Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1990/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRAR Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili Cavid Əhmədovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fo ndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablanıb, yaranmış fərqin birdəfəyə ödənilməsi cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-506/2020 nömrəli iş üzrə 23.07.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 15.12.1963-cı il tarixdə Lerik rayonunun Şingədulan kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçi rir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı 52 yaşdan, yəni 15.12.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə yenidən hesablanıb, yaranmış fərqin birdəfəyə ödənilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15.12.1963-cü il təvəllüdlü, hərbi bileti əsasında 1982-1984-cü illərdə hərbi xidmət dövrünə və 1981-ci ildən hazıradək sığorta stajına əsasən güzəştli pensiya hüququ verən sahələrdə (dəniz neftçisi) əmək f əaliyyətindədir və bu səbəbdən də ona 52 yaşından güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Bu pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən hesablanmalı olduğu halda, həmin maddənin - “güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını toplamış şəxslərə pensiya əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir” - tələbi pozulmuşdur. Belə ki, 12.04.1990-cı ildən hazıradək işlədiyi peşə "əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-İi siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş əlavənin Xİİ a) bəndində 2130100a13590 kodu ilə qazma qurğularının maşinistləri - kimi öz əksini tapmışdır. Bu faktı SOCAR-ın arxiv arayışı da təsdiq etməkdədir (əlavə olunur). Həmçinin Azərbaycan Respublikası DSMF-nin məktubunda 9.8-ci maddənin açıqlamasının aydın faktlarını da məhkəmə prossesi zamanı istifadə etmək və DSMF-nin Nərimanov rayon şöbəsinin əməkdaşlarına sitat olaraq göstərmək üçün ərizəsinə əlavə edib. Lakin bütün qeyd etdikləri əsaslarla ƏƏSMN yanında DSMF-nin Nərimanov rayon şöbəsinə poçt tərəfindən göndərdiyi rəsmi müraciətinə qanunla müəyyən olunmuş vaxt ötsə də, hec bir cavab almamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin 03.05.2019 -cu il tarixli,2-1(82)-1352/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı İsfəndiyar Ağayar oğluƏkbərovun güzəştli şərtlə yaşa görə əmək pensiyasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələblərinə uyğun 52 yaşdan, yəni 15.12.2015-ci il tarixdən 2004-2005-ci illərin əmək haqqları cədvəllərinə əsasən təyin etməklə yenidən hesablanıb, yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiy a məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 5.1, 9.1, 9.8, 31.1, 32.1, 32.1-1 və 37.7-ci maddələrinə, Azərbaycan Respublikası 01.08.1997-ci ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cü, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndinə ə saslanaraq iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri staja malik olmaqla yanaşı, həm də buna əsas verən peşələrdə işləmişdir. Ona güzəştli şərtlərlə pensiya təyin edilərkən, həmin dövrdə qüvvədə olmuş və onun vəziyyətini yaxşılaşdıran qanunvericilik normaları tətbiq olunmalıdır. Hazırkı halda qanunvericiliklə hüquqi vəziyyəti yaxşılaşdırmayan normaların geriyə tətbiqi qadağan olunsa da, cavabdeh dövlət orqanı bu tələbə zidd olaraq iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bak ı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınə (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi)ərizə ilə müraciət edərək məhkəmə aktından apelyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin06.08.2019-cu il tarixli,2-1(103)-1828/2019 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsi tərəfindən verilmiş müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi, birinci instansiya məhkəməsi03.05.2019-cu il tarixli 2-1(81)-1352/2019 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması və apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddadın kasasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2019-cu il tarixli,2-1(102)3166/2019nömrəli (hakimlər İlqar Dadaşov - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və Sevda Hüseynova) qərarı ilə iş üzrə apelyasiya instansiya məhkəməsinin 06.08.2019-cu il tarixli, 2-1(103)-1828/2019 saylı qərardadının ləğv edilməsi, iş cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin apelyasiya şikayətinə mahiyyəti üzrə b axılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Apelyasiya instansiyası məhkəməsinin 27.02.2020-ci il tarixli,2-1(103)-506/2020 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Valeh Ağayev) qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən apelyasiya instansiyası məhkəməsinə apelyasiya şikayətinə əlavə ilə müraciət edərək iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan, yəni 15.12.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyinatı sığorta stajı və fərdi hesabına toplanılan pensiya kapitalı əsas götürülməklə aparılmışdır. Əmək pensiyasının orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması qaydası 01 yanvar 2010-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklə qüvvədən düşmüş və həmin dəyişikliyə əsasən Qanunun 27-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək (2006-cı il yanvarın 1-dək) sığortaolunanın qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər iki ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən Qanunun 9-cumaddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın 01.01.2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əsası götürülməklə hesablanmasını müəyyən edir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının 15.12.2015-ci ildə əmək pensiyası hüququnun yarandığı vaxt əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma artıq qüvvədən düşmüşdür. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni 15.12.2015-ci ildən 2004-2005-ci illərin əmək haqları cədvəllərinə əsasən təyin edilməklə yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. Apelyasiya instansiyası məhkəməsinin 23.07.2020-ci il tarixli, 2-1(103)-506/2020 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Valeh Ağayev) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, birinci instansiya məhkəməsinin 21(81)-1352/2019 saylı, 03 may 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinəəsaslanaraq qeyd etmişdir ki, iddiaçının 15.12.2015-ci ildə əmək pensiyası hüq uqunun yarandığı vaxt əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma artıq qüvvədən düşmüşdür. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni 15.12.2015-ci ildən 2004-2005-ci illərin əmək haqları cədvəllərinə əsasən təyin edilməklə yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir olduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,onun 12.04.1990-cı ildən hazıradək işlədiyi peşə «Əmək şəraiti zərərli və ağır olan işlər də çalışanlara yaşa, qocalığa görə güzəştli sərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-İi siyahı»sının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 nömrəli əlavənin Xİİ a) bəndində 2130100a13590 kodu ilə qazma qurğularının maşinistləri - kimi öz əksini tapmışdır. Odur ki, «Əmək pensiyaları haqqına» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş mətninin 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətdən asılı olmayaraq ödənilir. Eyni zamanda əvvəllər qüvvədə olmuş qanunvericiliyə (maddə 67-ci və d) bəndləri) əsasən hərbi xidmət və əyani təhsil dövrü də iş stajına daxil idi. Lakin bütün qeyd olun an əsaslar apelyasiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olmaqla nəzərə alınmamış. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın 01.01.2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əsası götürülməklə hesablanmasının, yəni iddiaçıya pensiya təyinatının sığorta stajı və fərdi hesabına toplanılan pensiya kapitalı əsas götürülməklə hesablanmasını vurğulanmışdır. Halbuki, iddiaçının 15.12.2015-ci ildə əmək pensiya hüququnun yarandığı vaxt əmək pensiyası qanunvericiliyində pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma qüvvədən düşsə də, iddiaçıya güzəştli sərtlərlə yaşa görə əmək pensiyasının məhz, “Əmək pensiyaları haqqında” Azərbaycan Res publikası Qanununun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni 15.12.2015-ci ildən 20042005-ci illərin əmək haqları cədvəllərinə əsasən təyin edilməklə yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə, yaşa görə güzəştli sərtlərlə pensiya hüququ ya istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli sərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzif ələrin və göstəricilərin 2 nömrəli Siyahısı”ları (AR Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Bundan başqa, ƏƏSMN yanında DSMFnin Nərimanov rayon şöbəsinə poçt tərəfindən göndərdiyi rəsmi müraciətinə qanunla müəyyən olunmuş vaxt keçsə də heç bir cavab almamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 23.07.2020-ci il tarixli, 2-1(103)-506/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən m addi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin 23.07.2020-ci il tarixli 2(103)-506/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkilnın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin 23.07.2020-ci il tarixli 2(103)-506/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir Məhkəmə iclasında i ştirak edən cavabdehin vəkili C.Əhmədov ilk öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi artıq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi adlanması barədə məlumat vermişdir, daha sonra kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23.07.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.07.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23.07.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, onun 12.04.1990-cı ildən hazıradək işlədiyi peşə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli sərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-İi siyahı»sının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 nömrəli əlavənin Xİİ a ) bəndində 2130100a13590 kodu ilə qazma qurğularının maşinistləri - kimi öz əksini tapmışdır. Odur ki, «Əmək pensiyaları haqqına» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş mətninin 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətdən asılı olmayaraq ödənilir. Eyni zamanda əvvəllər qüvvədə olmuş qanunvericiliyə (maddə 67-ci və d) bəndləri) əsasən hərbi xidmət və əyani təhsil dövrü də iş stajına daxil idi. Lakin bütün qeyd olunan əsaslar apelyasiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olmaqla nəzərə alınmamış. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın 01.01.2006-cı ilədək qüvvədə olan qanunvericilik n ormaları əsası götürülməklə hesablanmasının, yəni iddiaçıya pensiya təyinatının sığorta stajı və fərdi hesabına toplanılan pensiya kapitalı əsas götürülməklə hesablanmasını vurğulanmışdır. Halbuki, iddiaçının 15.12.2015-ci ildə əmək pensiya hüququnun yarandığı vaxt əmək pensiyası qanunvericiliyində pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma qüvvədən düşsə də, iddiaçıya güzəştli sərtlərlə yaşa görə əmək pensiyasının məhz, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni 15.12.2015-ci ildən 2004-2005-ci illərin əmək haqları cədvəllərinə əsasən təyin edilməklə yenidən hesablanmalıdır. Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə, yaşa görə güzəştli sərtlərlə pensiya hüququ ya istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli sərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”ları (AR Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Bundan başqa, ƏƏSMN yanında DSMF-nin Nərimanov rayon şöbəsinə poçt tərəfindən göndərdiyi rəsmi müraciətinə qanunla müəyyən olunmuş vaxt keçsə də heç bir cavab almamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 52 yaşının tamam olduğu vaxtdan, yəni 15.12.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyinatı sığorta stajı və fərdi hesabına toplanılan pensiya kapitalı əsas götürülməklə aparılmışdır. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunu qəbul edilməzdən əvvəl qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, o rta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Göründüyü kimi, yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna 5 olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyiş ikliklə əsasən, əmək pensiyasının orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması qaydası 01 yanvar 2010-cu il tarixdən qüvvədən düşmüşdür. Qeyd edilən qanuna edilmiş dəyişikliyə əsasən, yəni Qanunun 01 yanvar 2010-cu il tarixdən qüvvədə olan 27-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək (2006-cı il yanvarın 1-dək) sığortaolunanın qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə alınır. Bununla yanaşı Azərbaycan Respubli kası «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın 01.01.2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əsası götürülməklə hesablanmasını müəyyən edərək hesab edir ki, iddiaçının 15.12.2015-ci ildə əmək pensiyası hüququnun yarandığı vaxt əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını t ənzimləyən norma artıq qüvvədən düşmüşdür. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 23.07.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.07.2020-ci il tarixli, 21(103)-506/2020 nömrəli q
Məhkəmə qərarları › İş №2-1(102)-1990/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1990/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver