Məhkəmə qərarları › İş №2-1(102)-1985/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1985/2019

17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1985/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər X1, X8, X9 və Qəbələ Rayon İcra Hakimiyyətinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1985/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Əra zi İdarəsinə və üçüncü şəxslər X1, X8, X9 və Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı “JN seriyalı *****nömrəli torpağın mülkyiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və 0,25 ha torpaq sahəsi üzərində anası X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-214/2019 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinə üçüncü şəxslər X1, X8, X9 və Qəbələ rayon İcra Hakimiyyət inə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Qəbələ rayon AİK-in xxxx 2001-ci il tarixli 03 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Qəbələ şəhərindən 0,25 ha həyətyanı torpaq sahəsi verildiyini, pay torpaq sahəsi islahat vaxtı qeydiyyatla şərtləniyi halda, həyətyanı torpaq sahəsinin qanuni istifadə ilə şərtləndiyini, JN **** KOD ***** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin anasının qanuni istifadəsində olduğunu və anası həmin torpaq sahəsini və evi ona vəsiyyət etdiyinə baxmayaraq, torpaq islahatı aparılan zaman anasından başqa ailə üzvlərinin də adlarının həyətyanı torpaq sahəsində qeyd edildiyini, torpaq islahatı aparılan zaman həmin təsərrüfatda qeydiyyatda olsa da, adının şəhadətnamədə qeyd olunmadığını, anası X2 mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evini ona vəsiyyət etdiyini bildirərək, “JN seriyalı ****** nömrəli “Torpağın mülkyiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və 0,25 ha torpaq sahəsi üzərində anası X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(84)-276/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – R.A.Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-214/2019 saylı qərardadı ilə (sədrlik edən G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və M.R.Hüseynov) İddiaçı аpellyаsiyа şikаyəti təmin edil məmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə üçüncü şəxslərin adlarının Qəbələ rayon AİKnın sədri tərəfindən təsdiq edilm iş siyahı əsasında salındığı, Qəbələ rayon AİK-nın xxxx 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X3, X12, X4, və X6 mülkiyyətlərinə 0,25 ha həyətyanı torpaq sahəsi verilməsi, torpaq sahəsinin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qüvvədə olduğu halda həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv olunması və ya dəyişdirilməsinin mümkün olmadığı göstərilmiş, qərardadda həm də iddia tələbinin ikinci (torpaq islahatı aparılan zaman qanuni istifadəsində olan 0,25 ha torpaq sahəsi üzərində anası X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) hissəsi ilə bağlı iddia tələbi bu hissədə iddianın birinci hissəsinin nəticəsindən asılı olduğu, anası X2 xxxx 2011-ci il tarixdə vəfat etdi yi iddiaçının anası tərəfindən verilmiş xxxx 2004-cü il tarixli vəsiyyətnamə əsasında hərəkət edən şəxs olsa da, ölmüş şəxsin hüquqlarının Dövlət qeydiyyatına alınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi qanunvericiliyin tələbi baxımından yolverilməz olduğu, ölmüş şəxsin hüquqlarının qeydiyyat alınmasının mümkünsüzlüyü səbəbilə də iddianın mümkünsüzlüyü əsaslandırılmağa çalışılmış, halbuki, iddiaçının anası ölmüş olsa da, onun qeyd edilən torpaq sahəsinə hüquqları ölümündən əvvəl yaranan və artıq dövlət orqanlarında qeydiyyata alınmış hüquqlardır, həmin şəhadətnamədə iş üzrə üçüncü şəxslər X1, X13 və X7 adlarının mülkiyyətçi qismində göstərilməsi onun mənafeyinə toxunur, onların adlarının qanunsuz və əsassız daxil edildiyi şəhadətnamənin ləğv edilməsini tələb et mək onun hüququdur, məhkəmə qərarı ilə iş üzrə üçüncü şəxslərin adlarının qanunsuz və əsassız daxil edildiyi şəhadətnamənin ləğv edilməsi labüd və mümkündür, iddianın mümkün sayılmamasının hüquqi əsası yoxdur. Tərəflərin izahatları İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi, üçüncü şəxslər X1, X14, X12 və Qəbələ rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi, üçüncü şəxslər X1, X14, X12 və Qəbələ rayon İcra Hakimiyyətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hədd ində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİq tisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-214/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Qəbələ şəhəri ərazisində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”ə görə siyahıda 2853 nömrə ilə X3, X12, X5 və X6 adları (4 nəfər ailə üzlərindən ibarət) qeyd olunmuş, İddiaçı adı həmin təsərrüfatın adlar siyahısında qeyd olunmamış, qeyd olunan subyektlərin siyahısı Qəbələ rayon AİK-ın sədri tərəfindən 1999-cu ildə təsdiq edilmiş və aidiyyəti qurumlarla razılaşdırılmış, bundan sonra Qəbələ rayon AİK-ın xxxx 2001-ci il tarixli, 03 nömrəli qərarı əsasında X3, X12, X5 və X6 adlarına 2002-ci ilin xxx ayında mübahisə predmeti olan JN seriyalı ***** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlanmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi iddiasını irəli sürməkdə iddiaçının hüquqi marağı üçüncü şəxslər X1, X14, X7 mübahisə predmeti olan 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının ləğvinə nail olmaqdan ibarətdir, üçüncü şəxslərin adları mübahisə predmeti olan mülkiyyət sənədinə Qəbələ rayon AİK-in sədri tərəfindən təsdiq edilmiş siyahı əsasında salınmış və Qəbələ rayon AİK-ın xxxx 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X3, X12, X5 və X6 mülkiyyətlərinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsinin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qüvvədədir, mübahisələndiri lən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğvinə nail olmaq üçün iddiaçı ilk öncə torpağın üçüncü şəxslərin mülkiyyətinə verilməsi hissəsində Qəbələ rayon AİK-ın xxxx 2001-ci il tarixli, 03 nömrəli qərarını mübahisələndirməli və tələbinə cavab verməli orqanı müəyyən etməlidir, mübahisə predmeti olan şəhadətnamə Qəbələ rayon AİK-ın xxxx 2001-ci il tarixli, 03 nömrəli qərarının nəticəsi olduğundan və həmin qərar hazırda qüvvədə olduğundan iddia qiymət verilən hissədə mümkün sayılmamalıdır, iddia tələbinin ikinci -torpaq islahatı aparılan zaman qanuni istifadəsində olan 0,25 hektar torpaq sahəsi üzərində iddiaçının mərhum anası X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində i ddianın birinci hissəsinin nəticəsindən asılı olduğundan, iddia bu hissədə də mümkün sayılmamalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə də, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qor unmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün dü zgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Apellyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir, mümkünlük şərtləri iddiaya ma hiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir, beləliklə, hazırkı iddiaya baxılması üçün mümkünlük şərtləri mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarında vurğulanmış hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-214/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İP M-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-214/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar