Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1988/2019 19.06.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Kamil oğlu Hüseynov İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 yanvar tarixli 2-1(103)-54/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdim. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 790 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyini n cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 oktyabr tarixli 2-1(82)2527/2018 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 yanvar tarixli 2-1(103)-54/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 yanvar tarixli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 2019-cu il 7 fevral tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2019-cu il 4 aprel tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üç ün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2019-cu il 19 iyun tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə baxmağı və qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlum atın təqdim edildiyi gündən başlanır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-çu il 11 yanvar tarixli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 2019-cu il 7 fevral tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2019-cu il 4 aprel tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur. Beləliklə, prosessual müddət ötürülmüşdür. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 2019-cu il 11 yanvar tarixli 2-1(103)-54/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.
Məhkəmə qərarları › İş №2-1(102)-1988/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1988/2019
19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver