Məhkəmə qərarları › İş №2-1(102)-1986/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1986/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1986/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2-1(103)-284/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus 20 yanvar 1972-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1976-cı ildən xx.xx.1992-ci ilədək “Cənubxəzərbalıqçılıq”da iqtisadçı-müfəttiş (mühasib) vəzifəsində işləmişdir.

2. İddiaçıya 011173 saylı iş üzrə 1 noyabr 2017-ci il tarixdən yaşa görə ömürlük 276,62 (iki yüz yetmiş altı manat 62 qəpik) manat məbləğind ə əmək pensiyası təyin olunmuşdur.

3. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli 04/xx-xx/1829 nömrəli məktubunda iddiaçının 1976-1992-ci illərdə Cənub X11 mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi İdarəsində (Cənubxəzərbalıqçılıq) işlədiyi müddətə dair qeyd olunmuşdur ki, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin “Baş Balıqçılıq idarəsi”nin 22 iyun 1984-cü il tarixli 45/P nömrəli əmri ilə təsdiq edilmiş SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi üzrə “BaşX13 İdarəsi haqqında Nümunəvi Əsasnaməsi”nin 3-cü hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Baş balıqçılıq idarəsinin smetası əsasında saxlanılmış, SSRİ Dövlət Bankında büdcə və büd cədənkənar hesablara və SSRİ Tikinti Bankının müəssisələrində açıq hesaba malik olmuşdur. Həmin “Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ və müttəfiq respublikaların qanunvericiliyinin, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin və Başbalıqçılıq idarəsinin balıq ehtiyatlarının mühafizəsi və artırılması, balıqçılığın tənzimlənməsi, həmçinin balıq təsərrüfatı hovuzlarının çirkləndirilməsinə qarşı mübarizə məsələləri üzrə əmr və təlimatların icrasına və “Hövzə İdarəsi”nin tabeçiliyində olan balıq təsərrüfatı hovuzlarının vəziyyətinə və onların çirklənməsi və digər balıq ehtiyatları, su bitkilərinin və heyvanlarının zərərli təsirlərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 2 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd e dilənlərə əsasən Cənubxəzərbalıqçılıq İdarəsi ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı (baş idarə, idarə) statusunda fəaliyyət göstərmişsə, həmin İdarədə işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər.

4. İddiaçı 1976-1992-ci illərdə dövlət qulluğunda iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin nəzərə alınması ilə bağlı 18 fevral 2020-ci il və 11 noyabr 2020-ci il tarixli ərizələrlə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya xx.xx.2020-ci il tarixli ********** nömrəli və xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktublar ünvanlayaraq onun müraciətindən imtina etmişdir.

5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə A zərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X16 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də vaxtilə həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı v əzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 1 noyabr 2017-ci il tarixdən, yəni ona pensiya təyin edildiyi tarixdən hazırki vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1972-1976-cı illərdə Binə donuzkökəltmə sovxozunda, 1976-cı ildə Azərbaycan SSRİ Sənaye Tikinti Nazirliyinin Dəmir-beton trestinin 9 saylı Dəmir-beton boruları zavodunda, 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində, 1992-1994-cü illərdə “Azərbalıq” Dövlət Konsernində, 2005-2018-ci illərdə "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. 1976-1992-ci i llərdə “Cənubxəzərbalıqçılıq” idarəsində iqtisadçı-müfəttiş vəzifəsində çalışmışdır. Ona 1 noyabr 2017-ci il tarixdən yaşa görə pensiya təyin olunub və pensiya məbləği 276,62 manat müəyyən edilmişdir. Ona verilən pensiya məbləği ilə razılaşmadığı üçün cavabdehə müraciət edərək pensiya məbləğinin yenidən hesablanmasını tələb etmişdir. Tələbinin əsası kimi 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində çalışdığı iqtisadçımüfəttiş vəzifəsinin dövlət qulluğuna aid olduğunu və ona həmin vəzifədə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı kimi hesablanmalı olduğunu göstərmişdir və buna dair sübutlarını təqdim etmişdir. Ona verilən 02 iyul 2020-ci il tarixli, **********0 nömrəli məktubla imtina cavabı verilmişdir. SSRİ Balıq Təsərrüfatı Nazirliyinin “Baş Balıqçılıq İdarəsi”nin 22 iy un 1984-cü il tarixli, 45/P nömrəli əmri ilə təsdiq edilmiş “SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi üzrə “X13 idarəsi haqqında Nümunəvi Əsasnamə”nin 3-cü hissəsinə” əsasən “Hövzə İdarəsi” SSRİ Balıq Nazirliyinin Baş balıqçılıq İdarəsinin smetası əsasında saxlanılmış, SSRİ Dövlət Bankında büdcə və büdcədənkənar hesablara və SSRİ Tikinti Bankının müəssisələrində açıq hesaba malik olmuşdur. Həmin “Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ və müvafiq respublikaların qanunvericiliyinin, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin və Balıqçılıq İdarəsinin balıq ehtiyatlarının mühafizəsi və artırılması, balıqçılığın tənzimlənməsi, həmçinin balıq təsərrüfatı hovuzlarının vəziyyətinə və onların çirklənməsi və digər balıq ehtiyatları, su bitkilərinin və heyvanlarının zərərli təsirlərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarət etmişdir. Siyahının 1.16-cı bəndində ittifaq respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Onun iqtisadçı-müfəttiş vəzifəsini icra etdiyi “Cənubxəzərbalıqçılıq” İdarəsi də məhz ittifaq respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı statusunda fəaliyyət göstərib. Bundan başqa, “X14 Nazirliyi Balıqçılıq üzrə Federal Ağentlik”dən verilən arayışda da bildirilir ki, CənubXəzər hövzə idarəsinin tə şkilatlarının maliyyələşdirilməsi büdcədən ayırmalar hesabına həyata keçirilib. Balıq ehtiyatlarının mühafizəsi, artırılması və balıqçılığın tənzimlənməsi üzrə Baş idarənin SSRİ Dövlət bankında cari hesabı olub və mərkəzi aparatın saxlanılması həmin hesabdan maliyyələşdirilib. Yuxarıda qeyd etdiyi faktlar və sənədlər onun “Cənubxəzərbalıqçılıq” İdarəsində iqtisadçı-müfəttiş olaraq işlədiyi 1976-1992-ci illərə görə müddətin, dövlət qulluğunda qulluq stajı kimi hesablanmalı olduğuna əsasdır. Ona münasibətdə Qanuna görə pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin oktyabr ayının 18-nə kimi dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzib ati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına əsasən vəzifəsinə uyğunlaşdırılmalıdır. Həmin Qanuna əsasən pensiya alanın arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki qulluğunun 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır.

8. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 3 iyun 2021-ci il tarixli 18/221 nömrəli məktubuna əlavə edilmiş arxiv sənədindən çıxarışı təqdim edərək, bildirirlər ki, qoşmada qeyd olunmuş Nazirliyin Su hövzələrində X3 və Mühafi zəsi Departamenti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Xidməti olaraq fəaliyyət göstərir. Cənubi X11 Artırılması, Bərpası, Mühafizəsi və X10 idarəsi (“Cənubi Xəzərbalıqartırma idarəsi”) barədə arxiv arayışında qeyd olunur ki, sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş İdarəsinin tabeçiliyində olan “X12” idarəsi (Cənubi X11 artırılması, bərpası, mühafizəsi və X10 idarəsi) Azərbaycan Respublikasında 1991-ci ilədək fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arxivində saxlanılan sənədlərə əsasən (1941-1990-cı illəri əhatə edir) təsdiqlən ir ki, “X12” idarəsi keçmiş Azərbaycan SSR-də fəaliyyət göstərmişdir. “Cənubi Xəzərbalıqartırma İdarəsi”nin tabeliyində olan 9 balıqartırma zavod və təsərrüfatları, 10 balıq mühafizə müfəttişlikləri vasitəsilə Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X17 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmuşdur. “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR şöbəsində ******* saylı büdcə hesabı olmuşdur. “İdarə” ünvan 1 ünvanında yerləşmişdir. 1983-cü ilin 18 mart tarixində sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş idarəsi tərəfindən təsdiq edilmiş idarəetmə aparatı üzrə ştat cədvəlinə əsasən 9 balıqartırma zavod və təsərrüfatları, 10 rayon balıq mühafizə müfəttişlikləri üzrə 68 idarəetmə vahidi nəzərdə tutulmuşdur (SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 447 nömrəli qərarına əsasən sözügedən idarənin bazasında onun funksiyalarını həyata keçirən “Azərbalıqartırma” Dövlət Konserni yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 04 iyul tarixli 40 nömrəli Fərmanına əsasən “Azərbalıqsənaye” İstehsalat Birliyi, “Azərbalıq”, “Azərbalıqartırma”, “Azərbalıqsənayesatış” konsernləri və “Xəzər” X2 əsasında Azərbaycan Respublikasının “Azərbalıq” X8 Konserni yaradılmışdır. Azərbaycan Respublikasının “Azərbalıq” X8 Konsernin nizamnaməsi və tərkibinə daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 avqust tarixli qərarı ilə təsdiq edilmişdir. “Azərbalıq” X8 Konsernin idarə heyətinin 19 94-cü il 23 mart tarixli 07 saylı qərarı ilə “Azərbalıq” X8 konserninin X9, Qorunması və X17 – “Balıqartıma” idarəsinin nizamnaməsi təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1994-cü il 04 may tarixli qərarı ilə qeydə alınmışdır. “Balıqartırma” idarəsi X9, qorunması və X17ni idarə etmiş və öz fəaliyyətini dövlət büdcəsindən maliyyələşdirmə prinsipi əsasında həyata keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 mart tarixli 669 nömrəli Sərəncamı ilə “Balıqartırma” idarəsi istisna olmaqla “Azərbalıq” X8 Konserninin tabeliyində olan müəssisə və təşkilatlar özəlləşdirməyə açıq elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli Sərəncamına əsasən “Azərbalıq” X8 Konserni ləğv olunmuş, ləğv olunan “Azərbalıq” X8 Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar (Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 669 nömrəli sərəncamının 1-ci bəndində göstərilən müəssisə və təşkilatlar istisna olunmaqla) yəni əvvəllər “Balıqartırma” idarəsi adlandırılan Su hövzələrində X3 və Mühafizəsi Departamenti və X1 institutu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmişdir. Hal-hazırda “X12” idarəsinin funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamenti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli 151s nömrəli sərəncamına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009- cu il 27 iyul tarixli 108 nömrəli Qərarının 2-ci bəndi ilə 2001-ci ilin 18 sentyabr tarixindən dövlət orqanlarının təsnifatına daxil edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilmiş, iddiaçının 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş işlədiyi müddət dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 1 noyabr 2017-ci il tarixdən, hazırki vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməs i qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/221 saylı məktubundan və həmin məktuba əlavə olunmuş cənubi X11 Artırılması, Bərpası, Mühafizəsi və X10 idarəsi (“Cənubi Xəzərbalıqartırma idarəsi”) barədə Arxiv arayışına əsasən iddiaçının 1976-1992 illərdə işləmiş olduğu “Cənubi Xəzərbalıqartırma idarəsi” Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X17 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmaqla, “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR şöbəsində büdcə hesabı olmuşdur.

12. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçıya qulluq stajına görə 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq v əzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması cavabdehə həvalə olunmalıdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçının Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 16 mart 2022-ci il tarixli, 18/99-055 nömrəli arayışına əsasən iddiaçı həqiqətən 1976-1992-ci illərdə SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Baş Balıq İdarəsinin “Cənubxəzərbalıq” İdarəsində və “Azərbalıq” Dövlət Konsernində aşağıdakı kimi işləmişdir: - 20 avqust 1976-cı ildə “Cənubxəzərbalıq” İda rəsinə iqtisadçı-müfəttiş vəzifəsinə qəbul edilmiş (əmr № 215, xx.xx.1976-cı il); - 2 yanvar 1986-cı ildə X6 baş mühasib vəzifəsinə göndərişlə təyin edilmiş (əmr № 1,xx.xx.1986-cı il); - 1 aprel 1986-cı ildə İdarədə öz vəzifəsinin icrasına başlamış (əmr № 84, xx.xx.1986-cı il); - 23 iyun 1983-cü ildə maliyyə təsərrüfat fəaliyyətinin təftişi üzrə apardığı işlərin yüksək göstəricilərinə görə Təşəkkür elan edilmiş (əmr № 149, xx.xx.1983-cü il); - 05 noyabr 1983-cü ildə işinin yüksək göstəricilərinə görə Böyük Oktyabr Sosialist İnqilabının 66-cı ildönümü ilə əlaqədar Təşəkkür elan edilmiş (əmr № 290, xx.xx.1983-cü il); - 20 aprel 1984-cü ildə Sosialist yarışmalarda əldə etdiyi nailiyyətlərə görə Təşəkkür elan edilmiş (əmr № 109, xx.xx.1984-cü il); - 4 iyul 1984-cü ildə Balıqçı Günü ilə əlaqəda r iş fəaliyyətinin yüksək göstəricilərinə görə Təşəkkür elan edilmiş (əmr № 158, xx.xx.1984-cü il); - 1 noyabr 1984-cü ildə Böyük Oktyabr Sosialist İnqilabının 67-ci ildönümü ilə əlaqədar iş fəaliyyətinin yüksək göstəricilərinə görə Təşəkkür elan edilmiş (əmr № 275, İM 1.1984-cü il); - 24 iyul 1987-ci ildə Balıq mühafizə məsələləri üzrə tədbirlərdə apardığı təbliğat işlərinə görə 100 rubl mükafat verilmişdir (əmr № 214, xx.xx.1987-ci il).

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 21(103)-284/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı dəyişdirilmədən sax lanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-284/2022 nömrəli qərarı qanunsuz və əsassızdır. İddiaçıya Fondun Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdən 276,62 manat məbləğində yaşa görə ömürlük əmək pensiyası təyin olunmuşdur. İddiaçı 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq" idarəsində işlədiyi müddətin dövlət qulluğu hesab edilərək ona təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli ********** saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı idarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X16 idarəsi mövcud olmamışdır, iddiaçının 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində işlədiyini iddia etdiyi vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu he sab edilmədiyindən dövlət qulluqçusu kimi iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Azərbaycan SSRİ Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSRİ Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X16 idarəsi mövcud olmamışdır. Bu səbəbdən də vaxtilə həmin qurumda çalışanlar qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. İddiaçının 1976-1992-cı illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində işlədiyi müddət dövlət qulluğunda iş stajı kimi nəzərdə tutulmadığından onun dövlət qulluğunda iş stajının olmaması müəyyən olunur. Cavabdeh kassasiya şikayət ində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 3.1, 7, 20.1-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 1, 2.2, 7.1, 9, 17.1, 23.1, 23.2-ci maddələrinə, eləcə də, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəli lləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.... Maddə

22. Dövlət məvacibi 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.... Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.... Maddə

24. Dövlət qulluqçularının mükafatlandırılması 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir....

21. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvaci binin hesablanması Qaydaları”:...

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. 3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.... 5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövl ət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. 6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üz rə nəzərə alınır....

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

22. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”:...

2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.

3. Dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma....

8. Dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır....

12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

23. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”:...

2. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə d aimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq əlavə haqq verilir.

3. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir.

4. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: Aylıq vəzifə maaşına əlavə haqq Qulluq stajı (il) (faizlə) 1 ildən – 5 ilədək 5 5 ildən – 10 ilədək 10 10 ildən – 15 ilədək 20 15 ildən yuxarı 30... 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;...

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılma sı prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti mə hkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütöv lükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 25-ci bəndinin “a” yarımbəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

29. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına görə, iddiaçının 1976-1992-ci illərdə işləmiş olduğu “Cənubi Xəzərbalıqartırma idarəsi” Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X17 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmaqla, İdarə dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR şbəsində büdcə hesabı olmuşdur.

30. Hazırkı iş üzrə iddiaçı 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 1 noyabr 2017-ci il tarixdən, yəni ona pensiya təyin edildiyi tarixdən hazırki vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətin təmin olunmasından imtina etmişdir.

31. Cavabdehin imtinasının, habelə kassasiya şikayətinin dəlillərinə əsa sən iddiaçının 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində işlədiyini iddia etdiyi vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmədiyindən dövlət qulluqçusu kimi iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlili bağlı qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının 1976-1992 illərdə “Cənubi Xəzərbalıqartırma idarəsi”ndə işləmiş olduğu vəzifənin dövlət qulluğuna aid edilməsi tam və hərtərəfli yoxlanılmış, bununla bağlı müvafiq arxiv arayışları əldə edilərək iş materiallarına əlavə edilmişdir.

33. İddiaçının 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində işlədiyi vəzifənin dö vlət qulluğuna aid edilməsi öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin yuxarıda qeyd edilən dəlili əsassızdır.

34. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin mübahisəli iş illərinin dövlət qulluğuna aid edilməsi ilə bağlı araşdırmaları yetərli olsa da, iddia tələbinin “qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” ilə bağlı gəldiyi nəticə əsaslı hesab oluna bilməz.

35. Hazırkı qərarın 20-22-ci bəndlərində qeyd edilən normaların müddəalarına əsasən dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsi nə əsasən həll edilir. Başqa sözlə, qanunverici dövlət qulluqçusunun hər bir halda, birmənalı olaraq pul mükafatı ilə təltif ediləcəyini təsbit etməmişdir. Bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı hazırda fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinə istinadla və həmin əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz.

36. İddiaçının nəzərə alınmasını tələb etdiyi mükafatlara gəldikdə, məhkəmələr ilk növbədə iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istəni lən ardıcıl gələn 60 ayı) hədlərini, iddiaçıya ödənilmiş mükafat(lar)ın məhz həmin zaman hədlərinə aid olduqlarını dəqiq müəyyən etməli idilər. Belə ki, həmin mükafat(lar)ın məbləği “əmək haqqındakı sonrakı artımlar” üçün keçərli olmasa belə, əmək pensiyasının təyin olunduğu vaxtda onun məcmu məbləğinin müəyyən edilməsi üçün nəzərə alına bilərdi. Hazırkı iş üzrə məhkəmə qərarlarında bu barədə hər hansı məlumat yoxdur.

37. Digər tərəfdən, məhkəmə kollegiyası iddia tələbinin “qulluq stajına görə ona 30% əlavənin hesablanması” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmələr ilk növbədə iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini dəqiq müəyyən etmədiyindən iddianın həmin hissədə də təmin edilməsi əsassız olmuşdur.

38. Hazırkı qərarın 23-cü bəndində qeyd edilən normaya əsasən dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq hər ay əlavə haqq ödənilir.

39. İşin halları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi dövlət qulluğu stajı 1976-1992-ci illərə aiddir və bu zaman onun qulluq stajı 15 il 4 ay 26 gündür.

40. Yəni iddiaçıya əmək pensiyası təyin edilərkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədləri dəqiq müəyyən edildikdə aşkar şəkildə görünür ki, iddiaçı nə 24 ay, nə də 60 ay ərzində qulluq stajına g örə ardıcıl olaraq 30 faiz həcmində əlavə almaq hüququna malik olmamışdır.

41. İddiaçının əmək pensiyası yenidən hesablanarkən nəzərə alınan və ya alınmalı olan qulluq dövrünün dəqiq müəyyənləşdirilməsi iddiaçıya qulluq stajına görə ödənilən əlavə haqqın məbləğinin də dəqiq müəyyən edilməsinə xidmət edəcəkdir. İndiki halda, iddiaçıya dövlət qulluğuna görə əmək pensiyası yenidən hesablanarkən qulluq stajına görə əlavə 30 faiz məbləğin onun pensiyasına hesablanması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə əsaslı olmamışdır.

42. Nəzərə almaq lazımdır ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığ ortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

43. Bu baxımdan şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər və ya o vəsaitlərdəki artımlar nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.

44. Göründüyü kim i, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə ona verilən pul ödənişidir. Belə yanaşma dövlətin sosial təminat siyasətinin və pensiya qanunvericiliyinin məqsədlərindən irəli gəlir. Bu mənada pensiya alan şəxslərə münasibətdə pensiya təyin edilərkən və ya pensiya yenidən hesablanarkən onların işlədikləri dövrdə almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əlavələrin nəzərə alınması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.

45. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin nəzərə alınması sosial təminat sisteminin məqsədlərinə və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.2-ci maddələrinin tələblərinə uyğun deyildir.

46. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, iddia tələbinin “qulluq stajına görə ona 30% əlavənin, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafatın və bir vəzifə maaşı həcmində müavinətin pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması” hissəsi üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır.

47. Apellyasiya instansiya məhkəməsi işin araşdırılması üçün əhəmiyyət kəsb e dən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı iddia tələbini araşdırarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini dəqiq müəyyən etməmiş, nəticə etibarı ilə, qulluq stajına görə əlavənin, mükafatların və müavinətin məbləği ilə bağlı əsassız nəticəyə gəlmişdir.

48. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.3 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

49. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üz rə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

50. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

51. İşə təkrar baxan məhkəmə iddiaçının dövlət qulluğuna görə əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini dəqiq müəyyən etməli, bundan sonra iddiaçının həmin hədlərdə aldığı qulluq stajına görə əlavə, mükafat və müavinətlərlə bağlı tam və hərtərəfli araşdırma aparmalı və nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.

52. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA AL Dİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 21(103)-284/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar