Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1992/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Cavabdehnə (üçüncü şəxslər X4 və X3) qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1445/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh 21 №li xx xxxxxxx 2006-cı il tarixli qərarı ilə, X2 uzun müddət istifadə etdiyi 520 kv.m. torpaq sahəsinin sənədləşdirilməsi barədə müraciəti və torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş torpaqayırma sənədləri nəzərə alınaraq, Azərbaycan Respublikasının “Bələdiyyə əraziləri və torpaqları haqqında” xx.xx.1999-cu il tarixli 771-İQ saylı Qanunun 3-cü maddəsi rəhbər tutulmaqla, əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilməsi X2 mülkiyyətinə verilməsi qərara alınmış və sonuncu ilə Cavabdeh arasında torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akt tərtib olunmuşdur.
2. Bundan sonra ünvan 1 ünvanda, 0.052 hektar torpaq sahəsi və üzərində yerləşən sahəsi 169,3 kv.m. olan daşınmaz əmlak X2 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış və bu barədə RX seriyalı ******* saylı çıxarış verilmişdir.
3. X4 həmin daşınmaz əmlakı xx.xx.2019-cu il tarixdə X1 və onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Nuranə Babayevanın mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair qərarının etibarsız hesab edilməsini xahiş etmiş dir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında, 7 sot torpaq sahəsi daxilində yerləşən bir mərtəbəli həyət evini 2000-ci ildə Mustafa Nağıyevdən almış, 2006-cı ildə isə həmin evi tamamilə söküb onun yerində 3 mərtəbəli, 400 kv.m həyət evi inşa etdirmişdir. Lakin dövlət rüsumunun ödənilməsi üçün maddi imkansızlığından evi daşınmaz əmlak dövlət reyestrində rəsmiləşdirə bilməmişdir. 2017-ci ilin əvvəllərində maddi sıxıntısı olduğundan evi satmaq qərarına gəlmiş, bu barədə Ramil adlı şəxslə məsləhətləşmiş, sonuncu onu Məhəmməd adlı şəxslə tanış etmiş, həmin vaxt Məhəmməd adlı şəxslə əldə etdikləri razılaşmaya əsasən, evə görə ona 250.000 manat pul ödəniləcəkdi. Evin sənədləşdirilməsini o, öz üzərinə götürmüşdür. Məhəmməd adlı şəxs evin sənədlərini düzəltmək üçün ona qab aqcadan 21.000 manat pul ödəmişdir. 2017-ci ilin mart ayının sonunda o, Məhəmməd adlı şəxsə evi təhvil vermişdir. Daha sonra o, müəyyən işlərini görmək üçün Rusiya Federasiyasına getmişdir. Qayıtdıqdan sonra bilmişdir ki, Məhəmməd adlı şəxs həmin evi satıb və başqa bir şəxsin adına çıxarış əldə etmişdir. Sonradan məlum olmuşdur ki, Məhəmməd ona məxsus olan həmin evi başqa bir şəxsin adına, yəni X2 adına rəsmiləşdirərək, çıxarış almışdır. Bununla bağlı Məhəmməd Qafarovla əlaqə saxlamağa çalışsa da, sonuncu hər dəfə ona narahat olmamağını bildirərək evin pulunu qaytaracağını vəd etmişdir. Məlum olmuşdur ki, Məhəmməd adlı şəxs X2 adına Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbə bələdiyyəsindən xx xxxxxxx 2006-cı il tarixli 21 saylı qərarı əldə edərək, həmin qərar əsasında çıxarış əldə etmiş dir.
6. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-1429/2020 saylı qərardadı (N.Abıyev) ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı torpaq sahəsinə dair subyektiv hüquqa malik deyil.
8. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1445/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1429/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apelyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində göstərilir ki, mübahisəli evi güya 21 saylı xx xxxxxxx 2006cı il tarixli saxta bələdiyyə sənədi ilə öz adına keçirən X4, qısa müddətdə evi başqa bir şəxsə satmış (əslində mübahisəli evin başqa şəxsə satılmasından Bayramovanın xəbəri olmamış və o, sadəcə başqa şəxsə etibarnamə vermişdir) və bununla da saxta bələdiyyə sənədinin izini itirməyə çalışmışdır. Necə ola bilər ki, evdə 2000-ci ildən 2017-ci ilə kimi iddiaçı və ailə üzvləri yaşadığı hald a, məhkəmə heç bir halı araşdırmadan qeyd edir ki, guya mübahisəli evə dair onun subyektiv hüququ yoxdur. Bu hal ona dəlalət edir ki, məhkəmə düzgün araşdırma aparmamışdır. Bələdiyyənin həmin evə və torpaq sahəsinə dair 2006-cı ildə verdiyi sənədlər saxtadır. b. Kassasiya şikayətinə qarşı etiraz
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPMin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Torpaq Məcəlləsi Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
18. Torpaq Məcəlləsi (1971-ci il yanvarın 1-dən 1992-ci il apr elin 1-dək qüvvədə olmuş) Maddə
13. Torpaq sahələrinin istifadəyə verilməsi Torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada verilir. Maddə
20. Torpaq sahələrini istifadəyə vermək sahəsində yerli xalq deputatları Sovetlərinin səlahiyyətləri X9 X6 Sovetinin İcraiyyə Komitəsi ayrılan sahənin ölçüsündən asılı olmayaraq, bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsində göstərilmiş torpaqlardan başqa, hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. Rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə, həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun ola raq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş in zibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.
26. İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçın ın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
27. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
28. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).
29. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkil də baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.
30. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmadığını yoxlamalıdırlar.
31. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı olduğuna görə məhkəmə kollegiyası iddianın mümkünlük şərtlərini araşdırmış və müəyyən etmişdir ki, iddiaçı, bələdiyyənin mübahisələndirilən qərarında bəhs olunan torpaq sahəsinin onun istifadəsinə (və ya özünün iddia etdiyi kimi torpağı aldığı Mustafa Nağıyevin) və ya mülkiyyətinə verilməsi barədə heç bir sübut təqdim etməmişdir.
32. Bu isə o deməkdir ki, iddiaçı tor paq sahəsinə dair bəyan etdiyi hüquqların mövcudluğunu sübut edə bilmir.
33. Bu hal, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnın olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Çünki subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
34. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 13 və 20-ci maddələrində, habelə hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan heç biri mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1445/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.