Məhkəmə qərarları › İş №2-1(102)-1988/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1988/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1988/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarına izah verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə “gömrük bəyannaməsinin müvafiq qrafasında dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 12 may 2023-cü il tarixli, 2-1(103)-1966/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. iddiaçı məhkəməyə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının idxal etdiyi **********6178 saylı gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə %- dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyışdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2020 saylı iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % - dən çox olan, lakin 10 kütlə %dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların tə sviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-20/2020 saylı iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

4. Ali Məhkəmənin 2-1(102)-1934/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-342/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, cavabdehin kassasiya şikayəti qalan hissə də təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-770/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Ali Məhkəmənin 2-1(102)-1292/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 21(103)- 770/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi 21 yanvar 2023-cü il tarixli, 1400-001/0xx-xx/000841 saylı məktubu ilə Bakı İnziba ti Məhkəməsinin 2-1(112)- 52/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının nəticə hissəsinə izah edilməsi barədə ərizə vermişdir.

8. Ərizədə bildirilmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-52/2020 saylı məktubuna (Daxil olma tarixi: xx.xx.2023-cü il, nömrəsi xx/xx/001390) cavab olaraq bildirilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin idxal etdiyi **********6178 sorğu nömrəli gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan "Döşəmə, divar üçün və su udma əmsalı 0.5 kütlə%-dən çox olan, lakin 10 kütlə %- dən çox olmayan digər lövhəciklər" adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təq dim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Qərarın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı **********6178 sorğu nömrəli gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan "Döşəmə, divar üçün və su udma əmsalı 0.5 kütlə %-dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsviri və "33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe kodu ilə həmin gömrük bəyannaməsinə əlavə olunmuş ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatının 7-ci qrafasında göstərilən HS CODE 6907 22 ( Təsnifat kodu) və malların təsviri arasında uyğunsuzluq aşkar edilməmişdir. **********6178 sorğu nömrəli gömrük bəyannaməsi sənədlərdə göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri" və doğru olan alt yarımmövqe kodu ilə rəsmiləşdirilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(112)-52/2020 nömrəli qərardadı ilə (hakim: X2) məhkəmə qərarına izah verilməsi barədə cavabdehin ərizəsi təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarının icrası ilə bağlı izah edilir ki, İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % - dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqedə “**********” koduna dəyişdirilərək rəsmiləşdirilməsi nəzərə alınmalıdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən sərhəd gömrük orqanına verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində malın kodunun “**********” kimi göstərilməsi maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Sadəcə olaraq hazırki işdə gömrük orqanı ona iddiaçının təqdim etdiyi ilkin bəyannamə ilə razılaşmamış, öz təşəbbüsü ilə əsassız olaraq istinad etdiyi ikinci bir bəyannamənin verilməsini tələb etmiş və buna görə də iddiaçı məcbur qalaraq əsassız səbəbdən ikinci bəyannaməni-**********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsini (hansı ki, mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu ********** kimi göstərilmişdir) təqdim etmiş və məhz bundan sonra həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edilərək mallar xx.xx.2018-ci il tarixdə sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmışdır. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından iddiaçının təqdim etdiyi ilkin gömrük bəyannaməsində məlumatların, o cümlədən yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun düzgün qeyd olunduğu görünür. Başqa sözlə, idxal olunan yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun məhz cavabdeh tərəfindən düzgün müəyyən edilmədiyi iş üzrə materiallarla təsdiq olunur.

11. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və qərara izah verilməsinə dair ərizələrinə iştirakları təmin edilməklə təqdim olunmuş sübutlar nəzərə alınmaqla baxılması və izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(103)-1966/2023 nömrəli qərardadı ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X5) Bakı İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşmışdır.

14. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qərardadı ilə **********6178 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən ********** təsnifat kodu ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən təsnifat kodu ilə eyni olduğundan məhkəmə qərarının gömrük orqanı tərəfindən icra edilmiş sayılmasına da münasibət bildirilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)52/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı cavabdeh tərəfindən icra edilmiş sayılmalıdır, çünki ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən təsnifat kodu ilə mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Göstərilənlərə əsaslanaraq hesab edilməlidir ki, məhkəmə qərardadı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Mülki Prosessual Məcəllə Maddə

230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.

18. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Mad də

116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi qərar izah verilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apel lyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin 2-1(102)1292/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikasının xarici X6 nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 69-cu qrupunun “digər keramika məmulatları” adlanan 2-ci yarımqrupunda iddiaçının sərhəd gömrük orqanına təqdim etdiyi ilkin bəyannamədə “**********” kimi göstərdiyi mal kodu altında mal mövqelərinin adları “digərləri” kimi göstərilmişdir. Əvvəlki apellyasiya baxışında məhkəmə kollegiyası bu halla bağlı qeyd etmişdir ki, iddiaçı tərəf təyinat ölkəsinə ixrac etmək istədiyi malın kodunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “X11 Trading Co. LTD” şirkətindən 02 aprel 2018-ci il tarixli, 2018/04/02/01 saylı müqavilədə və 01 iyul 2018ci il tarixli, UE/18/07/01 saylı invoysda, habelə xx.xx.2018-ci il tarixdə İran Ticarət, Sənaye, Mədən və Kənd Sənayesinin sədri tərəfindən verilmiş **********001 saylı, AA2294063 nömrəli mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir.

26. Məhkəmə həmçinin qeyd etmişdir ki, bu zaman iddiaçı tərəfindən sərhəd gömrük orqanına v erilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində malın kodunun “**********” kimi göstərilməsi maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Sadəcə olaraq hazırki işdə gömrük orqanı ona iddiaçının təqdim etdiyi ilkin bəyannamə ilə razılaşmamış, öz təşəbbüsü ilə əsassız olaraq istinad etdiyi ikinci bir bəyannamənin verilməsini tələb etmiş və buna görə də iddiaçı məcbur qalaraq əsassız səbəbdən ikinci bəyannaməni-**********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsini (hansı ki, mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu ********** kimi göstərilmişdir) təqdim etmiş və məhz bundan sonra həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edilərək mallar xx.xx.2018-ci il tarixdə sərhəd gömrük buraxılış m əntəqəsindən buraxılmışdır. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından iddiaçının təqdim etdiyi ilkin gömrük bəyannaməsində məlumatların, o cümlədən yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun düzgün qeyd olunduğu görünür. Başqa sözlə, idxal olunan yükün X1 Nomenklaturası (XİFMN) üzrə kodunun məhz cavabdeh tərəfindən düzgün müəyyən edilmədiyi iş üzrə materiallarla təsdiq olunur.

27. Aşağı instansiya məhkəmələri əsaslı olaraq hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının nəticə hissəsi izah edilərək İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % - dən çox olan, lakin 10 kütlə %-d ən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqedə “**********” koduna dəyişdirilərək rəsmiləşdirilməsi nəzərə alınmalıdır.

28. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanan məlumat barədə məktuba əsasən iş üzrə yekun qərara görə yazılmış icra vərəqəsi icra edilmişdir.

29. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məh kəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(103)-1966/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar