Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1986/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxslər: Abşeron Rayon İcra Hakimiyyəti, X11 və X14) qarşı “üçüncü şəxslərin adına dövlət reyestrində aparılan qeydiyyatların ləğv edilməsi, onların adına verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 2-1(105)-270/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra hakimiyyəti nümayəndəsinin 10 mart 1993-cü il tarixli, 14 nömrəli sərəncamına əsasən vətəndaşların mənzil şəraitin i yaxşılaşdırmaq məqsədilə Abşeron Rayon İH-nin 4 mart 1993-cü il tarixli 170 nömrəli sərəncamı ilə Masazır kənd icra hakimiyyətinin sərəncamına verilmiş 4.6 ha torpaq sahəsindən 0.10 ha həyətyanı sahə X7 ayrılmış, torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli həmin çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0521 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, torpaq sahəsinə dair A 139705 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir.
3. Bundan sonra, X11 mülkiyyətində olan 0.0521 ha torpaq sahəsini Abşeron rayonu 1 saylı notariat kontorunda 6 iyun 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X3.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0521 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, torpaq sahəsinə dair A 164281 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir.
5. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, X8 adına torpaq sahəsinin planı və ölçüsünün və çıxarışın qeydə alınmasına əsas olmuş xx.xx.2017-ci il tarixli, **********09 reyestr nömrəli qeydiyyatın ləğv olunmasını xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli **********6 0 nömrəli məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin X7 fərdi yaşayış evinin tikintisi məqsədilə verilməsi barədə Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 14 nömrəli sərəncamının X13 xx.xx.2017-ci il tarixli, F-438 nömrəli arxiv arayışı və Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən 0.0521 ha torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********09 reyestr nömrəsi (qeydiyyat nömrəsi **********) ilə qeydiyyata alınmışdır. Bundan sonra, həmin torpaq sahəsinin Abşeron rayonu 1 saylı DNK-da rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-1106 reyestr nömrə li alqısatqı müqaviləsinə əsasən X8 adına xx.xx.2017-ci il tarixdə, **********09 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi kimi qeydə alınan, faktiki olaraq ünvan 1 ünvanında çoxmənzilli yaşayış binasının qarşısında yerləşən X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********09 reyestr nömrəsi (qeydiyyat nömrəsi: **********) ilə aparılan qeydiyyatın, daha sonra isə X8 adına xx.xx.2017-ci il tarixində **********09 reyestr nömrəsi (********** qeydiyyat nömrəsi) ilə aparılan qeydiy yatın ləğv edilməsini, onların adına verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsini xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(118)-2416/2022 nömrəli qərardadı ilə X11 və X14 zəruri cəlbetmə qaydasında, 17 noyabr 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon İcra Hakimiyyəti adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı MTK-ya Masazır kəndi ərazisində sahibkarlıq məqsədi ilə 1.012 ha torpaq sahəsi 50 illik icarəyə verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 315 saylı sərəncamı ilə həmin torpaq sa həsində 3 ədəd 1 girişli, 13 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə icazə verilmişdir. ünvan 2 ünvanında yerləşən ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış kompleksinin inşası müvafiq dövlət strukturları ilə razılaşdırıldıqdan sonra kooperativin rəhbərliyi tərəfindən tikinti işlərinə başlanmış və tikinti işləri 2019-cu ilin sonunda başa çatdırılmışdır. 2018-ci ilin sonlarından başlayaraq sakinlər tədricən tikilən binalara köçüb yaşamağa başlamışlar. Artıq hər üç binada sakinlər yaşayır. xx.xx.2022-ci il tarixində özünü Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı kimi təqdim edən şəxs və torpaq sahəsinin sahibinin nümayəndəsi kimi təqdim edən şəxs Ə.Vahid küçəsində tikilmiş həmin bina ilə əsas magistral yol arasında olan 12 m məsafə aralığındakı sahədə yaşıl zona hesab olunan, altından müxtəlif kommunikasiya xətləri keçən, ümumi sahəsi 5 sot torpaq sahəsinə dair X8 adına çıxarış olduğunu və həmin yeri hasara alacaqlarını bəyan etmişlər. Həmin yerdən mərkəzi kanalizasiya kollektoru və beynəlxalq kabel xətti keçir. 2017-ci ildən adı çəkilən şəxsin adına sənəd mövcud olmuşdursa belə, indiyə qədər bu torpağın ona məxsusluğu barəsində iddiaçı tərəfə məlumat verməmişdir. Həmin torpaq sahəsi hasara alınarsa, binanın yanğın mühafizə zolağı zəbt olunmuş olur, eyni zamanda binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahələrinin istismarı isə mümkünsüz olur. Adı çəkilən şəxslər həmin sahəyə tikinti materialları gətirib tökmək istəyəndə, iddiaçı hüquq mühafizə orqanlarına müraciət etməklə onun qarşısını müvəqqəti olaraq ala bilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət etmiş və həmin idarədən bildirilmişdir ki, X8 adına 0.0521 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli çıxarışda ünvan olaraq Abşeron rayonu, Masazır kəndi göstərilsə də, torpaq sahəsinin koordinatları ünvan 2 ünvanında inşa etdikləri yaşayış binasının qarşısında olan qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı həmin torpaq sahəsi ilə bağlı reyestrdə aparılmış qeydlərin ləğvi edilməsi barədə cavabdehə müraciət etmişdir. Müraciətlərindən xəbər tutan X14 müxtəlif təzyiqlərlə həmin ərazini hasarlamaq istəyir. Bu məqsədlə də iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müvəqqəti xarakterli müdafiə tədbiri kimi, çoxmənzilli yaşayış binasının qarşısında yerləşən, X8 adına qeydə alınmış 0.0521 ha torpaq sahəsinin üzərinə həbs qoy ulması və onun özgəninkiləşdirilməsinin qadağan edilməsi, həmin torpaq sahəsində hər hansı qazıntı və tikinti işlərinin aparılmasının üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bundan sonra, cavabdeh müraciətlərinin icrasından imtina etmişdir. Cavabdeh tərəfindən X5 adına verilmiş çıxarışda ünvan ünvan 4r dəqiq koordinatların təsdiq edilməsi ilə bağlı X5 adına hər hansı qanuni sənəd mövcud olmamışdır və sonuncu, mübahisəli torpaq sahəsini göstərməklə həmin sahə onun adına rəsmiləşdirilmiş, sonradan isə alqı-satqı müqaviləsi əsasında X8 adına sənədləşdirilmişdir.
10. Cavabdeh tərəfindən iddiaya dair verilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
11. Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti iddia tələbinə yazı lı münasibətində bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ 27 may 2017-ci il tarixli, **********09 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. İddiaçı MTK-ya yaşayış binasının tikintisinə verilmiş 315 nömrəli sərəncam xx.xx.2011-ci il tarixdə imzalanmışdır. Tikinti işləri başa çatdıqdan sonra isə Rayon İcra Hakimiyyəti tərəfindən 26 nömrəli, 26 dekabr 2019-cu il tarixdə binanın istismarına icazə verilmişdir. Bütün bu sənədlər verilən zaman iş üzrə mübahisələndirilən torpaq sahəsinin X5 adına olması, eləcə də ümumiyyətlə, həmin torpaq sahəsinə sənəd verilməsi barədə RİH-də məlumat olmamışdır. Rayon Dövlət X2 ayrılmış torpaq sahəsinə görə ayrıc aktının mövcud olmaması səbəbindən həmin şəxsə torpaq sahəsinin hansı hissədən ayrılması barədə məhkəməyə m əlumat verilməsi mümkün olmamışdır. X5 adına mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin yerquruluşu planından çıxarış RİH-in Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmamışdır.
12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) 23 yanvar 2023-cü il tarixli, 2-1(118)-399/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı halda, iddiaçının istifadəsində olan torpaq sahəsi üzərindəki hüquqları dövlət qeydiyyatına alınmamışdır. İş üzrə cavabdeh qeydiyyat orqanı olsa da, hazırkı iddianın meydana gəlmə əsasını iddiaçı ilə üçüncü şəxs X14 arasında qonşuluq münasibətlərindən yaranmış mülki mübahisə təşkil edir və hazırkı mübahisə inzibati orqanı n qanunsuz hərəkətindən şikayət formasında meydana çıxmışdır. İddiaçı ilə üçüncü şəxs arasında hazırkı işə görə icraatı dayandırılmış mülki məhkəmə mübahisəsi vardır. İddiaçının yaşayış binası üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək istəməsi ilə mübahisələr meydana gəlmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, həmin torpaq sahəsindən aktiv formada istifadə edilməsinin məqsədlərinə görə fərqli formada inzibati və mülki qaydada mübahisələrin yaranması ehtimalı olsa da, hazırkı formada iddianın mümkün sayıla bilməsi üçün mübahisə predmeti təşkil edən torpaq sahəsinin digər şəxsin mülkiyyətində qalmasının iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsi müəyyən olunmalıdır. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerind ə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tikilib istifadəyə verilmiş binaların giriş-çıxışına üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi hər hansı bir maneə təşkil etmir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması müəyyən edilmir.
15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, hakimlər Z.T.Məmmədov və F.Ə.Məmmədov) 5 may 2023-cü il tarixli, 2-1(105)-270/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsin in 23 yanvar 2023-cü il tarixli, 2-1(118)399/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş üzrə materiallarda üçüncü şəxsin adına mülkiyyət hüququ əsasında qeydə alınan torpaq sahəsinin iddiaçıya ayrılması barədə, habelə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun mövcud olduğu barədə hər hansı sənəd aşkar edilməmişdir. İddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. İddia ərizəsindən və eləcə də, iş materiallarından görünür ki, üçüncü şəxsin adına mülkiyyət hüququ əsasında qeydə alınan torpaq sahəsi MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası ilə əsas magistral yol a rasında olan 12 m məsafə aralığındakı sahədə yerləşir. Torpaq sahəsinin yerləşdiyi ərazinin orto-foto xəritəsindən çıxarışdan isə görünür ki, üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi iddiaçıya məxsus çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür.
18. İddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun mövcudluğunu isə həmin torpaq sahəsi hasara alınacağı halda binanın yanğın mühafizə zolağının zəbt olunacağı, eyni zamanda binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin istismarının mümkünsüz olacağı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla torpaq sahəsinin hasara alınması və yaxud tikinti işlərinin aparılması nəticəsində binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sah ələrinin istismarının mümkünsüz olmasına dair məsələ inzibati deyil, mülki məhkəmə icraatının predmetidir.
19. Digər tərəfdən isə məhkəmə kollegiyasına təqdim edilən qeyri-yaşayış sahələrinə dair 18 noyabr 2020-ci il tarixli və 16 sentyabr 2021-ci il tarixli satış müqavilələrindən görünür ki, sözügedən qeyri-yaşayış sahələri iddiaçı tərəfindən özgəninkiləşdirilmişdir. Belə ki, 338 kv.m qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən X9, həmin ünvanda yerləşən 602 kv.m qeyri-yaşayış sahəsi isə X1 və maliyyə arayışlarına əsasən, fiziki şəxslər tərəfindən qeyri-yaşayış sahələrinin pay dəyəri tam ödənilmişdir. Yəni, həmin qeyri - yaşayış sahələrinin istismarında yaranan məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmək hüququ iddiaçıya deyil, həmin sahənin mülkiyyətçilərinə aiddir.
20. Beləliklə, məh kəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin baş verməsinə dair ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutlar verilmədiyindən, iddianın mümkünlüyü baxımından hüququn pozulması halı müəyyən olunmur.
21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
22. Kassasiya şikayətinin dəlilləri idd ia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilir ki, nəticə etibarı ilə, məhkəmənin qəbul etdiyi qərardad iddiaçı ilə yanaşı, binanın sakinlərinin də hüquqlarının pozulmasına gətirib çıxarır. Digər tərəfdən, iddiaçı məhkəməyə təqdim edilən qeyri-yaşayış sahələrinə dair 18 noyabr 2020ci il tarixli və 16 sentyabr 2021-ci il tarixli satış müqavilələri üzrə X12 və X6 qarşısında öhdəlik götürmüşdür. Həmin öhdəliklər isə ondan ibarət olmuşdur ki, satın aldıqları qeyriyaşayış sahələrinin qarşısı boş olmaqla giriş-çıxışa maneələr törədilməyəcək, nəqliyyat vasitələrinin parklanma yerləri mövcud olacaq. Həmin öhdəlikləri də həmin sahədə abadlaşdırma işləri aparmaqla təşkil etmişlər. Məhkəmənin bu halın iddiaçının deyil, adı çəkilən fiziki şəxslərin hüquqlarının poz ulmasına gətirib çıxara bilməsi kimi yanaşması qəbul edilən deyil.
23. Üçüncü şəxsin adına rəsmiləşdirilmiş torpaq sahəsi faktiki olaraq avtomobil yolunun mühafizə zolağına düşməklə orada yaşayan və fəaliyyət göstərən şəxslərin istifadə etdikləri ərazinin üzərinə və koordinatlarına otuzdurulmaqla tam qanunsuz olaraq rəsmiləşdirilmişdir. Cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində, iddiaçının qanunla qorunan hüquqları kobud şəkildə pozulmuş və onun mənafelərinə bilərəkdən qəsd olunmaqla, iddiaçı, rayon İcra Hakimiyyətinin verdiyi tapşırıq əsasında kifayət qədər vəsait xərcləyərək abadlaşdırdığı ərazidən istifadə etmə hüquqlarından məhrum olur və bu qanunsuz hərəkətlər nəticəsində iddiaçıya ziyan dəyməkdədir. Belə ki, adı çəkilən torpaq sahəsi hasara alındıqda (bununla bağlı artıq A bşeron Rayon Məhkəməsinin icraatında dayandırılmış mülki iş mövcuddur) birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinin sahibləri iddiaçıya qarşı dəymiş ziyanın, hətta ödədikləri vəsaitlərin və təmirə xərclədikləri vəsaitlərin geri qaytarılması barədə tələb irəli sürə bilərlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibat i aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardad ının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri nə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri ma hiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələləri lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin m əsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
34. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnı z mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
35. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddianın mümkün sayılması üçün ilk növbədə iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquq) malik olması şərti də yerinə yetirilməlidir.
36. Məhkəmə kollegiyasının qənaətinə görə, haz ırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
37. İddiaçı bildirir ki, mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınmasına görə çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin giriş-çıxışına maneə törədilməsi, iddiaçının həmin qeyriyaşayış sahəsinin mülkiyyətçiləri qarşısında götürdüyü öhdəliyin yerinə yetirilməməsi və iddiaçının apardığı abadlaşdırma işlərinə görə zərər çəkməsi qaçılmazdır.
38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının abadlaşdırma işlərini apardığı, qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri qarşısında parklanmanın təşkili ilə bağlı öhdəlik götürdüyü ərazinin iddiaçının mülkiyyətinə, istifadəsinə və ya icarəsinə a yrıldığı işin halları ilə öz təsdiqini tapmır. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı onun mülkiyyətinə, istifadəsinə və ya icarəsinə ayrılmamış torpaq sahəsindən digər şəxslər (hazırkı iş üzrə binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri) qarşısında öhdəliklərinin yerinə yetirilməsi məqsədilə istifadə etməsini əsas göstərməklə üçüncü şəxsin qanuni mülkiyyətinə verilmiş torpaq sahəsinə dair dövlət reyestrində aparılmış qeydin ləğv edilməsini tələb etməkdə haqlı sayıla bilməz.
39. Qeyd edilməlidir ki, iddiaçı kassasiya şikayətinin dəlillərində onun subyektiv hüququnun mövcudluğuna dəlalət edən halları mübahisəli torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə qanunsuz verilməsinə istinad etməklə əsasla ndırır.
40. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi iddiaçıya məxsus çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi, iddiaçı üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin onun hüquqlarına müdaxiləsinin əsasını (hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququnun mövcudluğunu) sübut edə bilməmişdir.
41. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması, bu səbəbdən iddianın mümkünsüzlüyü ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, bu nəticə hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdi rilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2023-cü il tarixli, 2-1(105)-270/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.