Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1988/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayətin vəkilsiz tərtib edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “üçüncü şəxs Maraqlı şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 saylı evin 155 saylı mənzilinə qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayı t Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-76/2021 saylı, 2 iyul 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə qarşı üçüncü şəxs Maraqlı şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 saylı evin 155 saylı mənzilinə qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 9 yanvar 2019-cu il tarixli, 2-1(085)224/2019 saylı qərarı ilə iddia təmin edilmişdir.
3. Qərardan narazı qalan üçüncü şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2 iyul 2021-ci il tarixli qərarı ilə üçüncü şəxsin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 9 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
5. İddiaçı apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti vermiş, şikayət vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır. Tətbiq edilən hüquq
6. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin m üddəaları tətbiq oluna bilər. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...
7. Mülki Prosessual Məcəllə (bundan sonra MPM): Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Maddə 407.4. Şikayətə vəkilin orderi...əlavə olunur. Maddə. 408.1.3. Kasasiya şikayətinə vəki lin orderi...əlavə edilməmişsə, kasasiya şikayəti qaytarılır. Kasasiya şikayətinin mümkünlüyü
8. İddiaçı apelyasiya məhkəməsinin qərarından kasasiya şikayəti tərtib etmiş, kasasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Kasasiya məhkəməsinin mövqeyi
9. İddiaçının kasasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 17 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Bu barədə kasasiya şikayətini tərtib etmiş iddiaçıya 15 oktyabr 2021-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı barədə xəbərdar olunmuşdur.
10. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kasasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı vəkillə tərtib edilmiş kasasiya şikayətini təqdim etməmişdir.
11. Kasasiya şikayətini vəkil imza etmədiyindən və şikayətə vəkilin orderi əlavə olunmadığından, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırılmadığından kasasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
12. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-76/2021 saylı, 2 iyul 2021-ci il ta rixli qərarından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.