Məhkəmə qərarları › İş №2-1(102)-1992/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1992/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1992/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; operativ vergi nəzarəti; nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbayca n Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2-1(105)-257/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli, **********2884 nömrəli qərarı ilə iddiaçı cəmiyyətdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alı nmışdır.

2. Cavabdehin tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında xx.xx.2022-ci il tarixli, **********3545 nömrəli qərara əsasən iddiaçı 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir.

3. İddiaçı həmin qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət vermiş, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli, **********166600 nömrəli qərarı ilə şikayət təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********3545 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları Şahdağ Milli Parkının Şamaxı bölməsinin Dədəgünəş meşəbəyliyi (Pirqulu-Dəmirçi şosesi) ərazisində yerləşən İddiaçı restoranına gəlmiş, restoranda əyləşib mürəbbə ilə çay içdikdən sonra onlara xidmət göstərən ofisiantı çağıraraq hesabı istəmişlər. Ofisiant isə hesabın 25 manat olduğunu bildirdikdən sonra həmin şəxslər çayın pulunu ödəyərək yemək üçün nə olduğunu soruşmuşlar. Bundan sonra onlara xidmət gö stərən ofisiant onlardan aldığı pulu hesab qabının içində gətirərək kassirin stolunun üzərinə qoymuş, lakin həmin vaxt kassir yerində olmadığından, eyni zamanda pulu qəbul etmədiyindən kassaya vuraraq kassa mədaxil orderini çek-qəbzin çıxarmamışdır. Ofisiant pulu hesab qabının içində kassirin stolunun üzərinə qoyub getdikdən təxminən 1-2 dəqiqə sonra Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin yuxarıda adları qeyd edilmiş əməkdaşları otağa daxil olaraq heç bir səlahiyyət və hüquqları olmadan kassa aparatına müdaxilə etmiş, sonra isə tam əsassız və qanunsuz olaraq cərimə yazmışlar. Tərtib edilmiş akt və protokolla razılaşmadıqlarından, həmçinin yazılmış cərimənin əsassız və qanunsuz olduğunu hesab etdikləri üçün imza etməkdən imtina etmişdirlər. Qeyd edilənlər restoranın müşah idə kameraları vasitəsi ilə də qeydə alınmışdır. Yuxarıda da qeyd edildiyi kimi, Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin X8 və X11 adlı əməkdaşları onlara xidmət göstərən ofisianta çay və mürəbbənin pulunu verdikdən sonra ofisiantı aldadaraq yemək üçün nə olduğunu soruşmuşlar və ayaqyoluna gedib-qayıdacaqlarını, sonra isə yemək sifariş edəcəklərini bildirmişlər. Eyni zamanda ofisiant onlardan aldığı pulu hesab qabının içində gətirərək kassirin stolunun üzərinə qoyan zaman kassir yerində olmadığından və pulu qəbul etmədiyindən, kassaya vuraraq kassa mədaxil orderini, çekqəbzini çıxarmamışdır. Göründüyü kimi, Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları ofisiantı aldatdıqlarından, ofisiantın həmin şəxslərin yemək də sifariş edəcəklərini, hesabı so nda təqdim edəcəklərini düşündüyündən, həmçinin kassir yerində olmadığından pulu qəbul edib kassaya mədaxil etmədiyinə görə çek-qəbz çıxarılmamışdır. Belə ki, adından da göründüyü kimi, kassa çek-qəbzi pul kassaya mədaxil edildikdən sonra verilir. İndiki halda isə video görüntülərdən də göründüyü kimi, kassir vergilər idarəsinin əməkdaşlarından sonra kassanın yanına gəlir, həmçinin vergi idarəsinin əməkdaşları kassaya qanunsuz müdaxilə edən zaman da onlardan alınmış pul hesab qabının içində stolun üzərində durur. Bundan başqa qeyd edilməlidir ki, Dövlət Vergi Xidmətinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6807 nömrəli qərarından da göründüyü kimi, xx.xx.2022-ci il tarixli qərara dəyiş iklik edilərək vergi idarəsinin əməkdaşları X9 və X1 adları çıxarılaraq X8 və X7 adları əlavə edilmişdir. Bu isə özlüyündə cavabdehin qərəzli münasibətinin göstəricisidir. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixindən "xxxx" MMC-nin direktorunun X2masına baxmayaraq (əmək müqaviləsi bildirişi əlavə edilir), cərimə "xxxx" MMC-nin direktoru kimi X4 adına yazılmışdır.

6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, ünvan 1i ünvanında yerləşən “Demırchı” adlı restoranda İdarənin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:15-də həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı alınmış 1 (bir) çaynik çaya görə (mürəbbə ilə) 25 manat ödəniş olunmuş, lakin ödəniş müqabilində nəzarət-kassa aparatına çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi müəyyən olunmuş, uçotdan yayındırılmış məbləğ həmin tarixdə saat 11:30-da nəzarət-kassa aparatına 1 nömrəli çeklə bərpa edilərək, operativ vergi nəzarətinin nəticəsi “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022ci il tarixli, DVX seriyalı 012022 nömrəli aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməmişdir. Tərtib edilmiş akt idarənin xx.xx.2022-ci il tarixli, **********221800 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kim qeyd olunmuş ünvana və onun elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2022-ci il tarixdə saat 21:03-də oxunmuşdur. İddiaçının inzibati şikayətə baxılan zaman inzibati araşdırmaya təqdim et diyi video görüntülərdən də göründüyü kimi, ofisiant tərəfindən 25 manat pul nəzarət-kassa aparatının olduğu stola qoyulmuş, həmin vaxt kassir yerində olmadığı üçün 25 manat pul stolun üzərində kassaya mədaxil olunmadan qalmışdır. Eyni zamanda, videogörüntülərə baxan zaman iddiaçının iddia ərizəsində bildirdiyi kimi vergi orqanı əməkdaşlarının 1 dəqiqədən az müddətdə deyil, 4 dəqiqə sonra kassaya yaxınlaşdıqları, özlərini təqdim etdikləri, qeyd olunan 25 manat məbləği kassaya mədaxil etdikləri müşahidə edilmişdir. Bundan başqa, vergi orqanı əməkdaşları yemək yeyəcəklərini deməklə ofisiantı aldatmaları, pulu verdikdən sonra yemək üçün nələrin olduğunu soruşmaları, ayaqyolundan qayıtdıqdan sonra sifariş verəcəkləri ilə bağlı Cəmiyyət tərəfindən inzibati araşdırmaya heç bir sübut təqdim edilm əmiş və video görüntülərdə də bununla bağlı qeyd olmamışdır. Həmçinin, inzibati araşdırma zamanı o da müəyyən olunmuşdur ki, 4 saylı ƏVİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7110 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2i ünvanında yerləşən “Demırchı” adlı restoranda idarənin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən ödənilmiş 1 ədəd samovar çayı üçün 25 manat, 1 ədəd mürəbbə üçün 7 manat, servis xidməti üçün 5 manat olmaqla, ümumilikdə 37,0 manat pulun müqabilində çek verilmədiyi, həmin məbləğin 1 nömrəli çeklə nəzarət-kassa aparatına bərpa edildiyi, operativ vergi nəzarətinin nəticəsinin “Əhali ilə pul hes ablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002389 nömrəli aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi, tərtib edilmiş akt əsasında İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7618 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, 2021-2022-ci illərdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı hər iki halda yayındırılmış məbləğlər 1 saylı çeklə nəzarət-kassa aparatına bərpa edilmişdir. Bu da ona dəlalət edir ki, Cəmiyyət tərəfindən nəzarət-kassa aparatı mütəmadi olaraq istifadə olunmur. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olduğu halda, iddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin direktorunun X3masına baxmayaraq (əmək müqaviləsi bildirişi əsasında) yoxlama materiallarında "xxxx" MMC-nin direktoru kimi X4 qeyd olmasına dair dəlilinə münasibətdə qeyd edilir ki, "xxxx" MMC-nin qeydiyyat məlumatlarında onun qanuni təmsilçisi və direktoru X10 göstərilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş d əyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Göründüyü kimi, müəssisənin direktoru dəyişdikdə bu dəyişiklik mütləq şəkildə vergi orqanında dövlət qeydiyyatına alınmalıdır. İşçinin əmək müqaviləsi bildirişində onun vəzifəsinin direktor kimi qeyd olunması onun müəssisənin qanuni təmsilçilik funksiyasına malik direktor olması demək deyildir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-3413/2022 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia tələbi təmin edilərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********3545 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı ləğv olunmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasındakı mülki hüquq münasibətləri, yəni müvafiq müq avilə öhdəlikləri ilə bağlı hüquq münasibətləri başa çatmış hesab olunmuş olsa belə, vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərini pozması sübut olunmur. Belə ki, vergi ödəyicisinin təqdim etdiyi videogörüntülərdən də görsənir ki, ofisiant pul qutusunu kassanın yanına gətirir, lakin xəzinədar orda olmadığı üçün xəzinədar tərəfindən pulun qəbulu baş verməmiş olur və bu halda kassaya mədaxildən söhbət gedə bilməz və vergi ödəyicisinin alınmış pulu qanunvericilikdə nəzərdə tutulmuş qaydada kassaya mədaxil etməmək iradəsinin olması və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması sübut olunmuş sayıla bilməz. İnzibati prosessual qanunvericiliyə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktik i şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin yuxarıda qeyd edilən normativ tənzimləmələri və işin araşdırılmış hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2-1(105)-257/2023 nömrəli qərarı ilə (hakimlər Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmı şdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti iddiaya qarşı etiraza və apelyasiya şikayətinə uyğun tərtib edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Vergi Məcəlləsi Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatların ın saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirməd ikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Oper ativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.... 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı;... Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata k eçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində...

16. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsi nin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə ko llegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Avrop a İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan hə cmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya instansiyası məhkə məsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İşin faktiki hallarına əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı cəmiyyətdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti keçirilmişdir. Operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarix li, **********3545 nömrəli qərar qəbul olunmuş və iddiaçıya 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

26. İddiaçının hüquqi marağı da cavabdeh tərəfindən ona münasibətdə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğvinə yönəlmişdir.

27. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.

28. Bununla bağlı nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərarın qəbulu üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları müəyyən etməyə borcludur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olması nı sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktının, eləcə də vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

29. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:15-də həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ofisiant ödənişi qəbul edərək pulu hesab qabının içində kassirin stolunun üzərinə qoymuşdur. Həmin vaxt kassir yerində olmamışdır. Ofisiant getdikdən qısa müddət sonra (iddiaçı bunun 1-2 dəqiqə olduğunu, cavabdeh isə 4 dəqiqə olduğunu bildirir) vergi orqanının əməkdaşları nəzarətkassa aparatı olan yerə yaxınlaşaraq özlərini təqdim etmiş və saat 11:30-da müvafiq məbləğin nəzarət-kassa aparatında 1 nömrəli çeklə bərpa edilməsini həyata keçirmişlər. Nəzərə almaq lazımdır ki, istər ofisiant pulu hesab qabının içində kassirin stolunun üzərinə qoyduğu, istərsə də vergi orqanının əməkdaşlarının nəzarət-kassa aparatı olan yerə daxil olduqları zaman vergi ödəyicisinin kassirinin yerində olmadığı işin mübahisəsiz halıdır.

30. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi orqanının əməkdaşları vergi ödəyicisinə münasibətdə Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə davranmamış, kassirin yerində olmadığını gördükləri halda, onun qısa müddət ərzində gələrək pulu kassaya mədaxi l etməsinə şərait yaratmamışlar. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin əməkdaşları ən azından kassirin öz iş yerinə qayıtması və (və ya) pulu kassaya mədaxil etməsi üçün ağlabatan müddət ərzində gözləməli, onun pulu kassa aparatına mədaxil etməsi ilə bağlı iradəsini müəyyən etmək üçün tələb olunan müvafiq tədbirləri görməli idilər. İddiaçının pulu kassa aparatına mədaxil etməsi ilə bağlı iradə ifadəsi dəqiq müəyyən olunmadan, onun tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı faktı sübut edilmiş sayıla bilməz. Yuxarıda istinad olunan normaya görə, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.

31. Kassasiya şikayətinin məhkəmənin heç bir araşdırma aparmadan qərar qəbul etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir.

32. Bununla bağlı cavabdeh tərəfindən nəzərə alınmalıdır ki, istinad olunan normanın müddəalarının təfsirinə görə, obyektiv qanunauyğun qərarın qəbul edilməsi üçün tələb olunan həcmdə obyektiv və hərtərəfli araşdırmanın aparılması ilk növbədə inzibati orqanın məsuliyyət sferasına aiddir. Belə yanaşma inzibati orqanların fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasından irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən obyektiv və hərtərəfli araşdırmanın aparıldığı iş üzrə materiallarla təsdiq olunmur.

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2-1(105)-257/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar