Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-199/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prokurorluq işçisinə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması; Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli, 2-1(103)-1037/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.xxxx-ci il təvəllüdlüdür, 27 il 07 ay 18 gün prokurorluq orqanlarında xidmət etmişdir və ona 10.06.2005-ci il tarixindən yaşa görə pensiya təyin olunmuşdur.
2. İddiaçı 01.03.2018-ci il tarixində cavabdeh orqana müraci ət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinin nəzərə alınmaqla hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 18.12.2018-ci il tarixli **********5 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçı həmin əlavələrin xidmət keçdiyi dövr ərzində hesablanması barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan müvafiq arayış təqdim edə bilmədiyindən həmin əlavələr pensiya hesablanmasında nəzərə alına bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəmə müraciət edərək ona “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş müavinətlər hesablanaraq 2005-2018-ci illərdəki 161 təqvim ayı müddətində 01.11.2018-ci il tarixində ödənilməmiş 308879,19 manat fərqin iddiaçıya birdəfəlik ödənilməsi; 01.11.2018-ci il tarixindən məhkəmə qərarı icra olunduğu tarixə qədər 1918,5 manat hər aya vurulmaqla hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi və aylıq pensiya məbləğinin 3686,29 manat təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddət Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq edərək müxtəlif vəzifələrdə işləmişdir. Onun prokurorluq orqanlarında xidmət illəri 27 il 07 ay 18 gün müəyyən edilmişdir. 1 iyun 2005-ci il tarixdən ona yaşa görə əm ək pensiyası təyin edilmiş, DSMF Bakı şəhəri Nərimanov rayon Şöbəsi tərəfindən ona 1.767,79 manat məbləğində pensiya hesablanaraq ödənilir. Lakin pensiya təyin olunarkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu, 21.4-cü maddələri ona münasibətdə tətbiq edilməmiş və pensiya hüququ yarandığı vaxtdan bu günədək, yəni 161 ay pensiya tam məbləğdə ödənilməmiş və əmək pensiyası yenidən hesablanmamışdır. 2005-2018-ci illərdə 161 təqvim ayı müddətində pensiyanın ona ödənilmədiyi vəsaitin və təyin olunmalı aylıq pensiya məbləğinin hesablanması üçün iddiaçı tərəfindən "xxxx" MMC adlı müstəqil audit şirkətinə müraciət olunmuş və sonuncu ilə müqavilə imzalanmışdır. "xxxx" MMC-nin audit hesabatı (rəyi) ilə müəyyən edilmişdir ki, 2005-2018-ci ill ərdəki 161 təqvim ayı müddətində ona 01 oktyabr 2018-ci il tarixə ödənilməmiş pensiya məbləği 308.879,19 manat təşkil edir, aylıq pensiya məbləği isə 3.696,29 manat təyin edilmişdir. O, bununla bağlı cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon Şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanuna zidd olmuş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur.
6. İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun 29 iyun 2001-ci il tarixdə qəbul edilmiş, 31 iyul 2001-ci ildə dərc olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17/114 saylı 27.02.2018-ci il tarixli məktubuna əsasən 29 iyun 2001-ci il tarixli “Prokurorluq orqanları nda qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayrılmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. İddiaçının yenidən hesablama tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonraki artımı kimi nəzərə alınmalı olmasıdır. Cavabdehə görə, həmin əlavələr sonraki artım deyildir. Əmək pensiyası haqqında Qanunun 20.8-ci maddəsi pensiya sının “əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındaki sonraki artımların da diqqətinə alınacağını nəzərdə tutur. Demək ki, Qanun “orta aylıq məbləğ” və “sonraki artım” anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ” şəxsin pensiyaya çıxan andakı aylıq gəlirinin orta aylıq miqdarını, “sonraki artım” isə, orta aylıq məbləğini deyil, əmək haqqındaki artımı ifadə edir. Başqa sözlə, “orta aylıq əmək haqqı” anlayışı “əmək haqqının sonraki artımı” anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqı”na sonradan artması mümkün olmayan gəlirdən də daxildir. Bundan başqa, cavabdeh qeyd edir ki, işlədiyi müddətdə 20.9-cu maddədəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz. Bund an başqa, Qanunun 21.4-cü maddəsinə münasibətdə isə daha bir hal qeyd olunur ki, Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli Qərarı ilə”Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı” təsdiqlənmişdir. Siyahıda açıq şəkildə göstərilib ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Beləliklə, bu məbləğlər əmək haqqının sonraki artımı deyildirlər, əgər prokurorluq işçisi bu məbləği alıbsa, onda pensiyaya çixarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər, almayıbsa, həmin maddələrə istinad edilə bilməz. Həmçinin, qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasi Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına istinad etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2020 saylı 19.11.2020-ci il tarixli qərarı ilə (hakim Aytən Oruczadə) iddia tələbi qismən təmin edilərək, İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərə tutulan əlavə nəzərə alınaraq, pensiya məbləğinin yenidən hesablanması, 11 dekabr 2015-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, yalnız “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.4-cü maddəsində qeyd edilən əlavələr ödənilərkən onlardan məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. İddiaçın ın tələb etdiyi digər əlavələr isə məcburi dövlət sosial sığortasına cəlb edilmədiyindən həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 22.09.2021-ci il tarixli, 21(103)-1037/2021 nömrəli qərarına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Mirzə Tağızadə və Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-678/2020 nömrəli qərarının iddianın təmin edildiyi hissədə dəyişdirilməsi, İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan əlavənin 2001, 2002, 2003, 2004 və 2005-ci illər üzrə alındığı nəzərə alınaraq pensiyanın yenidən hesablanması və 11.12.2015-ci il tarixindən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğunda xidmət etdiyi dövrdə “Prokurorulq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş əlavələri yalnız 2001, 2002, 2 003, 2004 və 2005-ci illər üzrə almış və həmin əlavələr ödənilərkən onlardan məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.
13. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 22.09.2021-ci il tarixli, 2-1(103)-1037/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 22.09.2021-ci il tarixli, 2-1(103)-1037/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya instansiyası məhkəməsinin pensiya fərqinin son 3 il üçün ödənilməsi ilə bağlı mövqeyi Konstitusiya Məhkəməsi P lenumunun 22.05.2001-ci il tarixli qərarına ziddir və bu da iddiaçının Konstitusiyanın 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasına, eləcə də 38-ci maddəsinin 3-cü hissəsində təsbit olunan vətəndaşların sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olur. “Əmək pensiyaları haqqında” Qanuna 01.07.2017-ci il tarixində edilmiş dəyişikliklər Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından həmin dəyişiklik hazırkı işə münasibətdə tətbiq edilməməlidir. İddiaçı prokurorluq işçisi kimi 2005-ci ildə pensiya yaşına çatdığından və ona pensiya həmin dövrdə təyin edildiyindən, ona pensiya yenidən hesablanarkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 106-cı maddəsinin ikinci hissəsi nəzərə alınmalı, eləcə də “Əmə k pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinin 01.07.2017-ci il tarixinədək qüvvədə olan tələbləri tətbiq olunmalıdır. İddiaçıya pensiyanın ödənilməmiş fərqinin ödənilməsi 11.12.2015-ci il tarixindən deyil, məhz pensiya hüququnun yarandığı tarixdən, yəni 01.06.2005-ci il tarixindən hesablanıb ödənilməlidir.
16. Bundan başqa, Ali Məhkəmənin oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqe ondan ibarət olmuşdur ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə eyni statusda olan sabiq prokurorluq işçilərinə əmək pensiyası hesablanması məsələsində fərqli yanaşmaya yol vermişdir. Bununla, məhk əmə mübahisə edilən qərarla prokurorluq orqanlarında işləmiş və pensiyaya çıxmış şəxslər arasında ayrıseçkiliyə yol vermiş, bu da dövlətin sosial ədalət prinsipinin pozulmasına səbəb olmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
17. İddiaçıya pensiya təyin olunarkən onun 1993-1998-ci illər ərzində aldığı əmək haqqı əsas götürülmüşdür. Odur ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması zamanı 1993-1998-ci illər ərzində iddiaçının almış olduğu əməkhaqqının orta aylıq məbləği və həmin dövrlərdə əməkhaqqındakı sonrakı artımlar, yəni qanunvericiliyin müvafiq normaları ilə nəzərdə tutulan əlavə maddi-sosial təyinatlar nəzərə alınmalıdır. İddiaçı isə həmin dövrlərdə (1993-1998) mükafat və maddi yardım almamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı məhkəməyə təqdim etdiyi mülahizədə bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23.09.2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərardadının “şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər” müddəası fərziyyələrə əsaslanmaqla pensiya təminatı ilə bağlı işlərin qanunvericiliyə uyğun həll edilməsinə mənfi təsir göstərə bilər.
19. Yuxarıda qeyd edilən Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarına dair hakim Kamran Şəfiyevin xüsusi rəyində də qeyd edilir ki, “Əmə k pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulan üç illik məhdudiyyət normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməsi konstitusion prinsiplə yanaşı “qazanılmış hüquq” konsepsiyası baxımından da təhlil edilmiş və belə nəticəyə gəlinmişdir ki, bu prinsipin mənasına görə qəbul edilmiş yeni qaydalar əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni norma qüvvəyə mindikdən sonra yaranmış münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. 20. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə müəyyən edilən üç illik məhdudiyyət həmin dəyişiklikdən sonra pensiya almaq hüququ yaranan şəxslərə münasibət də tətbiq edilə bilər. “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik qüvvəyə minənə qədər (01.07.2017-ci il) pensiya almaq hüququ yaranan şəxslərin pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün müraciət etmə vaxtından asılı olmayaraq həmin norma onlara şamil edilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.14-cü maddəsinin 19.10.2007-ci il tarixinədək qüvvədə olan mətninə görə pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.
22. Həmin maddənin 19.10.2007-ci il tarixindən sonra qüvvədə olan redaksiyasına əsasən pensiyaya çıxmış prokurorluq işçi lərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
24. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
25. Həmin Qanunun 32.1-1-ci ma ddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq v əzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
27. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məva cibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.09.2021-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktya br 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan d igər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət e tmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər.
30. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Həmin Məcəllənin 58.7-ci mad dəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmi ş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
34. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
35. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
36. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan əlavəni 2001, 2002, 2003, 2004 və 2005-ci illər üzrə aldığını nəzərə alınaraq pensiyanın yenidən hesablanması və 11.12.2015-ci il tarixindən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur.
41. İddiaçının 2001-2005-ci illərdə sözügedən əlavəni alması iş materialları və məhkəmə araşdırmaları ilə öz təsdiqini tapsa da, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçıya pensiya təyin edilərkən onun 1993-1998-ci illər ərzində aldığı əmək haqqı əsas götürülmüşdür.
42. Odur ki, pensiyanın yenidən hesablanması zamanı da iddiaçının 1993-1998-ci illər ərzində almış olduğu əməkhaqqının orta aylıq məbləği və həmin dövrdə əməkhaqqındakı sonrakı artımlar nəzərə alı nmalıdır.
43. İddiaçı isə 1993-1998-ci illərdə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş əlavəni almamışdır. Belə ki, işin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, iddiaçı sözügedən əlavəni 2001-2005-ci illərdə almışdır.
44. Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 26-27-ci bəndlərində göstərilən qərarında qeyd olunmuşdur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
45. Beləliklə, göstərilənlərə əsasən sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
46. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya tə yin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir.
47. Hazırkı tələbə Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımdan yanaşdıqda məlum olur ki, iddiaçı öz arzusu ilə pensiya hesablanması üçün seçdiyi 1993-1998-ci illərdə göstərilən əlavələri almadığı üçün həmin əlavələrin pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir.
48. Bu hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının bir sıra qərarlarında da öz əksini tapmışdır (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 07.09.2021-ci il tarixli 2-1(102)-1312/2021 nömrəli, 22.06.2021-ci il tarixli 2-1(102)-1157/2021 nömrəli, 08.06.2021-ci il tarixli 2-1(102)-827/2021 nömrəli, 25.05.2021-ci il tarixli 2-1(102)1017/2021 nömrəli qərarları).
49. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı bu hissədə həm Konstitusiya Məhkəməsi Plenumunun, həm də oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, məhkəmə qərarı qismən – iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan əlavəni 2001, 2002, 2003, 2004 və 2005-ci illər üzrə aldığının nəzərə alınması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir.
50. İddiaçının kassasiya şikayətinə gəldikdə isə, kassatorun əsas dəlili belə olmuşdur ki, “Əmək pe nsiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə 01.07.2017-ci il tarixində edilmiş dəyişiklik iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından həmin dəyişikliyin hazırkı iş üzrə tətbiqi Konstitusiyanın 149-cu maddəsinə ziddir. Məhkəmə kollegiyası isə iddiaçının bu dəlilini əsassız hesab edir.
51. Belə ki, iddiaçının istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun 23.09.2021-ci il tarixli qərarında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin pensiya təyin edilməsi üçün 01.07.2017-ci il tarixindən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq edilməsi qadağan edilməmişdir. Plenumun mövqeyi belə olmuşdur ki, belə işlərdə iddiaçının 01.07.2017-ci il tarixindən sonra inzibati orqana müraciət etməsinin səbəbləri araşdırılmalı, məhkəmə tərəfindən yekun qərar araşdırmanın nəticəsi ndən asılı olaraq qəbul edilməlidir.
52. Hazırkı halda da apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə uyğun olmuşdur. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaransa da, iddiaçı hər hansı üzrlü səbəb olmadan pensiyanın yenidən hesablanması məqsədilə həmin tarixdən sonra inzibati orqana müraciət etmişdir.
53. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı almadığı əlavələrin pensiya hesablanmasında nəzərə alınmasını tələb edir. Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyindən isə görünür ki, iddiaçı bu tələbində haqlı deyil. Belə olan təqdirdə iddiaçı pensiyanın yenidən hesablanması barədə 01.07.2017-ci il tarixindən sonra mür aciət etməsinin üzrlü səbəblərini göstərsəydi belə, həmin əlavələr ona pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməzdi.
54. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti rədd edilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 22.09.2021-ci il tarixli, 2-1(103)- 1037/2021 nömrəli qərarı qismən - “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan əlavənin 2001, 2002, 2003, 2004 və 2005ci illər üzrə alındığının nəzərə alınması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 22.09.2021-ci il tarixli, 2-1(103)1037/2021 nömrəli qərarı qismən - “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.4-cü maddəsində nəzərdə tutulan əlavənin 2001, 2002, 2003, 2004 və 2005ci illər üzrə alındığının nəzərə alınması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 22.09.2021-ci il tarixli, 2-1(103)1037/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.