Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1994/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi; elektrik qaynaqçısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiy asının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)262/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt Kompressorlar Zavodunda çilingər, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 2 saylı trestində çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək elektrik qaynaqçısı, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Sumqay ıt ”EtilenPolietilen” Zavodunda təmirçi çilingər işləmiş, xx.xx.1999-cu il tarixdən hal-hazıradək həmin müəssisədə elektrik qaynaqçısı işləyir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşından, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanmaqla ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 14 oktyabr 2021-ci il tarixli, **********4 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən 28 avqust 1980-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıd a qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə işlədiyini təsdiq edən hər hansı sənəd aşkar olunmamışdır. Bu fakt "xxxx" SC tərəfindən xx.xx.2020-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də yuxarıda qeyd edilən dövrü əmək stajına daxil etmək mümkün olmadığından 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az - 16 il 1 ay 24 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il və xx.xx.1996-xx.xx.1996-cı İl, xx.xx.1997- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, güzəştli iş stajı 12 il 6 aydan azdır (7 il 7 ay 3 gün (xx.xx.1996- xx.xx.1996-cı il və xx.xx.1999-xx.xx.2005- ci il tarixləri arasındakı dövrlər)). Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İT ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının, B 127644 saylı xx.xx.1980-ci il tarixli diplomda qeyd edilmiş təhsil müddətinin və HZ ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qə rarının icra ediləcəyi günədək alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ümumilikdə, 28 il 4 ay ümumi əmək stajı var və bu stajın 12 il 6 aydan artıq müddəti pensiya təyinatını tənzimləyən qanun və qaydaların tələb etdiyi kimi güzəştli şərtlərlə pensiya təyinatı üçün hüquq verən peşə və sahələrə aiddir. Bu da o deməkdir ki, iddiaçının əmək fəaliyyəti və mövcud olan sığorta stajı imkan verir ki, ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh müraciətini təmin etməmişdir. Hesab edir ki, cavabdeh imtinası qanunsuz və əsassızdır. Həmçinin, bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Belə ki, iddiaçının müraciətinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Qanuna görə cavabdeh (inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı ş əxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar tam olaraq öz əksini tapmamışdır. Cavabdehin etirazları:
6. Cavabdehin yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(118)1188/2022 nömrəli qərarı ilə iddiaçının İT ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının, B127644 saylı xx.xx.1980-ci il tarixli diplomda qeyd edilmiş təhsil müddətinin və HZ ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günədək alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının işlədiyi müəssisənin rəhbəri şahid kimi ifadə verəndən sonra cavabdeh inzibati orqanın nümayəndələri tərəfindən yenidən yerində yoxlama keçirilmiş, inzibati orqan tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" SC-də çilingər, elektrik qaynaqçısı peşələrində işləmişdir. Müəssisə tərəfindən 1992-1996-cı il tarixədək əmək haqqı vərəqləri təqdim olunmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək haqqı dövrü müəssisə tərəfindən təqdim edilməmişdir. İ ddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək işləməsi əmrlər kitabında öz əksini tapmışdır. Həmin dövrlərə aid əmrlər kitabında iddiaçıya aid məlumatların olması iddianın əsaslı olduğunu göstərir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyinin 2 saylı Trestində (hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlanır) işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona 57 yaşından, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlə rlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)-262/2023 qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyinin 2 saylı Trestində (hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlanır) işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona 57 yaşından, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin iddiaçının güzəştli iş stajının 12 il 6 aydan (7 il 7 ay 3 gün (xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) az olduğu ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, həm iddiaçıya məxsus əmək kitabçasından, həm də arayışlardan göründüyü kimi, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt Kompressorlar Zavodunun “Buxar güc sexi”ndə ventilyasiya çilingəri, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il ta rixədək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində elektrik qaynaqçısı, 21 yanvar 1997-ci il tarixdən 28 fevral 1997-ci il tarixədək “Sumqayıt Etilen-Polietilen” zavodunun piroliz qazının sıxılması və təmizlənməsi sexində təmirçi-çilingər, 01 may 1999-cu il tarixdən 31 dekabr 2005-ci il tarixədək zavodun texnoloji avadanlıqların təmiri sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahıdan görünür ki, iddiaçının Sumqayıt Kompressorlar Zavodu “Buxar güc sexi”ndə işlədiyi kondisionerlə şmə və ventilyasiya sistemlərinin təmiri və xidməti üzrə çilingər peşəsi Siyahının 21500000 kodlu XİV bölməsinin 2150100a—18526 şifrinə, "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində və “Sumqayıt ”Etilen-Polietilen” Zavodunun texnoloji avadanlıqların təmiri sexində işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi Siyahının 23200000 kodlu XXXİİİ bölməsinin 23200000-19906 şifrinə uyğun gəlir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 2 nömrəli siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabd ehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2022ci il tarixli akta əsasən iddiaçının 1984-cü il tarixdən 1992-ci il tarixədək əmək haqqı almadığı və 1992-ci il tarixdən 1996-cı il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi görünür. Bundan əlavə "xxxx" SC-nin iş qovluğunun içərisində xx.xx.1984-xx.xx.1996-cı ilə dair hesabat məlumatları aşkarlanmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)-262/2023 qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyalar ı haqqında” Qanun (14 sentyabr 2019 il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə g örə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: 23200000 XXXİİİ. Ümumi peşələr. 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
24. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr ərzində "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işlədiyini təsdiq edən hər hansı sənədin olmamasıdır.
25. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 2 saylı trestində (haz ırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi) işləməsi İT-İ ******* nömrəli əmək kitabçası, eləcə də Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 2 saylı Trestinin 29 mart 1984-cü il tarixli, 44 nömrəli, 14 oktyabr 1988-ci il tarixli, 154 nömrəli əmrləri, əmək haqqı cədvəlləri və "xxxx" Dövlət Şirkəti Sumqayıt “Sənayekommunaltikinti” birliyi 3 saylı X1 20 dekabr 1996-cı il tarixli 80 nömrəli əmri ilə təsdiq edilir.
26. Digər tərəfdən, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan çox olması, onun xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində (kod 23200000-19906), 01 may 1999-cu il tarixdən 31 dekabr 2005-ci il tarixədək “Sumqayıt ”Etilen-Polietilen” Zavodunun texnoloji avadanlıqların təmiri sexində e lektrik qaynaqçısı (kod 23200000- 19906) işləməsi həmin müəssisələr tərəfindən verilmiş güzəştli arayışlarla təsdiq olunur.
27. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır. 28 Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)-262/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.