Məhkəmə qərarları › İş №2-1(102)-1994/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1994/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1994/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əml akın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və digərlərinə qarşı “ hərəkətlərin qanunsuz hesab edilməsi və sair ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-2263/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, X1 (Bakı şəhəri 4 saylı ASANXidmət Mərkəzinin xüsusi notariusu), Xasıyeva Hicran Qismət qızına (Bakı şəhəri 4 saylı ASAN-Xidmət Mərkəzinin xüsusi notariusu), X3 (Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu) və X2 qarşı (Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu) X5, X4, X6 üçüncü şəxs qismində göstərilməklə “iddiaçıya qarşı qəsdən törədilən vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz və qanun əleyhinə hesab edilməsi, İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş qismində tanınması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri ilə cinayət işinin qaldırılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6580/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılm amışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2260/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır

4. Qərardad qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Nikolayevnan yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı inzibati Məhkəməsinə müraciət etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, əvvəllər qəbul edilmiş üç daşınmaz əmlak obyektləri barədə qanunsuz qərarlar və 2014-cü il tarixdən 2018-ci il tarixinədək mülki işlərdə sübutların saxtalaşdırılması əsasında mənəvi və maddi ziyanın ödənilm əsi barədə iddia tələbi 2(011)-3241/2020 nömrəli iş üzrə Xətai Rayon Məhkəməsində qaldırılmışdır. İddiaçıdan asılı olmayan səbəblərə görə iddia tələbi təmin edilməmişdir. İddiaçıdan asılı olmayan səbəblərə görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3862/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməmiş və AR MPM-nin 265.4-cü maddəsinə müvafiq olaraq xüsusi qərardad qəbul edilməmişdir. Qəbul edilmiş mülki akt üzrə AR İPM-nə müvafiq olaraq iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7698/2021 nömrəli iş üzrə qərardadı qəbul edilmişdir. Qərardada əsasən işə AR MPM-nin 305, 305.1.8 maddələrinə əsasən (AR Ədliyyə Nazirliyinin notarial or qanların hərəkət və ya hərəkətsizliyə dair iddialar) mülki icraatda müvafiq rayon məhkəməsində baxılmalıdır. İddiaçıdan asılı olmayan səbəblərə görə Sabunçu Rayon Məhkəməsinin 2(008)-7308/2021 nömrəli xüsusi icraatda baxılan Bakı şəhəri, “Servis Mərkəzi”-nin xx.xx.2021-ci il tarixdə işdə sübutlar müvafiq olmamış, yəni qanunsuz qərar qəbul edilmiş, heç bir verilmiş ərizə və vəsatət təmin edilməmiş, qəsdən hərəkətsizlik etmiş, əvvəlcədən danışmış şəxslər tərəfindən edilmiş əməlin cinayət məsuliyyətinin olduğunu bilə-bilə, AR CM-nin 120, 126.2.1, 134, 150.2.5, 178.3.2, 182.3.3, 2594.1, 295.1, 307, 308 və 314-cü maddələrinə əsasən və Sabunçu Rayon Məhkəməsi tərəfindən qərar ləğv edilməmiş, iddia təmin edilməmişdir. İddiaçıdan asılı olmayan səbəblərə görə Ali Məhkəmənin Mülki Kollegiyasının x x.xx.2021-ci il tarixli, 2(102)5391/2021 nömrəli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3862/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarı üzrə verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 Məhkəmənin iclasına gəlməmişdir ki, Nümayəndə2 N. ona və cavabdehlərə qarşı izahat verə bilməsin. İddiaçıdan asılı olmayan səbəblərə görə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi, L.İ. Fominanın Bakı şəhəri 41 saylı Notarial Kontoruna qarşı iddiası üzrə iddia tələbinə ümumi qaydada baxılması qərara alınmış, halbuki bütün mülki proseslər yekunlaşmış və icraat Bakı İnzibati Məhkəməsinin notarial orqanların hərəkət və hərəkətsizliyə dair qərardadı ilə müəyyən edilmişdir. Qeyd edilənlərə əs asən iş üzrə yeni açılmış hallarla bağlı icraaatın təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6580/2021 nömrəli, 10 may 2022-ci il tarixli qərardadı ilə (hakim M.Qarayeva) ərizənin mümkün sayılmaması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddiası mümkün hesab edilmədiyindən mübahisəyə mahiyyəti üzrə baxılmamışdır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti isə iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Buna görə işin mahiyyətini həll edən qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığından işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən halların ar aşdırılması mümkün olmadığından yeni açılmış hallar üzrə işə yenidən baxılmasına dair ərizə və həmin ərizənin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəyə də baxılması mümkün sayıla bilməz.

9. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini və ərizələrin mümkün sayılaraq, icraatın təzələnməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 21(103)-2263/2022 nömrəli qərardadı ilə (sədrlik edən – A.P.Oruczadə, hakimlər – X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(112)-6580/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məh kəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-2263/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti işin halları və ərizənin məzmunu ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət k əsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 100 Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibat i məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1 Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2 Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3 Bu Məcəllənin 103.1-ci və 1 03.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106 Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı i craat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar m üəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisəli məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş hə min məsələləri təkrarlamağa lüzum qalmır.

22. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iş üzrə yeni açılmış hallarla bağlı icraaatın təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanıl ması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun m üəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

26. Beləliklə kollegiya hesab edir ki, iddiaçının iddia tələbi üzrə mahiyyəti üzrə qəbul edilmiş yekun məhkəmə aktı mövcud olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və ötürülmüş prosessual müddətin bərpası ərizələrinin mümkün sayılmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

27. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxa rıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 21(103)-2263/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar