Məhkəmə qərarları › İş №2-1(102)-1988/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1988/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1988/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünlüyü, müddət bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə qarşı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs olmaqla) arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1260/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid statusunun və iddiaçıya şəhid ailəsi statusunun verilməsi vəz ifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər siyahısından çıxarılmaqla, ilk cavabdeh olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi ilə əvəz edilməklə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin prosessual statusunun dəyişdirilərək 3-cü şəxs qismində işə cəlb edilməsi, eyni zamanda iş üzrə mərhum X2 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqəda r «şəhid» statusunun verilməsi məqsədilə arayışın həyat yoldaşı İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)3487/2018 nömrəli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia tələbi təmin edilmiş, mərhum X2 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində xx xxxx 2015-ci il tarixdə İmişli rayonu Bəhrəmtəpə kəndində vəfat etməsi ilə əlaqədar «şəhid» statusunun verilməsi məqsədilə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehə həva lə edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

5. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2753/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3487/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Apelyasiya instansiyası məhkəməsinin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kassasiya şikayəti verilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2753/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi olunmuşdur. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-3861/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: X.S.Məmmədov, hakimlər: R.S.Nəbizadə və A.S.Hüseynov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. ç) birinci instansiya məhkəməsindəki ikinci icraat

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ərizə ilə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(81)-3487/2018 nömrəli qərardadı ilə (hakim: P.A.Hüseynov) vəsatət təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. d) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1260/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və V.M.Ağayev) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(81)-3487/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ a) Müddətin bərpası barədə ərizənin dəlilləri

15. Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi vəsatətdə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.

16. Vəsatətdə qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1260/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə Nazirliyə təqdim edilmişdir. Lakin Nazirliyin Ümumi Şöbəsi tərəfindən sözügedən məktubun qəbul edilməsi barədə qeydiyyat xx xxxxxx 2020-ci il tarixdə aparılmışdır. Nazirliyin xx xxxxxxx 2020-ci il tarixli arayışı ilə təsdiq edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixində ƏƏSMN-nin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin qərardadı qəbul edilmiş və xx xxxxxx 2020-ci il tarixdə **********5 nömrə ilə qeydiyyatdan keçirilərək müvaf iq şöbəyə icra üçün yönləndirilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı rəsmi olaraq xx xxxxxx 2020-ci il tarixdə Nazirliyin icraatına qəbul edildiyinə görə qərardaddan şikayət vermə müddəti həmin tarixdən hesablanmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə, yəni qərardad Nazirliyin Ümumi Şöbəsi tərəfindən qəbul edildiyi tarixdən hesablanaraq 10 gün müddətində təqdim edilmişdir. Bununla da Nazirlik tərəfindən qərardaddan şikayət vermə müddəti üzrlü səbəbdən cəmi 1 gün ötürülmüşdür. b) Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh, üçüncü şəxs və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə cavabdehin, üçüncü şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsi ri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılma dıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərizəsi əsassız olduğundan təmin edilməməli, onun şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

21. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

22. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1260/2020 nömrəli qə rardadı xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, onun nümayəndəsi xx xxxxxx 2020-ci il tarixdə SS674747397AZ nömrəli qəbzə imza etməklə qərardadı qəbul etmişdir. ( iş vər 224). Hazırkı kassasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə poçta təhvil verilmişdir. Qərardadın şikayət verənin nümayəndəsinə təqdim edilməsi və şikayətin poçta təhvil verilməsi tarixləri mübahisə edilmir.

23. Hazırda şikayət verən bildirir ki, qərardad onun nümayəndəsinə xx xxxxxx 2020ci il tarixdə təqdim edilsə də, Nazirliyin Ümumi Şöbəsinə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur və şikayət verilməsi müddəti həmin tarixdən hesablandıqda cəmi 1 gün ötürülmüşdür.

24. Göründüyü kimi, şikayət verən də apelyasiya instansiyası məhkəməsinin qərar dadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin ötürülməsini etiraf edir. Lakin o, müddətin 2 gün deyil, 1 gün ötürülməsi ilə razılaşır. Hər bir iki halda müddətin ötürülməsi işin mübahisəsiz halıdır.

25. Əvvəla qeyd edilməlidir ki, hazırkı halda şikayət verilməsi müddətinin axımı qərardadın Nazirliyin nümayəndəsinə təqdim edildiyi gündən hesablanmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Nazirlik şikayət verilməsi müddətinin 1 gün ötürülməsini etiraf etsə də, ərizəsində müddətin ötürülməsinin hansı səbəblərdən baş verməsi barədə məlumat verməmiş, müddətin üzrlü səbəblərdən ötürülməsini bildirməmiş, nümayəndəsi məhkəmə iclasında iştiralk etməmişdir. Halbuki, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə i clasında əsaslandırılmalıdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kassasiya şikayəti verilməsi müddətinin onun təqsiri olmadan ötürüldüyü müəyyən edilmir. Odur ki, müddətin bərpa edilməsi üçün əsas olmadığından ərizə təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-1260/2020 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şika

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar