Məhkəmə qərarları › İş №2-1(102)-1991/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1991/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1991/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Vəkillər Kollegiyasının X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Vəkillər Kollegiyasının üzvlüyündən xaric etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili və nümayəndəsi X11, cavabdeh X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (bundan sonra iddiaçı) cavabdeh X4 (bundan sonra cavabdeh) qarşı “cavabdehin kollegiyanın üzvlüyündən xaric edilməsi” barədə iddia tələbinə, cavabdehin iddiaçıya qarşı “cavabdehin kollegiyanın üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət edilməsinə dair iddiaçının x xxxxx 2016-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi, iddiaçıdan ona dəymiş maddi ziyan kimi x xxxxx 2016-cı il tarixindən hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilən tarixə kimi hesablanmaqla aylıq 800 manat, mənəvi ziyan kimi 10.000 manat pul vəsaitinin tutulması” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)873/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi T.Qoldman 2(102)5228/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli məktubla Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edərək, Bakı şəhəri 16 saylı Hüquq Məsləhətxanasının vəkilicavabdehin hərəkətlərinə qanunvericiliyə müvafiq qiymət verilməsini xahiş etmişdir.

2. Məktubda bildirilmişdir ki, iddiaçılar X12, X6 və Hacıyeva Könül Rəşid qızının cavabdehlər “xxxx” MTK, X7, X10 və X5 qarşı ümumi birgə payların satılmasından əldə edilmiş gəlirin hərənin öz payına uyğun bölünməsi və sair tələblərə dair ilk, “xxxx” MTK və digərlərinin X8 və başqalarına qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)6013/15 saylı, xx xxxxxx 2015-ci il tarixli qərardadlarından “xxxx” MTK və iş üzrə digər iştirakçılar tərəfindən verilmiş kasasiya şikayətlərinə baxılması xx xxxxxx 2015-ci il tarixə təyin edilmişdir. Kasasiya şikayətləri üzrə işə həmin tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri T.A.Qoldman (sədrlik edən), Ə.M.Rüstəmov və İ.K.Dəmirovdan ibarət tərkibdə baxılan zaman cavabdeh “xxxx” MTK və digərlərinin vəkili M.Baxışov məhkəmə prosesində özünü ədəbsiz aparmış, vəkil etikasını pozmuş, Ali Məhkəmənin rəhbərliyi və işə baxan hakimlərə qarşı təhqiramiz ifadələr işlətmiş, Ali Məhkəmənin sədri haqqında böhtan xarakterli sözlər söyləmişdir. Vəkil M.Baxışov ədalət mühakiməsinə açıq-aşkar hörmətsizlik etməklə, hakimlərin şərəf və ləyaqətini təhqir etmişdir. Onun çıxışı təhqiredi ci, hədə-qorxu xarakteri daşımışdır. Həmin gün tərəfimizdən iki eyni tarixli qərardaddan verilmiş kasasiya şikayətlərinə baxılmış, birinci qərardaddan verilmiş kasasiya şikayəti üzrə çıxarılmış qərardan narazı qalan vəkil M.Baxışov təhqiredici formada digər qərardaddan verilmiş kasasiya şikayəti üzrə çıxış etməkdən imtina etmiş, bununla da vəkil etikasını kobud şəkildə pozmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu maddəsinə əsasən, hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə m əsuliyyətə səbəb olur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsinə görə, vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5228/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli saat 15:40-da başlanılmış məhkəmə iclasının protokolunda qeyd edilmişdir ki, “cavabdeh “xxxx” MTK və digərlərinin vəkili M.Baxışov qərar elan edildikdən sonra vəkil etikasını pozmuş, özünü ədəbsiz aparmış, Ali Məhkəmənin rəhbərliyi və işə baxan hakimlərə qarşı təhqiramiz ifadələr işlətmiş, Ali Məhkəmənin sədri haqqında böhtan xarakterli sözlər söyləmişdir. M.Baxışov iddiaçı tərəfin Ali Məhkəmənin sədri R.Rzayevi müalicə edən diş həkimi olduğunu, bununla əlaqədar onların xey rinə qərar qəbul olunduğunu qeyd etmişdir. Vəkil M.Baxışov ədalət mühakiməsinə açıq-aşkar hörmətsizlik etməklə, hakimlərin şərəf və ləyaqətini təhqir etmişdir”.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5228/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli saat 15:55-də başlanmış məhkəmə iclasının protokolunda qeyd edilmişdir ki, “cavabdeh “xxxx” MTK-nın sədri X7 və vəkili M.Baxışov təhqiredici formada kasasiya şikayəti üzrə çıxış etməkdən imtina edirlər”.

5. Azərbaycan Respublikası Vəkillər X1 x xxxxx 2016-cı il tarixli qərarına əsasən M.Baxışovun Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, onun vəkillik fəaliyyətinin dayandırılması, M.Baxışovun x xxxxx 2016-cı il t arixədək bağladığı müqavilələr üzrə icraatında olan işlərin başa çatdırılmasına icazə verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi T.Qoldman Bakı şəhəri 16 saylı hüquq məsləhətxanasının vəkili M.Baxışovun barəsində 2(102)-5228/15 saylı, xx xxxxxx 2015-ci il tarixli məktubla Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət etmişdir. Məktubda göstərilmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə kasasiya şikayətləri üzrə işə baxılarkən, Bakı şəhə ri 16 saylı hüquq məsləhətxanasının vəkili M.Baxışov Ali Məhkəmənin sədri haqqında böhtan xarakterli sözlər söyləmiş, Ali Məhkəmənin hakimlərini və bütövlükdə məhkəmə sistemini təhqir etməklə məhkəməyə hörmətsizlik etmişdir. Müraciətdə M.Baxışovun hərəkətlərinə qanunvericiliyə müvafiq qaydada qiymət verilməsi xahiş olunmuşdur. Ali Məhkəmədən daxil olmuş həmin müraciətə vəkilin xx xxxxxx 2015-ci il tarixdə “Moderator.az” saytında verilmiş müsahibəsinin çap variant əlavə edilmişdir. Bu yazının (müsahibənin) başlığı “MTN-nin göstərişi ilə həbs qərarı çıxaran hakimlər həbs edilməlidir”, ‘‘Onlar CM-nin 295.2ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır” kimi qeyd edilmişdir. Həmin müsahibəsində vəkil bildirmişdir ki, hüquq və qanundan anlayışı olmayan Azərbaycan Respublikasının Ali Məhkəməsinin s ədri R.Rzayevin özü belə hər gün, hər saniyə qanunsuzluğa yol verir. R.Rzayev dişini müalicə edən həkimin belə xahişinə əməl edərək onun xeyrinə qanunsuz qərarların çıxarılmasını təmin edir. Məhkəmələrin başında duran R.Rzayevin özü siyasi korrupsiya ilə məşğuldur. Müdafiə Nazirliyinin Stomatoloji poliklinikasının rəisinin göstərişi ilə bu günlərdə hakim heç bir hüquqi əsas olmadan Ali Məhkəmənin Mülki Kollegiyasında qanunsuz bir qərar qəbul edib və açıq şəkildə məhkəmə prosesində bildirib ki, bu sifarişi ona Ali Məhkəmənin sədri R.Rzayev verib. Görün bu hakim qanuna nə qədər hörmətsizlik bəsləyir ki, məhkəmə iclasında bildirir ki, mən R.Rzayevin göstərişini icra edirəm. Nə qədər ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olmayacaq, bütün dövlət orqanlarında, nazirliklərdə qanunsuzluqla r davam edəcək” (Moderator.az). Ali Məhkəmədən daxil olmuş müraciətin Vəkillərin İntizam Komissiyasında araşdırılması zamanı vəkil M.Baxışovdan müvafiq izahat alınmışdır.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət edilməsinə dair x xxxxx 2016-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini və iddiaçıdan ona dəymiş maddi ziyan kimi x xxxxx 2016-cı il tarixindən hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilən tarixə kimi hesablanmaqla aylıq 800 manat, ona dəymiş mənəvi ziyan kimi 10000 manat pul vəsaitinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxxx 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və 16 saylı hüquq məsləhətxanasının vəkilidir. Bakı şəhərində fəaliyyət göstərir. İddiaçı barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Tatyana Qoldman xx xxxxxx 2015-ci il tarixli məktubla Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edərək bildirmişdir ki, M.Baxışov xx xxxxxx 2015-ci il tarixində kassasiya şikayətləri üzrə işə baxılarkən Ali Məhkəmənin sədri haqqında böhtan xarakterli sözlər söyləyib. Ali Məhkəmənin hakimlərini və bütövlükdə, məhkəmə sistemini təhqir etməklə məhkəməyə hörmətsizlik edib. Müraciətdə onun hərəkətlərinə qanunvericiliyə müvafiq qaydada qiymət verilməsi xahiş edilib. Həmin müraciətə M.Baxışovun xx xxxxxx 2015-ci il tari xində “moderator.az” saytına verilmiş müsahibəsinin çap variantı (müsahibənin başlığı - “MTNnin göstərişi ilə həbs qərarı çıxaran hakimlər həbs edilməlidir”, “Onlar CM-nin 295.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidirlər”) əlavə edilib. Həmin müsahibədə M.Baxışov ictimaiyyətdə "MTN işi” kimi bilinən və MTN-in bir çox əməkdaşlarının barəsində başlanılmış cinayət işinə qiymət verərək qeyd edib ki, barəsində cinayət işi başlanılmış MTN əməkdaşlarının qanunsuz “göstərişlərini” icra edən hakimlər qanunla məsuliyyətə cəlb olunmalıdırlar. M.Baxışov o cümlədən bildirib ki, hazırki vəziyyətdə həmçinin, Ali Məhkəmənin Sədri “siyasi” məsuliyyət daşıyır. Ali Məhkəmənin hakimi T.Qoldmanın xx xxxxxx 2015-ci il tarixli müraciəti əsasında xx xxxxxx 2015-ci il tarixində M.Baxışov barəsində Vəkillər Kol legiyası tərəfindən intizam icraatı başlanılıb. Həmin icraat çərçivəsində onun izahatları alınıb, izahatlarında bildirib ki, xx xxxxxx 2015-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında o, nə işə baxan məhkəmə kollektivini, nə də Ali Məhkəmənin sədrini təhqir etməyib. Həmin iclasların protokoluna onun sözləri daha sonrakı tarixdə verdiyi müsahibədən götürülərək əlavə olunub. O, həmçinin “moderator.az” saytına verdiyi müsahibəni qəbul edərək bildirib ki, həmin müsahibəni müstəqil hüquqşünas kimi verib, iş üzrə tərəf olduğu vəkil kimi yox”. xx xxxxxx 2016-cı il tarixdə X2 cavabdeh ilə əlaqədar verilmiş müraciətə dair rəy qəbul etmişdir. Həmin rəydə M.Baxışovun həm xx xxxxxx 2015-ci il tarixində Ali Məhkəmədə T.Qoldmanın sədrliyi ilə keçirilən məhkəmə iclaslarında məhkəməyə hörmətsizlik etməs inə istinad edilərək, həm də onun xx xxxxxx 2015-ci il tarixdə verdiyi müsahibədə məhkəmə sisteminə hörmətsizlik etməsinə istinad edilərək, onun intizam məsuliyyətinə cəlb edilməsi məsələsinin Rəyasət Heyətinin iclasına çıxarılması təklif olunmuşdur (həmin rəy iddiaçıya xx xxxx 2016-cı il tarixdə təqdim edildi). xx xxxxx 2016-cı il tarixdə Vəkillər Kollegiyası M.Baxışovun Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdir. Hazırda Vəkillər Kollegiyası M.Baxışovun Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Aşağıdakılara əsasən M.Baxışov hesab edir ki, Vək illər Kollegiyası tərəfindən onun Vəkillər Kollegiyasından xaric edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması tələbinə dair xx xxxxx 2016-cı il tarixli qərarı qanunsuz və əsassızdır. Buna görə də ləğv edilməlidir. Vəkillər Kollegiyasının hərəkətləri nəticəsində ona dəymiş zərər ödənilməlidir. Belə ki, onun barəsində həyata keçirilən intizam icraatı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun müvafiq müddəalarının pozuntusu ilə həyata keçirilib. Buna görə də həmin intizam icraatı nəticəsində Vəkillər Kollegiyasından xaric edilməsi onun peşə fəaliyyətinə aid hüquqlarının pozuntusuna səbəb olacaq. Çünki müvafiq qanunvericiliyin müddəalarının pozuntusu hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin pozuntusu ilə nəticələnib: i ntizam icraatında onun ədalətli araşdırma hüququ pozulub. Mətbuatda bildirdiyi fikirlərə görə sanksiya tətbiq edilməsi onun Konstitusiyanın 47-ci və Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığı hüququnun pozuntusu ilə nəticələnir. Ona tətbiq edilməsi nəzərdə tutulan sanksiyanı (intizam tənbeh tədbirini) müəyyən edən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsinin Vİİİ bəndində nəzərdə tutulan “vəkillikdən xaric etməyə səbəb ola biləcək əsaslar” olduqda ifadəsi qeyri-dəqiqdir və hüquqi müəyyənlik prinsipinə cavab vermir, hər bir halda mütənasib deyildir. Məhkəməyə hörmətsizliyə yol verməsi intizam icraatında toplanılmış sübutlarla təsdiqini tapmır. Vəkillər Kollegiyasının qərarı nəticəsində iş yekunlaşana kimi onun vəkillik fəaliyyəti dayandırılıb və bunun nəticəsində üzvü olduğu Hüquq məsləhətxanasından əldə etdiyi aylıq qazancdan məhrum olub. Üzvü olduğu Hüquq məsləhətxanasında orta aylıq 800 (səkkiz yüz) manat xalis gəlir əldə etdiyi halda, mübahisələndirilən qərarın qəbul edildiyi gündən (xx xxxxx 2016-cı il) sonrakı dövrlə ərzində bu qazancdan məhrum olub. Bundan əlavə, Vəkillər Kollegiyasının hərəkətləri onun mənəvi sarsıntı keçirməsinə səbəb olub və ona mənəvi ziyan dəymişdir. Nəticə olaraq hesab edilir ki, Vəkillər Kollegiyasının xx xxxxx 2016-cı il tarixli qərarı və hərəkətləri onun X20 Konvensiyasının 6, 8, 10 və 18-ci maddələrində nəzərdə tutulan hüquqlarının pozuntusu ilə nəticələnib. Buna görə də qərar ləğv edilməli və Vəkillər Kollegiyasından onun xeyrinə maddi və mənəvi ziyan tutulmalıdır. 10. 2 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin (hakim X16, 2-1(82)-527/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh xx.xx.2016-cı il tarixli izahatında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi T.Qoldmanın sədrliyi ilə keçirilən xx xxxxxx 2015-ci il tarixli, 2(102)-5228/15 saylı məhkəmə iclas protokolunda göstərilənləri etiraf etməsə də, “Moderator.az” saytına verdiyi müsahibəsindəki fikirlərini təsdiq etmiş və həmin fikirlərini vəkil kimi yox, müstəqil hüquqşünas kimi verdiyini bildirmişdir. Halbuki, M.Baxışovun “Moderator.az” saytına verdiyi müsahibəsində Ali M əhkəmənin sədrinin ünvanına dediyi “siyasi korrupsiya ilə məşğul olur”, “hüquq və qanundan anlayışı olmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri R.Rzayevin özü belə hər gün, hər saniyə qanunsuzluğa yol verir”, “şəxsi diş həkiminin sifarişinə əsasən işə baxan hakimə göstəriş verməklə qanunsuz qərarlar qəbul etdirir” kimi işlətdiyi ifadələr vəkil etikasından kənar söylənilmiş ifadələr hesab edildiyindən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin, həm də “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilir. M.Baxışovun sayta verdiyi bu məlumatın məzmunundan göründüyü kimi, Ali Məhkəmənin sədrinin ünvanına işlədilən bu ifadələr, özünün də iştirakçısı olduğu xx xxxxxx 2015-ci il tarixdə T.Qoldmanın sədrliyi altında keçirilmiş məhkəmə iclası ilə əlaqəlidir. Vəkil M.Baxışovun sayta verdiyi müsahibəsində səsləndirdiyi ifadələr, konkret olaraq özünün də vəkil (tərəf) kimi iştirak etdiyi bir məhkəmə iclası ilə əlaqədar olduğundan, həmin təhqiramiz ifadələr işdə iştirak edən vəkil kimi onun fəaliyyəti ilə bilavasitə bağlı olmuşdur. Həmçinin, iş materiallarından göründüyü kimi, cavabdeh “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbləri pozulmaqla qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qəbul edilmiş qərarın əsassız və qanunsuz olmasını iddia etsə də, bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X9-məruzəçi, X14 və X13, 2-1(103)-873/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehin apelyasiya şikayətini təmin etməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarını dəyişdirilmədən saxlamışdır.

14. Cavabdeh qərarı xx xxxx 2020-ci il tarixdə almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. Kasatoru n xx.xx.2015-ci il tarixli müsahibədə ifadə etdiyi mülahizələr onun ifadə azadlığı hüdudları daxilində olub. Belə ki, həmin mülahizələr MTN işi ilə əlaqədar bildirilmişdi və kassator ictimai maraq doğuran məsələ barədə danışmışdı. Buna görə də kasatorun mülahizələri ictimai maraq doğuran müzakirənin tərkib hissəsi idi. Həmin müsahibədə kasatorun Sədr Rzayev barəsində bildirdiyi mülahizələr də sonuncunun ictimai şəxs olması nəzərə alınmaqla ifadə azadlığının hüdudları daxilindədir. Belə ki, həmin ifadələr müzakirə daxilində zəruri idi və həmin mülahizələrdə əsassız hücum mövcud deyildi. Bundan əlavə, əgər mübahisə Sədr Rzayevin reputasiyasıdırsa, onda o, bu barədə öz subyektiv hüququna uyğun olaraq məsələni qaldırmalı idi. X28 bunu etməyib. Belə olan halda onunla bağlı məsələnin araşdırılma sı actio popularis-dir. Actio popularis isə Azərbaycanda yalnız Dövlət başçısının reputasiyası ilə bağlı hüquqi mübahisələrdə nəzərdə tutulub, Ali Məhkəmənin sədrinin deyil (bax Cinayət Məcəlləsinin 324-cü maddəsi). Belə olan halda Sədr Rzayev barəsində mülahizələrinə görə vəkillikdən xaric edilməklə kasatorun ifadə azadlığı hüququ pozulub. Nə iddiaçı, nə də birinci instansiya məhkəməsi kasatorun ifadə azadlığını məhdudlaşdırarkən AİHK-in 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan məhdudiyyət prinsiplərindən heç birinə istinad etməyib və buna uyğun olaraq yoxlama aparmayıb. Başqa sözlə, kassatorun ifadə azadlığının məhdudlaşdırılması üçün legitim məqsəd (məqbul məqsəd), zərurət (təxirəsalınmaz sosial tələbat) və mütənasiblik yoxlaması aparılmayıb. Bununla da onun ifadə azadlığı hüququ pozulub.

16. İddiaçı kassatorun aşağıdakı intizam pozuntularına yol verdiyini hesab edir: xx xxxxxx 2015-ci il tarixdə Ali Məhkəmənin 2(102)-5228/15 saylı iş üzrə saat 15:40-15:50 radələrində keçirilmiş məhkəmə iclasında məhkəməyə hörmətsizlik etdiyi (iddiaçı istinad etdiyi pozuntunu dəqiqləşdirmə aparmadan kassatorun vəkil etikasını pozmasında, özünü ədəbsiz aparmasında ifadə edir), işə baxan hakimlərin kassator tərəfindən diffamasiyasında (dəqiqləşdirmə aparılmadan işə baxan hakimlərə qarşı təhqiramiz ifadələr işlətməsində ifadə edilir) və Ali Məhkəmənin sədri Rzayevin kassator tərəfindən diffamasiyası (iddiaçının iddiasına görə kassator deyib ki, iş üzrə onun qarşı tərəfi sədr Rzayevin diş həkimidir, buna görə də onların xeyrinə qərar qəbul edilib); xx xxxxxx 2015-ci il tarixdə Ali Məhk əmənin 2(102)-5228/15 saylı iş üzrə saat 15:55-16:05 radələrində keçirilmiş məhkəmə iclasında məhkəməyə hörmətsizlik pozuntusunun törədilməsi (iddiaçı istinad etdiyi pozuntunu kassatorun iclasda təhqiredici formada çıxış etməkdən imtina etməsində ifadə edir); xx xxxxxx 2015-ci il tarixdə www.moderator.az internet saytına verdiyi və həmin saytda “MTN-nin göstərişi ilə sifarişli həbs qərarı çıxaran hakimlər həbs edilməlidir” sərlövhəsi ilə dərc edilmiş müsahibəsində məhkəməyə hörmətsizlik etdiyi və sədr Rzayevin kassator tərəfindən diffamasiya etməsi.

17. Kassator ona istinad edilən bütün intizam pozuntularını rədd edir. O, intizam pozuntuları ilə bağlı bildirir ki, o, qeyd edilən məhkəmə iclaslarında və həmin iclaslardan sonra məhkəməyə hörmətsizlik edən hər hansı hərəkətə yaxud hərəkətsizl iyə yol verməyib və bu iclaslarda (eləcə də həmin iclaslardan sonra) hər hansı diffamasiya xarakterli ifadələr işlətməyib və buna uyğun hərəkətsizlik etməyib. Cavabdeh intizam pozuntusu ilə bağlı bildirir ki, onun xx xxxxxx 2015-ci il tarixli müsahibəsində bildirdiyi fikirlər onun ifadə azadlığına daxildir və həmin ifadələrdə intizam pozuntusuna dair hər hansı əsaslar mövcud deyil. Qeyd edir ki, iddiaçının intizam tənbeh qərarı və iddia ərizəsi həm maddi-hüquqi, həm də prosessual baxımdan qanunsuz və əsassızdır. İddiaçının qərarının qanunsuz və əsassızlığının ümumi baxımdan əsassızlıq və hər bir intizam pozuntusuna münasibətdə xüsusi əsassızlığı mövcuddur.

18. Vəkillərin İntizam Komissiyası vəkillər barəsində edilmiş müraciətlər və şikayətlər həddində araşdırma aparmağa səlahiyyətlidir ( Vəkillik və vəkillik fəaliyyəti haqqında Qanun, maddə 21.1 və Əsasnamə). İşin hallarından görünür ki, işdə kassator barəsində yalnız bir şikayət - hakim Qoldmanın xx xxxxxx 2015-ci il tarixli şikayəti olub. Həmin şikayətin məzmununa nəzər yetirdikdə bəlli olur ki, həmin şikayətin məzmununda yalnız xx xxxxxx 2015-ci il tarixli məhkəmə iclaslarında edildiyi iddia edilən hərəkətlərlə bağlı şikayət verilib və həmin şikayətdə kassator xx xxxxxx 2015-ci il tarixli müsahibəsinə heç bir istinad verilməyib.

19. Vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır. (Vəkillik və vəkillik fəaliyyəti haqqında Qanun, maddə 22.V). Müvafiq qanunvericiliyin müddəasından açıqaşkar görünür ki, intizam icraatının müddəti 1 aydır. Bu müddəa imperativ xarakter daşıyır və qanunda həmin müddətin uzadılması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb. Həmçinin qanunda həmin müddətin buraxılmasının nəticələri də göstərilməyib. İşin hallarından görünür ki, intizam icraatı xx xxxxxx 2015-ci il tarixdə başlayıb və xx xxxxxx 2016-cı il tarixdə başa çatıb. Başqa sözlə, intizam icraatının bir aylıq imperativ müddəti buraxılıb. İddiaçı bu xüsusatı məhkəmə iclasında aydınlaşdıran heç bir əsaslı mülahizə irəli sürməyib. Qeyd etmək zəruridir ki, müddətin buraxılmasının nəticələri qanunda birbaşa nəzərdə tutulmasa belə, imperativ müddətin buraxılması ilə iddiaçının intizam tənbeh tədbirinə cəlb edilməsi qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinin pozuntusuna səbəb olur. (Vəkillik və vəkillik fəaliyyəti haqqında Qanun, maddə 2.1 və AİHM, Ramazanova və başqaları Azərbaycana qarşı iş üzrə qərar). Göstərilənlərə əsasən hesab edilir ki, intizam icraatı qanuni müddətlərin buraxılması ilə həyata keçirildiyi üçün həmin icraatın nəticələri qanunsuzdur. Kassatorun işinə baxan intizam komissiyasının sədri cənab Arif Rəsulovdur. Cənab Rəsulov ictimaiyyətdə "MTN işi” kimi tanınan cinayət işi üzrə müttəhimlərin vəkilliyini həyata keçirir. Qeyd etmək zəruridir ki, kassator xx xxxxxx 2015-ci il tarixli müsahibəsində “MTN işi” ilə bağlı müsahibə verib və digərləri ilə bərabər həmin iş üzrə müttəhimlər barəsində də ifadələr işlədib. Qeyd edildiyi kimi cənab Rəsulov isə həmin şəxslərin vəkilidir və onların işi üzrə müdafiə təşkil edir. Bu baxımdan cənab Rəsulovun həmin iş üzrə vəkil kimi daşıdığı funksiyalarla kassatoru n intizam icraatında daşıdığı funksiyalar arasında ziddiyyət meydana çıxır. Cənab Rəsulov ya müdafiəçi kimi öz müştəriləri barədə deyilmiş ifadələri haqlı saymalı ya da sədr kimi həmin ifadələrin haqsızlığı nəticəsinə gəlməli idi. Kollegiyadan xaric etmə müstəsna tədbirdir və bunu digər intizam tənbehlərinin əsaslarından fərqlər (əsaslar) olmalıdır (“Vəkillik və vəkillik fəaliyyəti” haqqında Qanun, maddə 22.Vİİİ). Lakin hazırkı işdən bəlli deyil ki, belə əsaslar hansılardır və iddiaçı bu əsasları dəqiqləşdirməyib. Eləcə də qanunvericilik də bu əsasları dəqiqləşdirməyib. Ona görə də həmin müddəa qeyri-müəyyəndir və həmin müddəanın kasatora tətbiq edilməsi hüquqi müəyyənlik prinsipini pozur. İddiaçıya istinad edilən intizam pozuntusunun əsası kimi iclas protokoluna istinad edilib. Lakin həmi n iclas protokolu bu iş üzrə sübut kimi istifadə edilə bilməzdi. İlk növbədə, həmin iclas protokolunda göstərilib ki, kassator istinad edilən hərəkətləri məhkəmə qərarı elan edildikdən sonra edib. Halbuki məhkəmə qərarının elan edilməsi məhkəmə iclasının başa çatması deməkdir. Məhkəmə iclası başa çatdıqdan sonra baş verən hadisələr isə iclas protokolu ilə rəsmiləşdirilə bilməz. Bundan əlavə, həmin iclas protokolunda göstərilən kasatora istinad edilən hərəkətlər dəqiqləşdirilmir. Eləcə də kassatorun təqdim etdiyi şahidin ifadəsindən və məhkəmə qərarlarından görünür ki, qeyd edilən hərəkətlər baş verməyib. Buna görə də intizam pozuntusunun faktual əsasları mövcud deyil. İddiaçıya istinad edilən intizam pozuntusu ilə bağlı yenə iclas protokoluna istinad edilir. Halbuki, həmin iclas protokolun da kasatora istinad edilən hərəkətlər dəqiqləşdirilmir. Bundan əlavə, həmin iş üzrə məhkəmə qərarında kasatora istinad edilən hərəkət (“təhqiredici formada hərəkət etməsi”) qeyd edilməyib. Buna görə də protokolla qərar arasında ziddiyyət var. Buna görə də intizam pozuntusunun faktual əsasları mövcud deyil. Kasatora istinad edilən intizam pozuntusu ilə bağlı müsahibəyə istinad edilir. Həmin müsahibədə kasatora dedikləri ictimai maraq mövzusu daşıyırdı və ictimaiyyətdə rezonans doğuran hadisə ilə bağlı mülahizələr idi. Həmin mülahizələr qeyd edilən kontekst daxilində iddiaçının ifadə azadlığına daxil idi. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə diffamasiya edildiyi iddia edilən sədr Rzayev bununla bağlı müraciət etməyib. Eləcə də həmin məqalədə hakim Qoldmanın adı çəkilməyi b. Deməli onunla da bağlı diffamasiya əsası mövcud deyil. Eləcə də həmin iş üzrə məhkəmə icraatı artıq başa çatdığı üçün məhkəmə hörmətsizlik əməlinin törədilməsi də post factum meydana çıxa bilməz. Birinci instansiya məhkəməsi işin faktiki halları əsasında kassatorun intizam məsuliyyətinə əsas təşkil edən hərəkətləri etməsinə dair düzgün nəticəyə gəlməyib və bu hərəkətlərin edilməsini sübut edə bilməyib. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdeh məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

22. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 23. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə

1. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfində n müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Maddə

3. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Qanunun tələblərinə uyğun olaraq intizam nəzarətini həyata keçirmək Vəkillər Kollegiyasının vəzifələrinə aid edilmişdir. (maddə 9) Maddə

11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, İxtisas Komissiyasına üzvlər təyin edir və sair. Maddə

18. Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Maddə

21. Vəkillər tərəfindən peş ə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır. Vəkillərin İntizam Komissiyası bu Qanuna və onun əsasında Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Maddə

22. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Koll egiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. Vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma; töhmət; üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar oldu qda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Maddə

23. İ. Vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün m üəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. İİ. Vəkillərin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. 24. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə: Maddə

1. Bu Əsasnamədə əks olunmuş qaydalar vəkillik fəaliyyətini həyata keçirən bütün şəxslərə şamil edilir. Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına ə məl etməyə borcludur. Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Maddə 2.13. Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən, Vəkillər Kollegiyasının orqanlarının qərarları barədə cəmiyyətdə yanlış təsəvvürlər yarada bilən hərəkətlərdən və ictimai çıxışlardan, təhqir və böhtan xarakterli məlumatların yayılmasından çəkinməlidir. Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və kütləvi çıxışlarda dövlət, qeyri-dövlət və onların vəzifəli şəxsləri barəsində əsassız, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli və davranışlara yol verməməlidir. “Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Nizamnaməsi”: Maddə 6.3. Vəkillər Kollegiyasının Rəyasət Heyəti daimi fəaliyyətdə olan ali kollegial icraedici orqandır. Maddə 8.2. Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillik fəaliyyəti üzrə bir sıra idarəetmə səlahiyyətləri ilə yanaşı Kollegiyanın üzvlüyünə qəbul və ondan xaric olunma, vəkilliklə məşğul olmanın müvəqqəti dayandırılması kimi səlahiyyəti vardır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının t am formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi T.Qoldman 2(102)5228/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli məktubla iddiaçıya müraciət edərək, Bakı şəhəri 16 saylı Hüquq Məsləhətxanasının vəkili olan cavabdehin hərəkətlərinə qanunvericiliyə müvafiq qiymət verilməsini xahiş etmişdir.

31. Məktubda bildirilmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə iddiaçı C.F.Hacıyev və qeyrilərin in cavabdeh H.S.Zülfüqarov və qeyrilərinə qarşı ümumi birgə payların satılmasından əldə edilmiş gəlirin hərənin öz payına uyğun bölünməsi və sair tələblərə dair işə baxılan zaman cavabdehin vəkili olan hazırkı işdəki cavabdeh məhkəmə prosesində özünü ədəbsiz aparmış, vəkil etikasını pozmuş, Ali Məhkəmənin rəhbərliyi və işə baxan hakimlərə qarşı təhqiramiz ifadələr işlətmiş, Ali Məhkəmənin sədri haqqında böhtan xarakterli sözlər söyləmişdir. Cavabdeh vəkil ədalət mühakiməsinə açıq-aşkar hörmətsizlik etməklə, hakimlərin şərəf və ləyaqətini təhqir etmişdir. Onun çıxışı təhqiredici, hədə-qorxu xarakteri daşımışdır. Həmin gün tərəfimizdən iki eyni tarixli qərardaddan verilmiş kasasiya şikayətlərinə baxılmış, birinci qərardaddan verilmiş kasasiya şikayəti üzrə çıxarılmış qərardan narazı qalan və kil cavabdeh təhqiredici formada digər qərardaddan verilmiş kasasiya şikayəti üzrə çıxış etməkdən imtina etmiş, bununla da vəkil etikasını kobud şəkildə pozmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsinə görə, vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edili r. Qeyd olunanlara əsasən, Ali Məhkəmənin hakimlərini və bütövlükdə məhkəmə sistemini təhqir etməklə məhkəməyə hörmətsizlik etmiş Bakı şəhəri 16 saylı Hüquq Məsləhətxanasının vəkili olan cavabdehin hərəkətlərinə qanunvericiliyə müvafiq qiymət verilməsi xahiş olunmuşdur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5228/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli saat 15:40-da başlanılmış məhkəmə iclasının protokolunda qeyd edilmişdir ki, cavabdeh qərar elan edildikdən sonra vəkil etikasını pozmuş, özünü ədəbsiz aparmış, Ali Məhkəmənin rəhbərliyi və işə baxan hakimlərə qarşı təhqiramiz ifadələr işlətmiş, Ali Məhkəmənin sədri haqqında böhtan xarakterli sözlər söyləmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5228/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli saat 15:55-də başlanmış məhkəmə iclasının protokolunda qeyd edilmişdir ki, cavabdeh təhqiredici formada kasasiya şikayəti üzrə çıxış etməkdən imtina etmişdir.

34. İddiaçının x xxxxx 2016-cı il tarixli qərarına əsasən cavabdehin Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, onun vəkillik fəaliyyətinin dayandırılması, cavabdehin x xxxxx 2016-cı il tarixədək bağladığı müqavilələr üzrə icraatında olan işlərin başa çatdırılmasına icazə verilməsi qərara alınmışdır.

35. Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə Ali Məhkəmənin 2(102)-5228/15 saylı iş üzrə saat 15:40-15:50 radələrində keçirilmiş məhkəmə iclasında təhqiramiz ifadələr işlətmədiyini, məhkəməyə hər hansı hörməts izlik etmədiyini bildirmişdir.

36. Cavabeh barədə intizam tənbehi görülməsi xx xxxxxx 2015-ci ildə məhkəmə iclasında işlətdiyi təhqiramiz hərəkətlərlə bağlı olmuşdur. Onun belə hərəkətlərə yol verməsi məhkəmə iclasının protokolunda qeyd edilmişdir.

37. Mülki Prosessual Məcəllənin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

38. Cavabdeh həmin işdə iştirak edən vəkil kimi yuxarıda qeyd edilən məhkəmə iclasının protokollarına hər hansı qeyd təqdim etməmişdir.

39. Cavabdeh vəkil kimi peşə borcunu həyata keçirərkən yuxarıda qeyd edilən qanunvericilik aktlarının pozulması halları aşkar olunduğundan və sadalanan hallar Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

40. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-873/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar