Məhkəmə qərarları › İş №2-1(102)-1985/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1985/2024

26.09.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1985/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: polkovnik hərbi rütbəsinin bərpa edilməsi tələbinə dair; diskresion səlahiyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi) “polkovnik hərbi rütbəsinin bərpa ed ilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-63/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1992-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 701, N və N nömrəli hərbi hissələrində hərbi xidmətdə olmuşdur.

2. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2003-cü il tarixli, 0151/rt nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə müvafiq olaraq, polkovnik-leytenant İddiaçı növbəti “polkovnik” hərbi rütbəsi verilmiş, xx.xx.2004-cü il tarixli, 021/rt nömrəli əmri ilə isə Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq iddiaçının “polkovni k” hərbi rütbəsi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır.

3. Daha sonra iddiaçı barəsində hərbi xidmət dövründə yol verdiyi əməllərlə bağlı cinayət işi başlanmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli, 5k-130/2005 nömrəli qərarına əsasən o, Cinayət Məcəlləsinin 341.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə əsasən (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə) Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2005-cı il tarixli, 0336 nömrəli əmri ilə xx.x x.2005-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxılmışdır.

5. İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən onun barəsində 2020-ci ildə polkovnik hərbi rütbəsinin bərpa edilməsinə dair təqdimat tərtib edilərək cavabdeh qarşısında irəli sürülmüşdür.

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 13273 nömrəli məktubuna əsasən təqdimata aidiyyəti üzrə baxılmış, qeyd olunan məsələ yuxarı komandanlığa məruzə olunmuş, lakin barəsində müsbət qərar qəbul edilməmişdir.

7. Daha sonra iddiaçının bununla bağlı yenidən müraciəti əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidməti tərəfind ən onun barəsində 2022-ci ildə polkovnik hərbi rütbəsinin bərpa edilməsinə dair təqdimat tərtib edilərək cavabdeh qarşısında irəli sürülmüş, bundan sonra iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək təqdimatın icra vəziyyəti barəsində ona məlumat verilməsini, həmçinin, hərbi rütbəsinin bərpa edilməsini xahiş etmişdir.

8. Cavabdeh xx.xx.2022-ci il tarixli, 1/N-8481 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ehtiyatda olan zabit kimi hərbi rütbəsi bərpa edilməsi üçün yuxarı komandalığına məruzə edilmiş, lakin barəsində müsbət qərar qəbul edilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş hərbi rütbəsinin bərpa edilməsi barədə təqdimat icra olunmadan geri qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia qaldıraraq, “Azərbaycan Respublikası Silahlı X1 42-ci maddəsinə uyğun olaraq onun polkovnik hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikası müdafiə nazirinin 0151/rt №-li, xx.xx.2003-cü il tarixli əmri ilə iddiaçıya “polkovnik” hərbi rütbəsi verilmişdir.

11. Azərbaycan Respublikası müdafiə nazirinin 021/rt №-li, xx.xx.2004-cü il tarixli əmri ilə intizam cəzası qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69cu maddəsinə müvafiq olaraq “polkovnik” hərbi rütbəsi “ polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır.

12. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2005-ci il tarixli əmri ilə ehtiyata buraxılmış və hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində hərbi qeydiyyatdadır.

13. Hərbi rütbəsinin bərpa olunması üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və cavabdehə müraciət etmişdir.

14. Ərizəsində Azərbaycan Respublikası Səfərbərlik və HXÇ üzrə DX-dən xahiş etmişdir ki, yuxarıda izah olunanları və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-76/2022 saylı Qərardadında göstərilən hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının "polk ovnik ” hərbi rütbəsinin bərpa olması üçün Azərbaycan Respublikası Silahlı X1 42-ci maddəsinin tələblərinə istinad olunmaqla cavabdehə təqdimat göndərilsin.

15. Bu ərizəyə cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və HXÇ üzrə DX-dən hərbi rütbəsinin bərpa olunması üçün cavabdehə müvafiq təqdimat göndərilmişdir.

16. Eyni zamanda, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Səfərbərlik və HXÇ üzrə DX-dən göndərilmiş təqdimatın icra olunaraq iddiaçının polkovnik hərbi rütbəsinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı vermişdir. İmtina cavabı əsaslandırılmamışdır. Cavabdehin etirazları:

17. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edil mişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli 5k-130/2005 №-li qərarı ilə (Ağdam hərbi məhkəməsinin xx.xx.2005-ci il tarixli 09/2005 №-li hökmü) iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

18. Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 42-ci bəndinə əsasən: “hərbi qulluqçulara verilən intizam cəzalarını yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. Eyni vaxtda hərbi qulluqçuya verilmiş bir cəza götürülə bilər. Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rol oynamış olsun və hərbi qulluqçu öz nümunəv i xidmətilə bunu sübut etsin.”

19. İddiaçıya verilən cəza xidmətlə bağlı ciddi nöqsanlara görə olmuşdur, buna görə də tərbiyəvi xarakter kimi qiymətləndirilə bilməz. Ağdam hərbi məhkəməsinin xx.xx.2005-ci il tarixli 09/2005 №-li hökmündən göründüyü kimi iddiaçı vəzifə borclarının yerinə yetirilməsində yol verdiyi ciddi qanun pozuntularına yol vermişdir. 20. “Hərbi xidmətkeçmə haqqında’’ Əsasnamənin 70-ci maddəsinə əsasən, hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər.

21. İddiaçı haqqında hər hansı qeyri-qanuni hərəkətlər edilməmişdir. Yuxarıda qeyd olunmuş hökm buna sübutdur.

22. Digər tərəfdən, iddiaçı həm xüsusi, həm ümumi iddia mü ddətini ötürmüşdür. xx.xx.2004-cü ildə iddiaçının “polkovnik" rütbəsi “polkovnik-leytenant" hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. İddiaçı 16-17 il keçəndən sonra müraciət etmişdir.

23. Bununla da AR İPM-nin 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. (AR MPM-nin 2011-ci il tarixə kimi qüvvədə olmuş 298-ci maddəsinə görə də 1 ay göstərilmişdir.)

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, "inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki,... məhkəmələr ilk növbədə... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiy ini... yoxlamalıdırlar (2.3-cü bənd); Məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (...iddianın verilməsi müddətinə əməl olunması) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)"

25. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

26. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-774/2023 saylı qərarı ilə iddia rədd edilmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 42-ci bəndinə əsasən: -Hərbi qulluqçulara verilən intizam cəzalarını yalnız bu cəzaları verən rəislər, həmçinin in tizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. -Eyni vaxtda hərbi qulluqçuya verilmiş ancaq bir cəza götürülə bilər. -Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rolunu oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin. -Çavuş rütbəsindən məhrum edilmə, hərbi rütbədə (vəzifədə) aşağı salınma kimi intizam cəzaları:... - ehtiyatda, yaxud istefada olan zabitlər — hərbi rütbələri aşağı salındığı gündən ən azı üç ildən sonra götürülə bilər.

28. Hərbi rütbələri aşağı salınmış zabitlər, gizirlər, miçmanlar, çavuşlar və həmçinin hərbi rütbəsindən məhrum edilmiş müddətli xidmət çavuşları tutduqları vəzifələrdən asılı olmayaraq, intizam cəzasının götürülməsi ilə eyni zamanda əvvəlki hərbi rütbələrinə bərpa olunmalıdırlar.

29. Vəz ifəni aşağı salma şəklində intizam cəzası hərbi qulluqçunun üstündən götürülərkən o, əvvəlki vəzifəsinə bərpa edilməyə də bilər.

30. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu bəndinə əsasən: - Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X2 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respubli kasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. - Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı X2 ilə müəyyən edilmiş müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və onlardan yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər. Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti hərbi rütbə verilənə kimi hərbi rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir.

31. Həmin Əsasnamənin 70-ci bəndinə əsasən: - Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. - Hərbi xidmətdən q anunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir.

32. Həmin Əsasnamənin 158-ci bəndinə əsasən: - Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar...

33. Qeyd edilmiş normalardan göründüyü kimi “Rəisin” intizam cəzasını o vaxt götürməyə ixtiyarı va r ki, cəza tərbiyəvi rolunu oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin.

34. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli ilə bağlı tətbiq edilməli olan normalar inzibati orqanı təmsil edən səlahiyyətli şəxsə diskresion səlahiyyət vermiş, həmin səlahiyyətdən istifadə edilə bilməsini isə cəzanın tərbiyəvi rol oynamasına və hərbi qulluqçunun öz nümunəvi xidmətilə bunu sübut etməsi şərtinə bağlamışdır.

35. İddiaçının xidmət dəftərçəsindən görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxılmışdır.

36. Bundan sonra isə iddiaçının hərbi xidmətə bərpa olunması müəyyən olunmur.

37. Göründüyü kimi iddiaçı cəzasını çəkdikdən sonra xidmətini davam etdirməmişdir. Bu halda qanunvericiliklə nəzərdə tutulmuş “cəzanın tərbiyəvi rol oynamasından” başqa “hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etməsi” tələbinin həyata keçirilməsi də praktik olaraq baş verməmişdir.

38. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş, həmin səlahiyyətlərin məqsədinə və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq imtina vermişdir.

39. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

40. Sumqayıt Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-626/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

41. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-63/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-774/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının şəxsində ehtiyatda olan hərbi qulluqçunun həqiqi xidmət dövründə aşağı salınm ış hərbi rütbəsinin bərpa edilməsi üçün aşağıda göstərilən 3 şərt ödənilməlidir: 1) Hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçməlidir; 2) Hərbi rütbənin bərpa edilməsi barədə hərbi komissarlıq tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdimat verilməlidir; 3) Həmin şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultmalıdılar.

43. Birinci şərtə münasibətdə iddiaçının hərbi rütbəsi xx.xx.2004-cü il tarixdən bir pillə aşağı salındığından 3 illik müddətlə bağlı məhdudiyyət şərti ona münasibətdə ödənilmişdir.

44. Təqdimatın verilməsi ilə bağlı ikinci şərtə münasibətdə işdən görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən 2020-ci ildə, daha sonra isə Xid mət tərəfindən xx.xx.2022-ci il tarixdə onun polkovnik hərbi rütbəsinin bərpa edilməsi barədə təqdimatlar verilmiş, təqdimatlara cavabdeh inzibati orqanda baxılmış, yuxarı komandanlığa məruzə olunmuş, lakin hər iki təqdimat üzrə müsbət qərar qəbul edilməmişdir.

45. Üçüncü şərtlə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

46. Qeyd olunan kateqoriyadan olan şəxslərin istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultmasına dair məsələlər təqdimatın əsaslandırıcı hissəsində göstərilir. Hansı ki, bu münasibətlər “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 6 saylı əlavə - Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxıl ması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları ilə tənzimlənir.

47. Həmin Qaydaların 1-ci bəndinə görə təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir.

48. Həmçinin, Qaydaların məzmunundan görünür ki, təqdimat bir neçə bölmədən ibarət olmaqla, “Təqdimatın əsaslandırılması” adlı İİ bölmədə hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin yüksəldilməsində şəxsən gördüyü işlər və s. məlumatlar göstərilməlidir.

49. İş materiallarında olan (iş v.57) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Hüquq İdarəsinə ünvanlanmış məktubdan isə görünür ki, iddiaçı barəsində tərtib edilmiş sonuncu - xx.xx.2022-ci il tarixli təqdimat “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 6 saylı əlavəsinə zidd olaraq nöqsanlarla tərtib edilmiş, hərbi rütbənin bərpa edilməsi üçün təqdimatların tərtib edilməsi qaydalarının tələblərinə riayət olunmamışdır. Bununla belə, həmin təqdimata mahiyyəti üzrə baxılmış, yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış, lakin iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əvvəlki hərbi rütbəsinin bərpa edilməsi ilə bağlı məsələ cavab deh inzibati orqanın diskresion səlahiyyətlərindən irəli gələn məsələdir.

51. Məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər.

52. İşin müəyyən olunmuş faktiki halları nəzərə alındığında kollegiya hesab edir ki, iddiaçının müraciətinin icrasından imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir.

53. Birinci instansiya məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş və əsaslandırılmış düzgün nəticəyə gəlmişdir.

54. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

55. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

56. Şikayətin dəlillərinə görə, apellyasiya məhkəməsi əsas AR İPM-nin 73.3-cü, 73.3.1-ci maddələrinə istinad edərək, qərarın dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə qeyd edilən normanın bəndlərini əsas tutara q hesab etmişdir ki, cavabdeh diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etmişdir ki, bu zaman maddi hüquq normasına görə qiymətləndirmə və hər hansı maddi hüquq normasının tətbiqi üzrə qiymətləndirmə azadlığı cavabdehə məxsus olduğundan, məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməzdi.

57. Eyni zamanda, apellyasiya məhkəməsi qərarın qüvvədə saxlanılmasının əsası kimi hərbi rütbənin bərpa edilməsi barədə hərbi komissarlıq tərəfindən cavabdehə göndərilən təqdimatlara müsbət qərar qəbul etməməsi və hərbi qulluqçunun istehsalatda və digər ictimai faydalı işlərdə özünü doğrultmaması ilə əlaqələndirmişdir ki, belə olan halda inzibati orqanın diskresion səlahiyyətindən istifadə etməklə qərar qəbul etməsi qanunsuz olmamışdır.

58. Cavabdeh orqanın hərbi qulluqçunun hərbi rüt bənin aşağı salınması əsaslarının və qaydalarının qanunvericiliklə dəqiq şəkildə müəyyən edilməsi, bir tərəfdən hərbi qulluqçuların hüquqlarının pozulması və mənafelərinə toxunmasının qarşısının alınması məqsədlərinə, digər tərəfdən isə hərbi qulluqçuların hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan hərbi qulluqçulara münasibətdə aparılan inzibati araşdırmanın əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və cavabdeh inzibati orqan kimi hər bir halda hərbi rütbənin bir pillə aşağı salması barədə öz qərarını əsaslandırmağa borclu idi. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh hərbi rütbənin bir pillə aşağı salınması səlahiyyətinə malikdir, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan hərbi rütbənin aşağı salınması ilə bağlı qərara gəlmişdirsə, onda bu sahədə olan qanunun maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini n yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

59. Həmçinin, Apellyasiya Məhkəməsi “Azərbaycan Respublikası Silahlı X1 42-ci maddəsinin tələbləri pozmaqla qərar qəbul etmişdir. Həmin normanın tələbinə görə, hərbi qulluqçulara verilən intizam cəzalarını yalnız bu cəzaları verən rəislər, həmçinin intizam səlahiyyəti daha böyük olan birbaşa rəislər götürə bilərlər. Eyni vaxtda hərbi qulluqçuya verilmiş ancaq bir cəza götürülə bilər. Rəisin intizam cəzasını o vaxt götürməyə ixtiyarı var ki, cəza tərbiyəvi rolunu oynamış olsun və hərbi qulluqçu öz nümunəvi xidmətilə bunu sübut etsin.

60. Bundan başqa, iddiaçı məhkəm ənin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə əsasən hərbi qulluqçunun törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə xx.xx.2005-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına istinad etməsi qənaəti ilə razılaşmır.

61. Belə ki, kassatorun hərbi rütbəsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə uyğun olaraq intizam cəzası qaydasında bir pillə aşağı salınmış, hərbi rütbəsi 2004-cü ildə bir pillə aşağı salınmışdır ki, onun hərbi rütbəsinin aşağı salınmasının 2005-ci ildə cinayət məsuliyyətinə cəlb olunması ilə heç bir əlaqəsi olmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

63. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlay a bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

64. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

65. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

67. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

68. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarına dair məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

69. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının əvvəlki hərbi rütbəsinin bərpa edilmə si ilə bağlı məsələ cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərindən irəli gələn məsələdir.

70. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

71. İddiaçı şikayətində qeyd edir ki, o, məhkəmənin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə əsasən hərbi qulluqçunun törətdiyi cinayətə görə azadlıqdan m əhrum olunduğuna görə xx.xx.2005-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına istinad etməsi qənaəti ilə razılaşmır. Belə ki, kassatorun hərbi rütbəsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə uyğun olaraq intizam cəzası qaydasında 2004-cü ildə bir pillə aşağı salınmışdır ki, onun hərbi rütbəsinin aşağı salınmasının 2005-ci ildə cinayət məsuliyyətinə cəlb olunması ilə heç bir əlaqəsi olmamışdır.

72. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının “polkovnik” hərbi rütbəsi xx.xx.2004-cü il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq intizam cəzası tədbiri kimi “polkovnik-leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. Başqa sözlə, iddiaçının “polkovnik” hərbi rütbəsinin “polkovnik-leytenant” hərbi rütbəsin ə qədər bir pillə aşağı salınması intizam icraatı çərçivəsində və inzibati orqanın həmin icraat zamanı qiymətləndirməsinə əsasən, həm də iddiaçının cinayət məhkəmə icraatı qaydasında cəzaya məhkum edilməsindən əvvəl baş vermişdir.

73. Apellyasiya instansiyası məhkəməsi də qərarında həmin faktları qeyd edərkən hadisələrin (o cümlədən, iddiaçı barəsində qəbul edilmiş aktların) xronoloji ardıcıllığını gözləmiş, onları həmin ardıcıllıqla təsvir etmişdir. Bu zaman məhkəmə iddiaçının hərbi rütbəsinin aşağı salınmasını onun 2005-ci ildə cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqələndirməmişdir.

74. Buna görə də, şikayətin həmin dəlili apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyinə və əsaslılığına təsir etmir.

75. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgünd ür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

76. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-63/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar