Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-199/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; malların statistik idxal dəyəri əsasında hesablanmış gəlir vergisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-307/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınaraq əsas fəaliyyət növü “geyimlərin pərakəndə satışı” olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, müraciətinə əsasən fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır.
2. Cavabdehin kameral vergi yoxlamasının nəticələrinə əsasən “Vergilərin sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********619200 nömrəli qərarı ilə iddiaçıya əlaqəli məlumatlara əsasən 2021-ci ilin dekabr ayı üzrə 18978,98 manat əlavə dəyər vergis i hesablanmış, xx.xx.2022-ci il tarixli, **********770700 nömrəli qərarı ilə iddiaçının 2021-ci il hesabat dövrü üzrə gəlir vergisinin 25400,68 manat olduğu müəyyən edilmiş, iddiaçı tərəfindən bəyannamə ilə hesablanmış 1539,63 manat çıxılmaqla 23861,05 manat əlavə gəlir vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********619200 nömrəli və xx.xx.2022-ci il tarixli, **********770700 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınaraq qısa müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh analoji qaydada 2021-ci ilin dekabr ayı üzrə 18978,98 manat əlavə dəyər vergisi, kameral qaydada 23861,05 manat məbləğində əsassız gəlir vergisi hesablamış, bununla bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********619200 nömrəli və xx.xx.2022-ci il tarixli, **********770700 nömrəli Qərarlar qəbul etmişdir.
5. Qeyd olunan qərarlar ləğv olunmalıdır. Belə ki, 2021-ci ilin iyul ayında Çindən ƏDV-li invoys dəyəri 124374,75 manat, eyni zamanda ƏDV-li statistik dəyəri 251378,13 manat təşkil edən maşın üçün müxtəlif bəzək aksessuarları və sair malları idxal edilmiş, pərakəndə-ticarət qaydasında onlar ın satışı aparılmış və xx.xx.2021-ci ildə o, sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmışdır.
6. Bundan sonra, əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatdan keçmək üçün xx.xx.2021-ci il tarixli, **********677900 nömrəli ərizə ilə vergi orqanına müraciət etmiş, müraciəti təmin olunaraq xx.xx.2021-ci il tarixdən əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmış və vergi orqanları ƏDV bəyannaməsinin birinci hesabat dövrünü 2021ci ildə sentyabr ayı müəyyən etmişdir. 2021-ci ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi xx.xx.2021-ci ildə təqdim olunmuşdur. Sahibkarlıq fəaliyyətini xx.xx.2021-ci ildə dayandırmağına baxmayaraq, cavabdeh tərəfindən heç bir məntiqə sığmayan bir addım atılmış, ona xx.xx.2022-ci ildə 2021-ci ilin dekabr ayı üçün “anoloji qaydada” 18978,98 manat məbləğində ƏDV hes ablanmışdır.
7. Bundan başqa, təqdim etdiyi xx.xx.2021-ci ildə 2021-ci il üçün cari, xx.xx.2022-ci ildə dəqiqləşdirilmiş “Gəlir vergisi bəyannaməsi” cavabdeh vergi orqanına təqdim olunmuş və 1539,61 manat gəlir vergisi hesablanaraq dövlət büdcəsinə ödənilmişdir.
8. Cavabdeh ona “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********910700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” bir məktub göndərmiş və heç bir əsas olmadan malların statistik qiyməti ilə invoys dəyəri arasındakı fərqi mənfəət kimi götürərək 6350,00 manat məbləğində (75% güzəşt nəzərə alınmaqla) kameral qaydada əlavə olaraq gəlir vergisi hesablanmasının nəzərdə tutulduğunu, yenidən dəqiqləşd irilmiş bəyannamə və ya izahat məktubu təqdim edilməsini tələb etmişdir. Vergi orqanının bu tələbinə xx.xx.2022-ci il tarixli, **********288500 nömrəli cavab məktubu ilə etiraz bildirilərək dəyərlərin yaranması haqqında tam ətraflı izahlar verilməsinə baxmayaraq 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən “Vergilərin sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********770700 nömrəli Qərar qəbul edilməklə 23861,05 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır.
9. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdi r. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanılmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
10. Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız və yalnız gömrük məqsədləri üçün istifadə olunur. Belə ki, idxal malların a münasibətdə malların maya dəyərinə həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin mallara sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. İdxal olunan mallara gömrük orqanları tərəfındən müəyyən olunan şişirdilmiş statistik dəyər o demək deyildir ki, vergi ödəyicisi minimum həmin məbləğə malı satmalıdır. Rəqəmlərdən aşkar şəkildə müəyyən olunur ki, gömrük orqanları malın üzərinə 100 % dəyər əlavə edib, hansı ki, mövcud bazar mühitində belə qiymətlərlə fəaliyyət mümkünsüzdür.
11. Həmçinin, iddiaçının satış dövriyyəsini təsdiq edən NKA sənədləri qaydasında olduğu halda, məsələyə gömrük orqanlarının gözü ilə yanaşılmışdır ki, bu da tam ədal ətsiz və qanunsuzdur. Əlavə olunan satış dövriyyəsinə aid NKA çekindən göründüyü kimi, onun tərəfindən satılan mallar qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmişdir.
12. Vergi orqanlarına dəfələrlə ayrı-ayrı sahibkarlar tərəfindən edilən sorğulara verilən cavablarda statistik dəyərin yalnız gömrük məqsədləri üçün olduğu qeyd olunmuşdur. Nümunə üçün sorğuya verilən cavab əlavə edilir. Digər tərəfdən, əvvəllər eyni məzmunlu müraciətlər Dövlət Vergi Xidmətinə təqdim olunduğu zaman şikayətlər təmin olunaraq əsassız hesablanmış vergilər ləğv edilsə də, onun müraciəti qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdehin etirazları:
13. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının uçot-baza məlumatlarına əsasən, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “geyimlərin pərakəndə satışı” olduğu, xx.xx.2021-ci il tarixdən ƏDV qeydiyyatına alındığı müəyyən edilmişdir.
14. İddiaçı tərəfindən 2021-ci il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə araşdırılması zamanı vergi ödəyicisinin 2021-ci ilin sonuna mal qalığının qalmadığı, 2021-ci il ərzində 213210,78 manat dəyərində (ƏDV-siz) (statistik dəyərlə) mallar (invoys dəyəri 86 207,40 manat (ƏDV-siz)) idxal edildiyi və təqdim edilmiş gəlir vergisi bəyannaməsində satış dövriyyəsinin 117 000,0 manat (ƏDV-siz) yəni statistik dəyərdən 96 210,78 manat az və xərclərində mal alışını 105 402,33 manat (ƏDV-siz), yəni invoys dəyərindən 19 194,93 manat çox göstərildiyi müəyyən olunmuşdur.
15. Bununla əlaqədar olaraq iddiaçıya vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********992800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq idxal edilmiş malların uçotunun invoys dəyəri ilə aparıldığını bildirməsinə baxmayaraq, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir.
16. Bu səbəbdən idxal zamanı gömrük orqanı tərəfindən müəyyən edilmiş malların gömrük dəyəri 213210,78 manat gəlir kimi, invoys dəyəri 86 207,40 manat xərc kimi nəzərə alınmaqla vergi orqanı tərəfindən Vergi Məcəlləsi nin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsinə 25400,68 manat vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli, **********770700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir.
17. Eyni zamanda, vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində 2021-ci ilin sonuna mal qalığının qalmadığı, 2021-ci il ərzində 213210,78 manat dəyərində (ƏDV-siz) (gömrük dəyəri) mallar idxal edildiyi, lakin təqdim edilmiş ƏDV bəyannamələrində satış dövriyyəsinin 107 772,03 manat (ƏDV-siz) göstərildiyi, təqdim edilmiş ƏDV bəyannamələri üzrə satış dövriyyəsinin (ilin sonuna mal qalığı qalmaması baxımından) 105438,75 manat az göstərild iyi müəyyən olunmuşdur.
18. Bununla əlaqədar olaraq iddiaçıya vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********268100 nömrəli “Bəyannamənin təqdim edilməsi haqqında “bildiriş-xəbərdarlıq” məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməli olduğu bildirilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq idxal edilmiş malların uçotunun invoys dəyəri ilə aparıldığını bildirməsinə baxmayaraq, müvafiq təsdiqedici sənədlər və ya cari əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 18978,98 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablan ması barədə” xx.xx.2022-ci il tarixli, **********619200 nömrəli Qərar qəbul olunmuşdur.
19. Həmçinin uçot baza məlumatlarının, bəyannamə göstəricilərinin və qarşılıqlı əlaqələrin təhlilinə əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə vergidən yayınma risklərinin olduğu, gəlir və xərclərinin uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmadığı müəyyən edilmişdir. Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən ünvan 1 ünvanında ümumi sahəsi 32 kv.m olan təsərrüfat subyektinin (obyektin kodu: **********-11001) xx.xx.2021-ci il tarixdə vergi orqanında uçota alındığı və xx.xx.2021-ci il tarixdə uçotdan çıxarıldığı, həmin obyektdə xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0011245 zavod nömrəli nəzarət kassa aparatının qeydiyyata qoyulduğu və x x.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarıldığı, həmin ünvanda ümumi sahəsi 5 kv.m olan təsərrüfat subyektinin (obyektin kodu: **********-11002) xx.xx.2021-ci il tarixdə vergi orqanında uçota alındığı və xx.xx.2021-ci il tarixdə uçotdan çıxarıldığı, müraciətinə əsasən fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırıldığı müəyyən edilmişdir.
20. Eləcə də, iddiaçı tərəfindən gömrük orqanına təqdim edilmiş yük gömrük bəyannamələrində Çin Xalq Respublikasından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə idxal olunmuş əmtəə nişanı məlum olmayan müxtəlif növ malların invoys dəyərinin 86207,40 manat olduğu bəyan olunmasına baxmayaraq, bu malların gömrük orqanı tərəfindən statistik dəyərinin 213 210,78 manat qiymətləndirilərək 20612,7 manat idxa l rüsumu, 38167,35 manat ƏDV məbləği və 2870,0 manat digər rüsum və vergilər hesablandığı müəyyən edilmişdir. Gömrük orqanına bəyan edilmiş məlumatlara əsasən fərdi sahibkar tərəfindən idxal olunmuş malların ümumi həcminin 141506,0 kq olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində idxal zamanı ödənilmiş 38167,35 manat (əsas məbləği 212040,85 manat) ƏDV məbləğlərinin tam olaraq əvəzləşdirildiyi, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2021-ci ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsində satış dövriyyəsinin 107772,03 manat (ƏDV-siz) göstərildiyi, təqdim edilmiş ƏDV bəyannamələri üzrə satış dövriyyəsinin (ilin sonuna mal qalığı qalmaması baxımından) 105438,75 manat az göstərildiyi müəyyən olunmuş, xx.xx.2022-ci il tarixdə təqdim edilm iş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir məbləğinin 117 000,0 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərdə malların dəyərinin 86.207,40 manat bəyan etməklə 2021-ci il üzrə 30792,60 manat gəlir əldə edilməklə Vergi Məcəlləsinin 102.1.30cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 830,0 manat gəlir vergisi məbləği hesablanmışdır.
21. Uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən fəaliyyətinin dayandırıldığı xx.xx.2021-ci il tarixədək nəzarət kassa aparatının dövrü hesabatının ümumi göstəricisinin 392 ədəd çek üzrə 127171,0 manat, orta hesabla bir çek üzrə satış məbləğinin 324,41 manat olduğu müəyyən olunmuşdur. Bu hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır.
22. Eyni zamanda, vergi ödəyicisi tərəfindən idxal edilmiş malların gömrük dəyərinə uyğun ödənilmiş ƏDV məbləği tam əvəzləşdirilmiş, gəlirlərin əldə edilməsində həmin malların invoys (faktiki) dəyəri ilə uçota alınmasını, bu dəyərə uyğun ticarət əlavəsi tətbiq olunmaqla gəlir vergisi bəyannaməsi təqdim etdiyini iddia edərək əvəzləşdirilmiş ƏDV məbləğindən az məbləğdə gəlir vergisi məbləği hesablamış və şəxsi hesab vərəqəsində süni olaraq yaradılmış artıq ödəmə məbləğini digər vergi öhdəlikləri ilə əvəzlə şdirərək dövlət büdcəsinə 1776,0 manat vergi məbləği ödənilmişdir.
23. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İddianın dəyişdirilməsi:
24. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddiaçının təqdim etdiyi 2021-ci ilin hesabat dövrü üzrə dəqiqləşdirilmiş sonuncu bəyannaməyə əsasən xx.xx.2023-cü il tarixli, **********667500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” yeni qərar qəbul etmiş, həmin qərarla iddiaçının 2021-ci il hesabat dövrü üzrə gəlir vergisinin yenidən 25400,68 manat olduğu müəyyən edilmiş, iddiaçı tərəfindən bəyannamə ilə hesablanmış 1078,23 manat çıxılmaqla 24332,45 manat əlavə gəlir vergisi hesablanmışdır.
25. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbini dəyişdirərək cavabdeh in xx.xx.2023-cü il tarixli, **********667500 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
26. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-570/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********667500 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından, o cümlədən cavabdehin iddiaya qarşı etirazından görünür ki, vergi orqanı iddiaçının dəlilləri ilə razılaşmayaraq Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən əlaqəli məlumat olaraq idxal olunmuş mallar ın gömrük dəyəri barədə Dövlət Gömrük Komitəsinin məlumatları əsas götürülməklə kameral vergi yoxlaması ilə iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun verginin hesablanması üçün qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malların faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən vergi hesablamışdır. Qanunvericiliyə əsasən, vergi orqanı gətirilmiş malların gömrük dəyərinə əsasən verginin hesablanmasında haqlı olmamışdır.
28. Cavabdeh apellyasiya şikay əti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. b) apellyasiya instansiyası məhkəməsində icraat
30. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-307/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyanın hüquqi mövqeyi ilə razılaşmışdır.
32. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
33. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda və apellyasiya şikayətində göstərilənlər təşkil edir.
34. Bundan əlavə, şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, prosessual hüquq normalarının tələbləri pozulmaqla işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş h allarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şər h olunur.... Maddə
95. Vergi ödəyiciləri Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.... Maddə
96. Vergitutma obyekti 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.... Maddə
97. Gəlir 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir....
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu nu sübut etməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsas landırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
41. Cavabdeh təsdiq edir ki, iddiaçı tərəfindən 2021-ci il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsinin ka meral vergi yoxlaması ilə araşdırılması zamanı vergi ödəyicisinin 2021-ci ilin sonuna mal qalığının qalmadığı, 2021-ci il ərzində 213210,78 manat dəyərində (ƏDV-siz) (statistik dəyərlə) mallar (invoys dəyəri 86 207,40 manat (ƏDV-siz)) idxal edildiyi və təqdim edilmiş gəlir vergisi bəyannaməsində satış dövriyyəsinin 117 000,0 manat (ƏDV-siz) yəni statistik dəyərdən 96 210,78 manat az və xərclərində mal alışını 105 402,33 manat (ƏDV-siz), yəni invoys dəyərindən 19 194,93 manat çox göstərildiyi müəyyən olunmuş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq idxal edilmiş malların uçotunun invoys dəyəri ilə aparıldığını bildirməsinə baxmayaraq, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilməmiş, bu səbəbdən idxal zamanı gömrük orqanı t ərəfindən müəyyən edilmiş malların gömrük dəyəri 213210,78 manat gəlir kimi, invoys dəyəri 86 207,40 manat xərc kimi nəzərə alınmaqla vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsinə 25400,68 manat vergi məbləği hesablanmışdır.
42. İddiaçı haqlı olaraq qeyd edir ki, cavabdeh vergi orqanlarına ayrı-ayrı sahibkarlar tərəfindən edilən sorğulara verilən cavablarda idxal olunan malların statistik dəyərindən yalnız gömrük məqsədləri üçün istifadə olunduğu qeyd olunmuşdur. Digər tərəfdən, əvvəllər eyni məzmunlu müraciətlər Dövlət Vergi Xidmətinə təqdim olunduğu zaman şikayətlər təmin olunaraq əsassız hesablanmış vergilər ləğv edilsə də, onun müraciəti təmin edilməmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin “İnzibati şik ayətin təmin edilməsi haqqında” **********325800 №-li, xx.xx.2021-ci il tarixli qərarında yuxarı vergi orqanı (şikayət instansiyası) təsdiq etmişdir ki, Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.
43. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh iddiaçıda mal qalığının olmadığını müəyyən etməklə yanaşı, iddiaçı tərəfindən invoysla əhatə olunan mallardan əlavə mal idxal və təqdim olunduğunu sübut edə bilməmiş, bunu mübahisələndirilən qərarında əsaslandırmamış, idxal zamanı gömrük orqanı tərəfindən müəyyən edilmiş malların statistik dəyəri ilə onların faktiki dəyəri arasındakı fərqi, - bunun üçün əsaslar olmadığı halda, - iddiaçının gəliri kimi nəzərə almaqla iddiaçının 2021-ci il hesabat dövrü üzrə gəlir vergisinin 25400,68 manat olduğu qənaətinə gəlmiş, iddiaçı tərəfindən bəyannamə ilə hesablanmış 1078,23 manat çıxılmaqla 24332,45 manat əlavə gəlir vergisi hesablamışdır.
44. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
45. İşdə iddiaçının 213210,78 manat məbləğində mal satışına dair hər hansı sübut yoxdur. Eyni ilə, cavabdehin mübahisələndirilən qərarında belə bir sübuta istinad yoxdur.
46. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
47. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(106)-307/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.