciət etmişdir. Lakin cavabdeh qurumun xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən iddiaçının pensiya məbləği yenidən hesablanmış və 366,66 manatdan 236,73 manatadək azaldılmış, eləcə də iddiaçıya xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 7841,95 manat artıq pensiya məbləğinin ödənilməsi müəyyən edilmişdir.
30. Hazırda iddiaçının hüquqi marağı cavabdehin 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi və onun son iş yeri üzrə 17 iyul 1991-ci ildən 05 yanvar 1994-cü ilədək DSMF-də dövlət qulluğunda olması, ona verilən əmək haqqı və əmək haqqı tərkibinə daxil olan vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləğinin aylıq pensiyanın üzərinə əlavə etməklə ödənilməsinə yönəlmişdir.
31. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının pensiyanın düzgün hesablanması barədə müraciəti əsasında araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən pensiyanın ödənişini d ayandırmış və bu barədə iddiaçıya müvafiq məktub ünvanlamışdır. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə də zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
33. Nəzərə alınmalıdır ki, inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış h ərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir.
34. Digər tərəfdən qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman hə mçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
35. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbu lu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
36. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
37. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, əmək pensiyaçısı olan iddiaçının cavabdehin hesab etdiyi artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh tərəfindən bu barədə heç bir dəlil təqdim edilməmişdir.
38. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının 17 iyul 1991- 05 yanvar 1994-cü il tarixləri arasındakı dövrlərdə işlədiyi müddət ərzində əmək haqqına vəzifə maaş ından mükafat və ixtisas dərəcəsinə görə əlavələri alıb-almadığını müəyyən etmək məqsədilə müvafiq quruma sorğu verilmiş və həmin sorğunun cavablandırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya 1991-ci ildə 1956,50 manat vəzifə maaşı, 360 manat vəzifə maaşına əlavə, 1992-ci ildə 32250 manat vəzifə maaşı, 100 manat vəzifə maaşına əlavə, 2866,70 manat mükafat, 6305,35 manat məzuniyyət pulu, 1993-cü ildə isə 274994,28 manat vəzifə maaşı, 103695 manat mükafat, 55848,76 manat məzuniyyət pulu ödənilmişdir. Bundan əlavə apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndələri həqiqətən də iddiaçıya xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək dövlət qulluğundakı fəaliyyətinə görə vəzifə maaşı və həmin vəzifə maaşına əlavələrin ödənildiyi faktını təsdiq etmişlər.
39. Belə olan halda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyilə razılaşır ki, cavabdeh qurumun iddiaçıya dövlət qulluğunda işlədiyi xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək olan dövr üzrə vəzifə maaşına əlavələrin ödənilməməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır və buna görə də cavabdeh qurumun iddiaçının əmək pensiyasının xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək olan dövr üzrə vəzifə maaşına əlavələri almaması səbəbindən yenidən hesablanmasına əsas olmaması və pensiyasının 240 manatadək azaldılması ilə bağlı qəbul etdiyi 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli qərarı qanunsuzdur.
40. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya inst ansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli, 21(103)-25/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.