Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1994/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri: Sub-uçot depozit hesabında olan ƏDV məbləğinin hərəkətinin məhdudlaşdırılması; gömrük bəyannamələrində qeyd edilən malların üzərinə mübahisə olunan məbləğ həddində həbs qoyulması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respu blikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X4, vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarların ləğv edilməsi və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-802/2019 saylı, 14 mart 2019-cu il tarixli qərardadlarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 9 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 22 yanvar 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cava bdehin iddiaçıda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə 27.12.2017-ci il tarixli **********136076 nömrəli qərarının ləğv, yoxlamanın nəticəsi barədə tərtib edilmiş 25.04.2018-ci il tarixli **********100087 nömrəli, 24.09.2018-ci il tarixli **********100087 nömrəli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsini, səyyar vergi yoxlaması materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 15.01.2019-cu il tarixli **********174291 nömrəli qərarının ləğv, Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edil miş pozuntuların aradan qaldırılması barədə 15.01.2019-cu il tarixli **********809800 nömrəli tələbnamənin etibarsız hesab edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək onun subuçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını, sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkəti ilə bağlı hər hansı məhdudiyyətin qoyulmasının cavabdehə və digər vergi orqanlarına qadağan edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-1145/2019 saylı iş) 29.01.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlər in aradan qaldırılması qərara alınmış, sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkəti ilə bağlı hər hansı məhdudiyyətin qoyulması cavabdehə və digər vergi orqanlarına qadağan edilmişdir. Daha sonra iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə digər ərizə verərək iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək iddiaçının anbarında olan mal qalığı üzərinə, yəni hazırki iş üzrə mübahisələndirilən məbləğdən artıq olmayan həcmdə həbs q oyulmaqla (hər hansı bir məhdudiyyət qoyulmaqla) İddiaçı MMC-nin 28.01.2019-cu il tarixdə “xxxx” ASC-nin 2 saylı şöbəsində olan AZ03AZRT******************** saylı hesablaşma hesabına qoyulmuş **********1D saylı və **********9A saylı, həmin Bankda olan AZ15AZRT******************** saylı hesablaşma hesabına qoyulmuş ******** **3D saylı və **********1A saylı, həmin Bankda olan AZ23AZRT******************** saylı hesablaşma hesabına qoyulmuş **********2D saylı və **********0A saylı, həmin Bankda olan AZ33AZRT******************** saylı hesablaşma hesabına qoyulmuş **********4D saylı və **********2A saylı, 22.01.2019-cu il tarixində “xxxx” ASC-nin Abşeron filialında olan AZ98MUGA**********00021AZM19 saylı hesablaşma hesabına qoyulmuş **********2D saylı və **********0A saylı, “xxxx” ASC-nin Nəsimi filialında olan AZ82AZEN**********0944105001 saylı hesablaşma hesabına qoyulmuş **********3D saylı, “xxxx” ASC-də olan AZ65AMRA********************, AZ40AMRA********************, AZ52AMRA******************** və AZ60AMRA******************** saylı hesablaşma hesablarına qoyulmuş **********4A, **********5A, **********6A, ** ********7A, **********6D, **********7D, **********8D, **********9D saylı sərəncamların icrasının dayandırılması və bank hesablarına sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi, yuxarıda göstərilən borc məbləği və həmin məbləğlərdən yaranacaq digər borclar (maliyyə sanksiyası və faizlər) üzrə hər hansı sərəncamların qoyulmasının qadağan edilməsi, qoyulduğu təqdirdə icra edilməməsi, cari hesab üzrə digər əməliyyatların aparılmasının təmin edilməsi və digər hərəkətlərin AR VN yanında Lokal Gəlirlər və Milli Gəlirlər Departamentlərinə və bank təşkilatlarına qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2019-cu ilin yanvar ayında dəyəri 3.000.000 manata yaxın olan müxtəlif növ elektrik cihazlar ölkəyə idxal edi lmiş və həmin mallar iddiaçıya məxsus anbarda saxlanılır. Cavabdeh tərəfindən səyyar vergi yoxlaması keçirilərkən, vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilmə qərarı verilərkən həmin malların qalığı və ümumiyyətlə əmlakın inventarizasiyası keçirilməmişdir. Bank hesablarına sərəncamların qoyulmasından əvvəl cavabdeh tərəfindən əmlakın inventarizasiyası həyata keçirilməli idi və mübahisələndirilən vergi borcunun məhkəmə qaydasında alınmasını təmin etmək məqsədi ilə həmin əmlakın üzərinə hər hansı məhdudiyyət qoyulması barədə müraciət olunmalı idi. Lakin cavabdeh bunu etməyərək birbaşa iddiaçının bank hesablarına sərəncam qoymaqla cavabdehin fəaliyyətini, digər şəxslər qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi vəzifəsini iflic vəziyyətə salmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2019-cu il tarixli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizəsi təmin edilmiş, inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənə qədər iddiaçının anbarında olan mal qalığı həcmdə gömrük bəyannamələrində qeyd edilən malların üzərinə mübahisələndirilən məbləğ həcmində (1.411.962,32 manat) həbs qoyulmuş, İddiaçı MMCnin 28.01.2019-cu il tarixdə “xxxx” ASC-nin 2 saylı şöbəsində olan AZ03AZRT******************** saylı hesablaşma hesabına qoyulmuş **********1D saylı və **********9A saylı, həmin Bankda olan AZ15AZRT******************** saylı hesablaşma hesabına qoyulmuş **********3D saylı və **********1A saylı, həmin Bankda olan AZ23AZRT******************** saylı hesablaşma hesabına qoyulmuş **********2D saylı v ə **********0A saylı, həmin Bankda olan AZ33AZRT******************** saylı hesablaşma hesabına qoyulmuş **********4D saylı və **********2A saylı, 22.01.2019-cu il tarixində “xxxx” ASC-nin Abşeron filialında olan AZ98MUGA**********00021AZM19 saylı hesablaşma hesabına qoyulmuş **********2D saylı və **********0A saylı, “xxxx” ASC-nin Nəsimi filialında olan AZ82AZEN**********0944105001 saylı hesablaşma hesabına qoyulmuş **********3D saylı, “xxxx” ASC-də olan AZ65AMRA********************, AZ40AMRA********************, AZ52AMRA******************** və AZ60AMRA******************** saylı hesablaşma hesablarına qoyulmuş **********4A, **********5A, **********6A, **********7A, **********6D, **********7D, **********8D, **********9D saylı sərəncamların icrası dayandırılmış və hazırkı vergi borcu ilə bağ lı hər hansı yeni sərəncamların qəbul edilməsi cavabdeh AR VN yanında Lokal Gəlirlər Departamentinə, digər vergi orqanlarına və onun icra edilməsi bank təşkilatlarına qadağan edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X3 və X6,2-1(103)-276/2019 saylı iş) 14 mart 2019-cu il tarixli ayrı-ayrı qərardadı ilə cavabdehin apellyasiya şikayətləri qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1145/2019 nömrəli iş üzrə 29 yanvar 2019-cu il tarixli qərardadı və 1 fevral 2019-cu il tarixli qərardadı ləğv edilmiş, hər iki qərardad üzrə iş həmin məhkəməyə göndərilmişdir. İddiaçı 8 aprel 2019-cu il tarixdə qərardadların surətini almış, 18 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verər ək qərardadların ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə qərardadına əsasən qaydaların təhlili göstərir ki, ƏDV sub-uçot depozit hesabında olan vergi məbləğinin hərəkəti ilə bağlı ortaya çıxan məsələlərə məsul dövlət orqanı məhz Vergilər Nazirliyinin özüdür. Belə olan halda, ərizəçinin sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulduğu irəli sürülən məhdudiyyətin aradan qaldırılmasına dair müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəsi AR VN Bakı şəhəri Lokal Gəlir Departamentinə qarşı yönəldilə bilməz. Lakin birinci instansiya məhkəməsi qərardadında ƏDV sub-uçot depozit hesabında olan vergi məbləğinin hərəkəti ilə bağlı məsələlərdə məsul dövlət orqanı kimi AR Vergilər Nazirliyinin hərəkətlə rini müzakirə etməmiş, qərardadın əsaslandırıcı hissəsində cəmiyyətin sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin üzərinə qoyulmalıdır.” barədə qənaətə gəlsə də, nəticə hissəsində iddiaçının sub-uçot depozit hesabında olana ƏDV məbləğinin sərbəst hərəkəti ilə bağlı hər hansı məhdudiyyətin qoyulmasını “digər vergi orqanlarına” da qadağan etmişdir. Çıxarılan qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinə ƏDV məbləğinin sərbəst hərəkəti üzərində nəzarəti hansı orqanın aparılmasını bilmədiyini söylədi. Digər tərəfdən, müəssisənin guya verg iyə olan borcunun 105 % dəyərində pulunun dondurulması müəssisənin fəaliyyətinə ciddi ziyan vurur. Baxmayaraq ki, alternativ olaraq ödəyəndə malın üzərinə həbs qoyulmasına heç bir etirazımız olmamışdır. Cavabdeh tərəfindən 29 yanvar 2019-cu il tarixdə 1.411.962 manat 32 qəpik məbləğində borc qanunsuz olaraq iddiaçının şəxsi hesab vərəqəsinə hesablanmışdır. Həmin borc məbləği hal-hazırda məhkəmə qaydasında mübahisələndirilir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclas ının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadlarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxla masının keçirilməsi barədə 27.12.2017-ci il tarixli qərarının ləğv, yoxlamanın nəticəsi barədə tərtib edilmiş 25.04.2018-ci il tarixli və 24.09.2018-ci il tarixli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsini, səyyar vergi yoxlaması materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 15.01.2019-cu il tarixli qərarının ləğv, vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə 15.01.2019-cu il tarixli tələbnamənin etibarsız hesab edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı iki ərizə ilə məhkəməyə mür aciət etmiş, ərizə ilə bağlı yuxarıda qeyd edilən qərardadlar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin 1 fevral 2019cu il tarixli qərardadını ləğv edərkən ona istinad etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadında Vergi Məcəlləsinin 65.2-ci maddəsinə formal istinad olunsa da, vergi orqanının həmin normada təsbit olunan vəzifələri, onun bu vəzifələri yerinə yetirərkən qanunun tələblərinə riayət edib-etməməsi də müzakirə predmeti olmamış, Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsi isə ümumiyyətlə unudulmuşdur. Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şika yətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə isə, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitin in məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bundan başqa, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qərardadını ləğv edərkən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi ərizələrə baxılması ilə bağlı işin birinci instansiya məhkəməsinə göndərilməsinə dair gəldiyi nəticəni qərardadlarda bildirməmişdir. İPM-in 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər: 87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Apellyasiya şikayətinin predmeti olan birinci instansiya məhkəməsinin həm 29 yanvar 2019-cu il, həm də 1 fevral 2019-cu il tarixli qərardadları müvəqqəti xarakterli müd afiə tədbiri barədə ərizəyə baxılması barədə mahiyyəti üzrə qəbul edilmiş qərardadlar olmuşdur. Birinci instansiya məhkəməsi hər iki ərizəyə dair mahiyyəti üzrə ayrıca qərardad qəbul etdiyindən İPM-in 87.2.2-ci maddəsinin şərti hazırkı halda mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi 14 mart 2019-cu il tarixli qərardadlarında İPM-in 87.7.1-ci maddəsinə istinad etməmiş, inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunmasını bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxılmasının mümkünsüzlüyü ilə bağlı qərardadlarda hər hansı əsaslandırma verməmiş, qərardadlarının ləğv etdikdən sonra müvəqqəti xarakterli barədə əriz ələrə baxmamasının səbəblərini, həmçinin işi birinci instansiya məhkəməsinə göndərilməsinin əsaslarını bildirməmişdir. Prosessual hüquq normalarının tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadları ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İddiaçı kassasiya şikayətinə əlavədə apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilərək yeni qərar çıxarılmasını xahiş etmişdir. Ərizələrə mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından yeni qərar qəbul edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcə lləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 mart 2019-cu il tarixli 2-1(103)-802/2019 saylı qərardadlarıləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1994/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1994/2019
09.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver