Məhkəmə qərarları › İş №2-1(102)-1993/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1993/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1993/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Sumqa yıt Apelyasiya Məhkəməsinin İK-nın 24 iyun 2020-ci il tarixli, 2-1(105)-197/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 nömrəli qərarı ilə, Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin təqdimatına əsasən, kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə verilən Novxanı ərazisində sahəsi 600 kvadrat metr olan 51 nömrəli bağ sahəsinin planı və ölçüsünün tərtib edilərək daşın maz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,Azərbaycan SSR Dövlət AqrarSənaye Komitəsinin təqdimatına əsasan Abşeron rayonunun Novxanı üzümçülükheyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin İşçilərinə kollektiv bağçılıq va bostançılıq təşkil etmək üçün daimi istifadəyə 7,0 hektar torpaq sahəsi ayrılmışdır. Bərəkət bağçılıq və bostançılıq va yoldaşlıq şirkəti nizamnaməsinin təsdiq edilməsinə dair 54 saylı qərar qəbul edilmişdir. Bağçılıq cəmiyyəti üzvlərinin 10 iyul 1991-ci il tarixli protokoluna əsasan iddiaçı cəmiyyətə üzv qəbul edilmiş, Novxanı ərazisində sahəsi 600 kv.m olan 51 nömrəli bağ sahəsi daimi istifadə üçün iddiaçıya verilmişdir. Uzun müddətdir ki, torpaq sahəsi iddiaçının istifadəsinə verilsə də, həmin torpaq sahəsindən istifadə etməmiş, torpaq sahəsinin yeri məlum olmadığından torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını aparmaq mümkün olmamışdır. İddiaçı cavabdehə müraciət edərək, Novxanı ərazisində sahəsi 600 kv.m olan 51 nömrəli bağ sahəsinin planı və ölçüsünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, cavabdeh tərəfindən 16 iyul 2019-cu il tarixli cavab məktubu ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin 09.12.2019-cu il tarixli,2-1(085)-1463/2019 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddianınrədd edilməsi qərara al ınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 4.1, 12.1, 68.1, 68.2-ci maddələrinə və «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Qanunun 11.1, 15.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanuni olmuşdur. Belə ki, torpaq sahəsinin dəqiq yerini müəyyən etmək mümkün deyildir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təminedilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.06.2020-ci il tarixli, 2-1(105)-197/2020 nömrəli (hakimlər Hökümə Babayeva - sə drlik edən və məruzəçi, Fərmayıl Zeynallı və Zaur Məmmədov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(085)-1463/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Qanunun 8.0.7, 10.2.2, 11.1, 15.1-ci maddələrinə, zamana görə qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 23, 27, 46-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 13.2, 17-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas ola bilməz. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasa siya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsinin inzibati iş üzrə qəbul etdiyi qərarın əsaslandırma hissəsi ilə tanış olan zaman belə bir təəssürat yaranır ki, sanki bu iş iddiaçı ilə inzibati orqan arasında olan inzibati mübahisə deyil, iddiaçı ilə bağçılıq yoldaşlığı arasında olan mülki mübahisədir və iddianın predmeti – üzvlük kitabçasının etibarsız hesab edilməsi, bağ sahəsinə iddiaçının hüququna xitam verilməsi və bağ sahəsinin iddiaçıdan geri alınması ilə bağlıdır. Əslində, inzibati orqanın imtina hərəkətinə haqq qazandırmaq üçün məhkəmənin bu cür canfəşanlıq etməsi, inzibati orqanın imtina cavabında və etirazından yer almayan əlavə əsasları göstərməklə inzibati orqanı müdafiə etməsi, hüquqi qüvvədə olan üzvlük kitabçasını və iddiaçının bağ sahəsinə möv cud olan hüququnu şübhə altına alaraq, iddianın predmetinə aid olmayan digər halları müəyyən etməsi – tərəflərin bərabərliyi və çəkişməli məhkəmə prinsiplərinin pozulmasına gətirib çıxarmaqla, məhkəmənin qərəzli və qeyri-obyektiv mövqeyinin nümayişidir. Apelyasiya məhkəməsi bir tərəfdən bağ sahəsinin qanuni əsaslarla (bağçılıq yoldaşlığının qərarı və üzvlük kitabçası əsasında) iddiaçının daimi istifadəsinə verildiyini təsdiq edir digər tərəfdən isə işin mahiyyətinə aid olmayan halları (üzvlük kitabçasının siyahıya müvafiq olduğuna şübhə etməsi, bağçılıq yoldaşlığına dair arxiv əsaslarının aşkar edilməməsi, bağ sahəsinin iddiaçıya qanunauyğun ayrılmaması, bağ sahəsinə yiyələnməklə bağlı iddiaçının üzərinə düşən vəzifələrini yerinə yetirməməsi və s.) müəyyən etməklə qəbul etdiyi qərarı ziddi yyətli tərzdə əsaslandırmışdır ki, bütün bunlar iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulması deməkdir. Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Ali Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, hazırkı mübahisə 51 saylı bağ sahəsinin yerləşmə vəziyyətinə dair yazılı sübutun iddiaçıda olmaması bəhanəsi ilə yaradılmışdır. Belə ki, həm inzibati orqan imtina məktubunu verərkən, həm də məhkəmələr iddianı rədd edərkən məhz bu arqumentə istinad etmişlər. Məsələ burasındadır ki, iddiaçı ona ayrılmış 51 saylı bağ sahəsinin harada yerləşdiyini çox gözəl şəkildə bilir, sadəcə döngə nöqtələrinin koordinatlarını və sair bu tipli texniki göstəricilərindən xəbərsizdir. Məhkəmə iclaslarınd a da bağ sahəsinin yerləşmə vəziyyətinə dair sualları cavablandırarkən, iddiaçının nümayəndəsi məhz bu texniki göstəricilərdən məlumatsız olduğunu bildirib. İddiaçı bağ sahəsini yerində göstərə bilər sübutların yerində müayinəsi zaman da məhkəmə əmin ola bilər ki, həmin bağ sahəsi boşdur, zəbt olunmayıb və inzibati orqanın imtina cavabının hüquqi və məntiqi əsası yoxdur. Arxiv əsaslarına gəlincə, iş materiallarından göründüyü kimi, iddiaçının nümayəndəsi dəfələrlə həm birinci instansiya məhkəməsindən, həm də apelyasiya instansiyası məhkəməsindən 51 saylı bağ sahəsinin arxiv sənədlərinin (baş plan, bölgü sxemi, ayrıc aktı və s.) tələb edilməsi, habelə döngə nöqtələrinin koordinatlarının və sair texniki məsələlərin müəyyən edilməsi ilə bağlı müvafıq tədbirlərin görülməsini xahiş etsə də, məh kəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, zəruri sübutları düzgün və tam şəkildə tələb etməmişdir. Belə ki, iddiaçının nümayəndəsi 04 iyun 2020-ci il tarixli vəsatətində tələb olunan sənədlərin (bölgü sxemi, qərar, protokol) Əmlak Məsələləri Dövlət Xidmətindən sorğu edilməsini xahiş etsə də, apelyasiya məhkəməsi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə formal sorğu verməklə kifayətlənmişdir. Məhkəmə nəzərə almalı idi ki, onun sorğusuna verilən 04 may 2020-ci il tarixli cavab məktubunun müəllifi – hazırkı iş üzrə cavabdehin özüdür. Cavabdeh iddiaçıya artıq imtina cavabını təqdim etdiyindən, məhkəməyə fərqli şəkildə (yəni, iddiaçının xeyrinə) cavab verməyi ağlabatan deyil. Digər tərəfdən isə, həmin cavabdeh iddiaçıya 16 iyul 2019-cu il tarixli imti na cavabını verərkən 51 saylı bağ sahəsinin baş planının olmadığı bəhanə eləsə də, həmin baş plan cavabdehin tabe olduğu Əmlak Məsələləri Dövlət Komitəsinin digər qurumu (DƏKÜRX) tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və bununla da, inzibati orqanın iddiaçıya bəyan etdiyi «ərazinin baş planı yoxdur» əsasının bəhanədən başqa bir şey olmadığı məhkəmənin özü tərəfındən müəyyən olunmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-197/2020 saylı iş üzrə 24 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə icla sının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi (oğlu) Rüfət Kərimov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsiisə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində bax ır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası öncə iddiaçının iddia ərizəsində hazırkı iddia tələbini irəli sürdüyü zaman onun həmin tələbin əsaslandırmasına diqqət yetirməy i zəruri hesab edir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Dövlət AqrarSənaye Komitəsinin təqdimatına əsasan Abşeron rayonunun Novxanı üzümçülükheyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə 7,0 hektar torpaq sahəsi ayrılmışdır. Bərəkət bağçılıq və bostançılıq və yoldaşlıq şirkəti nizamnaməsinin təsdiq edilməsinə dair 54 saylı qərar qəbul edilmişdir. Bağçılıq cəmiyyəti üzvlərinin 10 iyul 1991-ci il tarixli protokoluna əsasən, iddiaçı cəmiyyətə üzv qəbul edilmiş, Novxanı ərazisində sahəsi 600 kvadrat metr olan 51 nömrəli bağ sahəsi daimi istifadə üçün iddiaçıya verilmişdir. Uzun müddətdir ki, torpaq sahəsi iddiaçının istifadəsinə verilsə də həmin to rpaq sahəsindən istifadə etməmiş, torpaq sahəsinin məlum olmadığından torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını aparmaq mümkün olmamışdır. İddiaçı cavabdehə müraciət edərək, Novxanı ərazisində sahəsi 600 kvadrat metr olan 51 nömrəli bağ sahəsinin planı və ölçüsünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, cavabdeh tərəfindən 16 iyul 2019-cu il tarixli cavab məktubu ilə imtina verilmişdir. Hesab edir cavabdehin imtinası əsassızdır. Beləliklə, iddiaçıya sözügedən qərarla 600 kvadrat metr olan 51 nömrəli bağ sahəsinin ayrılmasından artıq 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, iddiaçı özü etiraf edir ki, adıçəkilən torpaq sahəsinin yeri ona məlum deyil, nəticə etibarı ilə də iddiaçı torpaq sahəsindən bir gün də olsa istifadə etməmişdi r. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Azərbaycan SSR Nazirlər Soveti» arxiv fondunda mühafizə edilən sənədlərində Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 saylı «Torpaq sahələri ayrılması haqqında» qərarında qeyd olunur ki, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən Abşeron rayonunun Novxanı üzümçülük-heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə 7,0 hektar torpaq sahəsi ayrılmışdır. Ayrılan sahənin Şimalı Abşeron kurort zonasına daxil olduğunu nəzərə alaraq, ərazinin memarlıq görkəminin lazımi səviyyəsinin təmini üçün tikinti eskizi işlənilmiş və Dövlət Tikinti Komitəsi ilə müəyy ən olunmuş qaydada razılaşdırılmışdır. Abşeron rayon XDS İK-nin 26 mart 1991-ci il tarixli 54 nömrəli qərarına əsasən, Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin Azərbaycan Respublikası Taxıl Məhsulları kollektiv bağçılıq və bostançılıq yoldaşlıq şirkətinin nizamnaməsi qeydə alınmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bağçılıq cəmiyyəti üzvlərinin 10 iyul 1991-ci il tarixli protokoluna əsasən İddiaçı Rza qızı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Novxanı ərazisində yerləşən Bağçılıq cəmiyyəti bağından sahəsi 600 kvadrat metr olan 51 saylı bağ sahəsi daimi istifadəyə ayrılmış və bu barədə iddiaçıya 51 saylı üzvlük kitabçası verilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ap arılan araşdırma zamanı təqdim edilmiş sənədlər ekspertiza edilərkən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən ilkin baş planının və təsdiq edilmiş ayrıc aktlarının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Habelə, təqdim edilmiş sənədlərin baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar göstərilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini, başqasına keçməsini, məhd udlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərind ə hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilən Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, qanuna əsasən, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas kimi çıxış edir. Hazırkı iş üzrə isə də, iddiaçının məhkəməyə təqdim etdiyi kitabçanın bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilib-verilmədiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan SSR Taxıl Məhsulları kollektiv bağçılıq və bostançılıq yoldaşlıq şirkətinə dair arxiv əsasların (bağçılıq-yoldaşlıq şirkətinə ayrılmış bağların yerləşmə sxemi, bağçılıq üzvlərinin siyahısı və s.) təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Re yestri Xidmətinə sorğu edilsə də, sorğuya cavab olaraq 15 noyabr 2019-cu tarixli məktubda bağçılıq-yoldaşlıq şirkətinə ayrılmış torpaq sahəsinin baş planı əlavə edilsə də, digər sənədlərin arxivdə aşkar edilmədiyi bildirilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Taxıl Məhsulları kollektiv bağçılıq və bostançılıq yoldaşlıq şirkətinə dair arxiv əsaslarının, o cümlədən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu göndərilsə də, sorğuya cavab olaraq verilmiş 04 may 2020-ci tarixli məktubda inzibati orqan tərəfindən qeyd edilən bağçılığa dair heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Eyni zamanda iddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 18 mart 2019-cu il tarixli 5/494 saylı məktubdan görünür ki, «Bağlar» Cəmiyyəti həmçinin, Bağçılıq təsərrüfatları tərəfindən verilmiş qərarlar Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi 24 iyun 2020-ci il tarixli, 2-1(105)-197/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının kasasiya şikayəti təmin edilməməlidir. Bununla belə, məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, həqiqətən Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli, 600 saylı «Torpaq sahələri ayrılması h aqqında» qərarının, həmçinin Abşeron rayon XDS İK-nin 26 mart 1991-ci il tarixli, 54 nömrəli qərarına əsasən Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin Azərbaycan Respublikası Taxıl Məhsulları kollektiv bağçılıq və bostançılıq yoldaşlıq şirkətinin Nizamnaməsinin qeydə alınması faktının, eləcə də iddiaçı da həmin bağçılıq cəmiyyətinin 51 saylı üzvlük kitabçasının mövcud olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq səlahiyyətli orqana (Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon bələdiyyəsi və ya digər) müraciət edib çatışmayan sənədləri əldə etmək hüququna malik olmaqla, həmin sənədləri də aldıqdan sonra hazırkı məsələnin həll edilməsi məqsədi ilə məhkəmədə yenidən iddia irəli sürə bilər. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM -nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2-1(105)-197/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar