Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1990/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəhid statusu barədə arayışın verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra cavabdeh) qarşı “X4 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Naxçıv an Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(108)-15/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxx N-cü ildə doğulmuşdur.
2. Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 5 fevral 2002-ci il tarixli, 02 nömrəli ölüm haqqında akt qeydində hərbi xidmətdə olan X4 N-cü ildə Murovdağda kəllə nahiyəsindən İV dərəcəli güllə yaralanması ilə kəskin qanitirmə nəticəsində vəfat etdiyi və ölüm faktını təsdiq edən sənəd qismində Şərur Rayon Mərkəzi Xəstəxanasının 5 fevral 2002-ci il tarixli ölüm arayışı göstərilmişdir.
3. Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 4 oktyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X4 N-cü ildə Murovdağda kəllə nahiyəsindən İV dərəcəli güllə yaralanması ilə kəskin qanitirmə nəticəsində vəfat etdiyi göstərilmişdir.
4. Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli Naxçıvan Muxtar Respublikası Şərur Rayon Cəlilkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 yanvar N-cü il tarixli kitabının 2-ci səhifəsində olan nikah haqqında çıxarışdan məlum olur ki, X2 Gülbəniz Aydın qızı ilə evlənmişdir.
5. Şərur Rayon X14 tərəfindən X10 verilmiş 10531 nömrəli vəsiqəyə görə vəsiqəni təqdim edən şəxsin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanunda göstərilən güzəşt və imtiyazlardan istifa də etmək hüququ vardır. 6. 22 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən N-cü il tarixdə ölmüş X4 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 01 nömrəli Fərmanına uyğun olaraq ödəniləcək vəsaitdən ibarətdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən iddiaçıya ünvanlanan 8 fevral 2019-cu il tarixli məktubda qeyd edilir ki, X1 N-cü ildə N nömrə li hərbi hissədə müalicədə olması ilə əlaqədar arxiv sənədlərində hər hansı bir qeyd aşkar edilməmişdir.
8. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanan 20 noyabr 2018-ci il tarixli məktubda qeyd olunur ki, N saylı hərbi hissə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmədiyindən X5 hansı şəraitdə ölməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda hər hansı məlumat yoxdur və həmin məsələnin aydınlaşdırılması adıçəkilən prokurorluğun səlahiyyətinə aid deyil. 4 oktyabr 2018-ci il tarixli, 598378 nömrəli ölüm haqqında şəhadətnamənin surətində X4 ölümünün səbəbi “Güllə yaralanması, kəllə nahiyəsindən”, öldüyü yer “Murovdağ” göstərilmişdir. X7 N saylı hərbi hissənin tərkibində xidmət etdiyi təqdirdə onun hansı şəraitdə kəllə nahiyəsindən güllə xəsarəti alması və hərbi xidmət vaxtı həlak olması ilə bağlı məlumatların əldə edilməsi üçün həmin hərbi hissəyə, yaxud Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə, həmin faktla bağlı cinayət işi və ya araşdırma materialının olub-olmamasını müəyyənləşdirmək üçün isə hadisənin baş verdiyi yer üzrə hərbi prokurorluğa müraciət edilməli olduğu göstərilmişdir.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 13 aprel 2019-cu il tarixli məktubda qeyd olunur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar N-cü il tarixli, 10 nömrəli qərarının 1.2.5-ci yarımbəndinə əsasən Azərbayca n Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. - Şərur Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(110)-655/2019 nömrəli qərardadından görünür ki, İddiaçı “hüquqi faktın müəyyən olunması” tələbi ilə məhkəmədə iddia qaldırmış, məhkəmənin 2(110)-655/2019 nömrəli qərardadı ilə “hüquqi faktın müəyyən olunması” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilmişdir.
10. Həmçinin iş materiallarına əlavə edilmiş qəzet səhifələrində X4 N-cü ildə könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollandığı, həmin vaxt həlak olduğu və N-cü il iyul ayının 15-də Şərur şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunduğu göstərilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 27 fevral 2020-ci il tar ixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar Ncü il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur. X4 N nömrəli hərbi hissədə xidmət keçməsi və həlak olması barədə dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə və Gəncə Şəhər 3 nömrəli Xəstəxanasına sorğular edilməsinə baxmayaraq, heç bir təsdiqedici cavab alınmamışdır. Təkrar araşdırmalar zamanı N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixdən may N-cü il tarixədək olan əmrlərində heç bir məlumat aşkar edilmədiyindən X6 “Şəhid” statusunun veril məsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı 4 may 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası X9 1993-cü ildə Şərur Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin tərkibində Murovdağ ətrafında gedən döyüşlərdə həlak olmuş və Gəncə şəhərində 40 (qırx) naməlum əsgərin dəfn olunduğu Şəhidlər Xiyabanında torpağa tapşırılmış, sonradan babası Pirqulu Əliquliyevin xahişi ilə Naxçıvan Muxtar Respublikasına gətirilərək Şərur şəhərindəki Şəhidlər Xiyabanında d əfn edilmişdir. İddiaçı qeyd edir ki, atasının şəhid olması barədə arayışın verilməsi müraciətinə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən əsassız cavab verilmiş, bunlar azmış kimi Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 21(087)-68/2019 saylı sərəncamına 02 iyul 2019-cu il tarixli, 729 nömrəli arayışla digər inzibati orqanın cavabdeh qismində tanınması tövsiyə edilmiş, yəni bu məsələnin ədalətli həllində maraqlı olmamışdır. Halbuki, məhz bu inzibati orqanın verdiyi sənədlər əsasında onun Şərur Rayon 2 saylı Dövlət Notariat Kontorunun 22 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində həm vərəsəlik, həm də atasının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda h əlak olması faktı öz təsdiqini tapmış, “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına uyğun olaraq digər şəhid ailələri kimi ona da kompensasiya ödənilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh tərəf bu halları nəzərə almamış, yəni işin məhkəmədə mübahisələndirilməsi zərurəti yaranmışdır.
14. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 12 may 2020-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin əvvəllər apard ığı araşdırmalara əsasən X9 N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısında qeydiyyatdan keçməmişdir və onun ölümü haqqında N nömrəli hərbi hissədə heç bir məlumat yoxdur. Dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğular edilməsinə baxmayaraq, heç bir müsbət cavab alınmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixdən may N- cü il tarixədək olan əmrlərində təkrar araşdırmalar zamanı heç bir məlumat aşkar edilmədiyindən X4 N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirakı barədə təsdiqedici sənəd olmadığı üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Şəhid” statusunun verilməsi mümkün deyildir.
15. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 9 iyun 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, mərhum X9 11 may 1991-ci il tarixdə Şərur Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. X1 həlak olması barədə xidmət etdiyi hərbi hissədən və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsindən arayış və ya bildiriş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə daxil olmamışdır və tərxis olunması barədə heç bir məlumat yoxdur.
16. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən məhkəməyə ünvanlanan 22 iyun 2020-ci il tarixli məktubdan qeyd edilmişdir ki, X4 ailə üzvlərindən heç k əs şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilən şəxs kimi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda deyil. Həmin şəxsin istər dövriyyədə, istərsə də dövriyyədən çıxarılan hər hansı bir sənədi Mərkəzdə mövcud deyil.
17. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən məhkəməyə ünvanlanan 01 iyul 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə arxiv sənədləri yalnız 2003-cü il tarixdən hal-hazırki dövrə qədər saxlanılmış, 2003-cü ilə qədər olan arxiv sənədləri isə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmişdir. Odur ki, Şərur rayonu Mahmudkənd kənd sakini, X1 N-cü ildə N nömrəli hərbi hissədə xidmət etməsi barədə onlarda olan arxiv sənədlərində heç bir məlumat olmadığından h ər hansı bir arayış və ya əmrdən çıxarış verə bilmirlər.
18. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 7 oktyabr 2020-ci il tarixli, 9/2-9974 nömrəli məktubundan aydın olur ki, N nömrəli hərbi hissə komandirinin mart-dekabr 1993-cü il, yanvar-dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1993-N-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X9 barəsində məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissənin 1993-Ncü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
19. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim X11, 2-1(122)52/2020 saylı iş) 28 dekabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
20. Birinci instansiya məhkəmə si iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən bu məsələ ilə bağlı dəfələrlə araşdırma aparılmışdır. Lakin X1 N saylı hərbi hissənin tərkibində xidmət etməyi, döyüşdə iştirakı və hansı şəraitdə kəllə nahiyəsindən güllə xəsarəti alması, xidməti vəzifələrin icrası zamanı həlak olması barədə hərbi hissədə, o cümlədən Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində heç bir məlumat aşkarlanmamışdır. Cavabdeh inzibati orqan “Şəhid” statusu barədə arayışın verilməsindən qanunvericiliyin tələbinə əsasən imtina etməkdə haqlı olmuşdur.
21. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
22. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X18-məruzəçi, X16 və X3, 2-1(108)-15/2021 saylı iş) 12 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının tərəfindən verilmiş şikayət təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
23. Apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasının əsası kimi qeyd etmişdir ki, iş üzrə iddiaçının hüquqlarının pozulması əsaslandırılmamışdır.
24. İddiaçı 3 sentyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
25. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının anası X10 Şərur rayon X14 tərəfindən “Şəhid adı nın əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən 10531 nömrəli vəsiqə verilsə də, onlar bu hüquqdan heç vaxt istifadə edə bilməmişlər. Şəhid ailəsi kimi nə iddiaçıya, nə anasına dövlət tərəfindən aylıq müavinət, eyni zamanda şəhid ailəsinə verilən Prezident təqaüdü verilməmişdir (sorğu edilib araşdırıla da bilər). Bir sözlə 11000 manat istisna olmaqla şəhid ailəsi kimi hər hansı bir hüquqdan istifadə edə bilməmişlər. Şəhid ailəsinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü (aylıq 500 manat) ala bilmir, heç vaxt da almamışlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda göstərilmiş hüquq lardan istifadə edə bilmirlər. Bütün bu hallar olduğu halda məhkəmə necə nəticəyə gələ bilər ki iddiaçının hüququm pozulmayıb və ya iddiaçı həmin hüquq pozuntusunu əsaslandıra bilməmişdir.
26. İddiaçının atası X9 1993-cü ildə Şərur rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və Murovdağ ətrafında gedən döyüşlərdə həlak olmuş və Gəncə şəhərində 40 (qırx) naməlum əsgərin dəfn olunduğu Şəhidlər Xiyabanında torpağa tapşırılmış, sonradan babası Pirqulu Əliquliyevin xahişi ilə Naxçıvan Muxtar Respublikasına gətirilərək Şərur şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
27. Cavabdehin verdiyi sənədlər əsasında Şərur Rayon 2 saylı Dövlət Notariat Kontorunun 22 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə iddiaçının vərəsəlik hüququ tanınmış, həm də atasının “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olması faktı öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına uyğun olaraq digər şəhid ailələri kimi iddiaçıya kompensasiya ödənilmişdir.
28. Qərarı qəbul edən məhkəmə nəzərə almır ki, ölüm haqqında şəhadətnamədə açıq-aydın yazılır ki, iddiaçının atası N-cü ildə Murovdağda kəllə nahiyəsindən İV dərəcəli güllə yaralanması ilə kəskin qanitirmə nəticəsində vəfat etmişdir. İddiaçının anası X10 Şərur rayon X14 tərəfindən “Şəhid adını n əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən 10531 nömrəli vəsiqə verilmişdir. Atasının şəhid olması barədə kütləvi informasiya vasitələrində də məlumatlar getmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 30. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun Maddə
1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir... Maddə
2. Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.N-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1.1 Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş q aydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: (-); 1.2.4-cü bənd. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. 4.1-ci bənd. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının Ncü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Niz amnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. 4.2-ci bənd. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir.
32. İnzibati Prosessual Məcəllə (İPM): 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları to plamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallar da, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı qətidir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərt lərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
34. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələ bi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
35. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, iddianı mümkün saymayarkən iddianın hansı mümkünlük şərtlərinə cavab vermədiyini qərardadda əsaslandırmamışdır.
37. İddiaçı cavabdehə müraciət edərək mərhum atası X4 şəhid statusu alması üçün şəhid statusu barədə arayışın verilməsini xahiş etmiş, cavabdeh bundan imtina etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
38. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikası Şərur Rayon X14 tərəfindən X10 verilmiş vəsiqəyə və 22 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad edərək iddiaçının hüquqlarının pozulmadığını bildirib iddianı mümkün saymamışdır.
39. İddiaçının şikayətinin dəlillərinə görə anasına vəsiqə verilsə də, o güzəşt və imtiyazdan istifadə etməmiş, şəhid ailəsi kimi dövlət tərəfindən nə ona, nə də anasına müavinət, Prezident təqaüdü verilməmiş, 11.000 manat istisna olmaqla şəhid ailəsi kimi hər hansı hüquqdan istifadə etməmişlər.
40. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
41. İddiaçının istinad etdiyi işin 16-cı səhifəsində olan Naxçıvan Muxtar Re spublikası Şərur Rayon X14 tərəfindən X10 verilmiş 10531 nömrəli vəsiqənin surətində vəsiqəni təqdim edən şəxsin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququnun olması qeyd edilmişdir.
42. İddiaçı G.A.Rzayevanın onun anası olduğunu bildirmişdir.
43. Apelyasiya instansiyası məhkəməsi G.A.Rzayevanın həqiqətən iddiaçının anası olmasını və iddiaçının anasının adına verilmiş 10531 nömrəli vəsiqənin mövcud olmasını müəyyən etməmiş, vəsiqənin hansı sənədlər əsasında verilməsini yoxlamamış, vəsiqənin hüquqi qüvvəyə malik olmasını, hüquqi qüvvəyə malik deyilsə, hansı sənədlər əsasında vəsiqənin hüquqi qüvvəsinin olmamasını, bununla bağlı inzib ati orqanların hər hansı qərarının olub-olmamasını, həmçinin vəsiqə hüquqi qüvvəyə malik olduğu halda, şəhid statusu barədə arayışın verilməsindən cavabdehin imtinasının səbəblərini müəyyən etməmişdir.
44. İddiaçının anasına məxsus 10531 nömrəli vəsiqə etibarlı olduğu halda, onun atası N.P.Əliquliyevin şəhid statusu alması üçün arayışın hansı məqsədlə iddiaçıya lazım olması, bundan sonra iddiaçının subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir.
45. Bundan başqa, iddiaçının dəlilinə görə 11.000 manat sığorta haqqı ödənilmişdir. 46. 22 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində qeyd edilir ki, N-cü il tarixdə ölmüş X4 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respubli kası ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 01 nömrəli Fərmanına uyğun olaraq ödəniləcək vəsaitdən ibarətdir. 47. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Resp ublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. Birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilib.
48. Fərmanın 5-ci bəndində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırılmışdır ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafiz ə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
49. Apelyasiya instansiyası məhkəməsi X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına salınmasını və siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsini araşdırmamış, iddiaçının atasına münasibətdə Fərmanın tətbiq edilib-edilməməsini, G.A.Rzayevaya birdəfəlik ödəmənin ödənilm əsini yoxlamamışdır.
50. İddianın əsaslılığı ilə bağlı həm də qeyd edilməlidir ki, iddia mümkün hesab edildiyi halda aşağıdakı hallar məhkəmə tərəfindən araşdırılmalıdır.
51. İşdə olan sənədlərdə, o cümlədən cavabdehin məktublarında iddiaçının atasının şəhid statusuna malik olmadığı bildirilmişdir, apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən məlumatlarla (şəhidlik vəsiqəsi, birdəfəlik ödəmənin aparılması) bağlı cavabdehin mövqeyini öyrənməli, G.A.Rzayevanın şəhid ailəsi statusuna malik olubolmaması müəyyən edilməlidir.
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.N-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəh adətnamə əsasında təsdiq olunur.
53. N.P.Əliquliyevin ölüm haqqında şəhadətnaməsində N-cü ildə Murovdağda kəllə nahiyəsindən İV dərəcəli güllə yaralanması ilə kəskin qanitirmə nəticəsində öldüyü qeyd edilmişdir.
54. Bundan başqa, ölüm haqqında həkim şəhadətnaməsində N-cü ildə ölməsi, ölüm yeri Murovdağ, ölümün səbəbi güllə yaralanması, kəskin qanitirmə və donma göstərilmiş, Şərur rayon Hərbi Komissarlığının arayışında isə N-cü ildə Murovdağ döyüşlərində erməni işğalçılarına qarşı şəhid olması yazılmışdır.
55. Bəhs olunan sübutlar əsasında N.P.Əliquliyevin ölüm səbəbi müəyyən edilməli, bundan asılı olaraq sübutlara qiymət verilməlidir.
56. Apelyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından iddiaçının kasasiya şikayəti qismən təmin olunmalı, a pelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, apelyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən İPM-in 96.5.2-ci maddəsinə əsasən iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iddianın təmin olunması hissəsində şikayət təmin edilməməlidir.
57. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(108)15/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Naxçıvan Ali Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.