Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-199/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 qanuni nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: X4 verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı X1 qanuni nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarş ı “qəyyumu olduğu X1 adına olan ********** saylı telefonun X4 aktivləşdirilməsi üçün X4 verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 avqust 2024-cü il tarixli, 2-1(103)-2675/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 213 nömrəli, 14 noyabr 2016cı il tarixli “X2 qəyyum təyin edilməsi barədə” sərəncama əsasən, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli 2(006)-3849/2016 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və İddiaçı xx.xx.1997-ci il təvəllüdlü X1 qəyyumu təyin edilmişdir.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyi ASAN Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 24 yanvar 2020-ci il tarixdə verilmiş Elektron İmza üçün Sertifikatdan müəyyən olunur ki, X2 xx.xx.2020-xx.xx.2023-cü il tarixlər üçün ASAN İmza Sertifikatı verilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək qəyyumu olduğu X1 adına olan ********** saylı telefonun X4 aktivləşdirilməsi üçün X4 verilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin X4 verilməsindən imtina edilməsinə dair məktubu ilə İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci, 28.8-ci, 33.5-ci və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü, 20.2ci, 20.3-cü maddələrinə istinad edilməklə fəaliyyət qabiliyyəti olmayan oğlu X3 üçün X4 ve rilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qəyyumu olduğu X1 adına olan ********** saylı telefonun X4 aktivləşdirilməsi üçün X4 verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X2 qəyyum təyin edilmiş, onun adından hər hansı bir rəsmi işi görmək üçün (məsələn, bank əməliyyatlarını idarə etmək və nəzarət etmək, pensiya hesabına nəzarət, FİN kodu üzrə digər müraciətlər üzrə və bu kimi qəbildən olan işləri görmək üçün) X4 olması məcburiyyəti vardır. İddiaçı ASAN İmza Sertifikatı üçün Dövlət Vergi Xidmətinə müraciət etdikdə heç bir əsas olmadan imtina edərək imtina məktubu nda X6 zərurət olmadığını bildirmişlər. Halbuki, iddiaçı X1 qəyyumu olaraq təyin edilmiş, belə olan halda ona nəyin zəruri olub-olmadığına qərar vermək onun səlahiyyətindədir. Dövlət Vergi Xidmətinə isə belə bir səlahiyyət verilməmişdir. Dövlət Vergi Xidmətinin vəzifəsi vətəndaşın (bu halda müraciət edən qəyyum kimi onun) müraciəti əsasında ASAN İmza Sertifikatını verməkdir. Hər kəs hər hansı bir elektron imza, o cümlədən ASAN İmza Sertifikatı olmadan öz rəsmi işlərini görməkdən məhrum olur. Odur ki, hər hansı bir elektron imza, o cümlədən ASAN İmza Sertifikatı hazırda bir məcburiyyətdir. Cavab məktubunda onun qəyyum olduğu X1 adından hər bir əqdi imzalamaq səlahiyyəti olması bildirilsə də, iddiaçının ASAN İmza Sertifikatı müraciətindən imtina etməklə öz-özlərini inkar etmiş olurlar. İddia çı qəyyum olaraq bütün əqdləri imzalaya bildiyi halda, yalnız ASAN İmza Sertifikatını almaq əqdini imzalaya bilməməsi mümkün deyildir. ASAN İmza Sertifikatı bir dəfə üç il müddətinə verilmiş, hal-hazırda müddət bitdiyi üçün yeni sertifikat almaq tələb olunur. Üç il əvvəl ASAN imza verilməsi mümkün olduğu halda, sonradan verilməməsi qeyri-mümkündür. Ona görə də X4 verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “ASAN” İmza Sertifikatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ASAN Sertifikat Xidmətləri Mərkəzi tərəfindən imza sahiblərinə təqdim olunan, onu ide ntikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə Mərkəzin verdiyi kağız və ya elektron sənəddir. ASAN İmza Sertifikatı ilə əlaqədar məsələlər xx.xx.2004-cü il tarixli “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1.1.6-cı maddəsinə görə, Elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs nəzərdə tutulur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən imza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunması na cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı özü üçün deyil, fəaliyyət qabiliyyətini itirmiş övladı adından müəyyən əməliyyatların həyata keçirilməsi üçün “ASAN İmza Sertifikatı əldə etmək məqsədilə vergi orqanına müraciət etmişdir. Bu baxımdan şəxsin həmin sertifikatın əldə olunması ilə bağlı mülki hüquq fəaliyyət qabiliyyətinin olmamasına məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Bundan əlavə, “Elektron imza və elektron sənəd h aqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü maddəsinin müddəalarına əsasən imza sahibi qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə sertifikat Sertifikat xidmətləri mərkəzləri tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qanunvericiliyin sadalanan normalarının təhlili onu deməyə əsas verir ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır və həmin əqdləri qəyyum öz imzası ilə imzalayır. Bu baxımdan qəyyumun öz adına ASAN imza sertifikatı alaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlunun adından əqdləri imzalaya bilmək imkanı olduğu halda, fəaliyyət qabiliyyəti olmayan oğlunun adına vətəndaş tipli X4 verilməsi üçün müraciətini icra etmək mümkün olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(112)-4120/2024 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilərək İddiaçı qəyyumu olduğu X1 adına olan ********** nömrəli mobil nömrəyə X4 verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının qəyyumu olduğu fəaliyyət qabiliyyəti olmayan oğlu da, “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə etmək, ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsindən yararlanmaq hüququna malikdir və bu hüquqlarının realizəsi üçün onun fərdi indentifikasiya nömrəsi ilə “Elektr on Hökumət” portalında qeydiyyatdan keçərək həmin virtual məkanın imkanlarından istifadə zamanı X6 malik olması zəruridir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 avqust 2024-cü il tarixli, 21(103)-2675/2024 nömrəli qərarı ilə (hakimlər S.Səlimova - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, qanunverici fiziki şəxslərə elektron imza sertifikatının verilməsindən imtinanın əsaslarını, fəaliyyət qabiliyyəti olmayan şəxs üçün belə imzanın onun qəyyumunun adına verilməli olması şərtini müəyyən etməmişdir. Cavabdeh iddiaçının qəyyumu olduğu oğlunun bu hüququnun təmin edilməsini istisna edən norma kimi, əsaslandığı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, istinad edilən norma imperativ deyil, dizpozitiv xarakter daşımaqla imza alarkən fəaliyyət qabiliyyəti olub, imza aldıqdan sonra vəfat edən və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirən şəxslərə şamil edilə bilər.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edil məsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassator şikayətində “Elektron imza haqqında” Qanunun 20.2 və 20.3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, imza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır ki, hazırkı halda iddiaçının qəyyumu olduğu N.İddiaçı fəaliyyət qabiliyyəti olmadığı üçün onun müvafiq vasitələrdən istifadə etmək qabiliyyəti də istisna olunur. Həmçinin qeyd edilmişdir ki, Qəyyumun öz adına Asan İmza sertifikatı alaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlunun adından əqdləri imzalaya bilmək imkanı olduğu halda, fəaliy yət qabiliyyəti olmayan oğlunun adına vətəndaş tipli X4 verilməsi üçün müraciətini icra etmək mümkün olmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllə: Maddə
28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti... 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Maddə 33.5. Qə yyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. 17. “Elektron imza və elektron sənəd haqqında” Qanun: Maddə 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir: 1.1.1.Verilənlər - informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiya; 1.1.4.Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.6.Elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs; 1.1.8.Elektron imza yaratma məlumatları - elektron imza yaratmaq üçün istifadə edilən və ancaq imza sahibinə bəlli ol an kod və ya kriptoqrafik açardan ibarət təkrarolunmaz verilənlər; Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Maddə 5.1. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Maddə
14. Sertifikatın ləğv edilməsi 14.1. Sertifikat aşağıdakı hallarda Mərkəzlər tərəfindən ləğv edilə bilər:... 14.1.4.imza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə;... Maddə 20.2. İmza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır. Maddə 20.3. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.
18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) də yişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkə mə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olun malıdır.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı qəyyumu olduğu oğlunun adına X4 verilməsinə yönəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının qəyyumu olduğu fəaliyyət qabiliyyəti olmayan oğlu da, “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə etmək, ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsindən yararlanmaq hüququna malikdir və bu hüquqlarının realizəsi üç ün onun fərdi indentifikasiya nömrəsi ilə “Elektron Hökumət” portalında qəyyumunun müraciəti əsasında qeydiyyatdan keçərək həmin virtual məkanın imkanlarından istifadə zamanı X6 malik olması zəruridir.
25. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən irəli gələrək apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir.
26. İlk öncə qeyd edilməlidir ki, Asan imza ilə bağlı məsələlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
27. Hazırkı qərarın 17-ci bəndində qeyd olunan həmin Qanunun müvafiq maddələrindən görünür ki, imza sahibi ilk öncə imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır.
28. İşdən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 213 nömrəli, 14 noyabr 2016-cı il tarixli “X2 qəyy um təyin edilməsi barədə” sərəncama əsasən, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli, 2(006)-3849/2016 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və İddiaçı xx.xx.1997-ci il təvəllüdlü X1 qəyyumu təyin edilmişdir.
29. Belə ki, iddiaçının qəyyumu olduğu N.İddiaçı fəaliyyət qabiliyyəti olmadığı üçün onun müvafiq vasitələrdən istifadə etmək qabiliyyəti də istisna olunur.
30. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 14.1.4-cü maddəsinindən görünür ki, imza sahibi imza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə sertifikat ləğv edilə bilər.
31. Həmin Qanunun 1.1.6-cı maddəsinə görə elektron imza sahibi - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir.
32. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən isə imza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır
33. Bundan əlavə qeyd edilməlidir ki, Mülki Məcəllənin hazırkı qərarın 16-cı bəndində qeyd olunan müddəalarından da aydın olur ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır və həmin əqdləri qəyyum öz imzası ilə imzalayır.
34. Belə olan halda, iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlunun adından əqdləri imzalaya bilmək imkanı olduğu halda, fəaliyyət qabiliyyəti olmayan oğlunun adına vətəndaş tipli X4 verilməsi zərurətin olmaması barədə cavabdehin imtinası qanuni və əsaslı sayılmalıdır.
35. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia təmin olunmamalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 avqust 2024-cü il tarixli, 21(103)-2675/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.