Məhkəmə qərarları › İş №2-1(102)-1995/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1995/2019

09.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1995/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: iddianın mümkün sayılmaması barədə qərardadın ləğvinə dair giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı X3, vəkili X8, üçüncü şəxs Abdullayeva Marifə Nəriman qızının vəkili X2 iştirakı ilə, İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı cavabdehin 8 may 2003-cü il tari xli sərəncamının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2723/2018 saylı, 8 noyabr 2018-ci il tarixli qərardadından 3-cü şəxs Abdullayeva Marifə Nəriman qızının (bundan sonra üçüncü şəxs) verdiyi kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(81)-2605/2018 saylı iş) 19 sentyabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin 8 may 2003-cü il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını iddia müddətinin buraxılması ilə əsaslandırmışdır. İddiaçının həmin qərardaddan verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi, X5 və X6, 2-1(103)2723/2018 saylı iş) 8 noyabr 2018-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. tərəflərin izahatları: Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə etdiyini bildirmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməyərək şikayətin rədd olunmasını bildirmişdir. əsаslаndırmа hissəsi: Cavabdeh və digər üçüncü şəxslər mə hkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə iştirakları olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxsin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir (3.2-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri old uğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.4cü b ənd). İddia birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmayarkən iddianın mümkünlük məsələsi tərəflərin iştirakı ilə müzakirə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hüquqlarının pozulmasının ona nə vaxt məlum olması faktı müzakirə edilməmiş, bu barədə konkret tarixlərə istinad edilməmişdir. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı prosessual qanunvericiliyin tələblərinə əməl etməsini işin faktiki halları ilə qarşılıqlı olaraq araşdırmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl edərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığından, iddianın mümkünlük şərtləri ilə bağlı sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirmədiyindən gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyə t daşıyır. Odur ki, şikayətin dəlilləri əsassız olduğundan, təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs Abdullayeva Marifə Nəriman qızının kassasiya şikayəti təmin edilməsin. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2723/2018 saylı, 8 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar