Məhkəmə qərarları › İş №2-1(102)-1994/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1994/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1994/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi; əlil uşağa qulluq edən ana) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Etibar Həsənovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-240/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1963-cü ildə Şəki şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı cavabdehin üzərinə 1979–1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində və 1982-1984-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin planuçot texnikumunda təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh özünün **********9 saylı xx xxxxxxxx 2019-cu il tar ixli imtina məktubu ilə təmin etməmiş və onun 1979-cu il tarixdən 1982-ci il tarixədək və 1982-ci il tarixdən 1984-cü il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin yaranmadığnı göstərərək, ərizəsinə imtina cavabı vermişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. O, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə kimi Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində və 1982-ci ildən xx.xx.1984-cü ilə kimi isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil almışdır. Təhsil müddətinin sığorta stajına daxil edilməsi isə birbaşa qanunvericilikdə nəzərdə tutulur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992 -ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bundan başqa xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti,habelə kadr hazırlayan kurslarda, ixtisasanırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. İddia ərizəsinə əlavə etdiyi 138148 saylı, xx xxxx 1982-ci il tarixli diplomun surətindən görünür ki, o, 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində təhsil almış. Həmçinin 0294 07 saylı, xx xxxx 1984-cü il tarixli diplomun surətindən görünür ki, o 1982-1984-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil almışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, cavabdeh təhsil müddətini sosial sığorta stajı kimi nəzərə almamaqla onun sosial təminat hüquqlarını pozmuşdur. 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində və 1982-1984-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin plan-uçot texnikumunda təhsil aldığı müddətlər cavabdeh tərəfindən əmək stajı kimi müəyyən edilməklə, sosial sığorta stajına daxil edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və yaşa görə əmək pensiyası təyin edilməlidir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək onun 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində, 1982-1984-cü illərdə Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil aldığı və İİ qrup əlil qızı X4 anadan olduğu xx.xx.1989-cu il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli,2-1(118)-202/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə id dianın təmin edilməsi, iddiaçı Xatirə Zahid qızıŞərifovanın 1979-1982-ci illərdə Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində, 1982-1984-cü illərdə Azərbaycan SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Bakı plan-uçot texnikumunda təhsil aldığı və İİ qrup əlil övladı X4 anadan olduğu xx.xx.1989-cu il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 1.0.2-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə, Azərbaycan Respublika sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinəəsaslanaraq qeyd etmişdir ki, əmək kitabçasına görə İddiaçı əmək stajı 15 il 8 ay 22 gün təşkil edir. Həmin müddətə onun 5 illik təhsil müddətini və 18 illik məhdud imkanlı övladına baxdığı müddəti əlavə etsək ümumi (əmək) sığorta stajı 38 il 8 ay 22 gün təşkil edəcək.Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 il 6 aydır. İddiaçı sağlamlıq imkanları m əhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğunluğuna dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(105)-240/2020 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Fərmayıl Ze ynallı və Zaur Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2ci, 7-ci, 8.2, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186-cı qərarının “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında 1.1-ci bəndinə əsaslanaraq iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericilikdə təhsil müddətinin sosial sığorta stajına daxil edilməsini nəzərdə tutulduğundan onun 1979-1982 və 1982-1984-cü illərdə təhsil aldığı müddət (5 il) sosial sığor ta stajına daxil edilməli, iddiaçının işlədiyi və təhsil aldığı, işləmədiyi dövrlərdə isə sağlamlıq imkanı məhdud uşağa qulluq müddətini sosial sığorta stajına daxil etdikdə iddiaçının 25 ildən artıq sosial sığorta yaranmış olur. İddiaçı, ona yaşa görə pensiya təyini üçün 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtına etməkdə haqlı olmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan məhkəmə iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəldiyinə dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçının xx.xx.1989-cu il təvəllüdlü övladı X2 anadan olduğu gündən əlil uşağa qulluq etdiyi dövr kimi sosial sığorta staj ına daxil edilməsi qeyd edilmişdir. Belə ki, qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə ziddir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının əlil övladının əlilliyi xx.xx.2003cü il tarixdən alınmışdır. Bu səbəbdən, xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan 1-ci qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. İddiaçının əlil övladı X5 18 yaşdan sonra 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Buradan görünür ki, xx.xx.2007-ci il tarixdən hal-hazırkı dövrədək sığorta stajının hesablanması qanunvericilikdə əksini tapmamışdır. Bunları nəzərə aldıqda məlum olur ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il stajı yoxdur. İddiaçının, əmək kitabçasında qeyd olunan dövr 12 il 10 ay 6 gün, əlil uşağa qulluq etdiyi dövr isə 4 il 25 gün təşkil edir. Bundan əlavə, iddiaçının tələb olunan 23.040.00 manat pensiya kapitalına qarşı onun fərdi hesabında 13.213,40 manat pensiya kapitalının olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Buna görə, DSMF-nin Sumqayıt şəhər şöbəsinin iddiaçıya təqdim etdiyi müvafiq imtina məktubu əsaslıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(105)-240/ 2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili E.Həsənov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxıl mışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsa sən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının xx.xx.1989-cu il təvəllüdlü övladı X2 anadan olduğu gündən əlil uşağa qulluq etdiyi dövr kimi sosial sığorta stajına daxil edilməsi qeyd edilmişdir. Belə ki, qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə ziddir. İddiaçının təqdim etdiyi sənədlə rdən görünür ki, iddiaçının əlil övladının əlilliyi xx.xx.2003-cü il tarixdən alınmışdır. Bu səbəbdən, xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan 1-ci qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. İddiaçının əlil övladı X5 18 yaşdan sonra 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Buradan görünür ki, xx.xx.2007-ci il tarixdən hal-hazırkı dövrədək sığorta stajının hesablanması qanunvericilikdə əksini tapmamışdır. Bunları nəzərə aldıqda məlum olur ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün tələb olu nan 25 il stajı yoxdur. İddiaçının, əmək kitabçasında qeyd olunan dövr 12 il 10 ay 6 gün, əlil uşağa qulluq etdiyi dövr isə 4 il 25 gün təşkil edir. Bundan əlavə, iddiaçının tələb olunan 23.040.00 manat pensiya kapitalına qarşı onun fərdi hesabında 13.213,40 manat pensiya kapitalının olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Buna görə, DSMF-nin Sumqayıt şəhər şöbəsinin iddiaçıya təqdim etdiyi müvafiq imtina məktubu əsaslıdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası “Vətəndaşla rın pensiya təminatı haqqında" Qanununun 69-cu maddəsinə əsasən iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-xx.xx.1993-cü illərdə 2 nömrəli mərkəzləşdirilmiş mühasibatlıqda (daha sonra adı dəyişdirilərək 7 nömrəli texniki peşə məktəbi adlandırılmışdır) çalışmışdır və onun həmin iş yeri üzrə ümumi stajı 8 il 5 ay 11 gün təşkil edir. Daha sonra iddiaçı xx.xx.1993-xx.xx.1994-cü illərdə “istiqlal” kiçik müəssisəsində mühasib vəzifəsində çalışmışdır və onun həmin iş yeri üzrə ümumi stajı 1 il 5 ay 22 gün təşkil edir. Bundan sonra iddiaçı xx.xx.1996-xx.xx.2000-ci illərdə Sumqayıt şəhər 7 saylı texniki peşə məktəbində xəzinədar vəzifəsində çalışmışdır və həmin iş yeri üzrə onun ümumi iş stajı 4 il 4 ay 25 gün təşkil edir. Eyni zamanda əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2012-01.04 2014-cü illərdə “Qartal” tikinti firmasında aşbaz köməkçisi vəzifəsində çalışmışdır və onun həmin iş yeri üzrə ümumi stajı 1 il 5 ay təşkil edir. İş materiallarından göründüyü kimi, iddiaçının yalnız əmək kitabçası ilə 15 il 8 ay 28 gün iş stajı vardır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən iddiaçının təhsil aldığı müddətin onun sığorta stajına daxil edilməsi mümkün deyildir. Bundan əlavə iddiaçı təhsil aldığı dövrlərdə məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin yaranmadığını qeyd etmişdir, l akin cavabdeh nəzərə almamışdır ki, hazırda qüvvədə olan əmək pensiyaları qanunvericiliyində təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmasa da, iddiaçının təhsil aldığı dövrlərdə (yəni 19791982 və 1982-1984-cü illər) qüvvədə olan xx.xx.1956-cı il tarixli "Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən peşə məktəblərində, dəmir yolu məktəblərində, kadr hazırlayan kurs və məktəblərdə təhsil müddəti ümumi iş stajına daxil edilmişdır. Bununla yanaşı, 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspirantur ada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericilikdə təhsil müddətinın sosial sığorta stajına daxil edilməsini nəzərdə tutulduğundan onun 1979-1982 və 1982-1984-cü illərdə təhsil aldığı müddət (5 il) sosial sığorta stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, sağlamlıq imkanları məhdud uşağına 18 illik qulluq dövrünü əhatə edən müddəti n bir hissəsini işləmiş (iddiaçının həmin ərəfələrdə hansı təşkilatlarda hansı peşə üzrə işləməsi yuxarıda qeyd olunmuşdur) və həmin dövrlər iddiaçının sosial sığorta stajı kimi qəbul edilmişdir. İddiaçı əmək kitabçası üzrə yalnız xx.xx.2000-ci il tarixdən işləməyə fasilə vermiş və xx.xx.2012-ci il tarixdə yenidən əmək fəaliyyətinə başlamışdır. Belə ki, iş materiallarından görünür ki, xx xxxxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş X1 atası X3, anası isə İddiaçıdır. X6 ürək qüsuru doğulmuş, xx.xx.2000-ci il tarixdən sağlamlıq imkanları məhdud olmuş, 1989-cu ildən - xx.xx.2011-ci ilədək İddiaçı himayəsində olmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 21.2-21.2.4-cü maddələrinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olu nan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Göründüyü kimi, əmək qanunvericiliyində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi dövrünün sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə qeyd edilən 18 illik qulluq dövrü xx.xx.1989-20 09.2007-ci illəri əhatə edir. Belə olan halda iddiaçının sağlamlıq imkanı məhdud uşağa qulluq müddəti onun əmək fəaliyyətinə fasilə verdiyi müddətdən uşağın 18 yaşı tamam olanadək dövrü (xx.xx.2000-xx.xx.2007) əhatə etməlidir ki, bu da cəmi 6 il 10 ay 2 gün təşkil edir. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiy ası hesab edir ki, iddiaçının işlədiyi və təhsil aldığı, işləmədiyi dövrlərdə isə sağlamlıq imkanı məhdud uşağa qulluq müddətini sosial sığorta stajına daxil etdikdə onun 25 ildən artıq sosial sığorta stajı yaranmışdır. Qeyd edilməlidir ki, yuxarıdakılara əsaslanaraq apelyasiya məhkəməsi düzgün və qanuni olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya pensiya təyini üçün müəyyən edilmiş yaş həddindən (61 yaş 06 ay) 5 il çıxıldıqda xx.xx.1963-cü il təvəllüdlü iddiaçının sağlamlıq imkanı məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş ana kimi yaşa görə pensiya hüququ 56,6 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə yaranmış olur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normaları nı düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-240/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar