Məhkəmə qərarları › İş №2-1(102)-1985/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1985/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1985/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin plan və ölçülərinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “Azərbaycan” Nəşriyyatının (VÖEN:**********) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü ş əxslər: X23 və Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti) “torpaq sahəsinin plan və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 21(103)-36/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X8 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş B 000369 saylı, 20 fevral 1981ci il tarixli X16 X42 müəyyən edilmişdir ki, 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmışdır və həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır.

2. AN-İ ** ***** saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 və X4 məxsus olan və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi 3131 manat məbləğinə X1.

3. AN-İ ******* saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X24 məxsus olan və Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi 3131 manat məbləğinə X1.

4. AN-İ ******* saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X25 məxsus olan və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi 4697 manat məbləğinə X1.

5. RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışdan müəyyən edilmişdir ki, 0.36 sahədən ibarət olan Bakı şəhəri, ünvan 1 X10 xüsusi mülkiyyətindədir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 2(102)-6123/ 2016 saylı qərarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 6 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsi pulsuz və müddətsiz “Kommunist" nəşriyyatına (hazırda “Azərbaycan” Nəşriyyatı) verilmiş, 20 fevral 1981ci il tarixdə X16 dair dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçirilmiş “X16 dair Dövlət Akt”-da göstərilən sərhədlər daxilində olan 15,0 ha torpaq sahəsindən oranı zəbt edən vətəndaşların həmin torpaq sahəsindən çıxarılmaları qərara alınmışdır.

7. X13 verilmiş **********69 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1də yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416354.47 Y=4492755.37, 2 saylı döngəsinin ko ordinatları X=416359.79, Y=4492729.46, 3 saylı döngəsinin koordinatları X=416353.14, Y= 4492728.38, 4 saylı döngəsinin koordinatları X=416359.17 Y= 4492700, 5 saylı döngəsinin koordinatları X=416364.55 Y=4492674.41, 6 saylı döngəsinin koordinatları X=416316.73 Y=4492668.55, 7 saylı döngəsinin koordinatları X=416315.01 Y=4492694.33, 8 saylı döngəsinin koordinatları X=416313.15 Y=4492721.92-dir.

8. X25 Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********03 və A 497637 nömrəli torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, NardaranMaştağa massivi, 83 saylı kvartalda yerləşən 15 saylı sahə yerləşən torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416315.01 Y=4492694.33, 2 saylı döngəsinin koordinatları X=416359.17, Y=4492700, 3 saylı döngəsinin koordinatları X=416364.55, Y= 4492674.41, 4 saylı döngəsinin koordinatları X=416316.73 Y= 4492668,55-dir.

9. X3 Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********1041 və A 497636 nömrəli torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, 83 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416311.39 Y=4480748.47, 2 saylı döngəsinin koordinatları X=416354.47, Y=4492755.37, 3 saylı döngəsinin koordinatları X=416359.49, Y= 4493729.36, 5 saylı döngəsinin koordinatları X=416313.15 Y= 4492721,92-dir.

10. X33 oğluna Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərə findən verilmiş **********86 və A 497627 nömrəli torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilmişdir ki, Bakı ş., Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, 82 saylı kvartaldakı 14 saylı torpaq sahəsinin 1 saylı döngəsinin koordinatları X=416313.15 Y=4492721.92, 2 saylı döngəsinin koordinatları X=416353.14, Y=4492728.38, 3 saylı döngəsinin koordinatları X=416359.17, Y= 4492700, 4 saylı döngəsinin koordinatları X=416315 Y= 4492694,33-dir.

11. X25 verilmiş Bakı ş, Sabunçu rayonu, Nardaran-Maştağa massivi, 82 saylı kvartaldakı 15 saylı torpaq sahəsinin yerləşmə sxemindən müəyyən edilmişdir ki, həmin sxem ona Bakı ş., Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə Bakı şəhəri, ünvan 4 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin (hazırki Sabunçu) rayon X22 İcraiyyə Komitəsinin 5 oktyabr 1990-cı il tarixli sərəncam ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-da istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Həmin sxemdə isə torpaq sahəsinin məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilməmişdir.

12. X3 verilmiş Bakı ş., Sabunçu rayonu, Nardaran-Maştağa massivi, 83 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin yerləşmə sxemindən müəyyən edilmişdir ki, həmin sxem ona Bakı ş., Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və Rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə Bakı şəhəri, ünvan 6 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin (hazırki Sabunçu) rayon X22 İcraiyyə Komitəsinin 14 yanvar 1991-ci il tarixli sərəncam ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-da istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Həmin sxemdə isə torpaq sahəsinin məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilməmişdir.

13. X33 oğluna verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Maştağa massivi, 82 saylı kvartaldakı 14 saylı torpaq sahəsinin yerləşmə sxemindən müəyyən edilmişdir ki, həmin sxem ona Bakı ş., Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və Rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin, həmin torpaq sahəsinə Bakı ş., ünvan 7 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin (hazırki Sabunçu) rayon X22 İcraiyyə Komitəsinin 05 oktyabr 1990-cı il tarixli sərəncamı ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-da istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Həmin sxemdə isə torpaq sahəsinin məhz həmin yerdə yerləşməsini təsdiq edən heç bir istinad nöqtəsi göstərilməmişdir. 14. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, 20 fevral 1981-ci il tarixli “X16 X52”na əsasən “Azərbaycan” Nəşriyyatının qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr m əsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngəsinin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47- dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500 metrdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci inst ansiya məhkəməsində icraat

15. İddiaçı 27 iyun 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək üçüncü şəxs Cəlal Qasımova verilmiş **********69 reyestr nömrəli və onun verilməsinə əsasən olmuş Taleh Ağarzayev və Tamilla Ağarzayevaya verilmiş **********05 və A 497636, Cavad Məlikova verilmiş **********86 və A 497627, Şakir Məlikova verilmiş **********03 və A 497637 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsini xahiş etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 195 saylı, 6 may 1980-ci il tarixli qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (hazırki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması ü çün ayrılmış, X11 Soveti İcraiyyə Komitəsi tərəfindən 20 fevral 1981-ci il tarixli “X16 X52” verilmişdir. Həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. İddiaçının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onun qanuni istifadəsindədir. Bu hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)6123/2016 saylı qərarı ilə də müəyyən edilmiş, eyni zamanda “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Ha zırda məlum olmuşdur ki, X10 X5 və X2 aldığı 0.12 ha, X14 aldığı 0.12 ha, X15 aldığı 0.12 ha torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1 may 2014-cü il tarixdə qeydiyyata alınaraq ona **********69 reyestr nömrəli çıxarış və həmin reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********69 reyestr nömrəli çıxarışda 0.36 ha torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, NardaranMaştağa massivi, kvartal 83,2 saylı sahə kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış kimi qeyd edilmişdir. Lakin, X13 və həmin torpaq sahəsinin əvvəlki mülkiy yətçiləri olmuş X17 və X4, X24, X25 verilmiş torpaq sahəsinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Halbuki, ona verilmiş 20 fevral 1981-ci il tarixli X16 X51 15 ha ölçüdə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. Bundan başqa həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onun qanuni istifadəsindədir və hasara alınmışdır. Cavabdehin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində əvvəllər 0.36 ha torpaq sahəsinin mülkiyyətçiləri olmuş X9 və X4, X24, X25 alqı-satqıdan sonra isə X13 verilmiş tor paq sahələrinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür.

17. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsində göstərilən tələblə bağlı cavabdehə rəsmi müraciəti daxil olmamışdır. Həmçinin iş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, üçüncü şəxs X40 Ağarzayev və Tamilla Ağarzayeva arasında bağlanmış 19 aprel 2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə, üçüncü şəxslər Cavad Məlikov arasında bağlanmış 19 aprel 2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə, üçüncü şəxslə Şakir M əlikov arasında bağlanmış 18 aprel 2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cəlal Qasımovun adına ********** saylı 1 may 2014-cü il tarixli çıxarış və **********69 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. 18. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 21(82)-3191/2018 nömrəli qərarı (hakim: Çingiz Bəşirov adil oğlu) ilə iddia təmin edilmiş, üçüncü şəxs X13 verilmiş **********69 reyestr nömrəli və onun verilməsinə əsas olmuş X9 və X4 verilmiş **********05 və A 497636, X18 verilmiş **********86 və A 497627, X25 verilmiş **********03 və A 497637 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilmişdir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxsə verilmiş Sabunçu rayonu, Nar daran-Matağa massivi, 82 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin və Nardaran-Maştağa massivi 2 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin yerləşmə sxemində torpağın yerinin müəyyənləşdirilməsi üçün vacib olan istinad nöqtələri göstərilməmiş, lakin həmin torpaq sahəsinə plan və ölçülər tərtib olunarkən onun koordinatları iddiaçıya məxsus 15 hektarlıq torpaq sahəsinin daxilinə düşmüşdür. Həmin torpaq sahəsinin iddiaçıya yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi cavabdeh tərəfindən torpaq sahələrinin yerləşmə sxemi və plan-ölçüləri tərtib olunarkən yol verilmiş texniki səhv və ya səhlənkarlıq nəticəsində baş vermişdir.

20. Üçüncü şəxs X23 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş et mişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019cu il tarixli, 2-1(103)-796/2019 saylı qərarı ilə (hakimlər: X28 (sədrlik edən və məruzəçi), X19 və X20) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Üçüncü şəxs X23 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 25 dekabr 2019-cu il tarixli, 2-1(102)-2543/2019 nömrəli qə rarı (hakimlər: Sevda Hüseynova (sədrlik edən və məruzəçi), İlqar Dadaşov və Kəmaləddin Bədəlov) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ X13 və mübahisəli torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri X9, X4, X24, X25 verilmiş torpaq sahələrinin plan və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 hektar ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir. Mübahisəyə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh məhkəməyə vəsatət təqdim edərək iş üzrə məhkəmə ekspertizasının keçirilməsini xahiş etmiş, məhkəmə isə iş materiallarında yuxarıda göstərilən ekspert rəyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərarının mövcud olması əsası ilə ekspertizanın keçirilməsinə dair vəsatətin təmin olunmasından imtina etmişdir. Halbuki, qeyd olunan mütəxəssis rəyində onun Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2-1(82)-2233/2018 saylı məktubuna əsasən aparılmış araşdırma nəticəsində verilməsi qeyd olunmuşdur. Aydın olduğu kimi, sözügedən mütəxəssis rəyi başqa icraatla əlaqədar əldə edilmiş, iş materiallarında 2-1(82)-2233/2018 saylı iş üzrə icraatla bağlı hər-hansı məlumat mövcud olmamış, məhkəmə isə həmin işin nəticəsi barədə əlavə məlumat əldə etməmişd ir. İşə təkrar baxan apellyasiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etməli, torpaq sahələrinin kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalıdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3375 saylı, 7 iyun 2022-ci il tarixli ekspert rəyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC -nin verdiyi mütəxəssis rəyinə istinad olunaraq qeyd edilmişdir ki, - Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X12 icraiyyə Komitəsi tərəfindən "Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X16 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış V 000369 nömrəli X16 aid Dövlət Aktında göstərilən iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmamış, dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən qərardadın bu suallarını cavablandırmaq mümkün olmamışdır. - Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaq sahələrinin Nardaran qəsəbəsinin inzibati xəritəsinin sərhədlər i daxilində yerləşdiyi, lakin mübahisələndirilən ərazinin sovxozun hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. - X13 verilmiş **********69 nömrəli və onun verilməsinə əsas olmuş X9 və X4 verilmiş **********05 və A 497636, Cavad Məlikova verilmiş **********86 və A 497627, Şakir Məlikova verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilən koordinatlarda yerləşən torpaq sahələri Maştağa südçülüktərəvəzçilik sovxozunun yerquruluşu xəritəsində müəyyən edilmiş sərhədlərdən kənarda, Nardaran inzibati ərazisinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarında yerləşir. - Maştağa südçülük-tərəvəzçilik sovxozunun yerquruluşu xəritəsində müəyyən edilmiş torpaqların müxtəlif kateqoriyalara aid olmaqla, mübahisələndirilən iddia edilən ərazi sovxozu n hüdudlarından kənarda yerləşir. - X9 və X4 verilmiş **********05 və A497636, Cavad Məlikova verilmiş **********86 və A 497627, Şakir Məlikova verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan vaxtlarda yerləşdiyi ərazinin kateqoriyasının yaşayış məntəqəsi torpaqlarına aid olduğu müəyyən edilmişdir. - X9 və X4 verilmiş **********05 və A 497636 Cavad Məlikova verilmiş **********86 və A 497627, Şakir Məlikova verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan vaxtlarda, dövlət mülkiyyətində olduğu və hal-hazırda xüsusi mülkiyyətdə olduğu müəyyən olunmuşdur.

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(103)-36/2022 nömrəli qərarı (hakimlər: X29 (sədrlik edən və məruzəçi), X30 və X26) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tikinti-texniki ekspertiza rəyinə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin 3-cü şəxsə verilmiş plan-ölçü sənədindəki torpaq sahəsi ilə üst-üstə düşdüyünü də müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddiaçı üçüncü şəxsin adına verilmiş plan-ölçü sənədinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilm əmişdir. Həmçinin “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu halda, X17 və X4, X24, X25 ayrılmış torpaq sahələri fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılmışdır. Əgər iddiaçı ona ayrılmış torpaq sahəsinin sonradan üçüncü şəxsə verildiyini iddia edirsə, onda keçən müddət ərzində ona ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3-cü şəxsə fərdi yaşayış evinin tikintisi məqsədilə verilməsi üçün torpağın kateqoriyası dəyişdirilmiş olmalıydı. Məhkəmə araşdırmaları zamanı isə X9 və X4, X24, X25 ayrılmış, hazırda isə X10 mülkiyyətində olan torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Bu fakt da onu deməyə əsas verir ki, iddia olunan torpaq sahəsi üçüncü şəxsin mülkiyyətində olan sahə deyil.

29. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt (1971-ci ilin yanvarın 1-dən) qüvvədə olmuş Torpaq Məcəlləsinin 24-cü maddəsində qeyd edilir ki, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. İddiaçının 15 ha torpaq sahəsinə istifadə hüququ Abşeron rayon XDS İK tərəfindən verilmiş X16 X52 ilə rəsmiləşd irilmişdir. İddiaçıya məxsus torpaq sahəsinə X51 torpaq sahəsinin sərhədləri və ölçüləri qeyd edilmişdir. İşə təkrar baxan və qanunsuz qərar qəbul edən apellyasiya məhkəməsinin müvafiq tərkibi qərarda göstərmişdir ki, məhkəmə kollegiyası keçirilmiş tikinti-texniki ekspertizasının rəyin mötəbər sübut kimi qəbul edərək hesab edir ki, həmin rəyə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin 3-cü şəxsə verilmiş plan- ölçü sənədindəki torpaq sahəsi ilə üst-üstə düşdüyünü də müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddiaçı 3-cü şəxsin adına verilmiş plan-ölçü sənədinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Azərbaycan” Nəşriyyatının müraciətinə cavab olaraq ünvanladığı məktubu işə baxan məhkəməyə təqdim edilmiş, həmin məktubda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti qeyd edilən torpaq sahəsinin kadastr baza məlumatlarında mövcud olduğunu bildirmiş və qeyd edilən torpaq sahəsinə çıxarış alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməli olduğu bildirilmişdir. 31.Mübahisəli torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olduğu halda, bu təyinatın dəyişdirilməsi, yəni digər (yaşayış məntəqələrinin torpaqları) təyinata keçirilməsi barədə səlahiyy ətli orqan kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmamış, bundan başqa, X24 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran Maştağa massivi 82 saylı kvartaldakı 14 saylı torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həmin sxem ona Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və Rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə ünvan 8 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin(hazırki Sabunçu) rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli sərəncamı ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-də istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Eyni zamanda, həmin sxemdə torpaq sahəsinin məhz qeyd e dilən yerdə yerləşməsini təsdiq edən hər hansı bir istinad nöqtəsi göstərilməmişdir. Həmçinin, X3 verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran Maştağa massivi 83 saylı kvartaldakı 2 saylı torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həmin sxem ona Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və Rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə ünvan 10 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin(hazırki Sabunçu) rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli sərəncamı ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-də istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Eyni zamanda həmin sxemdə torpaq sahəsinin məhz qeyd edilən y erdə yerləşməsini təsdiq edən hər hansı bir istinad nöqtəsi göstərilməmişdir. Eyni zamanda, X25 verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran Maştağa massivi 82 saylı kvartaldakı 15 saylı torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, həmin sxem ona Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və Rayon Təsərrüfat Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə ünvan 12 ünvanı verilmişdir. Torpaq sahəsi Lenin(hazırki Sabunçu) rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli sərəncamı ilə ayrılsa da, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi zamanı həmin vaxt Azərbaycan SSR-də istifadəsi mümkün olmayan latın qrafikalı əlifbadan istifadə edilmişdir. Eyni zamanda həmin sxemdə torpaq sahəsinin məhz qeyd edilən ye rdə yerləşməsini təsdiq edən hər hansı bir istinad nöqtəsi göstərilməmişdir.

32. İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-385/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarından üçüncü şəxs X7 verdiyi kassasiya şikayətinə əsasən baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası xx.xx.2019-cu il tarixli qərarı da, işə baxan məhkəməyə təqdim edilmişdir. Ali Məhkəmənin qüvvədə olan xx.xx.2019-cu il tarixli qərarı ilə “Azərbaycan” Nəşriyyatının torpaq sahəsinin koordi natları öz təsdiqini tapmışdır. Həmin qərarda "xxxx" MMC-nin mütəxəssisinin verdiyi rəy əsaslı hesab edilmişdir.

33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri rəy alınması üçün işə cəlb edilməməsini, xidmətin hazırkı işdə tərəf olduğunu və qərəzli rəy verəcəyini bildirilsə də, xidmətin mütəxəssisləri rəyin tərtib olunması prosesinə cəlb edilmiş və bizə məlum olduğu kimi qərəzli qanunsuz və əsassız rəy təqdim etmişlər. Belə ki, qərardadda qoyulan iddiaçının 15 ha torpaq sahəsi ilə bağlı suallara torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmadığı əsası ilə cavab verilməmiş, lakin, bir neçə sot torpaq sahəsini əhatə edən X10 torpaq sahəsinin coğrafi yerləşməsi müəyyən olmuşd ur. Halbuki, Ali Məhkəmənin qərarında qoyulan ən birinci göstəriş və eləcə də, məhkəmənin ekspertiza barədə qərardadındakı əsas məqam iddiaçının torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi olmuşdur. İddiaçının torpaq sahəsinin koordinatları müəyyən edilmədən, üçüncü şəxslərin torpaq sahəsinin həmin sahə ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri

34. Cavabdeh və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

35. İnzibati Prosessual Məcəllə: Maddə

78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

91. Mübahisə ilə bağlı işə kass asiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidi r. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əs aslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dədə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışının predmeti olmuş və bunun nəticəsində Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2543/19 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı qəbul edilmişdir ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-1(103)-796/2019 saylı qərarı ləğv edilmiş, iş t əkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

39. Məlum olduğu kimi, İPM-in 96.11-ci maddəsinə əsasən 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

40. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2543/19 saylı, 25 dekabr 2019-cu il tarixli qərarından göründüyü kimi, Ali Məhkəmə hazırkı inzibati mübahisə ilə bağlı öz hüquqi mövqeyini bildirərək, işə təkrar baxılması üçün işi apellyasiya məhkəməsinə göndərməklə qərarında apellyasiya məhkəməsi üçün məcburi daşıyan konkret göstərişlər vermişdir.

41. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2543/19 saylı, 25 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Hazırkı iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ X13 və mübahisəli torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri X9, X4, X24, X25 verilmiş torpaq sahələrinin plan və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 hektar ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir.”

42. Daha sonra Ali Məhkəmə 25 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, “İlk növbədə iddiaçı tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. İş materiallarında iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən mütəxəssis rəyi mövcuddur. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 20 fevral 1981-ci il tarixli “X16 X52”-na əsasən “Azərbaycan” Nəşriyyatının qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngəsinin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47- dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500 metrdir. Mübahisəyə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh məhkəməyə vəsatət təqdim edərək iş üzrə məhkəmə ekspertizasının keçirilməsini xahiş etmiş, məhkəmə isə iş materiallarında yuxarıda göstərilən ekspert rəyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərarının mövcud olması əsası ilə ekspertizanın keçirilməsinə dair vəsatətin təmin olunmasından imtina etmişdir. Halbuki, qeyd olunan mütəxəssis rəyində onun Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2-1(82)-2233/2018 saylı məktubuna əsasən aparılmış araşdırma nəticəsində verilməsi qeyd olunmuşdur. Aydın olduğu kimi, sözügedən mütəxəssi s rəyi başqa icraatla əlaqədar əldə edilmiş, iş materiallarında 2-1(82)-2233/2018 saylı iş üzrə icraatla bağlı hər-hansı məlumat mövcud olmamış, məhkəmə isə həmin işin nəticəsi barədə əlavə məlumat əldə etməmişdir.”

43. Həmçinin Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi 25 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki,” birinci instansiya məhkəməsi mübahisəli torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, bu barədə məlumatların əldə edilməsi istiqamətində müvafiq dövlət orqanlarına sorğular vermədən, torpaq sahələrinin yerləşdiyi yerlərə baxış keçirmədən və əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etmədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli, 2(102)-6123/2016 saylı qərarına və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etməklə torpaqların üst-üstə düşməsi nəticəsinə gəlmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Bundan başqa, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olmuş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aiddir. İşə baxan aşağı instansiya məhkəmələri tərəflərə məxsus torpaq sahələrinin kateqoriyalarının müəyyən edilməsi istiqamətində də hər hansı araşdırma aparmamışlar.”

44. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən İPM-in 96.11-ci maddəsinin tələblərinə riayət etməklə, Ali Məhkəmənin hazırkı mübahisə üzrə olan hüquqi mövqeyindən irəli gələn məcburi göstərişlərini tam yerinə yetirmiş və bunun nəticəsində qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. Bundan başqa, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olmuş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aiddir

46. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə kassasiya instansiya məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarında qeyd olunan göstərişlərlə bağlı hazırki apellyasiya baxışı zamanı xx.xx.2021-ci il tarixli qərardadla Azərbay can Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3375 saylı 07 iyun 2022-ci il tarixli ekspert rəyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin verdiyi mütəxəssis rəyinə istinad olunaraq qərardadın birinci-ikinci, üçüncü beşinci və altıncı sualları üzrə göstərilmişdi ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci İl tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X12 icraiyyə Komitəsi tərəfindən "Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X16 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış V 000369 nömrəli X16 aid Dövlət Aktında göstərilən iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmamış, dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən qərardadın bu suallarını cavablandırmaq mümkün olmamışdır.

47. Beləliklə, iddiaçının iddia etdiyi sözügedən 15 hektar torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyən edilməsi mümkün olmamışdır ki, bununda yeganə səbəbi dövlət aktının koordinatlarının təqdim edilməməsidir.

48. Bununla yanaşı, Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaq sahələrinin Nardaran qəsəbəsinin inzibati xəritəsinin sərhədləri daxilində yerləşdiyi, lakin mübahisələndirilən ərazinin sovxozun hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir, X13 verilmiş **********69 nömrəli və onun verilməsinə əsas olmuş X9 və X4 verilmiş **********05 və A 497636, Cavad Məlikova verilmiş **********86 və A 497627, Şakir Məlikova verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilən koordinatlarda yerləşən torpaq sahələri Maştağa südçülük-tərəvəzçilik sovxozunun yerquruluşu xəritəsində müəyyən edilmiş sərhədlərdən kənarda, Nardaran inzibati ərazisinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarında yerləşir, Maştağa südçülük-tərəvəzçilik sovxozunun yerquruluşu xəritəsində müəyyən edilmiş torpaqların müxtəlif kateqoriyalara aid olmaqla, mübahisələndirilən iddia edilən ərazi s ovxozun hüdudlarından kənarda yerləşir, X9 və X4 verilmiş **********05 və A497636, Cavad Məlikova verilmiş **********86 və A 497627, Şakir Məlikova verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan vaxtlarda yerləşdiyi ərazinin kateqoriyasının yaşayış məntəqəsi torpaqlarına aid olduğu müəyyən edilmişdir, X9 və X4 verilmiş **********05 və A 497636 Cavad Məlikova verilmiş **********86 və A 497627, Şakir Məlikova verilmiş **********03 və A 497637 nömrəli torpaq sahələrinin ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan vaxtlarda, dövlət mülkiyyətində olduğu və hal-hazırda xüsusi mülkiyyətdə olduğu müəyyən olunmuşdur.

49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, tikinti-texniki ekspertizasının rəyinə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin 3-cü şəxsə verilmiş plan- ölçü sənədindəki torpaq sahəsi ilə üst-üstə düşdüyünü də müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddiaçı 3-cü şəxsin adına verilmiş plan-ölçü sənədinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilməmişdir.

50. Eyni zamanda apellyasiya məhkəməsi Ali Məhkəmənin 25 dekabr 2019-cu il tarixli qərarında öz əksini tapmış tərəflərə məxsus torpaq sahələrinin kateqoriyalarını müəyyən edilməsi istiqamətində araşdırmanın aparılmasına da ir göstərişi də yerinə yetirmişdir.

51. Belə ki, məlum olduğu kimi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 6.3 bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

52. Apellyasiya məhkəməsi tərəfindən məhkəmə araşdırmaları zamanı isə X9 və X4, X24, X25 ay rılmış, hazırda isə X10 mülkiyyətində olan torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, yuxarıda göstərilmiş fakt onu deməyə əsas verir ki, iddia olunan torpaq sahəsi 3-cü şəxsin mülkiyyətində olan sahə deyil, bu səbəbdən də iddiaçı mübahisələndirdiyi plan və ölçü sənədlərinin etibarsız hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir.

53. Həmçinin qeyd edilməlidir ki, kassasiya instansiya məhkəməsinin xx.xx.2019cu il tarixli qərarında göstərilən “2-1(82)- 2233/2018 saylı işin nəticəsi barədə m əlumat əldə edilməsi” barədə göstərişə, gəldikdə isə, apellyasiya məhkəməsi bu göstərişi də yerinə yetirmiş və apellyasiya məhkəməsi tərəfindən bu barədə aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, adı çəkilən işdə iddiaçı “Azərbaycan” nəşriyyatının cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X33, X34, X6 və qeyriləri 3cü şəxs qismində işə cəlb olunmaqla) “çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası üzrə müvafiq mütəxəssis rəyi alınsa da, sonradan iddiaçının nümayəndəsi Azər Qasımovun “iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” barədə verdiyi ərizə əsasında iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. 54.Beləliklə, sözügedən mütəxəssis rəyi başqa icraat ilə əlaqədar əldə edilmiş, hansı ki həmin icraat davam etməmi ş, iddiaçının öz təşəbbüsü ilə ona xitam verilmişdir. 55.Eyni zamanda apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)- 6123/2016 saylı qərarı ilə bağlı isə qeyd edilməlidir ki, həmin iş üzrə tərəflər «Azərbaycan» Nəşriyyatı, X31, X32 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz.

56. Belə ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

57. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikay əti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 21(103)-36/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar