Məhkəmə qərarları › İş №2-1(102)-1989/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1989/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1989/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ahıl şəxsə qulluq etmə müddəti barədə DSMF orqanının nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş aktın hüquqi qüvvəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili (nümayəndəsi) X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Tə yinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1116/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür və Şəki şəhərində yaşayır. xx xxxxxx 2012-ci il tarixdə onun 52 yaşı tamam olmuşdur. 1979-1991-ci illərdə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda, 1992-1995 və 1997-ci illərdə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda tütünçü işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, onun təqdim etdiyi sənədlərə görə ümumi iş stajı 20 ildən azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı qızı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, müraciət etdiyi vaxtdan 3 il əvvəldən - xx.xx.2016-cı il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1979-1991-ci illərdə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda, 1992-1995 və 1997-ci illərdə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda tütünçü işləmişdir. Bu barədə əmək kitabçasında, X7 filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 173 saylı arayışda qeydiyyat aparılmışdır. Ailə qurmamış və xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək xx.xx.1932-ci il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan doğma anası X2 ilə bir mənzildə yaşamaqla, sonuncuya qulluq etmişdir. Bu barədə xx.xx.2019-cu il tarixli müayinə aktı tərtib olunmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizəsi cavabdeh tərəfindən təmin olunmamışdır. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, əmək kitabçasına və arxiv arayışına əsasən onun 17 il 4 ay tütünçü kimi güzəştli və ümumi so sial sığorta stajı vardır. Bundan əlavə xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 70 yaşdan yuxarı qoca anasına qulluq etdiyi müddət də nəzərə alınmaqla 20 ildən artıq ümumi sosial sığorta stajı yaranır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilərək, İddiaçı 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın inzibati orqana müraciət etdiyi vaxtdan əvvəlki 3 ilinin, yəni xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin XŞTİ-nin üzərinə qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçası ilə onun 17 il 4 ay ümumi stajı olması təsdiqlənir. Eyni zama nda işdəki xx xxxx 2019-cu il tarixli Aktla iddiaçının xx.xx.1932-ci il təvəllüdlü anası Eminə Mustafayevaya xx xxx 2002-ci ildən vəfat etdiyi tarixədək (xx.xx.2017-ci ilədək) qulluq etməsi müəyyən edilir. Bu müddətin xx xxxxxx 2006-cı ilədək olan hissəsini (3 il 7 ay) diqqətə aldıqda iddiaçının xx xxxxxx 2006-cı ilədək tələb edilən 20 illik ümumi əmək stajını topladığını qəbul etmək mümkündür.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1116/2020 nömrəli qərarı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və X.Cəmilova) cavabdehin apelyasiya şi kayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə görə, ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Deməli, şəhər (rayon) icra hakimiyyəti orqanlarının nüm ayəndələri tərəfindən tərtib olunmuş akt mötəbər hesab olunmalıdır. Digər tərəfdən, cavabdeh İdarənin nümayəndələri tərəfindən akt tərtib olunması bilavasitə inzibati orqanın vəzifəsidir. Onlar tərəfindən akt tərtib olunmamış, lakin bu səbəbdən apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi bu xüsusa diqqət yetirməmiş, inzibati orqanın üzərinə akt tərtib olunması barədə tapşırıq vermək əvəzinə, apelyasiya şikayətini təmin etməklə iddiaçının sosial təminat hüququnu pozmuşdur. Cavabdeh orqan iddiaçının anasına baxmasını təkzib edən bir sübut gətirməmiş, yalnız aktın tərtib edilmə müddətini mübahisə predmetinə çevirmişdir. Halbuki, iddiaçının təqdim etdiyi akt, onun mövcud olmuş hüquq münasibətini sübut edir. b. Kassasiya şikayətinə qarşı etirazlar

12. Kassasiya şikayətinə qarşı eti raz daxil ilmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir.

14. Cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

16. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində n əzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin iş lərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasın da işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70ə çatmış şəxslərə)qulluq edilməsi müddəti Maddə

30. Əmək pensiyasını təyin edən orqan 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensi yalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 17. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun: Maddə 13. “z” bəndi - kolxozlarda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan qadınlar - 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. 18. “Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli, 17 saylı Qərarı” ilə təsdiqlənmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyy ən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları» Bənd 3.3.3 - 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı və yaşı təsdiq edən sənəd. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Şöbələrin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur.

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 13cü maddəsinin “z” bəndinin birgə təhlilindən göründüyü kimi o qadınlara güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 52 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 20 il sığorta stajına malik olsun; bu müddətin azı 15 ilini kolxozlarda tütün ün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışmış olsun.

24. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normalarına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

25. İş materiallarından göründüyü kimi iddiaçı onun 1979-1991-ci illərdə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda, 1992-1995 və 1997-ci illərdə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda tütünçü işlədiyinə dair sübutları təqdim etmişdir. Bu dövrlər 20 ildən az olduğuna görə iddiaçı həm də onun 70 yaşdan yuxarı ahıl yaşlı anası X1 xx.xx.2002-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qulluq etməsi barədə Şəki şəhər İca Hakimiyyəti Başçısının Suçma kənd İcra nümayəndəsinin, Şəki rayo n Suçma Bələdiyyəsinin sədrinin və Dərəcənnət kənd sakinlərinin imzaları ilə təsdiqlənmiş xx.xx.2019-cu il tarixli aktı təqdim etmişdir.

26. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etməsinin səbəbini onunla izah edir ki, anasına qulluq etməsi barədə tərtib olunmuş akt qanuna uyğun tərtib olunmamışdır və bu səbəbdən anasına qulluq illərini sosial sığorta stajlına daxil etmək mümkün deyildir.

27. Apelyasiya instansiyası məhkəməsi cavabdehin irəli sürdüyü bu dəlilini araşdıraraq göstərmişdir ki, istər əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin d) bəndi, istərsə də, hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» qanunun 21.2.4-cü maddəsi 70 yaşına çatmış qocalara qulluq edilməsi müddətini iş stajına aid edilir.

28. La kin bu faktın təsdiqlənməsi (rəsmiləşdirilməsi) ilə bağlı xüsusi qayda müəyyənləşdirilmişdir (“«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.3.3-cü bəndi). Bu qayda ondan ibarətdir ki, 70 yaşına çatmış ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Şöbələrin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən müayinə aktı tərtib olunmalıdır.

29. İş materiallarında İddiaçı anası Eminə Mustafayevaya qulluq etməsini təsdiqləyən və yuxarıda adı çəkil ən normaların tələbinə uyğun olaraq səlahiyyətli orqanlar, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən qulluğun faktiki həyata keçirilməsi barədə tərtib edilmiş müayinə aktı yoxdur.

30. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının istinad etdiyi Şəki şəhər İHB Suçma kənd icra nümayəndəsi, Suçma Bələdiyyəsinin sədri və 4 nəfər Dərəcənnət kənd sakininin iştirakı ilə tərtib edilmiş xx xxxx 2019-cu il tarixli akt, müvafiq səlahiyyətli orqanlar (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri) tərəfindən rəsmiləşdirilməməsinə görə ümumi stajı təsdiqləyən müayinə aktı kimi qəbul edilə bilməz.

31. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Bu nəticə “Əmək pensiyaları haqqında” Qanunu n və “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın tələblərinə uyğundur.

32. Şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən tərtib olunmuş aktın mötəbər sübut kimi qəbul edilməli olduğu barədə kassatotun dəlilini məhkəmə kollegiyası əsassız sayır. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyən olunmuş və bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur. Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəl ir. Komissiya kollegiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF-nin nümayəndəsinin olmaması, bu komissiyanın səlahiyyətli olmamasına gətirib çıxarır. Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyğun hesab oluna bilməz. Həmçinin iddiaçının bu cür akt tərtib olunması üçün DSMF orqanına müraciət etməsi də müəyyən olunmur.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1116/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar