Məhkəmə qərarları › İş №2-1(102)-1995/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1995/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1995/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reye stri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-245/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt Şəhər Bələdiyyə Şurasının 13 oktyabr 2004-cü il tarixli, 136 saylı protokol qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 46-cı məhəllə ərazisində istehsal və kommersiya obyektinin tikintisi məqsədilə 7894 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. 2. 02 noyabr 2006-cı il tarixli, 284 saylı, 11 yanvar 2007-ci i l tarixli, 61 saylı, 22 aprel 2010-cu il tarixli, 61 saylı, 26 yanvar 2011-ci il tarixli, 41 saylı, 17 fevral 2012-ci il tarixli, 58 saylı, 13 fevral 2015-ci il tarixli, 66 saylı torpaq icarə müqavilələrinə əsasən Sumqayıt bələdiyyəsi 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarı əsasında Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində yerləşən 7894 kv.m torpaq sahəsini müvafiq olaraq 13 oktyabr 2004-cü il tarixdən 31 dekabr 2006-cı il tarixədək, 01 yanvar 2007-ci il tarixdən 31 dekabr 2009-cu il tarixədək, 01 yanvar 2010-cu il tarixdən 31 dekabr 2010-cu il tarixədək, 01 yanvar 2011ci il tarixdən 31 dekabr 2011-ci il tarixədək, 01 yanvar 2012-ci il tarixdən 31 dekabr 2012-ci il tarixədək, 01 yanvar 2015-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək "xxxx" MMC-yə müvəqqəti istifadə üçün icarəyə vermişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********51-12301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 2483,4 kv.m əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə, bələdiyyə mülkiyyətində olan 0.7861 ha torpaq sahəsi isə icarə hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4. 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsinə əsasən Sumqayıt bələdiyyəsi 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarı əsasında 7894 kv.m torpaq sahəsini 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2067-cı il tarixədək "xxxx" MMCyə müvəqqəti istifadə üçün icarəyə vermişdir. 5. 06 iyul 2021-ci il tarixli notarial qaydada təs diq edilmiş “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” nə əsasən "xxxx" MMC icarə hüququ ilə ona məxsus olan ünvan 1 ərazisində yerləşən 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsinin icarə hüququnu İddiaçı satmışdır.

6. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisi, Çerkassi küçəsində yerləşən 0.7861 ha torpaq sahəsinin 0.35 ha hissəsi üzərində icarə hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

7. Cavabdeh 17 avqust 2021-ci il tarixli məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətə əlavə olunmuş 3M-761 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli icarə hüquqlarını n alqı-satqı müqaviləsi “ƏLİRZAOĞLU" MMC-nin 0.7861 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş icarə hüququnun və torpaq sahəsində yerləşən tikili üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəticəsində verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında bağlanmışdır. Torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin müddəti xx.xx.2019-cu il tarixində başa çatdığından həmin müqavilənin uzadılması hərrac və ya müsabiqə vasitəsilə olmalı idi. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" xx.xx.2008-ci iİ tarixli 709-İİİQD nömrəli Qanunun İ X maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası hüquqi şəxslərinin icarəsinə verilmiş torpaq sahələrinə dair icarə müqavilələrinin müddətinin birbaşa uzadılması barədə müddəa sözügedən maddədə öz əksini tapmamışdır. Həmçinin, Azərbaycan Respublikası Tor paq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinə əsas olunan hallardan biri də torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddətin qurtarmasıdır. Odur ki, üzərində icarə hüquqlarının müddəti bitmiş və nəticə etibarı ilə icarə hüququna xitam verilmiş torpaq sahəsinə dair icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlana bilməzdi. Bundan əlavə, müraciətə əlavə olunmuş, Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bilavasitə bağlanmış torpaq icarə müqaviləsi qanunvericiliyin tələblərinə zidd tərtib olunmuş, həmçinin həmin müqavilə əsasında dövlət reyestrində "xxxx" MMC-nin adına müvafiq qeydiyyat aparılmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Odur ki, torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC arasında qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlandıqdan və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparıldıqdan sonra torpağın icarə hüquqlarının alqı-satqısı ilə bağlı notariat orqanına müraciət edilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu T.Mustafazadə tərəfindən təsdiq olunmuş "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüququnun alqı-satqısı müqaviləsi” əsasında istifadəsinə verilmiş 3500 kvadrat me tr torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin torpaq üzərində hüququnun qeydiyyatından imtinası üçün qeyd etdiyi dəlillərin hər hansı hüquqi əsasları mövcud deyildir. İddiaçı cavabdehin dəlillərini əsassız və qüvvədə olan qanunvericilik aktlarına zidd hesab edir. Belə ki, ********** qeydiyyat nömrəli, 20 avqust 2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” da torpağın icarə müddəti, ümumiyyətlə göstərilməməklə həmin çıxarış icarə hüququnun alqısatqısı müqaviləsi bağlanılarkən qüvvədə olmuşdur. Cavabdehin bildirdiklərin in ziddinə olaraq MMC-nin mübahisələndirilən torpaq sahəsi üzərində yaranmış icarə hüququna xitam verilməsi və ya reyestr məlumatlarında həmin hüquqa hər hansı dəyişiklik edilməsi barədə qeydiyyat aparılmamışdır və MMC-nin torpaq sahəsi üzərində icarə hüququna dair dövlət qeydiyyatı bu gün də qüvvəsini saxlamaqdadır. Cavabdeh əsassız olaraq MMC-nin torpaq üzərində icarə hüququnun müddətinin başa çatması səbəbindən hüquqa xitam verildiyini bildirdiyi halda, daşınmaz əmlakın dövlət reyestrində həmin hüququn mövcudluğunu təsdiq edən ləğv olunmamış qeydiyyat əsasında notariat orqanında icarə hüququnun alqı-satqısını həyata keçirilmişdir. Həmin alqı-satqı müqaviləsi də hal-hazırda qüvvədə olmaqla hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Hesab edir ki, Sumqayıt bələdiyyəsi ilə MMC ar asında sözügedən torpaq sahəsinə dair bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsinin qanunvericiliyə zidd olaraq bağlanmasına və 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının icarəyə verilməsinə dair müqavilələrin müddətinin yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri vasitəsi ilə uzadılmalı olmasına dair cavabdehin bildirdikləri də əsassızdır. Sözügedən torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı iclasının qərarı ilə istehsal və kommersiya obyektinin tikintisi məqsədi MMC-nin icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində MMC-nin yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının hərrac, yaxud müsabiqə yolu ilə ayrılmasına dair müəyyə n edilmiş hüquq normaları tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş 28 oktyabr 2008-ci iİ tarixli Qanununun İX bəndində birbaşa qeyd olunmuşdur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbayca n Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin Qanun 28 oktyabr 2008-ci iİ tarixdə qəbul edilmiş, dərc edildiyi, yəni 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir. Cavabdeh Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış torpaq icarə müqaviləsinin müddətinin 30 dekabr 2019-cu il tarixdə başa çatdığı, həmin tarixdən sonuncunun torpaq üzərində icarə hüququna xitam verildiyini qeyd edərkən nəzərə almamışdır ki, torpağın icarə müddətinin uzadılmasına dair bələdiyyə ilə "xxxx" MMC arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsi heç də müstəqil müqavilə olmayıb, sözügedən torpaq sahəsinə dair MMC ilə Sumqayıt Bələdiyyəsi arasında daha öncə bağlanmış müqavilənin davamı olaraq bələdiyyə ilə MMC arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. Göründüyü kimi, hazırkı mübahisə üzrə tərəflər arasında ic arə hüquq münasibətləri cavabdehin imtinasının dəlillərində istinad etdiyi qanunvericilik normasının tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə, o cümlədən hüquqi şəxslərin icarəsinə ayrılmış torpaq sahələrinə aid edilməmişdir. Belə olan halda hesab edir ki, cavabdehin imtinası əsassızdır.

10. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, hazırki iş üzrə iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisi, Çerkassi küçəsində yerləşən 0.7861 ha torpaq sahəsinin 0.35 ha hissəsi üzərində icarə hüququnun qeydiyyata alınması, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti **********25 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı X1 bildirilmişdir ki, müraciətə əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, iddiaçının müraciətinə əlavə olunmuş 3M-761 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsi “ƏLİRZAOĞLU" MMC-nin 0.7861 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş icarə hüququnun və torpaq sahəsində yerləşən tikili üzərində mülkiyyət hüququnun qeydiyyata alın ması nəticəsində verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında bağlanmışdır. Torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin müddəti xx.xx.2019-cu il tarixində başa çatdığından həmin müqavilənin uzadılması hərrac və ya müsabiqə vasitəsilə olmalı idi. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" xx.xx.2008-ci İİ tarixli 709-İİİQD nömrəli Qanunun İX maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minə nədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası hüquqi şəxslərinin icarəsinə verilmiş torpaq sahələrinə dair icarə müqavilələrinin müddətinin birbaşa uzadılması barədə müddəa sözügedən maddədə öz əksini tapmamışdır. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinə əsas olunan hallardan biri də tor paq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddətin qurtarmasıdır. Odur ki, üzərində icarə hüquqlarının müddəti bitmiş və nəticə etibarı ilə icarə hüququna xitam verilmiş torpaq sahəsinə dair icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlana bilməzdi. Bundan əlavə, müraciətə əlavə olunmuş, Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bilavasitə bağlanmış torpaq icarə müqaviləsi qanunvericiliyin tələblərinə zidd tərtib olunmuş, həmçinin həmin müqavilə əsasında dövlət reyestrində "xxxx" MMCnin adına müvafiq qeydiyyat aparılmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülki yyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6cı maddəsində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Odur ki, torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC arasında qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlandıqdan və həmin müqavilə əsasında daşın maz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparıldıqdan sonra torpağın icarə hüquqlarının alqı-satqısı ilə bağlı notariat orqanına müraciət edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı iddiası mümkün sayılmamalıdır.

11. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-2121/2022 nömrəli qərardadı ilə Sumqayıt şəhər bələdiyyəsi iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2121/2022 nömrəli qərarı ilə iddiа təmin edilərək "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 06 iyul 2021 -ci il tarixli “Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi” nə əsasən 3500 kvadrat metr torpaq sahəsi üzərinə İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Sumqayıt bələdiyyəsi arasında bağlanılmış 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarəsi müqaviləsi heç də müstəqil müqavilə olmayıb, Sumqayıt şəhər bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarının davamı olaraq bağlanılmışdır və bələdiyyə ilə MMC arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. Qanunvericilikdə torpaqlara münasibətdə icarə mü qaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. İddiaçı ilə MMC arasında icarə hüquq münasibətləri cavabdehin imtina və etirazında istinad etdiyi qanunvericilik normasının tətbiqindən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir.

14. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-245/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/ Z.T.Məmmədov və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2121/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv e dilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayəti iddiaya dair etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə o rqanına müraciət etmişdir.

19. Şikayətin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1, 9.8-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınm az əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib e dilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeyd iyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olun ur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyat ı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olu nan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 24. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Qanun: İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Xİ. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. (xx.xx.2008-ci il tarixdə dərc edilmişdir) 25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan isti fadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-). Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairə si baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkə mə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim o lunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Hazırkı mübahisənin predmetini cavabdehin ünvan 1 ünvanında yerləşən 0.7861 ha torpaq sahəsinin 0.35 ha hissəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

32. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtinasını, eyni zamanda kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 46-cı məhəllə, Çerkassi ünvanında yerləşən 0.7861 ha torpaq sahəsinin üzərində "xxxx" MMC-nin icarə hüquqlarının müddəti xx.xx.2019-cu il tarixində bitmiş, bununla qanunvericiliyin tələblərinə əsasən icarə hüququna artıq xitam verilmişdir, belə olan halda isə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 3500 kvadrat metr torpaq sahəsinə dair 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüququnun alqı-satqı müqaviləsi” bağlanıla bilməzdi. "xxxx" MMC ilə bələdiyyə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış torpaq icarə müqaviləsi əsasında dövlət reyestrində MMC-nin adına müvafiq qeydiyyat da aparılmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür.

33. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. Hazırkı qərarın 22-ci bəndində göstərilən normaların tələbləri baxımından qeyd edilməlidir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlə rin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.

35. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən mübahisəli torpaq sahəsinə dair "xxxx" MMC-nin icarə hüququ 13 oktyabr 2004-cü il tarixdən yaranmış, bundan sonra hər il onunla bələdiyyə arasında bağlanmış torpaq icarəsi müqavil ələri ilə icarə münasibətləri davam etmişdir. Sonuncu dəfə 05 sentyabr 2019-cu il tarixində bağlanmış icarə müqaviləsinin müddəti 31 dekabr 2067-cı il tarixədək qüvvədədir.

36. Bundan sonra "xxxx" MMC 06 iyul 2021-ci il tarixində icarə hüququ ilə ona məxsus olan 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsinin icarə hüququnu iddiaçıya satmışdır.

37. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, 06 iyul 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” nə əsasən "xxxx" MMC icarə hüququ ilə ona məxsus olan ünvan 1 ərazisində yerləşən 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsinin icarə hüququnu iddiaçıya satmışdır. Daşınmaz əmlakın təsvirinə, dö vlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla "xxxx" MMC-nin mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə xx.xx.2020-ci il tarixdən Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

38. Bank VTB (Azərbaycan) ASC xx.xx.2021-ci il tarixli məktubu ilə ASC-nin xeyrinə ipoteka hüququ saxlanılmaqla, "xxxx" MMC-nin icarəsində olan 0.7861 ha torpaq sahəsinin tərkib hissəsi olan 3500 kv.m torpaq sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir.

39. Sumqayıt bələdiyyəsi də Dövlət notariat kontoruna ünvanlanmış 4 iyun 2021-ci il tarixli məktubu ilə "xxxx" MMC-nin icarəsində olan 0.7861 ha torpaq sahəsindən 3500 kv.m torpaq sahəsinin üzərindək i icarə hüququnun iddiaçının adına təyinatının dəyişdirilməməsi şərti ilə özgəninkiləşdirilməsinə etiraz etməmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin hallarından göründüyü kimi "xxxx" MMC sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Sumqayıt şəhər bələdiyyəsinin 13 oktyabr 2004-cü il tarixli, 136 saylı qərarı ilə 0.7861 ha torpaq sahəsi ona istehsal və kommersiya obyekti yaratmaq məqsədilə verilmişdir.

42. Nəzərə almaq lazımdır ki, “Bəl ədiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Qanunun 9-cu bəndinə əsasən..... bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. 43. "xxxx" MMC-yə müvafiq torpaq sahəsi xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər in inşası ilə bağlı icarə verildiyi üçün onunla bağlı bağlanmış müqavilənin uzadılması ilə bağlı açıq torpaq hərracı və ya müsabiqəsi keçirilməsinə zərurət olmamışdır.

44. Məhkəmə həmçinin qeyd edir ki, 0.7861 ha torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilməsi barədə qərar və 05 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi hazırda qüvvədə olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş, yaxud etibarsız hesab olunmamışdır. Cavabdehə isə qanunvericiliklə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir.

45. Qeyd olunanlara əsasən cavabdehin “torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür” dəlili əsassızdır. 46. "xxxx" MMC ilə bələdiyyə arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında MMC-nin adına dövlət reyestrində qeydiyyat aparılmadığı ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, MMC ilə bələdiyyə arasında 2003-2019-cu illərdə hər il icarə müqavilələri bağlanılaraq bu münasibətlər davam etmiş, 13 fevral 2015-ci il tarixli, 66 saylı torpaq icarə müqaviləsi ilə 7894 kv.m torpaq sahəsi 01 yanvar 2015-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək MMC-yə icarəyə verilmişdir. Bundan sonra bələdiyyə mülkiyyətində olan 0.7861 ha torpaq sahəsi icarə hüququ üzrə MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bələdiyyə ilə MMC arasında yenidən 05 sentyabr 2019-cu il tarixli, 93 saylı torpaq icarə müqaviləsi bağlanılaraq sözügedən torpaq sahə sinin icarə müddəti 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2067-cı il tarixədək uzadılmışdır. Daha sonra MMC 06 iyul 2021-ci il tarixli “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” nə əsasən icarəsində olan 0.7861 ha torpaq sahəsinin 3500 kv.m hissəsinin icarə hüququnu iddiaçıya satmışdır.

47. Yəni, "xxxx" MMC-nin 7894 kv.m torpaq sahəsi üzərində icarə hüququ 13 fevral 2015-ci il tarixli, 66 saylı müqavilə əsasında dövlət reyestrində qeydiyyata alınmış, eləcə də dövlət reyestrindən verilmiş çıxarışda bu hüququn müddəti qeyd olunmamışdır. Bundan sonra bələdiyyə ilə MMC arasında mövcud olan icarə münasibətlərinin davamı olaraq 05 sentyabr 2019-cu il tarixli müqavilə bağlanılaraq MMC-nin icarə hüququ 2067-ci il tarixinədək uzadılmış, xx.xx.2021-ci il tarixində də MMC həmin torpaq sa həsinin 3500 kv.m hissəsini iddiaçıya satmışdır.

48. Yuxarıda qeyd edilən norma xx.xx.2008-ci il tarixdən qüvvəyə mindiyinə və iddiaçının ayrılmış ərizədə kommersiya obyekti mövcud olduğuna görə iddiaçıya münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər hissəsi ilə bağlı dəlili əsaslı sayıla bilməz.

49. Başqa sözlə qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərb aycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir.

50. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-245/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar