Məhkəmə qərarları › İş №2-1(102)-1988/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1988/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1988/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: soyadın dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1417/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı soyadının “Süleymanova”dan “Süleymanbəyli” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı soyadının dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazları:

3. Cavabdeh iddiaya qarşı yazılı et iraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-13754/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əvvəlki soyadı “Adıgözəlova” olmuş, nikahdan sonra onun soyadı “Süleymanova”ya dəyişdirilmişdir. İddiaçının tələbindən də aydın olur ki, hər iki soyadda sözün kökü “Süleyman”dir və onun hazırda dəyişiklik tələb etdiyi “Süleymanbəyli” soyadı “Süleymanova” soyadından yalnız sonluğuna görə fərqləndiyindən mübahisəyə soyad sonluğunun dəyişdirilməsi qaydaları əsasında baxılmalıdır.

6. Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” xx.xx.1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “zadə”, “- oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

7. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq bildirir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt hazırda da qüvvədə olan Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “- yev” sonluqlu soyadların dəyişilməsi qaydası dəqiq formada müəyyənləşdirilmişdi r.

8. Hazırkı iş üzrə iddiaçının soyadı “Süleymanova” olduğundan göstərilən Qərarın müddəaları ona da şamil edilir. Belə ki, iddiaçının soyadı “-ova” sonluğu ilə bitdiyindən, Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan Qərarı həmin sonluğun “- li”, “-zadə”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilməsinə imkan verir.

9. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, soyad nəslən verilən ad olmaqla, şəxsin soyunu, nəslini müəyyən etmək məqsədini daşıyır. “Süleymanbəyli” soyadı iki sözün (Süleyman və bəy) birləşməsindən yaranmaqla, mürəkkəb sözdür. Bəy sözü isə titul (bəy, xan) müəyyən edən sonluqdur. İddiaçının soyunda (nəslində) «bəy» sözünün onun soyu (nəsli) ilə hər hansı əlaqəsi olması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.

10. Xüsusi ilə də q eyd olunmalıdır ki, iddiaçının əvvəlki soyadının “Adıgözəlova” olması da, valideynlərinin soyadında “bəy” sözünün olmamasının göstəricisidir. Bir daha qeyd olunur ki, şəxsin soyadı bir qayda olaraq valideynlərinin soyadı və ya nikaha daxil olduqdan sonra ər (və ya arvadın) soyadı ilə müəyyən edilir ki, bu zaman soyadın kökünün eyni olması əsas şərtlərdən biridir. İddiaçının nə əvvəlki soyadında, nə də ki nikaha daxil olduqdan sonra soyadında “bəy” sözünün olması müəyyən olunmur.

11. Belə olan halda məhkəmə hesab edir ki, istər Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” xx.xx.1993-cü il tarixli Qərarının müddəalarına, istərsə də iddiaçının əvvəlki soyadına əsasən hazırda onun soyad sonluğunun “Süle ymanbəyli”yə dəyişdirilməsi mümkün deyil.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1417/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-13754/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Şikayətin dəlillərinə görə, “Süleymanova” soyadı ilə “Süleymanbəyli” soyadı 2 fərqli soyaddır, yəni 2 soyad təkcə soyad sonluğuna görə deyil, quruluşa görə fərqlidir. Süleymanbəyli sözü 2 sözün (Süleyman və bəy) birləşməsindən yaranmaqla, mürəkkəb sözdür. İşə baxan məhkəmə isə yanlış olaraq bu iddianı soyad sonluğunun dəyişdirilməsi kimi şərh etmiş və işə Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” xx.xx.1993-cü il tarixli Qərarını tətbiq etmişdir.

17. Lakin, bu işə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Qaydalarına uyğun olaraq baxılmalı idi. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmçinin, soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad və ya soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası vətəndaşları öz soyadını öz istəyinə əsasən müəyyən etdiyi başqa soyadla və ya öz soyadının sonluğunu başqa sonluqla dəyişdirə bilər.

18. Həmçinin, məhkəmə aktında qeyd edilmişdir ki, “soyad nəslən verilən ad olmaqla, şəxsin soyunu, nəslini müəyyən etmək məqsə dini daşıyır. “Süleymanbəyli” soyadı iki sözün (Süleyman və bəy) birləşməsindən yaranmaqla, mürəkkəb sözdür. Bəy sözü isə titul (bəy, xan) müəyyən edən sonluqdur. İddiaçının soyunda (nəslində) «bəy» sözünün onun soyu (nəsli) ilə hər hansı əlaqəsi olması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, istər Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” xx.xx.1993-cü il tarixli Qərarının müddəalarına, istərsə də iddiaçının əvvəlki soyadına əsasən hazırda onun soyad sonluğunun “Süleymanbəyli”yə dəyişdirilməsi mümkün deyil”.

19. Bu mülahizə ilə bağlı bildirilir ki, Azərbaycan Respublikasında bir çox insanlar öz soyadını “bəyli”, “bəyov” birləşməsi (və ya sözü) il ə bitən soyadlara dəyişdiriblər və indiki halda soyadın “Süleymanova”dan “Süleymanbəyli” soyadına dəyişdirilməsi üçün iddiaçıdan “bəy” nəslinə mənsub olmasına dair sübut tələb etmək tamamilə qanunsuzdur. Çünki, bu tələbin heç bir maddi hüquqi əsası yoxdur. Belə ki, “bəy” sözü titul kimi feodalizm və orta əsrlərdə feodalın - torpaq sahibinin adı kimi cəmiyyətin müəyyən təbəqəsini adlandırmaq üçün istifadə olunurdu. Artıq “bəy” sözü titul kimi öz qüvvəsini çoxdan itirib və kiminsə “bəy” nəslindən olması ona soyadını dəyişdirmək hüququ verirsə belə olan halda o digər şəxslərdən artıq hüquq və imtiyazlara malik olan şəxs kimi qəbul edilir, hansı ki bu mövqe şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunan bərabərlik hüququnun pozulmasına səbəb olur.

20. Həmçinin, qeyd edilməlidir ki, işə baxan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətində qeyd edilən bütün məqamlara münasibət bildirməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsi qəbul etdiyi Qərarda qeyd etmişdir ki, “Xüsusi ilə də qeyd olunmalıdır ki, iddiaçının əvvəlki soyadının “Adıgözəlova” olması da, valideynlərinin soyadında “bəy” sözünün olmamasının göstəricisidir. Bir daha qeyd olunur ki, şəxsin soyadı bir qayda olaraq valideynlərinin soyadı və ya nikaha daxil olduqdan sonra ər (və ya arvadın) soyadı ilə müəyyən edilir ki, bu zaman soyadın kökünün eyni olması əsas şərtlərdən biridir. İddiaçının nə əvvəlki soyadında, nə də ki nikaha daxil olduqdan sonra soyadında “bəy” sözünün olması müəyyən olunmur”.

21. Bu mülahizəyə iddiaçı tərəfindən apellyasiya şikayətində qeyd edilmişdir ki, şəx sin valideynlərinin və ya ər (və ya arvadın) soyadında “bəy” sözünün olmaması şəxsin öz soyadını “Süleymanbəyli” soyadı ilə dəyişdirmək üçün maneə ola bilməz. Belə ki, qeyd edilən məsələyə nümunə olaraq Azərbaycan Respublikası vətəndaşı X1 göstərmək olar (həmin şəxsin ŞV məlumatlarına dair elektron məhkəmə sistemindən screenshot apellyasiya şikayətinə əlavə olunmuşdur). Həmin şəxsin atasının adı Vidadi Əliyev, anasının adı isə Elmira İsmayılovadır. Göründüyü kimi həmin şəxsin atasının və anasının soyadında “bəy” sözü yoxdur, buna baxmayaraq Elçin Əlibəylinin soyadında “bəy” sözü var. İşə baxan apellyasiya instansiya məhkəməsi qəbul etdiyi Qərarda qeyd edilən məsələyə ümumiyyətlə münasibət bildirməmişdir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasının tələbini pozaraq qeyd edilən sonuncu məsələyə qərarda münasibət bildirməmiş, işə səthi yanaşmış, birinci instansiya məhkəməsinin əsaslandırması olduğu kimi apellyasiya instansiya məhkəməsinin qərarında təkrarlanmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respu blikası Mülki Məcəlləsi: Maddə

26. Ad hüququ Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 53.3....Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 26. “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993cü il tarixli, 495 №-li Qərarı Azərbaycan Respublikasının Milli Məclisi vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq qərara alır:

1. Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

2. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər.... 27. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmişdir):...

5. SOYAD SONLUĞUNA DƏYİŞİKLİK EDİLMƏSİ 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir....

6. ADİN, ATA ADİNİN VƏ SOYADİN DƏYİŞDİRİLMƏSİ 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.... 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.... 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məs ələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladl ığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir....

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

32. Məhkəmə kollegiyası şikayətin belə bir dəlili ilə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın m üddəalarını hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. 33. “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli Qərarına görə, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5-ci bölməsinə əsasən, “soyad sonluğuna dəyişiklik edilməsi” həmin bölmənin 5.1-5.10-cu bəndləri ilə tənzimlənir. Həmin normalarda isə “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının döv lət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli Qərarında təsbit olunmuş sonluqlardan fərqli hər hansı əlavə sonluq nəzərdə tutulmamışdır.

35. Apellyasiya instansiyası məhkəməsi də qərarında qeyd edir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Bu sahədə istinad olunan yeganə hüquqi akt hazırda da qüvvədə olan Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “- yev” sonluqlu soyadların dəyişilməsi qaydası dəqiq formada müəyyənləşdirilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya in stansiyası məhkəməsi iddia ərizəsinin ifadə tərzini və iddiaçının məhz iddia olunan məzmunda - İddiaçı soyadının “Süleymanova”dan “Süleymanbəyli” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini nəzərə almaqla mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6-cı bölməsinin (ADİN, ATA ADİNİN VƏ SOYADİN DƏYİŞDİRİLMƏSİ) müddəalarını tətbiq etməli idi. Belə ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli Qərarında soyadların dövlət dilinə uyğunlaşdırılmasına n ail olmaq üçün digər sonluqlu ifadə formalarının göstərilməməsi Azərbaycan Respublikası vətəndaşlarını öz soyadını qanunla müəyyən edilmiş hallarda və qaydada dəyişdirmək, mübahisə halında “soyadın dəyişdirilməsi” barədə tələb irəli sürmək hüququndan məhrum etmir.

37. Hazırkı işdə də iddiaçı öz tələbində məhz soyadın dəyişdirilməsini tələb edir.

38. İşin materiallarına görə, iddiaçının nikahdan əvvəlki soyadı “Adıgözəlova” olmuş, nikahdan sonra soyadını “Süleymanova”ya dəyişdirmişdir.

39. Yuxarıda qeyd edilən “Qaydalar”ın 6.3-cü bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol veri lir.

40. Hazırkı işdə “Qaydalar”ın 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş hallar yoxdur. 41. “Qaydalar”ın 6.3-cü bəndində nəzərdə tutulmuş istisnalar da (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması) hazırkı halda mövcud deyil: iddiaçı nikahdan əvvəlki soyadına qayıtmır və ya yeni nikaha daxil olaraq soyadını ərin soyadına dəyişmir.

42. Beləliklə, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin qərarı digər əsaslar üzrə düzgün olduğundan şikayət təmin edilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1417/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar