Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1987/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Rusiya Federasiyasının “xxxx” QSC-nin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 30.07.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı Rusiya Federasiyasının QSC-nin nümayəndəsi Nümayəndə1 və vəkili X5 iştirakı ilə, İddiaçı Rusiya Federasiyasının “xxxx” QSC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə və 3-cü şəxs “xxxx” X1rşı qərarın ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadından ərizəçi “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” QSC-nin cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma, Metorologiya və Patent üzrə Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyidir) və 3-cü şəxs “xxxx” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 **********71 E-1436 saylı 25.09.2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahtş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.09.2018-ci il tarixli qərarı ilə (hakim Ş.Məmmədova; iş No 2-1(81)-822/2018) iddianın təmin edilməsi; cavabdeh Ko mitənin **********71 E-1436 saylı 25.09.2017-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Bundan sonra ərizəçi “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi MMC-nin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.01.2019-cu il tarixli qərardadı (hakim A.Abdullayeva; iş № 2-1(81)-822/2018) ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov; iş № 21(103)-776/2019) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2019-cu il tarixl i qərardadının dəyişdirilmədən saxlanılması; “xxxx” MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan ərizəçi MMC kassasiya şikayəti verərək, qərardadın ləğv olunmas və MMC-nin vəsatətinin təmin edilməsi baərədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Ərizəçi MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Kassasiya şikayətinə dair yazılı etirazın dəlilləri İddiaçı Rusiya Federasiyasının QSC kassasiya şikayətinin dəlillərinə dair yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, ka ssasiya şikayətinin dəlilləri əsassız olduğundan həmin şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı Rusiya Federasiyasının QSC-nin vəkili Nümayəndə3 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı Rusiya Federasiyasının QSC-nin nümayəndəsi Nümayəndə1 vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh Agentliyin və 3-cü şəxs Törəmə Müəssisəsinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunm uş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, prosessual qanuna görə, 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlbetmə əsasən 2 məqsəd daşıyır. Bir tərəfdən cəlbetmə vasitəsilə həm cəlb olunmuş şəxsin, həm də mübahisə tərəflərinin mənafeləri qorunmalı, digər tərəfdən isə növbəti hüquqi mübahisənin yaranmasının qarşısını almaq üçün qərarın hüquqi qüvvəsi cəlb edilmiş şəxsə də şamil olunmalıdır. Cəlb edilən şəxs məhkəmə prosesində t ərəfə çevrilmir. Cəlbetmə vasitəsilə O, özünün və ya başqalarının maraqlarını təmsil etmək imkanı qazanır. Cəlb edilmiş şəxsin tərəflərdən hər hansı birini dəstəkləməsi zəruri deyil. Belə ki, Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməs i və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilən prosessual hüquq norma ilə tənzimlənən adi cəlbetmə məhkəmə qərarının 3-cü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda mümkündür. Burada həlledici olan yalnız publik-hüquqi və mülki-hüquqi maraqlardır. İqtisadi və ya başqa faktiki maraqların mövcudluğu kifayət deyil. Bu baxımdan hüquqi maraq o zaman mövcud olur ki, cəlb edilən şəxsin tərəflərdən biri və hər ikisi ilə, yaxud mübahisə predmeti ilə əlaqəsi olsun və hüquqi mübahisə haqqında yekun qərar onun hüquqi vəziyyətini yaxşılaşdırsın, yaxud onun üçün gözlənilən zərərlərin qarşısını ala bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə hər hansı bir tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərar ın potensial təsiridir. Azərbaycan Respublikası İPM-nin 28.2-ci maddəsinə müvafiq olaraq mübahisə edilən hüquq münasibətində 3-cü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin 3-cü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Bu prosessual hüquq normasında nəzərdə tutulan zəruri cəlbetmədən isə o vaxt bəhs olunur ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin hüquqlarına bilavasitə mənfi şəkildə müdaxilə etsin (həmin qərar bu hüquqları dəyişdirsin, ləğv etsin və ya təsdiq etsin). Əksər hallarda burada söhbət 3-cü şəxsin xeyrinə çıxarılmış əlverişli inzibati aktın digər bir şəxs (iddiaçı) tərəfindən mübahisələndirilməsindən g edir ki, məhz bu kontekstdə zəruri cəlbetmənin həyata keçirilməməsi prosessual pozuntu kimi qəbul edilir. Azərbaycan Respublikası İPM-nin 28.3-cü maddəsinə görə, 3-cü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Həmin Məcəllənin 28.4-cü maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz.. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraat ına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Ərizəçi MMC, 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsində onunla "xxxx" QKTM arasında qənnadı məhsullarının tədarükünə dair çoxsaylı müqavilələrin imzalanması, həmin MMC-nin sahibkarlıq fəaliyyətinə və iqtisadi durumuna ziyan vurulması ehtimalı ilə əlaqəndirsə də, bu da MMC-nin zəruri cəlbetmə qaydasında 3cü şəxs qismində inzibati məhkəmə icraatına qoşulmasını şərtləndirmir. Belə ki, işin materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.09.2018-ci il tarixli qərarı ilə ərizəçi MMC-nin hüquqlarının və qanunla qorunan maraqlarının Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsi anlamında hər hansı dərəcədə pozulması iş üzrə müəyyən edilmir. Eyni məntiqlə, ərizəçi MMC-nin "xxxx" QKTM-nin qənnadı məhsullarının satışını realizə etdiyi ticarət obyektləri də hazırkı iş üzrə 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilə bilər ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» 12.04.2017-ci il tarixli Qərarına əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessu al qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin m ühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: -qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; -inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Göründüyü kimi, ərizəçi MMC-nin ərizəsinin təmin edilməməsi haqqında 1-ci instansiya məhkəməsinin qərardadı düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, ərizəçinin kassasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübu tlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi “xxxx” MMC-nin kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1987/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1987/2019
30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver