Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1990/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı “əsassız tutulmuş vergi məbləğinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 fevral tarixli 21(103)-622/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxara q aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2017-ci il 7 fevral tarixdə “xxxx” ASC-də olan hesabından 591 manat məbləğində pul çıxararkən ondan 5,91 manat məbləğində vergi tutulmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 5,91 manat məbləğində pulun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - VM) 220.12-ci maddəsinə istinadla hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulduğunu bildirərək həmin vəsaitin qaytarılmasından imtina etmişdir. İddiaçı 2017-ci il 29 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə ondan tutulmu ş 5,91 manat məbləğin geri qaytarılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi norma pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə sadələşdirilmiş vergi üzrə vergi ödəyiciləri və vergitutma obyektini müəyyən etmədiyindən, ondan tutulmuş məbləğ VM-in 12.1-ci maddəsinin tələbləri baxımından müəyyən edilməmiş vergi hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən isə, müəyyən edilməyən vergini ödəmək heç kəsin borcu deyil və qanunla nəzərdə tutulmuş əsaslar olmadığı üçün heç kəs bu vergini ödəməyə məcbur edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 may tarixli 2-1(81)-2707/2017 nömrəli qərardadı i lə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 29 iyun tarixli 2-1(103)-1605/2017 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 19 sentyabr tarixli 2-1(102)-1686/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 29 iyun tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ondan tutulmuş 5,91 manat məbləğin geri qaytarılması üzrə müvafiq rəyin verilməsi, habelə həmin məbləğin ge ri qaytarılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il 23 noyabr tarixli 2-1(103)2734/2017 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 may tarixli qərardadı ləğv edilmiş, iş iddianın mümkünlüyü şərtlərinin yenidən yoxlanılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 2018-ci il 19 mart tarixli 2-1(81)1261/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıdan tutulmuş 5,91 manat məbləğin geri qaytarılması öhdəliyi qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 iyul tarixli 2-1(103)-1547/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 mart tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 noyabr tarixli 2-1(102)-2033/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 iyul tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 fevral tarixli 2-1(103)-622/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehdən düzgün tutulmamış verginin qaytarılmasını o halda tələb edə bilərdi ki, inzibati orqanın qanunla üzərinə düşən müvafiq öhdəliyi mövcud olsun. Hazırkı halda cavabdehin belə öhdəliyi yoxdur. Məhkəmənin qərardadı iddiaçıya 2019-cu il 18 mart tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2019-cu il 27 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Lakin məhkəmə nədənsə Ali Məhkəmənin qərarlarını özü üçün məcburi hesab etməmiş və göstərişlərini nəzərə almamışdır. Mümkünlük məsələsinin yenidən yoxlanılması üçün hər hansı yeni əsas meydana çıxmış olmadığından və cavabdehin şikayətində mümkünlük məsələsinə heç bir şəkildə toxunulmuş olmadığından, məhkəmənin mümkünlük məsələsinə yenidən baxması, üstəlik, Ali Məhkəmənin qərarını nəzərə almadan, tamamilə o qərarın əleyhinə olan bir qərardad qəbul etməsi çox kobud qanun pozuntusudur. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” nəzərə alınsa bel ə, yenə də, iddianın mümkünsüz sayılması üçün hər hansı əsas mövcud deyil. Belə ki, həmin Qaydaların 3.1-ci bəndində göstərilir ki, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Qaydaların 5.1.4-cü bəndi ilə büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılması vergilərin büdcəyə daxil olmasını təmin edən orqanların üzərinə qoyulmuşdur. İddiaçı da cavabdehə qeyd olunan qaydalara uyğun olaraq artıq ödənilmiş verginin qaytarılması ilə bağlı ərizə ünvanlamış və imtina cavabı almışdır. Qaydaların məhkəmənin istinad etdiyi bütün digər bəndləri cavabdeh və digər dövlət orqanları tərəfindən yerinə yetirilməli olan hərəkət ləri ehtiva edir. Halbuki, cavabdeh müraciəti qəbul etdikdən sonra hər hansı başqa prosessual tədbirlər həyata keçirilməli idisə, həmin hərəkətlərin həyata keçirilməməsinə görə iddiaçı məsuliyyət daşımır və onlar iddiaçının müraciətinin mümkünsüz sayılması üçün əsas ola bilməz. Cavabdeh tərəfindən müraciətə mahiyyəti üzrə cavab verilmiş, hər hansı formal tələbə riayət olunmaması barədə məlumat verilməmişdir. Bu da onu göstərir ki, cavabdeh də iddiaçının müraciətinin prosessual baxımdan qanunauyğun olduğunu qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanma sını xahiş etdilər. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Həmin normanın tələbinin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığına dair iddiaçının dəlili əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə 2018-ci il 28 noyabr tarixli, 21(102)-2033/18 nömrəli Qərarında qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsaslandırmasından, iddiaçının cavabdehə ünvanlanmış müraciətindən və iddiaçının məhkəmələrdə verdiyi izahatlarından məlum olur ki, iddiaçı VM-in 87-ci maddəsinin müddəalarına uyğun olaraq vergilərin qaytarılmasını xahiş etməmişdir. İddiaçı hesab edir ki, ondan verginin tutulması qanunvericiliyin tələblərinə uyğun olmamışdır və cavabdehin bununla bağlı hərəkətlərini mübahisələndirmişdir. Y əni iddiaçı verginin tutulmasının hüquqi əsaslarını mübahisələndirmişdir. Bu halda isə iddia tələbinin hüquqi əsasını VM-in artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması qaydaları təşkil etmir. Çünki həmin maddənin tətbiqi o halı nəzərdə tutur ki, vergilərin ödənilməsinin və yaxud hesablanmasının hüquqi əsası düzgün olmuş, lakin ödənilmiş və yaxud tutulmuş məbləğlərin kəmiyyət göstəriciləri artıq olduğundan, artıq məbləğlə bağlı məsələ müxtəlif qaydada nizamlanmışdır. Bununla isə məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, apellyasiya məhkəməsinin iddianın mümkünlüyü ilə bağlı apardığı qiymətləndirmə qanunvericiliyin tələblərinə uyğun deyil. İddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti, həmçinin aşağ ıdakılara görə əsaslı hesab edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsinin müddəalarına əsasən (iddiaçının cavabdehə müraciət etdiyi 2017-ci il 8 fevral tarixdə qüvvədə olan redaksiyada), inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər (4.1). İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur (4.2). İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir (4.3). Həmin Qanunun 33.1-ci maddəsinə əsasən, ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul e dilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən, ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. İşdən göründüyü kimi cavabdeh müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olubolmadığını müstəqil şəkildə müəyyən edərək, ərizəni başqa inzibati orqana göndərməməklə iddiaçının müraciətinə baxmaqda özünü səlahiyyətli hesab etmiş, müraciətə mahiyyəti üzrə baxaraq müraciətin təmin olunmasından imtina etmişdir. Beləliklə, iddiaçının hüququnun ca vabdeh tərəfindən pozulmadığına, buradan, cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmadığı səbəbi ilə iddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı deyil. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 fevral tarixli 2-1(103)-622/2019 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev Əsli ilə düzdür: Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-1990/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1990/2019
25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver