Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1989/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N9 aprel 2023-cü il tarixl i 2-N(N05)-88/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmişdir.
2. Cavabdeh 22 aprel 2022-ci il tarixli 4/3-45N4 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə MN-nin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2049 nömrəli arayışına əsasən xx.xx.N994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N992-ci ildə Şamaxı rayon hərbi komissarlığından həqiqi hərbi xidmət keçmək üçün çağırılmışdır. Əvvəlcə 730 №-li, daha sonra isə Ağdərə rayonunda yerləşən N №-li döyüş təyinatlı hərbi hissədə xidmət keçmişdir. Əvvəlcə “siravi”, daha sonra "çavuş” hərbi rütbəsi verilmiş, manqa komandiri vəzifəsində erməni təcavüzkarlarına qarşı Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iki dəfə ağır yaralanmış, ilk dəfə yaralanıb müalicə aldıqdan sonra təkrar döyüşlərə qatılmışdır. İkinci dəfə Ağdərə istiqamətində döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə yaralanaraq xəsarət almışdır. N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Uzun müddət hospitalda müalicə olunduğu üçün Müdafiə Nazirinin 2N nömrəli əmri əsasında hərbi komandirin xx.xx.N994-cü il tarixli əmri ilə siyahılardan çıxarılması ilə bağlı arxiv məlumatları mövcüddur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasını NN97 saylı xx.xx.20N0-cu tarxili 59 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlə r Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “a bəndi əsas götürülərək aldığı xəsarətin hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiq olunmuşdur. DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən aldığı xəsarətlərə görə iddiaçıya üçüncü qrup əlillik təyin edilmişdir.
5. Cavabdeh iddia ərizəsinə dair etiraz vermiş, etirazın dəlilləri imtina məktubunun məzmunu ilə eyni olmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini xahiş etmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2-N(NN8)2N86/2022 nömrəli qərarı (hakim V.Əzizova) iddia rədd edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şə xsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. İddiaçının tərxisi qanuna uyğun baş verməmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N9 aprel 2023-ci il tarixli 2-N(N05)-88/2023 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və G.Cabbarova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 26 av qust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının N və N nömrəli hərbi hissələrdə xidmət keçməsi hərbi bilet və arxiv arayışı ilə təsdiq olunduğundan və o, N və N nömrəli hərbi hissələrdə xidmət etdiyi dövrdə hərbi hissələr döyüş əməliyyatlarında iştirak etdiyindən, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni n N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normaları düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, müdafiə nazirinin katibliyi mərkəzinin arxivin xx.xx.2022-ci il tarixli 4/2-2049 nömrəli arxiv arayışına əsasən iddiaçının xx.xx.N994-cü il tarixdən sonra hərbi xidmə ti və qanuni əsaslarla ehtiyata buraxılma barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N9 aprel 2023-ci il tarixli 2-N(N05)-88/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şə xslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharib ə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə ol arkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiy yəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 16. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 202N-ci il 23 dekabr tarixli N5N3 nömrəli Fərmanı: N. N997-ci il avqustu n 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin:... N.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat;
17. İnzibati Prosessual Məcəllə: Maddə N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçını n arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəri lməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər in təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı ist inad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. İddiaçının hüquqi marağı hazırkı mübahisədə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə yönəlmişdir.
27. Bu qərarın N4-N6-cı bəndlərində göstərilən normaların məzmununa əsasən müharibə veteranı adı Azərbaycan Respub likasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
28. Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivini n xx.xx.2022-ci il tarixli 4/2- 2049 nömrəli arxiv arayışında, N MAT-un yoxlanması haqqında N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli N4 nömrəli əmrində iddiaçının adı döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin siyahısında qeyd edilmişdir.
29. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur.
30. Cavabdehin əsas dəlili iddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumatın aşkar edilmədiyi barədədir.
31. Cavabdehin təqdim etdiyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2- 2049 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçının uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə nazirinin 2N nömrəli əmrinə əsasən hərbi hissə komandirin in N noyabr N994-cü il tarixli NN0 nömrəli əmri ilə siyahıdan çıxarılması barədə məlumat vardır (əsas kitab N, səh.37, sıra 354, məlumatda MN-nin 2N nömrəli əmrinin verilmə tarixi qeyd edilməmişdir).
32. Göründüyü kimi, cavabdeh təsdiq edir ki, iddiaçı uzun müddət hospitalda müalicədə olmuşdur və hərbi hissənin siyahısından çıxarılma müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə həyata keçirilmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək xəsarət aldığına görə uzun müddət müalicədə olduğundan, bu səbəbdən müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə siyahıdan çıxarıldığından onun qanuni əsasla ehtiyata buraxılması baş vermişdir. Bu səbəbdən iddiaçının qanuni əsasla ehtiyata buraxılmadığı barədə cavabde hin dəlili əsaslı deyildir.
34. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.20N0-cu il tarixli, NN97 nömrəli qərarı ilə qərara almışdır ki, iddiaçının hərbi hissədə müayinə və müalicə olunduğu odlu silahla güllə yaralanması “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bundan sonra ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilmiş və 4400 manat məbləğində sığorta ödənişi edilmişdir.
35. Odur ki, iddiaçının xidmət etdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi, döyüş zamanı yaralandığından uzun müddət hospitalda müalicə aldığına görə müdafiə nazirinin əmri əsasında hərbi hissənin siyahısından çıxarılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəs i ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması, bu səbəbdən ona 4400 manat məbləğində birdəfəlik sığorta məbləği verilməsi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas olmuşdur. Bu səbəbdən cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, kasasiya şikayətinin dəlilləri əsassız, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
37. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin k assasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N9 aprel 2023-cü il tarixli 2-N(N05)-88/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.