Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1993/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1993/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarı şın və plan ölçünün verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-453/2019 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər XDS İK-nin xxxx 1988-ci il tarixli, ***** saylı qərarı ilə Xəzər rayonu, Şüvəlan ərazisində bağçılıq təsərrüfatı üçün torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsinin Bakı ş əhər İcra Hakimiyyəti nəzdində yaradılmış Sahil bağçılıq yoldaşlığı üzvlərinin arasında bölündüyünü, 100 nömrəli torpaq sahəsinin X1 verildiyini, xxxx 1991-ci il tarixdə «***» bağçılıq yoldaşlıq heyətinin iclasının 1 nömrəli protokoluna əsasən 100 nömrəli torpaq sahəsini X1 istifadə etmədiyindən, öz ərizəsinə əsasən ondan alınaraq S.Q.Qədirovaya verildiyini, xxxx 1995-ci ildə «***l» bağçılıq yoldaşlıq heyətinin iclasının 1 nömrəli protokoluna əsasən 100 nömrəli torpaq sahəsi X1 tərəfindən istifadə edilmədiyi üçün adından çıxarılaraq, ona təhvil verildiyini, həmin sahənin ona ayrılan vaxtdan, 1995ci ildən daima onun istifadəsində olduğunu, həmin sahədə təmizlik işləri apararaq oranı abadlaşdırdığını, dəfələrlə həmin sahədə ağaclar əkdiyini, daşdan hasar tikərək ona məxsus sahəni digər sahəd ən ayırdığını, 2014-cü ilin xxx ayından torpaq sahəsini X2 zəbt etdiyini, istifadəsində olan torpaq sahəsindən çıxarılması ilə bağlı Xəzər rayon məhkəməsinə müraciət etdiyini və həmin məhkəmənin qətnaməsi ilə T.X.Əzizovun torpaqdan çıxarıldığını, qətnamənin qanuni qüvvəyə mindiyini, daha sonra ona məxsus torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının və protokoldan çıxarışda göstərilən X1 adının aşkar olunmadığına, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1204/2017 saylı, xxxx 2017-ci il tarixli qərarı ilə İdarənin üzərinə öhdəliyin qoyulmadığına, eyni zamanda bağ sahəsində yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şəraitin yaradılmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bağ massivi ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən ibarət 100 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-3347/2018 saylı qərarıiləiddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bağ massivi ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən ibarət 100 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarış və plan-ölçü verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-453/2019 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) cavabdeh Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şi kayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı müvafiq bağ sahəsinə çıxarış almaq məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə xxxx 2018-ci il tarixdə poçt vasitəsilə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və sənədlərin əsilləri təqdim edilməmiş, bundan əlavə İdarəyə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və protokoldan çıxarışda göstərilən “Qədirova S.Q”-nın adı aşkar olunmamış, bu ndan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1204/2017 saylı, xxxx 2017-ci il tarixli qərarı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmadığından, ərizənin icrası mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəmə si tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)453/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edi lməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Sahil» bağçılıq yoldaşlıq heyətinin iclasının xxxx 1991-ci il tarixli, 1 nömrəli protokoluna əsasən 100 nömrəli torpaq sahəsi X1 istifadə etmədiyi üçün öz ərizəsinə əsasən ondan alınaraq X1 verilmiş, Bakı şəhər İcra Hakimiyyəti nəzdindəki «Sahil» Bağçılıq yoldaşlıq heyətinin xxxx 1995-ci il tarixli iclasının 1 saylı protokoluna əsasən 100 nömrəli torpaq sahəsi X1 adından çıxarılaraq, 2 nömrəli yaşıllaşdırma idarəsinin işçisi İddiaçı təhvil verilmiş, Bakı şəhər XDS İK-nin 100 saylı üzvlük kitabçasına əsasən xxxx 1995-ci il tarixli, 1 saylı protokol ilə İddiaçı birliyə üzv qəbul edilmiş, həmçinin 2014-cü ilin avqust ayından həmin 100 nömrəli torpaq sahəsi X3 tərəfindən zəbt edilməsi ilə əlaqədar iddiaçı istifadəsində olan həmin torpaq sahəsindən X1 çıxarılması ilə bağlı Xəzər rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qətnaməsi ilə X1 torpaqdan çıxarılmış, Xəzər rayon məhkəməsinin həmin qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2(102)-1204/2017 saylı qərarı ilə cavabdeh X2 kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxxx 2016-cı il tarixli 2(103)-7301/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının mübahisəli 100 nömrəli torpaq sahəsinə istifadə hüququ tanınmış, bundan sonra iddiaçı ona ayrılmış torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibat i orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının və protokoldan çıxarışda göstərilən S.Q.Qədirovanın adının aşkar olunmadığına və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1204/2017 saylı, xxxx 2017-ci il tarixli qərarı ilə İdarənin üzərinə öhdəliyin qoyulmadığına, eyni zamanda bağ sahəsində yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şəraitin yaradılmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xxxx 1988-ci il tarixli qərarına əsasən bağçılıq yoldaşlığının üzvlərinə ayrılmış və Bakı şəhər XDS İK nəzdində bağçılıq yoldaşlı ğına daxil olmaq istəyən işçilərin və başqa şəxslərin xxxx 1988-ci il tarixli iclasında bağçılıq yoldaşlığının 140 nəfərdən ibarət olan siyahısı təsdiq olunmuş, həmin siyahının 108 sırasında X1 adı da göstərilmiş, İddiaçı və X1 həmin dövrdə bağçılıq yoldaşlığın üzvü olmadıqlarından, adları siyahiya daxil edilməmiş, məhz bağ sahəsi sonradan X1 və X1 bağ sahəsindən imtinasından sonra bağ sahəsi İddiaçı verilmiş, həmçinin iddiaçının bağçılıq-yoldaşlığına üzvlük barəsində kitabı da təqdim olunmuş, cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etməmiş, 0.06 ha torpaq sahəsi olan 100 saylı bağ sahəsinin iddiaçıya təhkim verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti nəzdindəki «Sahil» Bağçılıq yoldaşlıq heyətinin xxxx 1995-ci il tarixli iclasının 1 saylı protokolu həmin bağ sahəsini n onun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində nəzərdə tutulmuş lazımi sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, sonuncu formal mülahizələrə istinad edərək heç bir qanuni əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağl arın altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orq anı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onları n qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooper ativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdud ları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il xxxx müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıx arış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xxxx 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dməti haqqında Əsasnamə»nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Məhkəmə kollegiyasının qənaətinə görə «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üz ərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuş və yalnız bu əsaslardan hər hansı biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özünd ə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublika sında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə B akı şəhər İcra Hakimiyyəti nəzdindəki «Sahil» Bağçılıq yoldaşlıq heyətinin xxxx 1995-ci il tarixli iclasının 1 saylı protokolunun torpaq sahəsinin onun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olduğunu, İddiaçı qanuni istifadəsinə verilmiş bağ sahəsinə dair bütün sənədlər cavabdeh inzibati orqana təqdim edilsə də, cavabdeh orqanın formal mülahizələrə istinad etməklə əsassız olaraq çıxarış verilməsindən imtina etdiyini və onun imtinasının qanunvericiliyin müddəalarına uyğun olmadığını nəzərə alaraq kassasiya şikayətinin məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68 və 111.1-ci maddələrinin pozulması barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şi kayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-453/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-453/20 19 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1993/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1993/2019
17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver