Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1985/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: (qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 21(103)-1348/2020 saylı qərardad ından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdehnə qarşı qərarın ləğv edilməsibarədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-1(112)-4166/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərardadı ilə iddianın mümkün sayılmamasıqərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarına istinad edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən hal Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)1183/2018 №-li icra vərəqi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırkı iddia tələbi həmin mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə, yəni Bakı Apelyasiya Məhkəməsində mübahisələndirilə bilər. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-1348/20 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsininxx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən eyni prosessual hüquq normalarına istinad etmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)1183/2018 №-li icra vərəqəsinə əsasən 75 000 ABŞ dolları və 41 000 manat məbləğində pul cavabdeh X1 alın araq iddiaçılar X5 və X2 verilməsi qət edilmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1183/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 116, 12 saylı mənzilin borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar X2 verilməsi və onun adına rəsmiləşdirilməsinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Aparılmış araşdırma zamanı məlum olmuşur ki, hazırkı iş üzrə İdarə tərəf olmamış və borclu kimi göstərilməmişdir. Lakin buna baxmayaraq Şöbə qanunla müəyyən edilmiş səlahiyyətlərindən kənara çıxaraq müvafiq qərarında qanunsuz olaraq İdarənin üzərinə öhdəlik qoymuşdur. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi məhkəmə qərarına əsasən həyata keçirilir və məhkəmə qərarı olmadan heç kim mülkiyyət hüququndan məhrum edilə bilməz. Əlavə olaraq qeyd olunmalıdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 116, mənzil 12 üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2570/15 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Lakin, habsin götürülməsi barədə qərardad daxil olmamışdır. Həmçinin həmin mənzil QSC «Bank Standart» KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin ipotekasaxlayanın razılıq məktubu təqdim edilməmişdir. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində icra şöbəsinin qərarının hüquqların dövlət qe ydiyyatı üçün əsas olması göstərilməmişdir. Birinci instansiya və apelyasiya instansiya məhkəmələri tərəfindən “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5-ci və 87.1-ci maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarının tələbləri nəzərə alınmamış və əsassız olaraq İdarənin icra məmurunun qərarından verdiyi şikayət mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunandan da göründüyü kimi, göstərilən hallar birinci instansiya və apelyasiya instansiya məhkəmələri tərəfindən qanunsuz və əsassız olaraq nəzərə alınmamış, qeyd olunan hallar düzgün araşdırılmamış və nəticədə əsassız olaraq İdarə tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə ədalətsiz qə rarlar qəbul edilmişdir. Həmçinin, qəbul edilmiş məhkəmə aktları düzgün əsaslandırılmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,2-1(103)-1348/20 nömrəliqərardadının ləğv edilməsi Cavabdeh xx.xx.2020-ci il tarixli qərarından İdarə tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi və Cavabdeh xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (müvafiq bildiriş xx xxxxxxxx 2020-ci il tarixdə göndərilmişdir) Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxıla n mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələrə əsaslanmaqla, işin konkret hallarını əks etdirməməklə deklarativ və ümumi xarakterlidir. Belə ki, iş materiallarında olan 2(103)-1183/2018 saylı icra vərəqəsindən görünür ki, 75 000 ABŞ dolları və 41 000 manat məbləğində pulun cavabdeh X1 alınaraq iddiaçılar X5 və X2 verilməsi qət edilmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1183/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədləri nin icrası ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 116, 12 saylı mənzilin borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar X2 verilməsi və onun adına rəsmiləşdirilməsinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı mübahisənin predmetini Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1183/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə başlanılmış icra icraatı təşkil edir. «İcra h aqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikli klər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, di gər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Yuxarıda qeyd edilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tar ixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinəistinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Bununla yanaşı xüsusi olaraq qeyd edilməlidir ki, qeyd edilən Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz s əlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən halın Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1183/ 2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırkı iddia tələbi həmin mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə, yəni Bakı Apellyasiya Məhkəməsində mübahisələndirilə bilər. Belə olan halda apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi prosessual və maddi hüquq normaları düzgün olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1348/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1985/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1985/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver