Məhkəmə qərarları › İş №2-1(102)-1986/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1986/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1986/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəzifənin və iş yerinin dəyişdirilməsi barədə əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və vəzifəyə bərpa edilmə” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-370/2021 nömrəli, 2021-ci il 30 iyul tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsa sən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh başçısının 2020-ci il 8 iyul tarixli, 45 saylı əmri ilə Cavabdeh başçısının Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 25.2.3-cü maddəsinə əsasən 2020-ci il 8 iyul tarixdən Ləcət kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini vəzifəsinə keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2020-ci il 17 avqust tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 2020-ci il 8 iyul tarixdən Xaçmaz rayon Yalama kənd İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsindən Ləcət kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi müavini vəzifəsinə keçirilməsi barədə Cavabdeh başçısının 2020-ci il 8 iyul tarixli, 45 saylı əmrinin ləğv edilməsi və Xaçmaz rayon Yalama İnzibati Ərazi Dairəsi nümayəndəsi vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildən Xaçmaz rayon Yalama kənd XDS İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən 1998-ci ilədək Cavabdeh Başçısının Yalama İnzibati Ərazi Vahidliyində nümayəndə vəzifəsində işləmişdir. 2013-cü il 7 mart tarixdə yenidən həmin vəzifəyə təyin edilmiş və 2020-ci il 8 iyul tarixədək həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə heç vaxt intizam tənbehlərinə məruz qalmamışdır. 2020-ci ildə “Covid-19” virusunun yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin qaydalarına riayət olunması ilə bağlı aparılmış tədbirlər çərçivəsində o, daimi sakinlər ar asında maarifləndirmə xəbərdarlıq işləri aparmış, bununla bağlı rayon icra hakimiyyətinə gündəlik məlumatlar vermişdir. 2020ci il 5 iyul tarixdə həftənin bazar günü, onunla qonşuluqda yaşayan Elmira Ağayeva və Nahidə Babayeva məlumat vermişlər ki, kənd qəbirstanlığı yaxınlığında 10-15 nəfər toplaşmışlar. Ona məlum olduğuna görə həmin şəxslər vəhabi təriqətinə mənsub olan şəxslər olmuşlar və dini toplantı keçirmişlər. İddiaçı qeyri-iş günündə başqa heç bir tədbir görə bilmədiyindən dərhal Cavabdeh Başçısının l müavininə, köməkçisinə, şöbə və sahə müdirlərinə, sahə inspektoruna və DTX-nın yerli bölməsinə məlumat vermişdir. Lakin 1 gündən sonra başçının l müavini onu çağırıb kənddə toy edən şəxslər barədə məlumat verməməsi və karantin qaydalarının pozulması ilə bağlı ona iradını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Xaçmaz rayon Polis şöbəsi X11 ilə birgə Yalamada əməliyyat keçirmiş və nəticədə karantin qaydalarını pozaraq “toy məclisinə toplanmışlar” adı ilə 12-13 nəfər şəxs saxlanmaqla cərimə edilmişdir. Halbuki, həmin yığıncaq vəhabi təriqətinə qulluq edən şəxslərin dini yığıncağı olmuş, toy mərasimi olmamışdır. Əməliyyat yerində hər hansı toy atributları, bər-bəzək, musiqi, əyləncə, rəqs, bəy-gəlin, video-fotoqraf və s. aşkar edilməmişdir. İddiaçı ona məlum olanları izah etməyə çalışsa da, ondan könüllü olaraq işdən çıxması barədə ərizə verməsi tələb edilmişdir. O, bundan imtina etmişdir. Buna baxmayaraq, 2020-ci il 8 iyul tarixdə axşam saatlarında ona işdən azad olunduğu bildirilmişdir. Cavabdehin etirazları:

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı ona tapşırılmış vəzifələri lazımi şəkildə yerinə yetirilməməsi ilə əlaqədar intizam tənbehi kimi “Dövlət qulluğu haqqında” qanunun 25.2.3 maddəsinə əsasən Cavabdeh başçısının 2020-ci il 8 iyul tarixli, 45 nömrəli əmri ilə Ləcət kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini vəzifəsinə keçirilmişdir. İddiaçının intizam tənbehi kimi Ləcət kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini vəzifəsinə keçirilməsi barədə əmr əsaslıdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-240/2021 saylı, 2021-ci il 15 mart tarixli qərarı ilə rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «Dövlət qulluğu haqqında» Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifəl ərin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2, 25.2.3-cü maddələrinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi növündə intizam tənbeh tədbiri tətbiq edilə bilər. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının barəsində verilmiş əmr qanunauyğundur və əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədi.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etm işdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-370/2021 nömrəli, 2021-ci il 30 iyul tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 15 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, xəstəliyin rayon ərazisində yarada biləcəyi təhlükənin qarşıs ının alınması, tədbirlərin həyata keçirilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının yanında Qərargah yaradılması barədə Cavabdeh başçısının 2020-ci il 16 mart tarixli, 42 saylı sərəncamı ilə iddiaçı rəsmən tanış edilməmiş, həmin əmr nə Azərpoçt, nə də elektron qaydada göndərilməmiş, nə də İcra Hakimiyyətinin müvafiq şöbəsində, sərəncam, qərar qeydiyyat kitabında imza etdirilməklə tanış edilib verilməmişdir. Əgər tapşırıq var idisə verilməsi sübut olunmalıdır. Buna isə məhkəmədə hüquqi qiymət verilməmişdir. Həmçinin məhkəmə Kollegiyası iş yerinin sərhədyanı ərazi olması, İnzibati Ərazi Dairəsinin cəmi 3 işçidən ibarət olması, “X12” bu ifadələrinin “Dövlət qulluğu haqqında” Qanunla iş funksiyalarına nə dərəcədə aid olub olmaması araşdırılmamış, ümumiyyətlə Başçının tapşırığı 2020-ci il də həqiqətən verib-verməməsini sübut edilməmişdir.

12. İnzibati Prosessual məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları fakt və sübutlarla əsaslandırılmalıdır. Hazırkı qərarda isə bunlar yoxdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüd udunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;... Maddə 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 15. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 5.1. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin aşağıdakı vəzifə və səlahiyyətləri vardır: 5.1.1. yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələ lərə dair təkliflər vermək; 5.1.2. əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək; 5.1.4. ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyrihökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək;...

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində m üvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, form al baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. İddiaçının əmək kitabçasının məlumatlarına görə, İddiaçı 1988-ci il 27 sentyabr tarixdə Yalama kənd XDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1991-ci il 31 dekabr tarixdə Xaçmaz rayon İHB-nın Yalama inzibati ərazi vahidliyində nümayəndə təyin edilmiş, 1998-ci il 26 noyabr tarixdə tutduğu vəzifədən azad edilmiş, 2013-cü il 7 mart tarixdə rayon İHB-nın Yalama İ ƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və 2020-ci il 7 avqust tarixdə tutduğu vəzifədən azad edilmişdir.

21. Mübahisələndirilən əmrin əsaslarına görə, iddiaçı onun fəaliyyət göstərdiyi ərazidə keçirilmiş toy mərasimi barədə Xaçmaz RİH-nə vaxtında məlumat verməmiş, tədbirin qarşısının alınması üçün lazımi tədbirlər görməmişdir.

22. Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarından müəyyən edilir ki, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qa dağan olunmuşdur. Cavabdeh başçısının 2020-ci il 16 mart tarixli, 42 saylı sərəncamına əsasən, koronavirus xəstəliyinin rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısı yanında aidiyyəti yerli dövlət qurumlarının iştirakından ibarət qərargah yaradılmışdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən irəli gələn tapşırıqların Xaçmaz rayonunun ərazisində həyata keçirilməsi ilə əlaqədar rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrinə rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların xüsusi karantin rejimi qaydalarına əməl etmələri ilə əlaqədar maarifləndirmə-xəbərdarlıq işlərinin aparılması və vətəndaşlar tərəfindən həmin qaydalara riayət etmələrinə nəzarət edilməsi barədə tapşırıqlar verilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2020ci il 5 iyul tarixdə Yalama kənd sakini X3 yaşadığı evin həyətində çadır quraraq xüsusi rejimli karantin qaydalarını pozmaqla həyətində qonaqlar dəvət edib özünə toy məclisi keçirmişdir. Həmin vaxt Cavabdeh başçısının Yalama İnzibati Ərazi Dairəsinin nümayəndəsi işləmiş İddiaçı keçirilən toy məclisi barədə xəbərdar olsa da, Cavabdehnə məlumat verməmişdir.

25. İddiaçı toy məclisinin keçirilməsi barədə icra hakimiyyəti başçısının köməkçisi X2, İ müavini işləmiş Şahid, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X5, informasiya təminatı və təhlil sektorunun müdiri X4 və digər orqan lara məlumat verildiyini qeyd etsə də, bu, işin materialları ilə təsdiq olunmamışdır. Əksinə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı şahid qismində dindirilən həmin şəxslər bildirmişlər ki, 2020-ci il 5 iyul tarixdə baş tutan toy məclisini polis aşkar etmişdir. Toy məclisinin keçirilməsi barədə İddiaçı icra hakimiyyəti aparatına məlumat verməmişdir. Məsələ ictimailəşdirildikdən sonra İddiaçı bu barədə icra hakimiyyətinə məlumat vermişdir. Bundan əlavə, Xaçmaz RPŞ X7 sahə rəisi X1 2020-ci il 19 oktyabr tarixdə verdiyi izahatına görə, 2020-ci il 5 iyul tarixdə X9 məlumat daxil olmuşdur ki, Yalama kənd sakini X3 yaşadığı evin həyətində çadır quraraq xüsusi rejimli karantin qaydalarını pozmaqla həyətində qonaqlar dəvət edib özünə toy məclisi keçirir. Bununla bağlı əməliyyat tədbir i keçirilmiş, tədbir qurtardıqdan sonra İƏD üzrə nümayəndə İddiaçı onun mobil telefonuna zəng edərək nə baş verdiyi ilə maraqlanmışdır. Həmin toy məclisi barədə İddiaçı ona əvvəlcədən heç bir məlumat verməmişdir.

26. Göründüyü kimi, iddiaçı dövlət qulluqçusu olaraq ona həvalə edilmiş vəzifəni yerinə yetirməmiş, ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə toy məclislərinin keçirilməsinin qadağan olunmasına baxmayaraq, inzibati ərazi dairəsi üzrə nümayəndəsi olduğu Yalama kəndində toy məclisinin keçirilməsi barədə məlumatlı olsa da, müvafiq orqanlara məlumat verməmiş, tədbirin qarşısının alınması üçün lazımi tədbirlər görməmişdir. Vəzifə funksiyalarını lazımınca yerinə yetirmədiyi üçün onun barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir.

27. Şikayətin əsas dəlili ond an ibarətdir ki, xəstəliyin rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, tədbirlərin həyata keçirilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının yanında Qərargah yaradılması barədə Cavabdeh başçısının 2020-ci il 16 mart tarixli, 42 saylı sərəncamı ilə iddiaçı rəsmən tanış edilməmiş, həmin əmr nə Azərpoçt, nə də elektron qaydada göndərilməmiş, nə də İcra Hakimiyyətinin müvafiq şöbəsində, sərəncam, qərar qeydiyyat kitabında imza etdirilməklə tanış edilib verilməmişdir. Buna isə məhkəmədə hüquqi qiymət verilməmişdir.

28. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, koronovirus pandemiyası ilə bağlı hamıya bəlli olan halların mövcudluğu, həmçinin pandemiyanın yarada biləcəyi təhlükə nin qarşısının alınması ilə bağlı tədbirlərə dair hökumət qərarlarının (normativ aktların) qəbul edildiyi nəzərə alındıqda, iddiaçı həmin halları ən azından “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin müddəalarından irəli gələn xidməti vəzifəsinə görə bilirdi və ya bilməli idi.

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gədiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 370/2021 nömrəli, 2021-ci il 30 iyul tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar