Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1993/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, royalti gəliri) 13.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2023-cü il tarixli, 2-1(105)449/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının fəaliyyəti güllərin və digər bitkilərin becərilməsindən ibarətdir.
2. İddiaçı “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti ilə xx.xx.2019-cu il tarixli “Gül kultivasiyası lisenziyası haqqında” müqavilə bağlamış, müqaviləyə əsasən qızılgül şitillərinin istifadəsi ilə bağlı hüquq (lisenziya) əldə etmiş və bununla bağlı qeyrirezidentə vəsait ödəmişdir.
3. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan, qeyrirezidentlər üzrə göstərilən xidmətlərə görə 368009,45 manat dövriyyə göstərilmiş, lakin xx.xx.2019-cu il tarixli bəyannamədə müvafiq göstərici 54880,89 manat göstərilmişdir.
4. Cavabdeh “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********663500 nömrəli məktubla iddiaçıya müraciət edərək, 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim olunmasını tələb etmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.
5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********972600 nömrəli qərarı ilə iddiaçıya 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə ƏDV məbləği hesablanmışdır.
6. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə kameral vergi yoxlaması keçirilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********229200 nömrəli qərarla iddiaçıya 2019-cu ilin avqust ayı üzrə 56363,14 manat əlavə ƏDV məbləği hesablanmışdır.
7. İddiaçının həmin qərardan inzibati qaydada verdiyi şikayət Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********924100 nömrəli qərarı ilə təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********229200 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyət növü güllərin və digər bitkilərin topdansatışından ibarətdir və iddiaçı öz fəaliyyətini ünvan ünvanında yerləşən “İstixana (Güllərin və onların toxumlarının becərilməsi)” adlı təsərrüfat obyekti vasitəsilə həyata keçirir. İddiaçı qızılgüllərin kultivasiyası üçün “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti ilə lisenziya haqqında müqavilə bağlamış və bu müqaviləyə əsasən 2019-cu ilin avqust ayı ərzində “DE RUİTER EUROPE B.V.” şirkətinə 150765 avro məbləğində pul vəsaiti (r oyalti) ödəmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində kameral vergi yoxlaması keçirilmiş və bu araşdırma nəticəsində hesab edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat dövriyyə göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixli bəyannaməsində müvafiq göstəricinin 54880,89 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı cavabdeh Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə istinad edərək, iddiaçıya 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə vergi məbləğinin hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesabl anması barədə” xx.xx.2019-cu il tarixli, **********972600 nömrəli qərar qəbul etmişdir. Sonradan iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə iddiaçının “DE RUİTER EUROPE B.V.” qeyrirezident şirkəti ilə qızılgüllərin kultivasiyası üçün lisenziya haqqında müqavilə bağladığı, müqaviləyə əsasən cəmiyyətin qızılgül şitillərinin istifadəsi ilə bağlı lisenziya üçün ödənilən vəsaitdən royalti olaraq 14 faizlə ödəmə mənbəyindən tutulan vergi ödədiyi, həmin ödənişlə birlikdə əlavə olaraq səhvən 19070,17 manat və 40576,4 manat məbləğində qeyri-rezident üzrə ƏDV ödədiyi, bağlanmış müqavilə üzrə ödəniş edərkən qızılgül şitillərinin istifadə hüququnun əldə olunmasının nəzərdə tutulduğu, yəni mülkiyyət hüququnun keçməsinin nəzərdə tutulmadığı, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən qızılgül şitillərindən istifadə ilə bağlı lisenziya qeyri-maddi aktiv olduğuna görə ƏDV-nin məqsədləri üçün mal kimi qəbul olunmadığı bildirilmiş, 2019-cu ilin avqust ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 56363,14 manat vergi məbləğinin azaldılması xahiş edilmişdir. İddiaçının bu dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması keçirilmiş və iddiaçıya 56363,14 manat əlavə vergi məbləğinin hesablanması ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********229200 nömrəli qərar qəbul edilmişdir. Qeyd edilən qərar əsassı z və qanunsuzdur. Belə ki, iddiaçı ilə qeyri-rezident şəxs olan “DE RUİTER EUROPE B.V.” şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 20190429-7885 nömrəli “Gül kultivasiyası lisenziyası haqqında” razılaşmanın şərtlərindən görünür ki, “DE RUİTER EUROPE B.V.” şirkəti gül şitillərinin istifadəsi ilə bağlı hüququ (və ya lisenziyanı) iddiaçıya verir və burada mülkiyyət hüququnun verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bu o deməkdir ki, gül kultivasiyası texnologiyasına münasibətdə iddiaçıya yalnız istifadə hüququ verilmiş və digər hüquqlar, o cümlədən mülkiyyət hüququ qeyrirezident şəxs olan “DE RUİTER EUROPE B.V.” şirkətində qalmışdır. Yəni gül kultivasiyası texnologiyası üzərində iddiaçının mülkiyyət hüququ yaranmamış, mülkiyyət hüququ ona ötürülməmişdir. Cavabdeh gül kultivasiya sı texnologiyası üzərində istifadə hüququnun verilməsini və ötürülməsini Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. Halbuki, royalti şəklində ödənilmiş məbləğlərə ƏDV-nin hesablanması qanunaziddir.
10. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan, qeyri-rezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat dövriyyə göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixli bəyannaməsində müvafiq göstəricinin 54880,89 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. xx.xx.2019-cu il tarixdə **********663500 nö mrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək, 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim olunmamışdır. Göndərilmiş məktuba iddiaçı tərəfindən münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə vergi məbləği hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019cu il tarixli, **********972600 nömrəli qərar qəbul edilmişdir. Sonradan ve rgi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 56363,14 manat əlavə vergi məbləğinin hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********229200 nömrəli qərar qəbul olunmuşdur. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Lakin qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin ikinci abzasına əsasən patentlərin, lisenziyaların, ticarət m arkalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir. Odur ki, iddia tələbi əsassızdır.
11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) xx.xx.2022-ci il tarixli, 2-1(118)-1432/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********229200 nömrəli qərar ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Hollandiyanın RUİTER şirkəti tərəfindən müəllif hüquqları ilə qorunan gül çeşidlərini yetişdirmək hüququ verilmiş, yəni həmin güllər üzrə müəllif hüququndan müvəqqəti istifadə hüququ ötürülmüşdür. İddiaçı həmin hüquqlardan müvəqqəti istifadə etdiyi üçün RUİTER şirkətinə mükafat şəklində ödənişlər həyata keçirirdi ki, həmin mükafatlar da royalti hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində olan “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi” anlayışı yalnız Vergi Məcəlləsinə 2021-ci ildə edilmiş və 1 yanvar 2022-ci ildən qüvvəyə minmiş dəyişikliklər nəticəsində qəbul edilmişdir. 2019-cu ildə Vergi Məcəlləsinin 168.1.5-ci maddəs ində müəlliflik hüquqlarının istifadəyə verilməsi ilə bağlı qeyd qüvvədə olmadığına görə, həmçinin Vergi Məcəlləsinin tələblərinə əsasən royalti ƏDV-yə cəlb edilməyən əməliyyat olduğuna görə, iddiaçı tərəfindən royaltiyə görə ödənilən ƏDV əsassız yerə vergi orqanı tərəfindən qəbul edilmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zahid Məmmədov və Fuad Məmmədov) 14 sentyabr 2022-ci il tarixli, 2-1(105)-521/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış dır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qeyri-rezident olan “X2 B.V” şirkəti ilə iddiaçı arasında bağlanmış “Gül kultivasiyası lisenziyası haqqında razılaşma”dan aydın olduğu kimi, qeyri-rezident gül şitillərinə münasibətdə iddiaçıya yalnız istifadə hüququnu vermiş, digər hüquqlar qeyri-rezidentin özündə qalmışdır. Yəni gül şitilləri üzərində iddiaçının mülkiyyət hüququ yaranmamış, mülkiyyət hüququ ötürülməmişdir. Həmçinin istifadə hüququnun verilməsinin royalti şəklində ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh, gül şitilləri üzərində istifadə hüququnun verilməsini və ötürülməsini Vergi Məcəlləsinin 13.2.11.-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. Vergi Məc əlləsinin tələblərindən göründüyü kimi, royalti – qeyri-maddi aktivlər üzərində hüquqlardan istifadəyə görə edilən ödənişdir. Həmçinin cavabdeh də iddiaya qarşı yazılı etirazında və apellyasiya şikayətində iddiaçı ilə qeyri-rezident arasında yalnız hüquqların ötürülməsinin baş verdiyini və hər hansı mülkiyyət hüququnun yaranmadığını qəbul edir ki, bu da mübahisəli ödənişlərin hüquqlardan istifadəyə görə həyata keçirildiyini, yəni həmin ödənişlərin royalti olduğuna və bu ödənişlərin Vergilər Məcəlləsinin 13.2.11-ci maddəsinə istinadən ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlara aid edilməsinin qanunsuzluğuna dəlalət edir.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraa t
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Nigar Rəsulbəyova /sədrlik edən və məruzəçi/, Kəmaləddin Bədəlov və İlqar Hüseynov) 24 yanvar 2023-cü il tarixli, 2-1(102)-243/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2.23-cü, 13.2.8-13.2.9-cu və 13.2.11-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmasa da, qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə ver ilməsi ƏDV-nin məqsədləri üçün xidmət sayılır. Odur ki, sadalanan maddələrin işin hallarına tətbiqi nəticəsində məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti tərəfindən lisenziya verilməklə “xidmət” göstərilmişdir.
19. Digər tərəfdən, Vergi Məcəlləsinin 169-cu maddəsində təsbit edilmiş qeyrirezident tərəfindən ƏDV o halda ödənilir ki, qeyri-rezidentin xidmətinin göstərildiyi yer Azərbaycan Respublikası olsun. Xidmətin göstərildiyi yerin müəyyən edilməsi ilə bağlı isə Vergi Məcəlləsinin 168-ci maddəsinə müraciət edilməlidir. Məcəllənin 168.1.5-ci maddəsinin xx.xx.2022-ci ilədək olan redaksiyasına əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi ilə bağlı x idmətlərin göstərildiyi yer - işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer sayılırdı. xx.xx.2022-ci il tarixindən isə patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi ilə yanaşı “istifadəyə verilməsi” də həmin maddəyə əlavə edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi qanunvericilikdəki dəyişikliyin mübahisələndirilən qərarın qəbulundan sonra olmasına istinad etməklə Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin hazırkı işə tətbiqini istisna etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə o hissədə razılaşır ki, “istifadəyə verilməsi” ifadəsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi 168.1.5ci maddənin məzmununu həmin Məcəllənin 13.2.8-ci və 13.2.11-ci maddələri ilə birgə təhlil etməmiş, başqa sözlə, 168.1.5-ci maddəyə edilmiş dəyişiklikdə qanunvericinin niyyətini (normaya dəqiqləşmə yaxud yeni müddəa əlavə edilməsi məsələsinin aydınlaşdırılması istiqamətində) müəyyən etməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, qeyri-maddi aktivlər əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün mal sayılmır, başqa sözlə, onların təqdim edilməsi (satılması; mülkiyyətə verilməsi və sair) ƏDV-yə cəlb olunan əməliyyat deyildir (eyni zamanda xidmətin göstərilməsi də hesab olunmur). Digər tərəfdən, qeyrimaddi aktivin istifadəyə verilməsi isə 13.2.11-ci maddənin təsir dairəsinə düşür və xidmətin göstərilməsi hesab olunur. Odur ki, Vergi Məcəlləsin in 168.1.5-ci maddəsində təsbit edilmiş “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi” xidmət göstərildiyi halda, mülkiyyət hüququnun elementlərindən biri olan sərəncam hüququnun ötürülməsini nəzərdə tuta bilməzdi. Belə olan halda isə, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsindəki dəyişikliyin (normaya dəqiqləşmə yaxud yeni müddəa əlavə edilməsi məsələsinin) mahiyyəti aydınlaşdırılmalıdır. Başqa sözlə, mübahisəyə maddi hüquq normaları tətbiq edilərkən, maddənin əvvəlki redaksiyasının mülkiyyət hüququnun digər elementi olan istifadə hüququnu ehtiva edib-etməməsinə qiymət verilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlə r Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Almaz Süleymanova və Səyyad Qafari) 08 may 2023-cü il tarixli, 2-1(105)-449/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, iddia tələbi təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin dispozitiv şərtlərinin tələbinə əsasən malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət hesab edilir. Qeyd olunan normanın təhlilindən aydın olur ki, qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-yə cəlb olunan mal sayılmasa da, qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxsə verilməsi ƏDV-nin məqsədləri üçün “xidmət” sayılır. İndiki halda iddiaçıya müvafiq lisenziya əsas ında istifadə hüququ ötürülmüşdür, hansı ki, bu hüquq əsasında həyata keçirilən fəaliyyət qeyri-maddi aktivlərin təqdim edilməsi kimi çıxış etməməklə, xidmət kimi mövcud olmuşdur. Belə ki, həmin istifadə hüququnun tətbiqi nəticələri maddi ifadə kəsb edən fəaliyyət kimi çıxış etdiyindən, Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin dispozitiv şərtlərinə əsasən “xidmət” hesab olunur. Həmçinin tərəflər arasında bağlanılmış müvafiq Müqavilənin 1.1-ci, 1.2-ci, 1.3-cü və 1.8-ci bəndlərinin mahiyyətindən görünür ki, tərəflər arasında bağlanılmış razılaşmanın məqsədli təyinatı məhz həmin hüquqları istismar etmək və kommersiyalaşdırmaqdan ibarətdir. Nəticə etibarilə, tərəflər arasında yaranmış münasibətin xarakterinin özü də həmin fəaliyyətin Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin təsiri altına düşmə si halını, başqa sözlə, həmin fəaliyyətin xidmət kimi çıxış etməsi halını göstərir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ötürülən istifadə hüququ qeyri-maddi aktiv kimi ƏDV-yə cəlb olunmayan əməliyyat kimi qiymətləndirilməklə, bu hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında olan münasibətlərin xarakterindən və mahiyyətindən görünür ki, iddiaçı qızılgül şitillərinin kultivasiyası ilə bağlı müvafiq lisenziya əsasında istifadə hüququ əldə edərək, onun tətbiqi üzrə müstəqil fəaliyyət göstərmişdir. Bu hal isə, özlüyündə həmin qeyri-rezident şirkət tərəfindən ona ötürülən istifadə hüququnun məhz mülkiyyət hüqu qunun tərkib elementi olan məhdud əşya hüququ kimi xarakterizə etməyə əsas verir, habelə həmin hüququn mahiyyət etibarilə mülkiyyət hüququnun tərkib hissəsi kimi mövcud olduğunu göstərir. Eyni zamanda qeyd olunmalıdır ki, 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin dispozitiv şərtlərinin hazırda qüvvədə olan həmin normanın dispozitiv şərtlərinin müqayisəli təhlilindən aydın olur ki, əvvəlki redaksiyada olan normanın dispozitiv şərtləri özündə lisenziyaların və digər analoji hüquqların mülkiyyətə verilməsi anlayışı məhz məhdud əşya hüququ kimi istifadə hüququnu da özündə ehtiva etməklə, mülkiyyət hüququnun tərkib elementi kimi çıxış etmişdir. Qeyd edilən hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qeyri-rezident tərəfindən iddiaçıya müvafiq lis enziya əsasında istifadə hüququnun verilməsi vergitutma məqsədləri üçün xidmət hesab edildiyindən və qeyri-rezident tərəfindən iddiaçıya ötürülmüş istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi qismində çıxış etdiyindən, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin dispozitiv şərtlərinin tələbinə əsasən xidmətin göstərildiyi yer iddiaçının təsis edildiyi (qeydiyyatda olduğu) yer, yəni Azərbaycan Respublikası hesab edilir və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq olaraq qeyri-rezidentə royalti qismində edilən ödənişlər ƏDV məqsədləri üçün vergitutma obyekti qismində çıxış edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ötürülən istifadə hüququnun mahiyyətini Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin dispozitiv şərtləri baxımından düzgün təh lil etməmiş, iddiaçıya ötürülən istifadə hüququnun mülkiyyət hüququnun tərkib elementi kimi mövcudluğunu diqqətdən qaçırtmış, işin hallarına düzgün hüquqi qiymət verməmiş, nəticə etibarilə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
23. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
24. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsini düzgün tətbiq etməyib və bu, düzgün olmayan qərar çıxarılmasına səbəb olub. Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsi hazırkı mübahisəyə həmin normanın xx.xx.2022-ci ilədək olan redaksiyasında, habelə Vergi Məcəlləsinin 13.2.8-ci, 13.2.9-cu və 13.2.23-cü maddələri kompleks şəkildə nəzərə alınmaqla tətbiq edilməli idi. Əgər vergitutma baxımından əmlakın istifadəyə verilməsi mülkiyyətə verilmənin tərkib hissəsi hesab olunsaydı, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə xx.xx.2022-ci il tarixdən “o cümlədən istifadəyə verilməsi” anlayışını əlavə etməyə zərurət olmazdı. Royalti - qeyri-maddi aktivlər üzərində hüquqlardan istifadəyə görə edilən ödəniş olduğundan, tərəflər arasında yalnız hüquqların ötürülməsi baş verdiyindən və hər hansı mülkiyyət hüququ yaranmadığından, mübahisəli ödənişlər hüquqdan istifadəyə görə həyata keçirildiyindən, yəni həmin ödənişlər royalti olduğundan bu ödənişlərin Vergilər Məcəlləsinin 13.2.11-ci maddəsinə istinadə n ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlara aid edilməsi qanunsuz olmuşdur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəs i qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.8 Mal – hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyrimaddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Maddə 13.2.9. Qeyri-maddi aktivlər – intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar. Maddə 13.2.11. Xidmət (iş) – malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. Maddə 13.2.23. Royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxla malar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə m ənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqi qləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 168.1.5. İşlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi; (“o cümlədən istifadəyə verilməsi” ifadəsi xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə edilmişdir)
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasınd a baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdi r.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, məhkəmə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu sə bəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, qərar ləğv edilməli, iddia təmin olunmalıdır.
31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.
32. Mübahisənin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının fəaliyyəti güllərin və digər bitkilərin becərilməsindən ibarətdir. İddiaçı “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti ilə xx.xx.2019-cu il tarixli “Gül kultivasiyası lisenziyası haqqında” müqavilə bağlamış, müqaviləyə əsasən qızılgül şitillərinin istifadəsi ilə bağlı hüquq (lisenziya) ə ldə etmiş və bununla bağlı qeyrirezidentə vəsait ödəmişdir. Qızılgül şitillərindən istifadə ilə bağlı iddiaçının müqaviləyə əsasən əldə etdiyi lisenziya cavabdeh tərəfindən ƏDV məqsədləri üçün xidmət kimi qəbul edilmiş, ödənilən məbləğ ƏDV-yə cəlb olunmuş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********229200 nömrəli qərarla iddiaçıya 2019-cu ilin avqust ayı üzrə 56363,14 manat əlavə ƏDV məbləği hesablanmışdır. Hazırda iddiaçı həmin qərarın qanunsuz və əsassız olduğunu iddia edərək, onun ləğv olunmasını məhkəmədən xahiş edir.
33. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, mal anlayışı hər hansı maddi və ya qeyri-maddi əmlakı (aktivi), o cümlədən elektrik və istilik enerjisini, qaz və suyu e htiva edir. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyrimaddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.
34. Həmin Məcəllənin 13.2.9-cu maddəsinə görə, qeyri-maddi aktivlərə intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar aid edilir.
35. Həmin Məcəllənin 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) – malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir.
36. Həmin Məcəllənin 13.2.23-cü maddəsinə əsasən, royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyrimaddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə h üquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.
37. Həmin Məcəllənin 168.1.5-ci maddəsinə əsasən, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi; Qeyd: “o cümlədən istifadəyə verilməsi” ifadəsi Vergi Məcəlləsinə xx.xx.2022-ci il tarixdən əlavə edilmişdir.
38. İş üzrə birinci kassasiya baxışı zamanı Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə xx.xx.2022-ci il tarixdən əlavə edilən dəyişikliyin mahiyyətinin müəyyən olunması, yəni onun dəqiqləşmə xarakterli dəyişiklik olmasının, yoxsa yeni müddəa kimi nəzərdə tutulmasının araşdırılması ilə bağlı apellyasiya məhkəməsinə göstəriş verilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən pozuntuya yol verilərək, qeyrimaddi aktivin istifadəyə verilməsinə mülkiyyət hüququ kontekstində və mülki hüquq baxımından yanaşılmış, vergitutma məqsədləri üçün bunların ayrı-ayrı xarakterə malik old uğu nəzərə alınmamışdır. Bu zaman nəzərə alınmamışdır ki, qeyri-maddi aktiv mülkiyyət hüququ ötürülmədən istifadəyə verilirsə və bundan gəlir əldə olunursa, bu royalti gəliri hesab olunur. Bu işin mübahisəsiz halıdır və qeyri-rezidentin lisenziyanı iddiaçıya yalnız istifadəyə verdiyi, həmin lisenziyanın iddiaçının mülkiyyətinə keçmədiyi iş üzrə materiallarla təsdiq olunur.
40. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı mübahisəyə münasibətdə istifadə hüququna mülkiyyət hüququnun tərkib hissəsi kimi yanaşaraq, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin xx.xx.2022-ci il tarixədək olan redaksiyasında təsbit edilmiş “müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi” ifadəsini iddiaçıya şamil etmiş və əməliyyatın ƏDV-yə cəlb olunmasının düzgün olduğu qənaətinə gəlmişdir.
41. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, əgər vergitutma məqsədləri baxımından əmlakın istifadəyə verilməsi mülkiyyətə verilmənin tərkib hissəsi kimi nəzərdə tutulsaydı, o zaman qanunverici xx.xx.2022-ci il tarixdən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə “o cümlədən istifadəyə verilməsi” ifadəsinin əlavə olunmasını zəruri hesab etməzdi.
42. Bu əlavənin zəruriliyi, eynilə bu mübahisədə olduğu kimi, əmlakın mülkiyyət hüququ keçmədən istifadəyə verildiyi zaman qeyri-rezidentə ƏDV ödənilməsi ilə bağlı münasibətlərin vergi qanunvericiliyində konkret tənzimlənməməsindən irəli gəlirdi. Başqa sözlə, bu dəqiqləşdirmə kimi deyil, yeni tənzimləmə kimi qəbul olunmalı və təfsir edilməlidir. Belə ki, həmin dəyişiklikdən sonra qeyd edilən hallarda, yəni patentlərin, lis enziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların yalnız mülkiyyətə verilməsinə və ya güzəşt edilməsinə görə deyil, həm də istifadəyə verilməsinə görə vergi ödəyiciləri xx.xx.2022-ci il tarixdən qanuni olaraq vergiyə cəlb olunmağa başlandı. Qeyd olunmalıdır ki, əvvəllər də istifadə hüquqlarının ötürülməsinin vergi orqanları tərəfindən ƏDV-yə cəlb edilməsinə təcrübədə rast gəlinirdi və vergi orqanları bunun (istifadə hüquqlarının ötürülməsinin) xidmət kimi qiymətləndirilərək ƏDVyə cəlb olunduğunu iddia edirdi.
43. Bununla bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi mövcuddur (https://sc.supremecourt.gov.az/storage/İnzibat/2021/9_463+xx.xx.2021.pdf).
44. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə münasibətdə əmlakın istifadəyə verilməsini və mülkiyyətə keçməsini fərqləndirməmiş, onların fərqli əməliyyatlar olduğunu (biri alqı-satqı, digəri icarə) nəzərə almamış, istifadə hüququnu mülkiyyət hüququ kontekstində və onun tərkib hissəsi kimi qiymətləndirməklə vergitutma məqsədləri baxımından fərqli nəticələr yaratdığına diqqət yetirməmiş və nəticədə səhv qənaətə gəlmişdir.
45. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir.
46. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti əsaslı sayılmalı, şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia təmin olunmalıdır.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2023-cü il tarixli, 2-1(105)-449/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********229200 nömrəli qərarı ləğv edilir. Qərar qətidir.