Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1987/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; pandemiyadan zərərçəkmiş müəssisələrə vergi güzəştlərinin tətbiqi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********274700 nömrəli qərar ın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-242/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya 2020-ci il üzrə 436.040,65 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığort a və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə özünün təqdim etdiyi vergi bəyannaməsində 2020-ci il üzrə mənfəət vergisini səhvən 581.235,73 manat məbləğində göstərmiş olsa da, sonra xx.xx.2021-ci il tarixdə dəqiqləşmiş bəyannamə təqdim etmiş, mənfəət vergisi məbləğini 436.023,86 manat azaltmış, 2020-ci il üzrə mənfəət vergisi 145.211,87 manat göstərilmişdir. İddiaçı tərəfindən mənfəət vergisinin məbləğinin azaltmağına səbəb isə pandemiya ilə əlaqədar Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisinə güzəştin tətbiq olunmasıdır. İddiaçı 46901 (ixtisaslaşdırılmamış topdansatış) kodu altında fəaliyyət göstərir, onun fəaliyyət sahəsi pandemiyada zərər çəkdiyinə görə, fəaliyyəti dayandırıldığına görə ona mənfəət vergisi üzrə 75% güzəşt tətbiq edilmişdir. 13 mart 2020-ci il tarixində AR Nazirlər Kabineti tərəfindən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunandan şirkətin fəaliyyət sahəsi qadağan olunan siyahıya salınmış və işləri dayanmışdır. İşçilərin əmək haqqı Dövlət tərəfindən olunan yardım hesabına ödənilmişdir. Hətta Azərbaycan Respublikası Prezidentinin subsidiyalarla bağlı qərarına əsasən şirkətin bankdan götürmüş o lduğu subsidiyaların faiz ödənişində yardım da olunmuş, öncədən danışılmış PO üzrə işlər çox çətinliklə həyata keçirilmişdir. Elə bu səbəbdən şirkətin əməkdaşlıq etdiyi yəni, təchizatını həyata keçirdiyi “AzFen” şirkəti əməkdaşlığı minimum səviyyəyə endirmişdir.
4. Şirkət 2021-ci ildə təchizat sahəsində heç bir tenderdə qalib gələ bilməmişdir. Hazırda balansında olan ağır texnikanın xidmət göstərməsi üzrə fəaliyyətini davam etdirə bilir. İddiaçı tərəfindən fəaliyyəti üzrə əlavə edilmiş məlumat forması üzrə gəlir və xərclərin bölgüsü, həmçinin həmin bölgü üzrə təsdiqedici sənədlər vergi orqanına təqdim edilmişdir. Lakin bəyannamədə bütün göstərilənlər və təqdim etdiyi sənədlər, şikayətlər vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Vergi orqanı xx.xx.2021-ci ildə onun şəxsi vərəqəsinə heç bir kameral vergi yoxlaması barədə qərar qəbul etmədən iddiaçıya MV 2020 dəqiqləşmiş (KYB) adı ilə 436.040.69 manat məbləğində mənfəət vergisi hesablamışdır. Belə ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021ci il tarixli qərarına əsasən kameral yoxlama nəticəsində iddiaçıya əsassız olaraq 2020-ci il üzrə mənfəət vergisi üzrə vergi və ya sığorta haqqı məbləği 436.040,65 manat hesablanmışdır. Həmin qərarda göstərilmişdir ki, “mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərinin əldə edilməsilə bağlı xərclər hissəsinin 227.3 sətrindəki (Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya) 71369.86 manat məbləği, bəyannamənin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (Nəqliyyat vasitələri üzrə he sablanmış amortizasiya üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 213773.64 manat məbləğ üstəgəl (toplamaq,+) 227.3-cü sətrindəki 71369.86 manat məbləğ və bu 285143.50 manat cəmin nəticəsinin Vergi Məcəlləsinin 114.3.3-cü maddəsində nəzərdə tutulmuş 25 faiz amortizasiya normasına hasilindən (vurulmasından) yaranan 71258.88 manat məbləğdən böyük olduğuna görə, pandemiyadan güzəşt hüququ olmadığı halda güzəştdən istifadə edib”. Halbuki bu formada vergi borcunun hesablanması qanunsuzdur. Həmçinin, kameral yoxlama qərarı xx.xx.2021-ci ildə, yəni onun bəyannamə təqdim etdiyi vaxtdan 5 ay sonra qəbul edilmişdir. Bununla da VM-nin 37.2-ci maddəsinin tələbləri vergi orqanı tərəfindən pozulmuşdur. İddiaçının 2020-ci ildə AR Nazirlər Kabineti və Operativ Qərargah tərəfindən ölkədə tətbiq edilmiş sərt karantin rejimi və Covid-19 pandemiyası ilə əlaqədar fəaliyyəti dayandırılmış, fəaliyyətinə icazə verilməmişdir. Fəaliyyəti qadağan olunduğuna görə işçiləri də icazə e-qov saytı ilə icazə ala bilməmiş və işə çıxa bilməmişdir. İddiaçıya 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisinə güzəşt tətbiq olunmalı olduğu halda, vergi orqanı tərəfindən əsassız və qanunsuz olaraq tətbiq olunmamış, ona Vergi Məcəlləsinə zidd olaraq vergi borcu hesablanmışdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları ilə müəyyən edilmiş vergi güzəştləri və azadolmalarının İddiaçı MMC-yə şamil edilməsi ilə bağlı vergi ödəyicisinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyy atı: xx.xx.2021-ci il tarixli **********560900 nömrəli və xx.xx.2021-ci il tarixli **********190600 nömrəli) müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2021-ci il tarixli **********938600 nömrəli cavab məktubunda İddiaçı MMC-nin faktiki fəaliyyət növünün (tikinti materiallarının satışı) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığını, eləcə də 2020-ci il ərzində mal, iş və ya xidmətlərin əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq fəaliyyət göstərən şəxslərə təqdim edildiyini nəzərə alaraq Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəalarının İd diaçı MMC-yə şamil olunmadığını qeyd etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120, 31 mart 2020-ci il 122, 24 aprel 2020-ci il 147 və 01 may 2020-ci il tarixli 163 saylı Qərarlarında və Nazirlər Kabinetinin 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli Sərəncamlarında pandemiya dövründə fəaliyyəti məhdudlaşdırılan və fəaliyyətinə icazə verilən iş və xidmət sahələri müəyyən edilmişdir ki, cəmiyyətin fəaliyyət sahəsi xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 4.6-cı bəndinə istinad edərək vergi ödəyicisinin ixtisaslaşdırılmamış t opdansatış fəaliyyəti ilə məşğul olduğunu qeyd etməklə fəaliyyəti məhdudlaşdırılan sahələrə aid edildiyini bildirmişdir, halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 4.6.5-ci bəndinə əsasən tikinti materiallarının satışı üzrə fəaliyyətə, habelə həmin Qərarın 4.5.8-ci bəndinə əsasən neft və qazın hasilatı, emalı, saxlanması və satışı üzrə fəaliyyətə pandemiya dövründə icazə verilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5318/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********274700 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmişdir.
7. Birinci in stansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının fəaliyyət sahəsi vergi orqanı tərəfindən pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edildiyi, buna görə maddi yardımlar, güzəştlər əldə etdiyi halda cavabdeh tərəfindən bunun əksinin iddia edilməsi qanunsuz və əsassız olmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-242/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yalnız maddi yardımların edilməsi öz-özlüyündə vergi ödəyicisinə Verg i Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir. Vergi ödəyicisinin fəaliyyəti yuxarıda qeyd edilən normativ sənədlərlə tam və ya qismən məhdudlaşdırıldıqda, bu hüquqdan istifadə edilə bilər. Məhkəmə kollegiyası tərəfindən iddiaçının işçilərinin 50 faizinə işləmə icazəsi verilibverilməməsinin araşdırılması aparılmışdır. İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 03/23 nömrəli məktubda qeyd edilir ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə MMC-nin 2020-ci ildə aşağıda göstərilən aylar üzrə işçi sayı olmuşdur: yanvar-11, fevral-11, mart-11, aprel-9, may10, iyun-10, iyul-12, avqust-12, sentyabr-13, oktyabr-13, noyabr-14, dekabr-14. İnnovasiya və X2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-27-104/2158/2023 nömrəli məktuba əlavə edilmiş iddiaçının icazə verilmiş işçilərinin siyahısından görünür ki, elektron portal üzərində sürücülər, satış menecerləri, icraçı direktor, mühasib, baş mühasibin işə çıxmalarına icazə verilmişdir. Müvafiq olaraq pandemiya başlanılan ay üzrə aprel və may aylarında 10 işçiyə, iyun ayında 9 işçiyə, iyul ayında 12 işçiyə, avqust ayında 12 işçiyə, sentyabr ayında 1 işçiyə, dekabr ayında 13 işçiyə icazə verilmişdir. Göründüyü kimi pandemiya dövründə (2020-ci il üzrə) iddiaçının işçilərinə aylar üzrə demək olar ki, tam tərkibdə (50 faizdən çox) işləməyə rəsmi icazə verilmişdir. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublika sı Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarından göründüyü kimi, şirkətlərə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrlərdə müvafiq faktiki fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir. Odur ki, iddiaçının mübahisələndirilən dövr üzrə faktiki fəaliyyət göstərdiyi sahənin pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapmır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və ona əlavənin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işçilərin 50 faizinə işləmə icazəsi verilib-verilməməsinin araşdırıl ması üçün müvafiq qurumlara sorğular verməli və elektron portal üzərində iddiaçının işçilərinin işə çıxmaları ilə bağlı məhdudiyyətin olub-olmamasını müəyyən etməli və əldə olunmuş mötəbər məlumatlar əsasında qərar qəbul etməlidir. Belə ki, iddiaçı tərəfindən AR DİN-nə, “X1 Mərkəzi” X3, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 (TƏBİB), AR NK yanında Operativ Qərargaha vəkil sorğuları göndərilərək, 2020-ci ilin mart ayından etibarən hansı tarixlərdə iddiaçı tərəfindən “icaze.e-gov.az” portalına edilən müraciətlər, müraciətlərə cavablar və müraciətlərə imtinalar barədə məlumat verilməsi xahiş edilmişdir. AR DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin xx.xx.2022-ci il tarixli, 013-36314-1222 nömrəli cavab məktubuna əsasən, iddiaçının işçilərinin “icaze.e-gov.az” portalında qeydiyyatları barədə məlumatlar bizə təqdim edilmişdir ki, həmin məlumatlar da iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, fəaliyyət sahəsi tikinti materiallarının topdansatışı olduğu üçün həmin dövrdə iddiaçının fəaliyyəti dayandırılmış, işçilərin işə çıxmasına icazə verilməmişdir. Göstərilən hallar işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
13. İddiaçı Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında göstərilmişdir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstərış”ə əsasən iddiaçının fəaliyyət sahəsi vergi orqanı tərəfindən pandemiyadan zərərçəkmiş sahə kimi qəbul edilərək iddiaçı fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlanaraq pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi ödənilmişdir.
14. İddiaçının fəaliyyət növü və fəaliyyət sahəsi Vergi Məcəlləsinin məhz 222.5.9cu maddəsinin təsiri altına düşmüşdür. Pandemiya dövründə 2020-ci ildə əmək haqqının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı adlı cədvəldən də görünür ki, müəssisənin fəaliyyət növü olan tikinti materiallarının topdan və pərakəndə satışı 46730 kod altında və 46901 (ixtisaslaşdırılmış topdansatış) nəzərdə tutulmuşdur. Qanunvericilikdə fəaliyyəti tam məhdudlaşdırılan sahələr ilə bağlı aşkar müddəalar olsa da, fəaliyyəti qismən məhdudlaşdırılan sahələr barədə hər hansı açıq- aşkar müddəa əks olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5- ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması ilə bağlı müddəa mövcuddur. xx.xx.2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndi ilə digər müddəaların birgə təhlili belə nəticəyə gəlməyə əsas verir ki, həmin bənddə qeyd olunan sahələr fəaliyyəti qismən məhdudlaşan sahələrə aiddir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Vergi Məcəlləsi (mübahisələndirilən qərarın aid olduğu vergi dövründə /2020-ci il/ qüvvədə olan redaksiyada) XVİİİ fəsil. Koronavirus pandemiyası nın yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi Maddə
222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhd əlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəal arı aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartır ma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). 222.6. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin (bundan sonra – müvəqqəti vergi rejimi) tətbiq edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsil də başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. 222.7. Koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir.... Maddə
224. Azadolmalar və güzəştlər 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 2 24.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. 224.2. Bu Məcəllənin 222.5.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərə nəzərdə tutulmuş vergi güzəşti həmin fəaliyyəti həyata keçirən şəxslərə malların daşınmasını və ya çatdırılmasını sifariş etmiş satıcılara münasibətdə və (və ya) satıcıların daşınma və ya çatdırılma nəticəsində əldə edilən gəlirlərinə tətbiq edilmir.... 224.6. Bu Məcəllənin 222.5-ci maddəsi ndə göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır. 224.7. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılır. Dayandırılmış müddət bu Məcəllənin 59.2-ci maddəsində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir.... 224.9. Müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır. 224.10. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir. 224.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilm iş vergilər növbəti ayların ödəmələrinə aid edilir. 17. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 №-li Qərarı (sonrakı dəyişikliklər və əlavələrlə)
1. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00-dək dayandırılsın....
4. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fə aliyyətin davam etdirilməsinə icazə verilir:... 4.6. pərakəndə və topdan satış üzrə: 4.6.1. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (ticarət mərkəzləri istisna olmaqla); 4.6.2. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər, həmçinin evə götürmə, çatdırma xidmətləri, onlayn satışlar. 18. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 124 №-li Qərarı (sonrakı dəyişikliklər və əlavələrlə) 1. 5 aprel 2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı q aydada tətbiq edilsin:... 1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:... 1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;... 1.13. Bu Qərarın tələbləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisinə şamil olunur. 19. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbay can Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 208 №-li Qərarı
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 30 sentyabr saat 00:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilsin:...
6. Müəyyən edilsin ki: 6.1. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fə aliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əlavə Fəaliyyətinə icazə verilən sahələr...
5. Pərakəndə və topdan satış üzrə:... 5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 5.6. onlayn satışlar; 5.7. qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektləri (iri ticarət mərkəzləri istisna olmaqla).
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiy ası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına uyğun olaraq iddia tələbinin və ona qarşı etirazın, həmçinin apellyasiya şikayətinin dəlillərini lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 nömrəli Qərarının 4.6, 4.6.1-ci bəndinə əsasən, pərakəndə və topdan satış üzrə Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektlərinin (ticarət mərkəzləri istisna olmaqla) fəaliyyətinə icazə verilmişdir.
27. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 208 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Saly an, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində həmin Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
28. Qeyd olunan Əlavənin 5.5-ci bəndində isə tikinti materiallarının satışı məntəqələri nəzərdə tutulmuşdur.
29. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 03/23 nömrəli məktubda qeyd edilir ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə MMC-nin 2020-ci ildə aşağıda göstərilən aylar üzrə işçi sayı olmuşdur: yanvar-11, fevral-11, mart-11, aprel-9, may-10, iyun-10, iyul-12, avqust-12, sen tyabr-13, oktyabr-13, noyabr-14, dekabr-14. İnnovasiya və X2 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-27-104/2-158/2023 nömrəli məktuba əlavə edilmiş iddiaçının icazə verilmiş işçilərinin siyahısına əsasən, aprel və may aylarında 10 işçiyə, iyun ayında 9 işçiyə, iyul ayında 12 işçiyə, avqust ayında 12 işçiyə, sentyabr ayında 1 işçiyə, dekabr ayında 13 işçiyə icazə verilmişdir.
30. Göründüyü kimi, məhdudiyyətlərin tətbiq edildiyi 2020-ci ilin aprel-dekabr ayları ərzində iddiaçının icazə verilmiş işçilərinin sayı onların həmin dövrdəki ümumi sayının 50 faizdən çox olmuşdur.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, pandemiya ilə bağlı maddi yardımların edilməsi öz-özlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 2 24.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir.
32. Kameral vergi yoxlamasının mənfəət vergisi bəyannaməsindəki məlumatlara görə deyil, 2020-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədəki məlumatlara əsasən həyata keçirildiyinə dair dəlilə gəldikdə, cavabdeh haqlı olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 37-ci maddəsində kameral vergi yoxlaması üzrə nəzərdə tutulmuş 30 iş günü müddətin Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi tarixdən hesablandığı göstərilmişdir. Vergi Məcəlləsinin 72-ci maddəsi isə həm cari, həm də dəqiqləşdirilmiş vergi bəyannamələrini əhatə edir.
33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün ə saslar yoxdur.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-242/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.