Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-199/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1219/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.
2. İddiaçının təqdim etdiyi əmək kitabçasının qeydlərinə, Azərbaycan Respublikası Sumqayıt şəhəri “Mənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş 48 saylı, xx.xx.2010-cu il tarixli arayışa əsasən, o, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə qədər təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək İstehsalat Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə elektrik qaynaqçısı, xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək həmin sexdə 3-cü, 4-cü, 5-ci və 6-cı dərəcəli qaz qaynaqçısı, əl ilə elektrik qaz qaynaqçısı, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. Həmçinin, NZ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 3. “xxxx” ASC tərəfindən verilmiş 01-ZP/312 №-li, xx.xx.2019-cu il tarixli güzəştli arayışda qeyd edilir ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə e lektrik qaynaqçısı, xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə qaz qaynaqçısı, elektrik qaynaqçısı, əl ilə elektrik qaz qaynaqçısı işləmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. “xxxx” ASC-nin ATÜ/442 №-li, xx.xx.2015-ci il tarixli Əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 №-li Qərarının 35-ci fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. İddiaçının güzəştli pensiya üçün stajı 14 il 07 ay 17 gün təşkil edir. “xxxx” ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən İstehsalat Təmir m üəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx” ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ/032 №- li əmrinə əsasən, “xxxx” MMC “xxxx” MMC adlandırılmışdır. “xxxx” ASC-nin xx.xx.2005-ci il tarixli, AÜ/040 №-li əmrinə əsasən isə “xxxx” MMC adlandırılıb. X1 edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən “xxxx” ASC adlandırılıb.
4. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, **********9 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979cu ildən xx.xx.1980-ci ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə elektrik qaynaqçısı peşəsində işlədiyi dövrün, xx.xx.1980-ci ildən xx.xx.1982- ci ilə qədər keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu dövrün, xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə 3-cü, 4-cü, 5-ci və 6-cı dərəcəli qaz qaynaqçısı, əl ilə elektrik qaz qaynaqçısı peşələrində, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində 5-c i və 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə güzəştli iş stajı kimi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdən başlamışdır. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər keçmiş Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu il dən xx.xx.1980-ci ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə elektrik qaynaqçısı peşəsində, xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə 3-cü, 4-cü, 5-ci və 6-cı dərəcəli qaz qaynaqçısı, əl ilə elektrik qaz qaynaqçısı peşələrində, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci fəslində bilavasitə zərərli iş sahəsi hesab edilir. 57 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lak in cavabdeh ona imtina cavabı vermişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-840/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim: Ş.A.Həsənova) iddia təmin edilmiş, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək İstehsalat-Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə elektrik qaynaqçısı peşəsində işlədiyi, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə qədər keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu dövr, xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək İstehsalat- Təmir müəssisəsinin Qazan Avadanlıqları üzrə xüsusi sexdə 3-cü, 4- cü, 5-ci və 6-cı dərəcəli qaz qaynaqçısı, əl ilə elektrik qaz qaynaqçısı peşələrində, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» ilə güzəştli iş stajı kimi nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil və hə rbi xidmət dövrü də daxil olmaqla 28 il 0 ay 24 gün ümumi və 14 il 7 ay 10 gün güzəştli iş stajı olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.
11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1219/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V.M.Ağayev və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-840/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişd irilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzif ələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. Bundan əlavə, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər ə müvafiq surətdə təyin edilir.
17. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsi iddiaçıya pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tətbiq edilməli olmasını nəzərdə tutmur. Həmin maddə yalnız 2 şərtə/sığorta hadisəsinə münasibətdə tələblərin “Vətəndaşların pensiya təminatı haqqında” qanunu əsasında müəyyənləşdirilə biləcəyini ehtiva edir. Bunlar yaş və staj şərtləridir/sığorta hadisələridir (57 yaş və 25 il ümumi, 12.5 il güzəştli staj). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkə mə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı iştirak etmiş, lakin o, vəkillə təmsil olunmamışdır. Odur ki, işə iddiaçının çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlə rdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunver iciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır:.. ali məktəblərdə və orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantlar; Maddə 13 Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:.. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azə rbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayət i verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin q ərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya insta nsiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
30. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.
31. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunması üçün iki element mövcud olmalıdır: iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajı və azı 12 il 6 ay güzəştli iş stajı ta mamlanmalıdır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. 2 nömrəli Siyahı üzrə iddiaçının işlədiyi peşələr 33-cü bölmənin “qaz qaynaqçıları” (23200000—11620) və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (23200000—19906) peşələrinə uyğundur.
33. İşdən görünür ki, cavabdeh imtina məktubunda, eləcə də apelyasiya və kassasiya şikayətlərində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajının tamamlanmasını mübahisə etmir. Cavabdehin imtinasının əsasını iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi təşkil edir.
34. Məhkəmə kollegiyası iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə qiymət v erərkən apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya münasibətdə xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanun tətbiq edilir. Həmin qanuna əsasən isə pensiya təyin edilməsi üçün ümumiyyətlə pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləği nəzərdə tutulmamışdır.
35. Göründüyü kimi, iddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1219/ 2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.