Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-199/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: təyin edilmiş, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması; prokurorun əmək haqqına 2 aylıq məzüniyyət, müalicə və maddi yardım əlavələrin nəzərə alınması GİRİŞ HİSSƏ Hakimlər: 28.01.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X2 ibarət tərkibdə, Cavabdeh şöbənin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı təyin edilmiş, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması, prokurorun əmək haqqına 2 aylıq məzuniyyət, müalicə və maddi yardım əlavələrin nəzərə alınması haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 prokurorluq işçisi kimi, hər il məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı, ildə bir dəfə 2 aylıq əmək haqqı məbləğində verilən müalicə pulu, hər il əmək haqqının 2 qat həcmində verilən maddi yardım nəzərə alınmaqla, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim R.Məcidov; iş No 2-1(84)-727/2019) iddianın təmin edilməsi; cavabdeh şöbənin üzərinə iddiaçının mərhum atası X1 prokurorluq işçisi kimi hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən müalicə pulu, hər il əmək haqqının iki qat misli həcmində verilən maddi yardım nəzərə alın maqla, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanıb ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən G.Abbasov, hakimlər R.Şəfiyev və M.Hüseynov; iş No 2-1(107)506/2019) Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması; cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barəd qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apelly asiya instansiya məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh şöbənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərb aycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilm iş hallardan məlum olur ki, iddiaçı, mərhum atası C.Eldarovun prokuror işçisi kimi, hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən müalicə pulu, hər il əmək haqqının iki qat həcmində verilən maddi yardım nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh şöbədən xahiş etmiş, lakin sonuncu özünün xx.xx.2019-cu il tarixli **********2 nömrəli cavab məktubunda bundan imtina edərək bildirmişdir ki, ərizəçinin mərhum atasının uyğunlaşdırılmış 1.300 manat əmək haqqısı və 15% qulluq əlavəsi nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 20.8-ci maddələrinə istinadən 1.029,46 manat məbləğində pensiya hesablanaraq ödənilir. Qeyd olunan mükafatlar və yardı mlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün mərhum atasının həmin mükafat və yardımları alması barədə arayış təqdim edilməsi vacibdir. Arayış təqdim edildiyi təqdirdə əmək pensiyasının yenidən hesablanması məsələsinə baxıla bilər. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki,iddiaçının tələb etdiyi təminatlar prokurorluq işçisinin əmək haqqısının məcmusunu təşkil etdiyindən və pensiya qanunvericiliyində vəzifə üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması nəzərdə tutulduğundan cavabdeh inzibati orqan, həmin əlavələri iddiaçıya şamil etməməkdə haqlı olmamışdır. Cavabdeh inzibati orqan, həmin əlavələri iddiaçıya aid etməməkdə istinad etmişdir ki, iddiaçının mərhum atasının işlədiyi zaman həmin əlavələri alması barədə təsdiqedici sənəd təqdim etməmişdir. Lakin, qeyd olunan ödənişlərin prokurorluq işçilərinə verilməsi qanunvericilikdə birbaşa nəzərdə tutulmuş, bunun üçün hər hansı sənədin təqdim edilməsinə zərurət yoxdur. Bundan başqa, cavabdeh inzibati orqanın imtina məktubu və etirazı ilə müəyyən edilmişdir ki, iddiaçının mərhum atasının uyğunlaşdırılmış 1.300 manat əmək haqqısı və 15% qulluq əlavəsi nəzərə alınmaqla iddiaçının pensiyası yenidən hesablanmışdır. Göründüyü kimi, cavabdeh şöbə qulluq əlavəsini nəzərə alması ilə bağlı hərəkətləri ilə imtinasının dəlillərini təkzib etmişdir. Belə ki, iddiaçının atası qulluq əlavəsi kimi nəzərə alınmı ş 15% qulluq əlavəsini də almamışdır. Halbuki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə görə, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-2-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə təyin edilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8-1. bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında, 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmi n orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir Ona görə, cavabdeh İdarənin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmuş, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan 1ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş gəldiyi nəticə düzgündür, cavabde h şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-199/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-199/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver