Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1985/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Aqarunova Mirvari Donovnanın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Aqarunova Mirvari Donovnanın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi y anında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-198/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün iddiaçıya 600 kv.metr. torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək həmin torpaq s ahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh isə imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin, yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyindən sənədlə torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X2 üçün ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində, ona mülkiyyət hüququ verən qeydiyyatın aparılmasının cavabdehin ü zərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 862 nömrəli sərəncamı ilə iddiaçı X2 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 ”A” nömrəli 600 kv.m torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı i lə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün iddiaçıya 600 kv.metr. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə edilən müraciətə, onlar tərəfindən verilmiş 05 dekabr 2018-ci il tarixli **********46 saylı bildirişlə məlumat verilmişdir ki, təqdim edilən Səbail rayon İHB-nin 862 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq (Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olubolmaması ilə bağlı) qeyd olunan sərəncamın Səbail rayon İH-nın arxivində aşkar edilmədiyi bildirilmişdir. Lakin həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin 134 saylı, x x.xx.2004-cü il tarixli yerdəyişmə cizgisinin həqiqiliyi ilə bağlı münasibət bildirmədiyi üçün təkrar sorğu göndərilmişdir. Torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı yenidən cavabdehə edilmiş müraciətə sonuncu tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli **********95 saylı məktubla ona bildirilmişdir ki, təqdim olunan torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər dəqiq istinad və məsafələr qeyd edilmədiyindən, eyni zamanda 3 torpaq sahəsi ümumi hasar daxilində yerləşdiyindən və bölgü sxemi təqdim edilmədiyindən imtina olunmuşdur. Mübahisələndirilən torpaq sahəsinin ayrılmasına dair sərəncamın mövcudluğu Arxiv idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli M-144 saylı arayışla təsdiq olunur. Özəlləşdirilməsini tələb etdiyi torpaq sahəsi 26 ildir k i, onun istifadəsindədir. Bu torpaq sahəsinin yerləşdiyi ərazidə yüzlərlə vətəndaşa ev tikmək üçün sahə ayrılmışdır və evlər tikilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər qeyd edilməmişdir. Həmçinin, yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyindən sənədlə torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, üç torpaq sahəsi ümumi hasar daxilində yerləşir, bölgü sxemi təqdim edilməmişdir. Bunlardan əlavə, Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 134 saylı (yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü göstərilməmiş) yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə və torpaq sahəsi mövcud sürüşmə zonasından 500 metr məsafədə yerləşdiyindən sürüşmə zonasına aid olub-olmamasına münasibət bildirilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilmişdir. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin cavab məktubunda sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sürüşmə zonası olub-olmaması ilə bağlı sorğuya cavab verilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4330/2022 saylı, 06 may 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 862 nömr əli sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 ”A” nömrəli sahə “Abşeron yarımadası ərazisində təhlükəli sürüşmə sahələri” albomuna daxil edilmiş “Badamdar” sürüşmə sahəsinin konturlarından kənarda, sürüşmə sərhəddindən 280-290 m məsafədə yerləşir.Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüq uqunun (birinci qayda) pozulması hesab oluna bilər.
10. Həmin qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-198/2023 nömrəli qərarına əsasən (sədrlik edən A.Oruczadə, hakimlər X.Cəmilova, R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-4330/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan Bakı şə həri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X2 600 kv.m. torpaq sahəsi ayrılmış və həmin sərəncam əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 “A” nömrəli torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərəncamının (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasının Milli Arxiv Fondunun sənədlərində də mövcuddur. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfin dən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və mühəndis geologiyası qrupunun mütəxəssisi tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 525 “A” ünvanda X1 məxsus ərazidə vizual mühəndisigeoloji araşdırmalar aparılmış müəyyən edilmişdir ki, ərazi tektonik nöqteyi-nəzərdən Qərbi Abşeron antiklinoriumunun Bakı sinklinal muldasının sirkəbənzər qərb qanadında yerləşir. Ərazinin geoloji quruluşunda üst qatda X5 yaşlı elüvial-delüvial mənşəli və Piliosen-Eopleystosen yaşlı dəniz mənşəli çöküntüləri yayılmışdır. X2 məxsus sahə (40°19'39", 49°48'42" koordinatlarında) mailliyi 30-35° olan yamacda, terraslanmış ərazidə yerləşir və qeyd olunan ünvan “Abşeron yarımadası ərazisində təhlükəli sürüşmə sahələri" albomuna daxil edilmiş “Badamdar" sürü şmə sahəsinin konturlarından kənarda, sürüşmə sərhəddindən 280-290 m məsafədə yerləşir.Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 862 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinə iddiaçının mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.
13. Apellyasiya məhkəməsi hüquqi əsaslandırılmasında Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Torpaq Məcəlləsinin 9-cu və 10-cu maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.8-64.2-ci maddələrinə, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2ci, 8-ci və 15-ci maddələrinə istinad etmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli 2-1(103)-198/2023 nömrəli qər arının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraza əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-198/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dö vlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onları n mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.; (-). 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə b u və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslər in dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (b undan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;
22. İnzibati Prosessual Məcəllə: a) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərar dadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə t ələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, k assasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldı rılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edi lmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 862 nömrəli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 ”A” nömrəli 600 kv.m torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülərinin qeyd edilməməsi ilə bağlı dəlili iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Həmin hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılm asına maneə ola bilməz.
33. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli 862 saylı sərəncamı ilə, Badamdar qəsəbəsində fərdi ev tikilməsi üçün X2 600 kv.m. torpaq sahəsi ayrılmış və həmin sərəncam əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 525 “A” nömrəli torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.
34. Beləliklə kollegiya yuxarıda qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur.
35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 21(103)-198/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.